Verilənlər bazasının konsepsiyası


Nisbətlərin normal formaları



Yüklə 207,95 Kb.
səhifə9/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
İbadov Adil

Nisbətlərin normal formaları


Nisbətlərin normallaşdırılması 5 səviyyə üzrə aparıla bilər və buna uyğun olaraq 5 normal forma mövcuddur: 1-ci normal forma (1nf), 2 -ci normal forma (2nf), 3-cü normal forma (3nf), 4-cü normal forma (4nf), 5-ci normal forma (5nf). Əgər nisbət 5-ci normal formadadırsa (5nf), o həm də 4-cü, 3-cü, 2-ci və 1-ci normal formalara malikdir.







Şəkil . Nisbətlərin normal formaları

    1. ci normal forma (1nf). Nisbət o vaxt 1 nf-də olar ki, onun atributlarının hamısı atomar olsun, yəni uyğun domenlərin qiymətləri skalyar kəmiyyət olsun. Nisbəti 1 nf-də ifadə etmək üçün tərkibli atributları tərkib hissələrinə ayırıb, sadə formada yazmaq lazımdır. Sorğu dilləri ilə işləmək üçün nisbətlərin 1 nf-də olması kifayətdir. Sonrakı normal formalar isə yuxarıda göstərən tələbləri yerinə yetirmək üçün lazımdır.

    2. ci normal forma (2nf). Əgər nisbət 1-ci normal formadadırsa və onun hər bir atributu əsas açardan tam funksional asılıdırsa, onda nisbət 2-ci normal formadadır. Məsələn, İŞÇİ ( Tabel nömrəsi, Soyad, Ünvan, Vəzifə, Maaş) nisbəti 2 nf-ə məxsusdur (əsas açarın altından xətt çəkilməlidir). Əgər açar yalnız bir atributdan ibarətdirsə, onda nisbət 2 nf-də olur, çünki bu halda açar olmayan atributların hamısı açardan tam funksional asılı olur. Bir sıra hallarda 2 nf-də verilənlər üzərində əməliyyatların yerinə yetirilməsi zamanı anomaliyalar baş verir. Bu cür anomaliyaları aradan qaldırmaq üçün sonrakı normal formalarına keçmək lazımdır.

    3. cü normal forma (3 nf). Nisbət o vaxt 3 nf-də hasab olunur ki, o, 2 nf-də olsun və açara daxil olmayan hər bir atribut açardan tranzitiv asılı olmasın. Məsələn, İŞÇİ nisbətində (Tabel nömrəsi, Soyad, Ünvan, Vəzifə, Maaş) tranzitiv asılılıq mövcuddur: Tabel nömrəsi→Vəzifə→ Maaş. Tranzitiv asılılığı aradan qaldırmaq üçün İŞÇİ nisbəti üzərində “Vəzifə” və “Maaş” atributlarına görə proyeksiya əməliyyatı aparıb, alınan nəticəni ayrıca nisbət kimi götürmək lazımdır. Beləliklə, ilkin nisbət 2 nisbətlə ifadə olunur:

İŞÇİ (Tabel nömrəsi, Soyad, Vəzifə) VƏMA (Vəzifə, Maaş)
Açar bir atributdan ibarət olduqda və nisbətdə digər asılılıqlar, o cümlədən çoxmənalı asılılıqlar olmadıqda, 3 nf nisbəti təkrarlanmadan və həmçinin daxiletmə, xaricetmə və dəyişdirmə əməliyyatlarında rast gələn anomaliyalardan azad edir. Təcrübədə çox vaxt 3 nf-lə VB-nin məntiq layihələndirilməsi başa çatır. Əgər nisbətin açarı tərkiblidirsə və onun atributlarının açara daxil olmayan atributlardan asılılığı varsa, onda 3 nf-in gücləndirilmiş formasına keçmək lazımdır.

Yüklə 207,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin