işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer — bunlar daşınan əmlakla bağlıdırsa;
xidmətlərin faktiki göstərildiyi yer — xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə;
Misal. ƏDV ödəyicisi olmayan şirkət Azərbaycan Respublikasında göstərdiyi təhsil xidmətinə görə qeyri-rezidentə aprel ayının 14-də 3.000 ABŞ dolları məbləğində vəsait ödəmişdir. Bu halda şirkət aprel ayının 21-dək 540 ABŞ dollarının Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində ƏDV-ni büdcəyə ödəməli və may ayının 20-dək vergi orqanına müəyyən edilmiş formada ƏDV bəyannaməsi təqdim etməlidir.
nəqletmənin faktiki həyata keçirildiyi yer — işlər (xidmətlər) bu nəqletmə ilə bağlıdırsa;
işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir:
patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;
məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;
Misal. Rezident vergi ödəyicisi Gürcüstanda qeyri-rezidentdən məsləhət xidməti almışdır. Bunun müqabilində qeyri-rezidentə ödəmə vermişdir. Deməli, məsləhət xidmətinin haqqı Gürcüstanda ödənilməsinə baxmayaraq bu xidmətinin göstərildiyi yer xidmətin alıcısının yerləşdiyi, qeydiyyatda olduğu yer yəni AR-nın ərazisi hesab olunur.
işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;
daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);
müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi;
telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi , o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması);
radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi;
kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstəərilməsi, ayxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi;
elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsi.
işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer.
Yuxarıda göstərilən hallarda, birdən çox bənddə sadalanan işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer bu bəndlərin sıra üzrə birincisi ilə müəyyənləşdirilir.