Verilənlər bazasının konsepsiyası


VBİS-ın linqvistik vasitələri



Yüklə 207,95 Kb.
səhifə11/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
İbadov Adil

10.VBİS-ın linqvistik vasitələri


VBİS-in linqvistik vasitələrinə onun fəaliyyəti üçün istifadə olunan müxtəlif dillər və lüğətlər daxildir. VBİS-də istifadə olunan dillərə aşağıdakılar aiddir:



  • Verilənlərin təsviri üçün dillər;

  • Verilənlərə əməliyyat aparmaq üçün dillər;

  • Proqram təminatının yaradılması üçün işlədilən dillər.

Həm istifadəçilər, həm də VB-nin administratoru verilənlərin strukturunun təyini və dəqiq təsviri məqsədilə verilənlərin təsviri dillərindən istifadə edirlər. Verilənlərin təsviri üçün səmərəli dillərin yaradılması verilənlər bazalarının və onların idarəetmə sistemlərinin layihələndirilməsində mühüm problemlərdən biri sayılır. Bu dillər kompüter texnologiyası ilə məşğul olan bir sıra qabaqcıl firma və müəssisələr tərəfindən təklif olunmuş və yayılmışdır. Verilənlərin təsviri metodlarını tədqiq etmək və səmərəli dillər yaradıb yaymaq məqsədilə, kompüter texnologiyası, o cümlədən, verilənlər bazaları üzrə mütəxəssislər tədqiqat qrupları təşkil etmişlər. Onlara misal olaraq verilənlərin emalı sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin (CODASYL) verilənlər bazaları üzrə işçi qrupunu (DBTG), kompüter texnikası komitəsinin faylların təsviri və emalı üzrə xüsusi qrupunu (ACM SIGFIDET), verilənlərin sistemləri üzrə tədqiqat qrupunu (ANSI/SPARC) göstərmək olar.
Təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün 3 tip dillərdən istifadə
olunur:

  • Sorğuların (xarici sxemin) təsviri üçün dil (istifadəçilərlə ünsiyyət dili);

  • Konseptual sxemin təsviri üçün dil;

  • Daxili sxemin təsviri üçün dil.

Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə şəkildə göstərilmişdir.







İstifadəçi- proqramçılar

İstifadəçi- şəxslər

Sorğular (xarici sxem)



  1. Baza dili + verilənlərin altdili

  2. Xüsusi dil

  3. Sorğu dili





Konseptual sxem





Şəkil. Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə


Hər istifadəçinin özünün ünsiyyət dili var. Tətbiqi proqramçılar (istifadəçi-proqramlar) üçün bu ya proqramlaşdırma dillərindən biri (Paskal, Cobol, C, PL-1 və s.) ya baxılan sistemin xüsusi dildir. Sonuncunu 4-cü nəsil dili də adlandırırlar.
İstifadəçi-şəxslər (sonuncu istifadəçilər) ünsiyyət dili kimi xüsusi sorğu dilindən və xüsusi təyinatlı dildən istifadə edirlər. Sorğu dili əsasən xüsusiləşdirilmiş xarakter daşıyır, yəni o istifadəçilərin tələblərinin ödənilməsi baxımından yaradılır. Belə sistemlərdə istifadəçilər tətbiqı proqramçıların işlətdiyi dildən istifadə edirlər. Lakin bu dil proqramçı olmayan istifadəçilər üçün çətinlik törədir. Bu səbəbdən də inkişaf etmiş VBİS-də istifadəçi-şəxslər üçün xüsusi sorğu dilləri yaradılır. Bu dillərə misal olaraq QBE (Query By Example - nümunəyə görə sorğu dili) və SQL (Structured Query Language - strukturlaşdırılmış sorğu dili) dillərini göstərmək olar.
Müasir VBİS-də xüsusi təyinatlı sorğu dillərindən geniş istifadə olunur. Bu dillər əsasən interaktiv rejimdə işləmək üçün nəzərdə tutulur və dialoq dili adlanır. Dialoq dili quruluşuna və öyrənilməsinə görə daha sadə olub, təbii dilə yaxındır. Dialoq dilinin də
müxtəlif formaları mövcuddur. Bu formalar sistemlə istifadəçi arasındakı dialoqun təşkili üsulundan asılıdır. Istifadəçi ilə sistem arasında 3 tip dialoq mümkündür:

  • Təşəbbüskarı sistem olan dialoq;

  • Təşəbbüskarı istifadəçi olan dialoq;

  • Qarışıq (sərbəst) dialoq, yəni təşəbbüskarı həm sistem, həm də istifadəçi ola bilən dialoq.

Hər 3 tip dialoq üçün yararlı olan ümumi bir dildən istifadə oluna bilər. Təşəbbüskarı istifadəçi olan və həmçinin qarışıq tipli dialoqlarda əmrlər dillərinin bu və ya digər növlərindən istifadə olunur.
Təşəbbüskarı istifadəçi olan və həmçinin qarışıq tipli dialoqlarda əmrlər dillərinin bu və ya digər növlərindən istifadə olunur. Təşəbbüskarı sistem olan dialoqlu sistemlərdə isə ən geniş yayılmış sorğu dili “menyu” prinsipi əsasında qurulan dildir. Bu dil quruluşça sadə və təbii dilə daha yaxın olduğundan, istifadəçilər üçün əlverişlidir. Sistem istifadəçiyə onun informasiyaya olan sorğusunu ödəmək suallar verir. Bu suallara cavabın verilməsini asanlaşdırmaq üçün istifadəçiyə mümkün cavabların siyahısı (menyu) təqdim edilir.
Menyudan seçmə prinsipinə uyğun olaraq istifadəçi lazımi cavabları seçib sistemə çatdırır. “Menyu” dilinin elementlərindən qarışıq tipli dialoqlu sistemlərdə də işlədilə bilər. “Menyu dili” təbii dilin normallaşdırılmış formalardan biri olduğundan, intellektual sistemlərdə, o cümlədən, onların interfeyslərində geniş istifadə olunur.
Konseptual və daxili sxemlərin təsviri və həmçinin verilənlərlə əməliyyat aparmaq üçün proqramlaşdırma dilindən (məsələn, C, Cobol, PL-1 və s.) və ya sistemin xüsusi dilindən istifadə olunur. 1-ci halda dilin tərkibində faylların, yazıların və onlar arasında əlaqələrin təsviri üçün konstruksiyalar olmalıdır. Bu məqsədlə istifadə olunan xüsusi dillərə misal olaraq iyerarxik modelli sistem üçün (İMS sistemi) yaradılmış DL/1 (Data Language/1), şəbəkə modelli sistemlər üçün yaradılmış CODASYL, relyasiya modelli sistemlər üçün yaradılmış SQL dillərini göstərmək olar.
Bütün bu dilləri ümumləşdirsək, demək olar ki, onların hamısı verilənlər bazasının obyektləri və əməliyyatları ilə bağlı konstruksiyalardan ibarət olan verilənlərin altdilinə malikdirlər. Baza dili adlandırılan proqramlaşdırma dilində verilənlərin altdili onun içərisinə daxil edilmişdir, yəni baza dili VB ilə bağlı olmayan konstruksiyalara da (lokal dəyişənlər, hesab və məntiq əməliyyatları və s.) malikdir. Sistem bu neçə baza dilini və verilənlərin altdilini reallaşdıra bilər. Lakin SQL dilindən praktik olaraq bugünkü sistemlərin hamısında istifadə olunur. Bəzi sistemlərdə SQL ayrıca sorğu dili kimi, bəzilərində isə baza dilinə (C, Cobol) daxil edilmiş verilənlərin altdili kimi reallaşdırılır. SQL dili relyasiya modelli sistemlərin standart dili kimi qəbul olunmuşdur.

Yüklə 207,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin