Relyasiya modelinin və ümumiyyətlə relyasiya modelli VBİS-in yaranması İBM firmasının əməkdaşı Edqar Koddun adı ilə bağlıdır. Relyasiya modelinin əsasını “nisbət” (ingiliscə “relation”) tiyazi anlayışı təşkil edir və bu tip modelin adı həmin terminlə bağlıdır. Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan üçün adi olan ikiölçülü cədvəl kimi təsvir etmək olar. Fərdi kompüterlər üçün mövcud olan VBİS-in böyük əksəriyyətində relyasiya modelindən istifadə olunur. Relyasiya modelinin əsas üstün cəhətləri aşağıdakılardır: sadəliyi, proqram reallaşdırmasının asanlığı, verilənlər üzərində müxtəlif riyazi və məntiqi əməliyyatların aparılmasının mümkünlüyü, istənilən tip sorğuya cavab təmin edən çevik VB sxeminin qurulması mümkünlüyü.
Relyasiya modelindən əsasən orta ölçülü VB-lər üçün istifadə olunur. Cədvəllərin sayı artıqca VB ilə işləmə sürəti aşağı düşür. Mürəkkəb strukturlu verilənlərin emalı sistemlərinin yaradılmasında relyasiya modelindən istifadə olunması müəyyən çətinliklər yaradır.
Obyektyönlü model iki modeli özündə birləşdirir (relyasiya və şəbəkə modellərini) və mürəkkəb strukturlu böyük VB-lərin qurulması üçün istifadə olunur. Obyektyönlü modeldə obyektyönlü proqramlaşdırma prinsiplərindən istifadə olunur. Lakin burada istifadəçilərin aparat və proqram anlayışları (bayt, yazı və s.) ilə deyil, real aləmin strukturuna uyğun anlayışlarla, başqa sözlə, obyektlər və onlar üçün təyin olunmuş əməliyyatlarla işləyirlər. Obyektyönlü yanaşmada abstraksiya səviyyəsi daha yüksək olur. Bu tip modeldə relyasiya konsepsiyası domenlərə (cədvəlin sütunları) əsaslanır. Yəni obyekt sinfi kimi domen götürülür. Belə hibrid sistem relyasiya əsaslı olduğundan, relyasiya modelinin üstünlüklərini saxlayır, yəni bu cür sistem relyasiya sistemləri ilə uyuşur.
5.Verilənlərin relyasiya modeli
Relyasiya modeli (RM) mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı əlaqələri əks etdirir. Relyasiya modelində VB-in məntiqi sxemi nisbətləri sxemi şəklində təsvir olunur. Həmin sxemdə ayrı-ayrı nisbətlər və oxlu xidmətlərlə onlar arasından əlaqələr göstərir. Relyasiya modelinin elementləri bunlardır: nisbət, mahiyyət, atribut, nisbətin sxemi, relyasiya sxemi, domen, açar, verilənlərin tipi.
Dostları ilə paylaş: |