Vergi qanunvericiliyi



Yüklə 0,64 Mb.
səhifə4/16
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#43485
1   2   3   4   5   6   7   8   9   ...   16
9 movzu EDV

ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə verilməlidir.

Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.

ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.

Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:



- məcburi qeydiyyat zamanı:

- ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;

- bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək.

Misal. 01.03.2016-cı il tarixdə yaradılmış hüquqi şəxsin ƏDV tutulan əməliyyatlarının həcmi 2016-cı ilin sentyabr ayında 200.000 manatı keçmişdir. Bu halda həmin vergi ödəyicisinin ƏDV qeydiyyatı oktyabr ayının 1-dən qüvvəyə minir.

 

- könüllü qeydiyyat zamanı — qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə;

Misal. Şəxsin ƏDV qeydiyyatına dair öhdəliyi yaranmadığı halda, o könüllü olaraq vergi orqanına iyun ayında ƏDV ödəyicisi kimi qeydiyyata alınmağa dair ərizə verir. Bu halda həmin vergi ödəyicisinin qeydiyyat tarixi iyul ayının 1-dən qüvvəyə minir.

- Keçmiş dövrə 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.

Vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir.

Misal. Şəxs 2016-cı ilin sentyabr ayında 1 avqust 2014-cü il tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmağa dair ərizə vermişdir. Bu halda həmin vergi ödəyicisinin ƏDV qeydiyyat tarixi 1 avqust 2014-cü il tarixdən qüvvəyə minir.

Bu müddəalar AR-in ərazisində sərnişin və yük daşımalarını həyata keçirən ƏDV ödəyicilərinə tətbiq edilmir.(218.4.1)

Vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir.

ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir.

Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda rəsmi sorğulara əsasən sorğu edənə «ƏDV ödəyicilərinin reyestrindən çıxarış» verilir.

 

Q
Vergi ödəyicisi, o cümlədən 218.1.2 vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə (16.3 vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdığı hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

eydiyyatın ləğv edilməsi Vergi ödəyiciləri
VM maddə 158
 

AR-in ərazisində sərnişin və yük daşımalarını həyata keçirən ƏDV ödəyiciləri ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.




Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatları dayandırması halı istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir



Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində Maliyyə Nazirliyinə göndərməlidir.

Misal. 2014-cü ilin noyabr ayında vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır. 2015-ci ilin fevral ayından 2016-cı ilin fevral ayınadək onun vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 90.000 manat təşkil etmişdir. 2016-cı ilin fevral ayının 15-də həmin vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyatının ləğv edilməsinə dair ərizə ilə vergi orqanına müraciət etmişdir. Onun ƏDV məqsədləri üçün qeydiyyatının ləğv olunması elə həmin gündən qüvvəyə minir.

 - Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.
 



  1. Yüklə 0,64 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin