Var, Varp –Seçilmiş bölüm üzrə dispersiyanı hesablamaq üçün istifadə edilir.
Stdev, Stevp – Seçilmiş bölüm üzrə dispersiyanın kvadrat kökünü hesablamağa imkan verir.
First, Last – Cədvəl və ya seçilmiş bölüm üzrə birinci və sonuncu yazılanları tapmağa imkan verir.
25. DELETE instruksiyası
Sorğuların qurulması zamanı lazım olmayan yazıların silinməsə ehtiyac olur. Bunu yarinə yetirmək üçün Delete instruksiyasından istifadə olunur. Bu sorğuları qurmaq üçün 2 üsuldan istifadə edilir.
Конструктор(Design) rejimində hər hansı bir sorğunu qurduqdan sonra “İşçi sahədə” konteks menyunu açaraq Тип Запроса bölümündən Удаление seçilməlidir.
Delete *
FROM Alish;
Bu sorğu alış cədvəlində bütün verilənləri silmək üçün istifadə edilir. Əgər müəyyən şərtə cavab verən verilənləri silmək lazımdırsa, WHERE operatorundan istifadə olunur. Məs : Alish cədvəlində Alış qiyməti 5-dən aşağı olanları silmək üçün aşağıdakı SQL kodunu yazırıq:
Delete *
FROM Alish
WHERE Alish_qiy<5;
Alish və Satish cədvəllərində bütün verilənləri silmək üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:
Delete *
FROM Alish
INNER JOIN Satish
ON Alish.Malin_adi=Satish.Malin_kodu;
26. UPDATE instruksiyası
Verilənlər bazasının qurulması zamanı müəyyən verilənlərin qiymətlərini dəyişilməsinə ehtiyac olur. Bu əməliyyatı yerinə yetirmək üçün UPDATE tipli sorğulardan istifadə olunur. Bu sorğuları 2 üsulla qurmaq olar:
Тип запроса Обновление və ya
Query Tupe Update əməliyyatını yerinə yetirməliyik.
Bu cür sorğuların ümumi yazılışı aşağıdakı kimidir :
Update Cədvəlin adı
Set bölümün adı= “Qiyməti”;
Məsələn: Alış cədvəlində malın qiymətini 1 manat artırmaq üçün aşağıdakı SQL kodunu yazmaq olar.
UPDATE Alish
SET Alish_qiy=Alish_qiy+1;
Əgər müəyyən şərtlər daxilində yenilənməni yerinə yetirmək lazımdırsa, onda WHERE operatorundan istifadə olunur. Məs:
Alış cədvəlində malın adı dəftər olan verilənlərin alış qiymətini 2 dəfə artırmaq üçün aşağıdakı SQL kodundan istifadə etmək olar :
UPDATE Alish
SET Alish_qiy=Alish_qiy*2
WHERE Malin_adi= “dəftər”;
Bu zaman ehtiyac olarsa WHERE operatorunda məntiq əmrlərindən istifadə etmək olar.
Tarixə görə malın sayını 2 dəfə artırmaq üçün SQL belə yazılır:
UPDATE Alish
SET Alish.Alish_sayi=Alish_sayi*2
WHERE Alish.Alish_tarixi =#11/1/2010#;
Bir neçə cədvəl üzrə verilənlərin yenilənməsi üçün aşağıdakı SQL kodundan istifadə etmək olar:
UPDATE Alish
INNER JOIN Satish
ON Alish.Malin_kodu=Satish.Malin_kodu
SET Alish.Alish_sayi=Alish_sayi +2
WHERE Alish.Alish_tarixi=#11/1/2010#;