Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə15/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

4. Aktivlik. EHM ortaya çıxandan və yaddaş sistemində istifadə olunan biliklərin verilənlər və komandalara bölünməsi nəticəsində belə bir vəziyyət alınmışdır ki, verilənlər passivdir, komandalar isə aktivdirlər. Yəni EHM-də gedən proseslər komandalar vasitəsilə həyata keçirilir, verilənlər isə bu komandalar tərəfindən lazım olduqca istifadə olunurlar. EHM-ə xas olan verilənlərin passivliyi cəhətinin insanda analoqu yoxdur. Odur ki, intellektual sistemlərdə belə bir vəziyyət qəbul edilməzdir. İnsana bənzər bilik sistemində bir hərəkətin icrası sistemin malik olduğu biliklər əsasında həyata keçirilir. Getdikcə yeni xüsusiyyətlərə malik olmaqla verilənlər biliklərə çevrilirlər.
Struktur verilənləri gözdən keçirsək, görərik ki, bilikləri səciyyələndirən bəzi xüsusiyyətlər verilənlərdə də vardır. Məsələn, birinci iki xüsusiyyət biliklərlə yanaşı verilənlərə də xas cəhətlərdir və birinciyə görə verilənlər özlərini bazada göstərirlərsə, ikinci cəhət mürəkkəb obyektlərlə sadə obyektlər arasında əlaqənin təyin olunması kimi göstərilir.
Üçüncü və dördüncü xüsusiyyətlər ancaq biliklərə xasdır. Üçüncü cəhətə görə biliklərimiz təkcə struktur baxımdan əlaqəli deyil, bunlar həm də faktorlara, proseslərə, vəziyyətlərə aid qanunauyğunluqları və aralarında olan səbəb-nəticə əlaqələrini göstərir. Dördüncü cəhətə görə insan biliyi aktivdir - o hər zaman öyrənir və yeni bilik əldə edir. Bununla da biliklər prinsipcə verilənlərdən fərqlənirlər. Məsələn, biliklərdə ziddiyyət aşkar olunarsa, bu ziddiyyətin aradan qaldırılması yeni biliyin ortaya çıxmasına səbəb olur.
Şübhəsiz ki, verilənlərlə bilik arasında həmişə kəskin bir fərq sərhəddi mövcud olmuşdur və olmaqdadır. Bu fərq biliklərin təsviri modellərinin meydana çıxması ilə təsbit edilir.
Biliklər üç əsas sistemə ayrılırlar:
1. İnsana məxsus qanunlar və faktorların toplusu olan tam faktiki biliklər.
2. Dünyaya məxsus sistemin universal və xüsusi metodlar toplusu olan aktual biliklər.
3. Axtarış istiqamətini müəyyən edən və alternativ yolların seçilməsini təmin edən proqmatik biliklər.
Başqa bir təsnifata görə biliklərin belə klassifikasiyası mümkündür:
1. Predmet sahəsinə aid biliklər: konkret obyektlərin, gerçəkliyin və bunlara aid elementlərin kəmiyyət və keyfiyyət xarakterli bilikləri;
2. Prosedur biliklər: sistem tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar, metodlar, alqoritimlər və proqramlar.
3. Konseptual biliklər: bir predmet sahəsində istifadə olunan anlayışlar, terminlər, xassələr, anlayış əlaqələri toplusu.
4. Struktur biliklər: Predmet sahəsinə aid obyektlərin fərqli hissələri üçün qarşılıqlı əlaqəsi və mümkün ola biləcək quruluşu haqqında biliklər.
Əgər biliklərə bir predmet sahəsində problemlərin həlli baxımından yanaşılarsa, bunları faktlara və evristikalara bölmək əlverişlidir. Birinci kateqoriyadan olan biliklər predmet sahəsində yaxşı məlum olan halları ifadə edir. Bu kateqoriya biliklər xüsusi predmet sahəsinə aid kitablarda və tədris vəsaitlərində əks olunurlar və odur ki, çox vaxt mətni (tekstavoy) bilik adlandırılırlar. Evristik biliklər baxılan predmet sahəsində mütəxəssislərin-ekspertlərin şəxsi çoxillik təcrübəsi əsasında toplanan biliklərə əsaslanır. Ekspert sistemlərdə (ES) məhz bu qəbildən olan biliklər sistemin səmərəliliyinin yüksəldilməsində həlledici rol oynayır.
Ekspert sistemin əsasını biliklər bazası (BB) təşkil edir ki, o da ES-in qurulması prosesində toplanıb əmələ gəlir.
Biliyin yıgılması və təşkili-ES-in ən vacib cəhətlərindən biridir.

Bu faktın olması müəyyən sinif məsələlərin həlli üçün nəzərdə tutulmuş proqramın qurulması hədlərini aşır. Səbəb odur ki, ES-in əsası olan bilik aydın və əldə oluna biləndir, bu cəhət də bu sistemi başqa ənənəvi proqramlardan fərqləndirir.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin