heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;
bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr;
siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 1 il müddətinə;
Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi – 2018-ci il yanvarın 1-dən 6 il müddətinə;
Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərin mülki aviasiya fəaliyyəti çərçivəsində hava gəmilərinin və hava gəmilərinin mühərriklərinin rezident hüquqi şəxslərə icarəyə və ya lizinqə verilməsi;
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 1 il müddətinə.
Qeyd: Bu Məcəllənin 164.1.37-ci maddəsinin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.
Verginin sıfır (0) dərəcəsi ilə tutulması VM maddə 165
Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:
AR-da akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplo-matik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin müvafiq statuslu AR-nın vətəndaşı olmayan diploma-tik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvləri-nin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər;
- qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
Misal. Şirkət xaricdən alınmış qrant hesabına AR-na dərman preparatları idxal etmişdir. Bu halda həmin idxal ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur.
- malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı;
Misal. Şirkət 30.000 manat dəyərində malı AR-dan ixrac edır. Bu halda həmin məbləğ ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.
beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi;
AR-nın Mərkəzi Bankına qızıl və digər qiymətlilərin göndərilməsi;
Qaradağ sənaye parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi - 2016-cı il mayın 1-dən 5 il müddətinə;
AR Prezidentinin müəyyən etdiyi qaydada Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar UEFA və onun yaratdığı hüquqi şəxslər, habelə bu fəaliyyət çərçivəsində UEFA tərəfindən cəlb edilmiş qeyri-rezident fiziki şəxslər tərəfindən malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi.
Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatlara və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinə münasibətdə sıfır (0) dərəcəsi ilə ƏDV o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələr tərəfindən eyni halda göstərilən işlərə, xidmətlərə və əməliyyatlara görə ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin.
Misal. Almaniyanın AR-dakı səfirliyi xidməti istifadə üçün ƏDV ödəyicisi olan şəxsdən 10.000 manat məbləğində ofis mebeli almışdır. Almaniyada bu əməliyyata görə ƏDV sıfır dərəcəsi ilə tətbiq edildiyindən həmin məbləğ Azərbaycanda da ƏDV-yə sıfır dərəcə ilə cəlb edilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası AR-nın Prezidenti tərəfindən müəyyən edilir.
AR-nın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada təşkil edilən ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası AR Prezidenti tərəfindən müəyyən edilir.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pəra-kəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını AR Prezidenti müəyyən edir. Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki qanunda göstərilən tələblərə cavab verməlidir
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.
Vergi tutulan əməliyyatların aparıldığı vaxt VM maddə 166
Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:
nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;
Misal. ƏDV ödəyicisi olan A MMC 10.01.2020 ci il tarixində ƏDV siz dəyəri 10000 manat olan malları B MMC ə satıb və Elektron qaimə faktura təqdim edib. B MMC alınmış malların dəyərinin 25.04.2020 ci il tarixində A MMC nin bank hesabına ödəyib. Bu halda ƏDV tutulan əməliyatın vaxti aprel ayı hesab olunur və satılan 10000 manatlıq malların dövriyəsi A MMC nin aprel ayının ədv bəyannaməsində göstəriləcəkdir.
qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt;
Misal. ƏDV ödəyicisi olan A və B mmc lər 10.02.2020 ci il tarixində qarsılıqlı sürətdə bir birinə 20000 manatlıq ədvsiz mal təqdim etmişlər və mart ayında bir birinə olan 20000 manatlıq borcun əvəzləsdirilməsi ilə bağlı razılıq əldə etmişlər . Bu halda vergi tutulan əməliyatın vaxti mart ayı sayılır və hər biri ayri ayriliqda büdcəyə ədv hesablamalıdırlar 20000*18%=3600 manat
malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt;
Misal. A MMC B MMC ə təqdim etdiyi mallara görə 10000 manat məbləğində alacağı vardır. B MMC borcu ödəyə bilmir. Borcun alınması üzrə iddia müddəti 20.05.2020 ci il tarixində bitir. Bu halda iddianin bitdiyi vaxt yəni may ayı vergi tutulan əməliyyatın vaxti sayılır. Və büdcəyə 10000*18% = 1800 manat ədv hesablamalıdır
natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt;
Misal. A MMC 15.01.2020 ci il tarixində B MMC ə 10000 manat məbləğində mal təqdim etmişdir . B MMC isə aldığı mallara görə fevral ayında A MMC yə 10000 manatlıq dəyərində əsas vəsait vermişdir. Bu halda vergi tutulan əməliyyatın vaxti barter edildiyi vaxt yəni fevral ayı sayılır. Və büdcəyə 10000*18% = 1800 manat ədv hesablamalıdır
əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt;
tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.
Misal. A MMC 15.01.2020 ci il tarixində B MMC ə 10000 manat məbləğində mal təqdim etmişdir . B MMC aldığı mallara görə fevral ayında A MMC yə 10000 manatlıq borcun avqust ayında ödənilməsi ilə bağlı möhlət verilməsini xahiş etmişdir. A MMC isə bununla razilaşmışdır. . Bu halda vergi tutulan əməliyyatın vaxti möhlətin verildiyi vaxt yəni fevral ayı sayılır. Və büdcəyə 10000*18% = 1800 manat ədv hesablamalıdır
Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.
Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır.
Vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:
- mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt;
Misal. A MMC 15.01.2020 ci il tarixində B MMC ə 10000 manat məbləğində mal təqdim etmişdir . A MMC may ayında maliyyə çatışmazlığa görə B MMC dən 20000 manat məbləğində borc alır . Bu halda vergi tutulan əməliyyatın vaxti borcun alındığı vaxt yəni may ayı sayılır. Və büdcəyə 10000*18% = 1800 manat ədv hesablamalıdır
mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.
Misal. A MMC yanvar ayında maliyyə çatışmazlığa görə B MMC dən 20000 manat məbləğində borc alır . A MMC may ayında B MMC ə 10000 manat məbləğində mal təqdim etmişdir . Bu halda vergi tutulan əməliyyatın vaxti malların təqdim edildiyi vaxt yəni may ayı sayılır. Və büdcəyə 10000*18% = 1800 manat ədv hesablamalıdır
Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.
Misal. A MMC 15.01.2020 ci il tarixində B MMC ə 10000 manat məbləğində mal təqdim etmişdir . B MMC fevral ayında 4000 manat və aprel ayında isə 6000 manat ödəyir . Bu halda vergi tutulan əməliyyatın vaxti ödənişlərin ayri ayriliqda olunduğu vaxt yəni fevral ayı 4000 *18%= 720 manat və aprel ayı 6000*18% = 1080 manat sayılır. Və büdcəyə ayrı ayriliqda ödənilir
Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.
Misal. A MMC B MMC yə göstərdiyi xidmətlərə görə əvvəlcədən avans olaraq B MMC dən yanvar ayında 10000 manat məbləğində avans almışdır. A MMC nin göstərdiyi xidmət mart ayında basa catmış və mart ayında B MMC yə elektron qaimə faktura verilmişdir Bu halda vergi tutulan əməliyyatın vaxti ödənişin olduğu vaxt yəni yanvar ayı sayılır. Və büdcəyə 10000*18% = 1800 manat ədv hesablamalıdır
Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.
Malların təqdim edildiyi yer VM maddə 167
Malların təqdim edilməsi onların verildiyi yerdə həyata keçirilir. Malların göndərilməsi şərtlərində malların yola salınması və ya nəql edilməsi nəzərdə tutulursa, təqdim edildiyi yer onların yola salınmasına və ya nəql edilməsinə başlandığı yer sayılır. Lakin malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa, təqdim edilmə malların qurulduğu və ya quraşdırıldığı yer sayılır.
İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer VM maddə 168
Bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır:
daşınmaz əmlakın olduğu yer —. işlər (xidmətlər) bilavasitə bu əmlakla bağlıdırsa. Bu cür işlərə (xidmətlərə) tikinti, tikinti-quraşdırma, təmir, bərpa işləri, daşınmaz əmlakla bağlı agent və ekspert xidmətləri və digər analoji işlər (xidmətlər) aiddir;
Misal. AR-nın qeyri-rezidenti hesab edilən şəxs Azərbaycanın rezidenti olan, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və ya ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən vergi ödəyicisi üçün daşınmaz əmlakın sazlama-quraşdırma işlərini görmüş və bunun müqabilin-də 3.000 ABŞ dolları məbləğində vəsait almışdır. Bu zaman rezident olan şəxs 18 faiz dərəcə ilə 540 ABŞ dollarının Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində ƏDV hesablamalı və büdcəyə ödəməlidir.
|