19. Sorğuların (Query) və İfadələrin qurulması(Expression)
Sorğu dedikdə bir və ya bir neçə cədvəldən lazım olan məlumatı almağa imkan verən proqram elementi nəzərdə tutulur.
Sorğuların qurulması “İBM” firmasının adı ilə bağlıdır. Beləki keçən əsrin 70-ci illərində “İBM” firması sorgular üçün SEQUEL(Structured English Query Language) dilini tərtib etmişdir. 80-ci illərin əvvəlində İBM firması SQL/DS verilənlər bazası idarəetmə sistemini qurmuşdur. ANSİ(American National Standart İnstutut) 1982-ci ildə SQL dilinin vacibliyi nəzərə alaraq SQL-82 versiyasını satandart kimi qəbul elədi. Sonrakı inkişaf prosesində SQL-86, SQL-92 vesiyaları quruldu. Hal-hazırda bütün verilənlər bazasının idarəetmə sistemləri bu standartlar əsasında qurulmuş və ümumiləşdirilmiş SQL dilindən istifadə edirlər.
MS Access sorğuları qurmaq üçün Query(Запросы) bölümündən istifadə edilir. Bu zaman proqram sorğuların qurulması üçün 2 variant təklif edir:
Create Query in Design View(Конструктор) – Bu rejim seçildikdən sonra açılan pəncərədə lazım olan cədvəllər seçilir və Add(Добавить) sıxılır. Sonra Close(Закрыть) düyməsi vasitəsilə pəncərə bağlanır. Əgər cədvəllər arasında əlaqə yoxdursa, “mousla” birləşdirici sahələrin birinin üzərində sıxılıb digəri üzərinə aparmaq lazımdır.
QEYD 1:Cədvəllər arasındakı əlaqəni dəyişmək üçün əlaqə xəttin üzərində konteks menyunu açmaq lazımdır.
QEYD 2: İşçi sahədən lazım olan cədvəli silmək üçün cədvəlin adı üzərində konteks menyunu açmaq lazımdır.
QEYD 3: Əgər işçi sahəyə yeni cədvəl əlavə etmək lazımdırsa, işçi sahədə konteks menyunu açaraq Add Table(Добавить таблицу ) əmrini yerinə yetirmək lazımdır.
Sorğu sahəsinin strukturu aşağıdakı sahədən ibarətdir:
İşçi sahənin yuxarı hissəsində seçilmiş cədvəllər yerləşir. Aşağı hissədə isə cədvəl və onun bölümlərinin seçilməsi yerinə yetirilir. Bu seçimlərə aşağıdakılar aiddir:
Field( Поле) - Cədvəlin seçilmiş bölümünü əks etdirir.
Table name(Имя табдицы) - İstifadə olunan cədvəlin adını göstərir.
Sort(Сортировка) - Seçilmiş bölümü müəyyən ardıcıllıqla düzməyə imkan verir.
Show(Вывод на экран) - bölümün ekranda görünüb-görünməməsini təmin edir.
Criteric(Условые отбора) - seçilmiş bölüm üzrə müəyyən şərtlər daxil etməyə imkan verir.
Sorğu qurulduqdan sonra standart alətlər panelində yerləşən (RUN) düyməsinin köməyi ilə işlədib onun nəticələrini görmək olar. Qurulmuş sorğunu konteks menyunun köməyiilə adi rejimdə və ya konstruktur rejimdə açmaq mümkündür.
Create Query by using Wizard(Мастер) – Bu rejimin köməyi ilə sorğular quran zaman dialoq rejimindəaçılan pəncərədən uyğun cədvəllər və bölümlər seçərək Далее(Next) sıxılır. Sorğunun bütün elementləri təyin olduqdan sonra Готово(Finish) sıxılır.