Şəkil 11.12. M – 416 cihazı ilə ölçmə aparılması
Ölçməni birinci diapazonda, çeviricini “x1” vəziyyətinə qoymaqla başlayırlar. “Reoxord” dəstəyini fırlatmaqla göstəricinin əqrəbinin 0 – a maksimum yaxınlaşmasına nail olmaq lazımdır. Birinci diapazonda ölçmə aparmaq mümkün olmadıqda, sonrakı diapazonlara keçməklə bunu etmək olar. Ölçmənin nəticəsini hesablamaq üçün “Reoxord”un şkalasının göstərişini çeviricinin vəziyyətindən asılı olaraq vurğu işarəsinin qarşısındakı rəqəmə vurmaq lazımdır.
Bu cihaz qurğuların aktiv müqavimətlərini, torpaqlama müqavimətini və torpağın öz müqavimətini ölçmək üçün istifadə olunur. Cihaz 0,1 – 1000 Om hüdudunda 0,1 – 10 Om; 0,5 – 500 Om; 2 – 200 Om və 1000 Om diapazonlarında ölçmə aparır. Ölçmə xətası ± 0,5% - dir. M – 416 cihazı kanalda səs – küy və maneə olduğu halda da işləyir və - 25° C - dən + 60° C temperaturda 95% rütubətlikdə ölçmə apara bilir. Cihazın qida mənbəyi 3 ədəd 4,5 V elementdir. Tələb etdiyi cərəyanın qiyməti 90 mA - dir.
RABİTƏ KANALINDA MANEƏNİN VƏ KÜYÜN ÖLÇÜLMƏSİ
Rabitə kanalında maneələrin yaranma səbəbləri
Rabitə kanalında siqnalların uzaq məsafəyə ötürülməsini məhdudlaşdıran kənar gərginliklər ( cərəyanlar ) maneə adlanır. Maneə siqnalları rabitənin keyfiyyətinə təsir edir və çox vaxt səs tezliyi zolağına düşərək telefonun qulaqcığında əks olunub küy əmələ gətirir. Yaranma mənbələrindən və təsiretmə xarakterindən asılı olaraq xüsusi küylər, qeyri-xətti keçidlərin yaratdığı küylər, xətti keçidlərin yaratdığı küylər, qarşılıqlı, təsiredici və xarici ( kənar ) maneə siqnalları mövcuddur. Xüsusi küylər rezistorların istilik küylərindən, kanalda işləyən elektron elementlərin küylərindən və keçirici naqillərdə yaranan küylərdən ibarətdir. Qeyri – xətti keçidlərin yaratdığı küylər kanalda istifadə olunan qurğuların amplitud xarakteristikalarının qeyri – xəttiliyi nəticəsində yaranır ( gücləndiricilərin, maqnit içlikli süzgəclərin, modulyatorların və s. ). Xətti keçid küyləri paralel gedən qonşu kanallardan axan keçid cərəyanları hesabına yaranır. Bundan əlavə, kanalda küylər qida mənbələrindən də yarana bilər.
Xüsusi maneə siqnalları informasiya verilişi zamanı rabitə kanalında yaranan küy hesabına əmələ gəlir və digər kanallara da asanlıqla keçir. Qarşılıqlı maneə siqnalları keçid sönməsinin qiymətinin normadan fərqli olması səbəbindən qonşu kanallardan rabitə kanalına keçir. Kənar maneə siqnalları isə sənaye, atmosfer, radio, kosmik və digər təsirlərdən kanala düşür.
Maneə və küyün siqnalın ötürülmə keyfiyyətinə təsirini azaltmaq üçün onları məhdudlaşdırmaq lazımdır. Maneənin naqilli rabitə kanalına təsiri qorunma adlanan terminlə ifadə edilir. Qorunma kanaldakı faydalı siqnallar səviyyəsi ( p ) ilə maneə siqnalı səviyyəsinin ( pm ) fərqinə deyilir:
Aq = p – pm dB ( 12.1 )
Paralel dövrələr bir – birindən izolə olunduqda qarşılıqlı təsirin qiyməti azalır. Kanalda maneəni azaltmaq üçün qorunmanın qiymətini artırmaq lazımdır.
Dostları ilə paylaş: |