Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə28/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   22   23   24   25   26   27   28   29   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

28. Makroslar


Verilənlər bazasının qurulması zamanı ən geniş istifadə olunan elementlərdən biri Макросы(Macro) –dur. Макросы(Macro) dedikdə müəyyən bir əməliyyatı yerinə yetirən hazır alt proqram nəzərdə tutulur. Makrosları qurmaq üçün MS.Access Макросы(Macro) bölümündə Создать(New) düyməsinə sıxılır. Bu zaman makroslar pəncərəsi açılır. Bu pəncərə 3 əsas hissədən ibarətdir: 1-ci bölüm makros əmrlər bölümünü, 2-ci bölüm makros əmrlərinin parametrləri, 3-cü makros əmrləri haqqında qeydləri özündə birləşdirir. Ən çox istifadə olunan makros əmrlərinə aşağıdakı nümunəni göştərmək olar:



  1. Открыть Запрос(Open Query) – lazım olan sorğunu açmaq üçün istifadə edilir. Bu makrosu seçdikdən sonra arqumentlər bölümündə soğunun adı, açılma rejimi və verilənlər rejimi təyin edilməlidir. Makros qurulduqdan sonra (RUN) əmri vasitəsilə onu yerinə yetirib yoxlamaq olar. Sonradan həmin makrosu müəyyən ad altında yadda saxlamaq lazımdır.

Qeyd: qurulmuş makrosları konteks menyunun köməyi ilə işə salmaq və ya конструктор(design) rejimində dəyişmək mümkündür.

  1. Открыть Таблицу(Open Table) – Lazım olan cədvəli açmaq üçün istifadə olunan makrosdur.

  2. Открыть Форму(Open Form) – Lazım olan formanı açmaq üçün istifadə edilir.

  3. Открыть Отчет(Open Report) – Lazım olan hesabatları açmaq üçün istifadə edilir.

  4. Открыть Модуль(Open Module) – Visual Basic-də yazılmış proqramları açmaq üçün istifadə edilir.

  5. Запуск Запроса SQL(RUN SQL Query) – SQL dilində yazılma sorğunu yerinə yetirmək üçün istifadə olunur.

  6. ЗапускПриложения(RUN Application) – Hər hansı bir işlək faylları (exe, bat....) yerinə yetirmək üçün istifadə edilir.

  7. Запуск Программы(RUN Program) – Hər hansı bir proqramı işlətmək üçün istifadə etmək olar.

  8. Печать(Print) – Lazım olan məlumatı çap elemək üçün istifadə olunur. Onu qeyd edək ki, bu əmr yuxarıda göstərilən bir və ya bir neçəsi ilə birlikdə istifadə olunmalıdır.

Bunlarla yanaşı aşağıdakı köməkçi makroslardan da geniş istifadə olunur:

  1. Выход(Exit) – Prosesi dayandırmaq üçün istifadə edilir. Bu makros adətən digət makroslarla birlikdə istifadə olunur.

  2. Закрыть(Close) – Açıq olan obyekti bağlamaq üçün istifadə edilir.

  3. ПесочныеЧасы(Sand-Glass) – Qum saatından istifadə etmək üçün istifadə edilir.

  4. Сигнал(Beep) – PC olan standart səs siqnalı çıxartmaq üçündür.

  5. Сообщение(Message) – Lazım olan məlumatı mesaj kimi çıxartmaq üçün istifadə olunur.

Qurulmuş makroslar adətən formalarda istifadə edilir. Bunun üçün formanı конструктор(design) rejimində açmaq lazımdır. Bundan sonra formaya hər hansı bir idarə edici element yerləşdirilir(Toogle Button, Checkbox, Radio Button .....). Həmin elementin konteks menyusundan Свойства (Properties) əmri yerinə yetirilir. Aşılan pəncərədə Cобытья(Events) bölümündə lazım olan hadisə uyğun makrosa bağlanır.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin