Verilənlər bazasının konsepsiyası


Verilənlərin modeli və onun yaranma qaydaları



Yüklə 207,95 Kb.
səhifə3/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   2   3   4   5   6   7   8   9   ...   23
İbadov Adil

Verilənlərin modeli və onun yaranma qaydaları




Verilənlərin modeli onların necə və hansı qaydalarla strukturlaşmasını təyin edir. Lakin struktur xassələri verilənlərin semantikasını və onlardan istifadə üsullarını tam açmağa imkan vermir. Bunun üçün verilənlər üzərindəki əməliyyatlar da müəyyən olunmalıdır və həmin əməliyyatlar verilənlərin strukturları ilə uyğunlaşdırılmalıdır. Verilənlərin modelləri yüksək dərəcədə tipikləşdirilmiş modellər sinfinə aiddir. Bu o deməkdir ki, hər bir verilən bu və ya digər kateqoriyaya aid edilə bilər. Əgər bu mümkün deyilsə, veriləni süni yolla müəyyən kateqoriyaya gətirib çıxarırlar. Əksər halda kateqoriyalar əvvəlcədən müəyyənləşdirilir, məsələn, “mahiyyət”, “atribut”, “əlaqə” kateqoriyaları. Kateqoriyalar və onlar arasındakı əlaqələr birlikdə sxem adlanır. Tətbiq sahəsinin xüsusiyyətlərindən və istifadəçilərin tələblərindən asılı olaraq verilənlərin modelləri müxtəlif ola bilər. Buna baxmayaraq, bütün modellərə aid olan ümumi anlayışlar və təyinetmələr mövcuddur. Hər bir model real obyektlərin statik və dinamik xassələrini əks etdirməlidir. Statik xassələrə vaxta görə invariant olan xassələr aiddir. Onlar həmişə və ya müəyyən vaxt intervalında doğru və dəyişməz olur. Dinamik xassələr isə obyektlərin məruz qaldıqları əməliyyatlar nəticəsində vəziyyətlərinin dəyişilmələrini əks etdirirlər. Statik xassələr verilənlər modelinin yaranma qaydalarını ifadə edir və verilənlərin təsviri dili ilə əlaqələndirilir. Burada əsas məqsəd verilənlərin mümkün strukturlarını və onlar arasındakı əlaqələri təyin etməkdir. Verilənlərin strukturunun təyini yaranma qaydalarına cavab verən uyğun kateqoriyaların müəyyənləşdirilməsi ilə əldə edilir. Kateqoriyaların müəyyənləşdirilməsi isə atributlar və onların mümkün qiymətləri vasitəsilə aparılır. Bu zaman hər bir kateqoriyaya aid edilə bilən “tamlığın məhdudluğu” nəzərə alınmalıdır. Məsələn, işçinin tabel nömrəsi unikal olmalıdır. Aşkar məhdudluqlarla yanaşı modeldə struktur spesifikasiyalarına aid olan daxili məhdudluqlar da göstərilə bilər. Məsələn, obyektlər arasındakı əlaqələr ağacvari strukturla məhdudlaşa bilər. Verilənlər modelini yaranma qaydaları (G) və əməliyyat çoxluqları (O) vasitəsilə təyin edirlər. Yaranma qaydaları verilənlər modelinin statik xassələrini ifadə edir və verilənlərin təsviri dili ilə təyin olunur. Verilənlərin strukturunun təyini yaranma qaydalarına cavab verən uyğun kateqoriyaların müəyyənləşdirilməsi ilə əldə edilir. Kateqoriyaların müəyyənləşdirilməsi isə atributlar və onların qiymətləri vasitəsilə aparılır. Mahiyyət və əlaqələrin mümkün reallaşdırılmasının seçilməsi hər bir kateqoriya üçün təyin olunan “tamlığın məhdudluğu” nəzərə alınmaqla aparılır.Tamlığın məhdudluğu aşkar və ya qeyri- aşkar şəkildə verilə bilər. Əməliyyat çoxluğu verilənlər modelinin dinamik xassələrini ifadə edir. Bu çoxluq verilənlərlə əməliyyat dili vasitəsilə əlaqələndirilir. Əməliyyat çoxluğu verilənlər bazasının Di reallaşdırılması üzərində onun Dc reallaşdırılmasına çevrilməsi üçün aparılan əməliyyatları təyin edir. Çoxluğun hər bir əməliyyatı verilənlər bazasını bir vəziyyətdən digərinə gətirir. Bu halda verilənlər bazasının strukturu dəyişə bilər. Lakin daxili məhdudluqların pozulmasına icazə verilmir.

  1. Yüklə 207,95 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin