Verilənlər bazasının konsepsiyası


Relyasiya modelində nisbətə qoyulan tələblər



Yüklə 207,95 Kb.
səhifə7/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   2   3   4   5   6   7   8   9   10   ...   23
İbadov Adil

Relyasiya modelində nisbətə qoyulan tələblər


Relyasiya modelində nisbətə müəyyən tələblər qoyulur. Odur ki, cədvəlin nisbət hesab olunması üçün o, aşağıdakı şərtlərə və məhdudluqlara cavab verməlidir:



  1. Cədvəldə təkrarlanan sətirlər ola bilməz, başqa sözlə eyni qiymətli əsas açara malik bir neçə sətir ola bilməz.

  2. Cədvəldə təkrarlanan adla sütunlar ola bilməz.

  3. Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır.

  4. Cədvəlin sütunları tərkibli ola bilməz.

  5. Cədvəldə sətirlərin ardıcıllığı istənilən qaydada ola bilər.

Nisbətlər üzərində əməliyyat aparmaqla digər nisbətləri almaq olar. Məsələn, relyasiya VB-yə verilən sorğunun nəticəsi kimi bazada saxlanan nisbətlər əsasında hesablanmış yeni nisbət almaq olur. Odur ki, emal olunan verilənləri saxlanan və hesablanan hissələrə ayırmaq olar.
Relyasiya modelli VB-lərin əksəriyyətində verilənlərin emalının əsas vahidi ənənəvi proqramlaşdırma dillərində olduğu kimi, kortej (yazı) yox, nisbət qəbul olunmuşdur.
Nisbətlər üzərində aparılan əməliyyatları 2 qrupa bölmək olar. 1-ci qrupa çoxluqlar üzərində aparılan əməliyyatlar aiddir: toplama, kəsişmə, çıxma, bölmə, dekart hasil. 2-ci qrupa nisbətlər üzərində aparılan xüsusi əməliyyatlar aiddir: proyeksiya, birləşdirmə, seçmə. İmkanlarından və mürəkkəb sorğulara cavab vermək qabiliyyətindən asılı olaraq, müxtəlif VBİS-lərdə bu əməliyyatların hamısı və müəyyən hissəsi reallaşdırılır.
Relyasiya VBİS-lərdə nisbətlər üzərində əməliyyatların aparılması üçün 2 qrup dillərdən istifadə olunur. 1-ci qrup dillər relyasiya cəbrinə, 2-ci qrup dillər isə relyasiya hesablamalarına əsaslanır. Relyasiya cəbrində operandlar və əməliyyatların nəticələri nisbətlər olur. Sorğunun nəticəsi olan nisbət saxlanan nisbətlər üzərində ardıcıl aparılan əməliyyatlardan alınır. Bu cür dillər əsasən prosedur dillər olur. Bu dillərə misal olaraq dBase dilini göstərmək olar. Relyasiya hesablamalarına əsaslanan dillər isə qeyri- prosedur dillərdir. Bu dillərdə VB-ya verilən sorğu yalnız tələb olunan nəticə haqqında informasiyaya malik olur. Bu qrup dillərə misal olaraq SQL dilini göstərmək olar.
Relyasiya cəbri ilə relyasiya hesablamaları arasında reduksiya proseduru adlanan vasitə ilə əlaqə yaradılır. Bu prosedur relyasiya hesablamasının istənilən ifadəsini relyasiya cəbrinin standart əməliyyatlarına və əksinə çevirir.

  1. Yüklə 207,95 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin