Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə16/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

15. Verilənlərin tamliği


Verilənlərin tamlığı verilənlər bazasında saxlanan verilənlərin dəqiqliyini və düzgünlüyünü ifadə edir. Tamlıq anlayışı ilə təhlükəsizlik anlayışlarının oxşar cəhətlərinin olmasına baxmayaraq, onları bir-birilə qarışdırmaq olmaz. Təhlükəsizliyin təminində sistem müəyyən qaydalar haqqında məlumata malik olmalıdır. Hər iki halda bu qaydalar münasib dildə ifadə olunmalı və sistemin kataloqunda saxlanmalıdır və VBİS istifadəçilərinin verilənlərlə əməliyyatları zamanı həmin qaydalara əməl olunmasını izləməlidir. Tamlığa qoyulan tələblərə tamlığın məhdudluqları deyilir. Tamlığın məhdudluqlarının təhlükəsizlik qaydalarından fərqi ondan ibarətdir ki, onlar istifadəçilərdən asılı deyil.


Adətən, tamlığın məhdudluqları baza nisbətlərinə tətbiq edilir. Lakin bəzi hallarda törəmə nisbətlər də tamlığın məhdudluqları ilə tənzimlənə bilərlər.
Məhdudluqların təmini deklarativ və prosedura yolu ilə əldə edilə bilər. Deklarativ təminat tam həyata keçirilən VBİS-də proqramçıların işi xeyli asanlaşır və məhsuldarlıq artır. Odur ki, deklarativ yol mühüm amildir və proqram təminatında nəzərə alınmalıdır. Təəssüf ki, az sayda relyasiya sistemlərində məhdudluqların deklarativ təminatı nəzərə alınır.
Qeyd etdiyimiz kmi, «tamlıq» verilənlərin dəqiqliyini və düzgünlüyünü ifadə edir. Əgər verilənlər bazası «tam» vəziyyətindədirsə, deməli o düzgündür, yəni tamlığa qoyulan heç bir məhdudluq pozulmur. Odur ki, verilənlər bazasının bərpası onun «tam» vəziyyətinə gətirilməsi deməkdir.
Verilənlərin tamlığı ilə bağlı amillər həm verilənlər bazasının layihələndirilməsi, həm də ondan istifadə olunması zamanı nəzərə alınmalıdır. Verilənlər bazasının layihələndirilməsi zamanı pozulmasına qarşı reaksiya yeniləşmə əməliyyatından imtina edilməsindən ibarətdir. Bu halda vurulan zərbənin bütün nəticələri aradan qaldırılır və lazımi diaqnostik məlumat verilir. Bu tip reaksiya təcrübədə ən çox istifadə olunduğundan, adətən o qeyri-aşkar şəkildə verilir. Ymumi halda isə pozulmalara qarşı reaksiya istənilən mürəkkəblikdə prosedura ola bilər.
Yuxarıda baxılan məhdudluqların hamısı VB-nin düzgün vəziyyətini təmin etmək üçün nəzərdə tutulur. Bəzən verilənlər bazasının bir vəziyyətdən digərinə keçməsi ilə əlaqədar məhdudluqlar da nəzərə alınmalıdır. Məsələn, eyni sinifə məxsus kompüterin yenisi ilə əvəz edilməsi zamanı takt tezliyi, məhsuldarlıq, daxili və xarici yaddaş tutumu kimi göstəricilərin qiymətləri aşağı düşməməlidir.
SQL-də tamlığın məhdudluqlarının təsnifatı yuxarıda baxılan sxemdən fərqlənir və aşağıdakı 3 kateqoriyaya bölünür:
1.Domenin məhdudluqları.
2. Baza cədvəlinin məhdudluqları.
3. Ümumi məhdudluqlar.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin