Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə2/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   2   3   4   5   6   7   8   9   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

25. DELETE instruksiyası 41
26. UPDATE instruksiyası 42
27. Formaların qurulmas. Baş formanın qurulması 43
28. Makroslar 44
29. Hesabatlar(Reports)Отчет 45
30. Modullar(Modules)Модули 46

1. Verilənlər bazasının modelləri


Verilən - predmet sahəsinin obyektlərini, proseslərini və gerçəkliklərini xarakterizə edən ayrı-ayrı cəhətlərdir, atributlardır.


Verilən - bazaya daxil ediləcək informasiya vahidləridir.
Verilən verilənlər bazasının elementləridir.
İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilənlər bazası – kompüterin daimi yaddaşında müxtəlif tipli (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.
Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

  • Microsoft Access

  • Open Office Base

  • Foxpro

  • Microsoft SQL Server

  • Oracle

  • My SQL.

Çox yaxın keçmiş perfokartlar dövrü idi. Verilərlər maqnit lentində, maqnit kartlarında saxlanılırdılar. Bu zaman verilənlər bazasının əsas iki modeli istifadə olunurdu: iyerarxik və şəbəkə modelləri. Belə faylları iyerarxik fayllar, ağacşəkilli struktur və ya şəbəkə strukturu kimi təsvir etmək olar.
İyerarxik VB. Bu VB-da verilənlər «valideyn - övlad» prinsipi ilə qruplaşdırılırlar. Müəyyən bir verilənlə ifadə olunan «valideyn» hər bir sonrakı informasiya elementi ilə övladlıq verilənləri ilə bağlanır. VB-nın iyerarxik modelində verilənlərə müdaxilə yalnız valideyn - övlad əlaqəsi ilə yarana bilər.




Şəbəkə modeli. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir. Bu zaman verilənlər faktiki olaraq başqa verilənlər ilə də bağlı olur və vacib deyil ki, bu əlaqələr iyerarxik olsunlar.


Relyasiya modeli. Hər bir yazı eyni sahələr yığımı ilə ifadə olunduqda fayl ikiölçülü matris kimi təsvir edilə bilər. Bu gün əksər VB relyasiya modelinə əsaslanır, daha doğrusu cədvəl şəkillidir. Bildiyimiz kimi cədvəl strukturunda verilənlərin strukturu sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır.
Sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edir. VB-nin strukturunu daha yaxşı mənimsəmək üçün təsəvvür edək ki, baza boşdur və orada heç bir verilən yoxdur. Bazada verilən olmasa da orada informasiya var – bu bazanın strukturu, daha doğrusu, sahələr yığımıdır. Məhz onlar bazaya yazılacaq və hansı cür yazılacaq verilənləri müəyyən edirlər.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin