Verilənlər bazasının konsepsiyası


Gücləndirilmiş 3 nf və ya Boys – Kodd normal forması (bknf)



Yüklə 207,95 Kb.
səhifə10/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
İbadov Adil

Gücləndirilmiş 3 nf və ya Boys – Kodd normal forması (bknf). Əgər nisbət 3 nf-ə malikdirsə və tərkibli açarın atributları açar olmayan atributlardan asılı deyilsə, nisbət gücləndirilmiş 3 nf-də hesab olunur. Fərz edək ki, sifarişlərə görə partiyalarla mal göndərilməsini əks etditən SİFARİŞ – MAL (Sifariş, Partiya, Mal) nisbətinə baxılır. Hər partiya bir neçə sifarişə məxsus ola bilər. hər bir mal yalnız bir sifarişə və bir partiyaya daxil ola bilər. bir partiyada müxtəlif sifarişlərə məxsus bir neçə mal ola bilər. baxılan nisbətdə açar rolunda “Sifariş” və “Partiya” atributları çıxış edə bilər. tutaq ki, açar kimi həmin atributların birləşdirilməsindən istifadə olunur. Bu halda nisbətdə “Sifariş - Partiya” → “Mal” asılılığı ilə bərabər “Mal” → “Partiya” asılılığı da mövcuddur. Sonuncu asılılıq aşağıdakı anomaliyalara səbəb olur:

  • Verilənlərdə ziddiyyətliyin olması ehtimalı yaranır. Odur ki, “Mal” atributunun qiymətlərində aparılan dəyişiklik nisbəti bütün kartejlərinə baxmağı tələb edir.

  • Mal və onun daxil olduğu partiya haqqında verilənlər sifariş təyin olunana qədər daxil edilə bilməz və əksinə, əgər sifariş nisbətdən xaric edilirsə, onda həmin sifarişə uyğun mal haqqında verilənlər bazasından xaric olunacaq.

Həmin anomaliyaların aradan qaldırılması tərkibli açara daxil olan atributun (“Partiya”) açar olmayan atributdan (“Mal”) asılılığını yox etməklə mümkündür. Bunun üçün ilkin “Sifariş - Mal” nisbəti 2 nisbətə ayrılır: “SİFARİŞ - PARTİYA” və “MAL - PARTİYA”.

9.Verilənlər bazasının idarəetmə sistemləri (VBİS)


Verilənlər bazasının mərkəzləşdirilmiş idarə olunmasını və verilənlərə müraciəti təmin etmək üçün linqvistik və proqram vasitələrindən ibarət xüsusi kompleks yaradılır ki, onun da adına verilənlər bazasının idarəetmə sistemi (VBİS) deyilir. VBİS informasiya sisteminin mərkəzi hissəsini təşkil edir. Verilənlərin təsvir edilməsi üçün seçilən modeldən asılı olmayaraq, verilənlər VB-də əlaqələndirilmiş fayllar şəklində saxlanılır. Odur ki, VBİS-in əsas funksiyalarına aşağıdakılar aiddir:



  • VB-nin fayllarını, aralarındakı əlaqələri nəzərə almaqla, təşkil etmək;

  • VB-də lazımi düzəlişləri – verilənlərin əlavə edilməsi, dəyişdirilməsi və silinməsi – təmin etmək;

  • Sorğulara görə verilənlərə müraciəti yerinə yetirmək.

Bu əsas funksiyalardan əlavə müasir VBİS-lər də sorğuya görə seçilən verilənlərin emalı (onlar üzərində hesab və məntiq əməllərinin aparılması) və çıxış sənədlərinin (hesabatların) lazımi formaya salınıb, əks etdirilməsi də nəzərə alınır. VBİS- in əsas komponentləri olan verilənlər bazası, proqram təminatı, linqvistik təminat və VB- nin adminstratoru.
Verilənlərə müraciətin VBİS tərəfindən idarə olunması aşağıdakı kimi aparılır:

  1. VBİS sorğunu qəbul edərək onun təhlil edir.

  2. Müəyyən dildən (məsələn SQL dilindən) istifadə etməklə istifadəçi öz sorğusunu sistemə daxil edir.

  3. Sonra VBİS tərəfindən həmin sorğuya uyğun xarici sxem, onun konseptual sxemdə əksi (xarici - konseptual), konseptual sxem, konseptual sxemin daxili sxemdə əksi araşdırılıb, tələb olunan verilənlərin daxili strukturları təyin olunur.

  4. VBİS saxlanan verilənlər üzərində tələb olunan əməliyyatları aparır.

Fərz edək ki, istifadəçinin sorğusuna görə xarici yazının müəyyən nüsxəsinin seçilməsi tələb olunur. Ümumi halda tələb olunan verilənlərin seçilməsi üçün konseptual yazıların bir neçə nüsxəsinin seçilməsi lazım gəlir. Bu isə öz növbəsində fiziki səviyyədə saxlanılan yazıların bir neçə nüsxəsindən müəyyən sahələrin seçilməsini tələb edir. Əvvəlcə VBİS saxlanan yazıların tələb olunan nüsxələrini seçməli, konseptual yazıların tələb olunan nüsxələrini qurmalı və nəhayət, xarici yazının nüsxəsini formalaşdırmalıdır. Hər mərhələdə verilənlərin tipinin çevrilməsi və ya başqa çevrilmələr tələb oluna bilər.
VBİS verilənlərin bütün səviyyələrdə (xarici, konseptual, daxili və uyğun əksolunmalar) təyinini və bu təyinlərin uyğun formalara çevrilməsini təmin etməlidir. Bunun üçün onun tərkibində linqvistik vasitələr (verilənlərin təsvir dilləri) və linqvistik prosessor olmalıdır.
VBİS verilənlərin seçilməsi, dəyişdirilməsi, yeniləşdirilməsi və silinlməsi əməliyyatlarını təmin etməlidir. Bunun üçün o verilənlərin emalı dilinə və prosessora malik olmalıdır. Həmin prosessor həm reqlamentli (planlaşdırılmış), həm də təsadüfi
(planlaşdırılmamış) sorğuların emalını təmin etməlidir. Təsadüfi sorğuların emalı xüsusi problem olduğundan, o, VBİS-in və ona əlavə olunan üsqurum proqram vasitələrinin köməkliyi ilə həll olunur. Reqlamentli sorğular adətən əməliyyat xarakterli tətbiq üçün (məsələn, standart formalarda müxtəlif hesabat cədvəllərinin qurulması), təsadüfi sorğular isə qərarların qəbulunun informasiya təminatı üçün nəzərdə tutulur. Reqlamentli sorğuların emalı əvvəlcədən hazırlanmış proqramlarla, təsadüfi sorğuların emalı isə təyinat üzrə interaktiv aparılır.
VBİS-in vacib tərkib hissələrindən biri də verilənlər lüğətidir. Verilənlər lüğətinə sistemin metaverilənlər bazası kimi baxmaq olar. Burada “verilənlər haqqında verilənlər” (“metaverilənlər”), o cümlədən hər səviyyəyə uyğun sxemlərin (xarici, konseptual, daxili) təsviri, sxemlərin bir-birində əksləri,standart sorğular, həmin sorğularla onları emal edən proqramlar arasında əlaqələr, sorğulara uyğun hesabat formaları, istifadəçilər, verilənlərin alınma mənbələri, sistemə qoşulan terminallar və s. haqqında məlumat saxlanır. Metaverilənlər bazasının idarə olunması, yəni onun yaradılması, verilənlərin seçilməsi və dəyişikliklər aparılması üçün də ayrıca proqram təminatı hazırlanır. Verilənlər lüğətinə bəzə direktoriya və ya kataloq deyilir.
Bəzi hallarda, istifadəçilər sistemdən uzaq məsafədə olanda, sorğular VB-ya kommunikasiya məlumatı formasında ötürülür (istifadəçinin işçi stansiyasından birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə VBİS-ə). İstifadəçilərə cavablar da VBİS-dən birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə bu cür məlumat formasında çatdırılır. Bu prosesin idarəolunması “verilənlərin ötürülməsi dispetçeri” adlanan proqram kompleksi vasitəsilə aparılır. Adətən bu proqram kompleksi VBİS-dən ayrı yaradılır və özünün hüquqi əsaslarına malik olur. Bu cür sistemlərə paylanmış verilənlər bazaları deyilir. Bu tip sistem son illərdə geniş yayılan kliyent-server arxitekturası ilə qurulur.
Beləliklə, VBİS-in əsas vəzifəsi VB ilə istifadəçi arasında interfeysin təmin edilməsidir. İstifadəçi interfeysi istifadəçinin sistemlə əlaqəsini təmin edir.

Yüklə 207,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin