Verilənlər bazasının konsepsiyası


Verilənlər bazasının idarəetmə sistemlərinin təsnifatı



Yüklə 207,95 Kb.
səhifə14/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
İbadov Adil

12. Verilənlər bazasının idarəetmə sistemlərinin təsnifatı


Verilənlər bazalarının idarəetmə sistemlərini əsasən aşağıdakı əlamətlərə görə təsnif edirlər: 1) VBİS-in reallaşdırdığı proqramın növünə görə; 2) istifadə edilmənin xarakterinə görə; 3) verilənlərin modelinə görə.


Reallaşdırılan proqramın növünə görə VBİS-ləri aşağıdakı siniflərə ayırırlar: 1) tamfunksional sistemlər; 2) VB serverləri; 3) VB kliyentləri; 4) VB ilə işləyən tətbiqi proqram hazırlamaq üçün vasitələr.
Tam funksional sistemlərə 70-ci illərin ortalarından başlayaraq tətbiq olunan ənənəvi VBİS-lər daxildir. Onlar əvvəlcə böyük, sonra mini və mikro (fərdi) kompüterlər üçün yaradılmışdır. Hazırda bu sinif sistemlərin çoxlu sayda, güclü və geniş imkanlı variantları mövcuddur. Onlara misal olaraq Clarion Data-base Developer, Data Ease, DataFlex, DBase IV, Access, FoxPro, Paradox, R:Base və s göstərmək olar. Bu sistemlərin hamısı VB ilə on-line rejimində menyu əmrləri ilə işləmək üçün mükəmməl qrafik interfeysə malikdirlər. Sorğuların və hesabatların tərtib edilməsi üçün proqramlaşdırmaya ehtiyac yoxdur, bu işi sistemlərin hamısının dəstəklədikləri QBE dili vasitəsilə asan yerinə yetirmək mümkündür. Bundan əlavə, müasir funksional sistemlərin hamısı SQL dilini dəstəkləyirlər və onlardan bir çoxu peşakar istifadəçilərə sistemin daxili dilində proqramlaşdırma vasitələri təqdim edirlər.
VB serverləri-kompüter şəbəkələrində verilənlərin emalı mərkəzlərinin təşkili nəzərdə tutulur. Bu sinif VBİS-lər azdır, lakin onların sayı ildən-ilə artır. VB serverləri digər proqramlar (kliyentlər) tərəfindən SQL operatorları ilə verilmiş sorğulara görə verilənlər bazalarını idarə edirlər. VB serverlərinə misal olaraq aşağıdakı proqram sistemlərini göstərmək olar: Net-Ware SQL (Novell), SQL Server (Microsoft), İnterBase (Borland), SQL BaseServer (Gupta), İntelligent DataBase (İngress), Sybase (Sybase)ə s. VB kliyentləri-VB serverlərinə verilənlər üçün sorğu göndərilən və alınan informasiyanı emal edib tələb olunan hesabata uyğun istifadəçilərə çatdıran proqramlardır. Bu proqramlar kimi tamfunksiyalı VBİS-lər, elektron cədvəllər, mətn prosessorları, elektron poçt proqramları və s. istifadə edilə bilər. Bu zaman "kliyent- server" cütlüyünün elementləri eyni və ya müxtəlif firmaların proqram məhsulları ola bilər. Ümumi sistemin kliyent və server hissələri eyni firmanın məhsulu olduqda, onlar arasında funksiyaların paylanması rasional olur. Digər hallarda adətən "nəyin bahasına olursa olsun" prinsipi ilə verilənləri əldə etmək məqsədi güdülür. Bu cür birləşməyə misal olaraq hər hansı tam-funksional VBİS-dən birinin VB serveri, digərinin (başqa firmanın məhsulu) isə VB kliyent rolunda çıxış etməsini göstərmək olar. Məsələn, SQL Server VB serveri üçün kliyent (frontal) proqramları rolunda DBase IV, Paradox, Access, DataBase,
Lotus 1-2-3 və s. edə bilər.
VB ilə işləmək üçün tətbiqi proqram hazırlayan vasitələr kliyent proqramlarının, VB serverlərinin və onların komponentlərinin, istifadəçilərin tətbiqi proqramlarının
yaradılması üçün istifadə edilir. 1-ci və 2-ci qrup vasitələr əsasən sistem proqramları üçün nəzərdə tutulur. İstifadəçilərin tətbiq proqramlarının hazırlanması üçün vasitələrə müxtəlif proqramlaşdırma sistemləri, proqramlaşdırma dilləri üçün proqram kitabxanaları və həmçinin CASE vasitələri aiddir. Ən çox tətbiq edilən instrumental vasitələrə misal olaraq DELPHİ, VİZUAL BASİC, POWER BULDER, POWER DESİGNER, SİLVERRUN, ERWİN, S-DESİGNOR və s. göstərmək olar. Göstərilənlərdən başqa, verilənlərin idarə edilməsi və VB-yə xidmət edilməsi üçün müxtəlif əlavə vasitələrdən, məsələn, tranzaksiyalar monitorlarından da istifadə edilir.
İstifadə edilmənin xarakterinə görə VBİS-ləri 2 sinifə bölürlər: 1) fərdi VBİS-lər; 2) çoxistifadəçili VBİS-lər.
Fərdi VBİS-lər adətən fərdi VB-nin və onunla işləmək üçün tətbiqi proqramların yaradılması üçün istifadə edilir. Fərdi VBİS-lərdən və ya onların vasitəsilə hazırlanan tətbiqi proqramlardan çoxistifadəçili VBİS-lərin kliyent hissələrində geniş istifadə olunur. Fərdi VBİS-lərə misal olaraq VİSUAL FOXPRO, ACCESS, PARADOX və s. sistemləri göstərmək olar.
Çoxistifadəçili VBİS-lər VB serverindən və kliyent hissəsindən ibarət olub, həmcins olmayan hesablama mühitində, yəni müxtəlif tipli kompüterlərdə və əməliyyat sistemlərində işləyə bilirlər. Odur ki, çoxistifadəçili VBİS-in əsasında kliyent-server texnologiyası ilə fəaliyyət göstərən informasiya sistemini yaratmaq olar. Çoxistifadəçili VBİS-in universallığı və fəaliyyət dairəsinin genişliyi onun qiymətinin yüksək olamsında və tələb olunan kompüter resurslarının çoxluğunda özünü göstərir. Odur ki, tanınmış çoxistifadəçili VBİS-lərin sayı çox deyil. Bu cür VBİS-lərə misal olaraq ORACLE və İNFORMİX sistemlərini göstərmək olar.

Yüklə 207,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin