Voltmetr - ampermetr üsulu ilə ölçmə apardıqda voltmetr və ampermetrdən istifadə olunur. Bu səbəbdən üsul voltmetr - ampermetr üsulu adlanır. Ölçmə dəyişən cərəyanla aparılır və şəkil 11.9 – da göstərilən sxemdən istifadə olunur:
Şəkil 11.9. Torpaqlama müqavimətinin voltmetr- ampermetr üsulu ilə ölçülməsi
Əgər voltmetrin daxili müqaviməti kifayət qədər böyük olarsa, onda
Om ( 11.10 ) olar.
Burada Ux – voltmetrin, Ix – ampermetrin göstərişidir.
Üç cəm üsulu ilə torpaqlama müqavimətinin ölçülməsi sxemi şəkil 11.10 – da göstərilmişdir:
Şəkil 11.10. Torpaqlama müqavimətinin
üç cəm üsulu ilə ölçülməsi
Bu üsul vasitəsilə torpaqlama müqavimətini ölçmək üçün tələb olunan 3 – dən az olmayaraq torpaqlama ( torpaqlama müqavimətlərinin qiymətləri uyğun olaraq Rx Ry Rz ) iki - iki kombinasiya etməklə
Rxy = nRm1 Rxy = Rx+ Ry
Rxy = nRm2 Rxz = Rx+ Rz
Rxy = nRm3 Ryz = Ry + Rz (11.11) alınır.
Rx müqaviməti Rx = 0,5 (Rxy + Rxz – Ryz ) (11.12)
düsturu ilə təyin edilir. Müqavimətlər bir-birindən çox fərqli olduqda bu üsulun xətası böyük olur.
Əvəzetmə üsulu rabitə müəssisələrində torpaqlama müqavimətini ölçmək üçün ən geniş yayılmış üsuldur. Əvəzetmə üsulunun sxemi şəkil 11.11 – də göstərilmişdir:
Şəkil 11.11. Torpaqlama müqavimətinin
əvəzetmə üsulu ilə ölçülmə sxemi
Bu üsulun mahiyyəti ondadır ki, R kalibrləyici ( ölçmə cihazının dərəcələrini yoxlayan ) rezistorun vəziyyətindən asılı olaraq UR gərginlik düşgüsü rezistorun sol hissəsinə düşür və bu ölçülən torpaqlamanın UX gərginlik düşgüsünə bərabərdir. Bu gərginliklər bərabər olduqda, göstəricidə cərəyan olmur. Ölçmə apardıqda şəkil 11.11 – də göstərilən sxemə əsasən mühərrikin vəziyyətini dəyişməklə n transformasiya əmsalını seçib, göstəricidə cərəyanın olmamasına nail olmaq lazımdır. Torpaqlama müqaviməti Rx = Rn - ə bərabərdir. R – dəyişən rezistor şkalasının göstəricisi, n – transformasiya əmsalıdır.
İstehsalatda torpaqlama müqavimətini ölçmək üçün tətbiq olunan M – 416 cihazının iş prinsipi əvəzetmə üsuluna əsaslanmışdır: ölçmə zamanı cihazın çeviricisi “nəzarət 5 Om” vəziyyətinə qoyulur, düyməni basaraq “Reoxord” dəstəyini fırlatmaqla göstəricinin əqrəbi 0 vəziyyətinə gətirilir. Bu zaman cihazın göstərişi 5 ± 0,3 Om olmalıdır. 5 Omdan az olan torpaqlama müqavimətini ölçdükdə ölçmə xətasının az olması üçün cihaz şəkil 11.12 - də göstərildiyi kimi qoşulur:
Dostları ilə paylaş: |