Vi mühaziRƏ. İOn polimerləŞMƏ VƏ onun xüsusiYYƏTLƏRİ Plan



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix30.12.2021
ölçüsü0,68 Mb.
#49461
1   2   3   4   5   6
YMB VI MÜHAZİRƏ

1. Kation polimerləşmə - aktiv mərkəzlərin müsbət yüklü hissəciklər (karbkationlar) olduğu 

haldır. 


2.  Anion  polimerləşmə  -  aktiv  mərkəzlərin  mənfi  yüklü  hissəciklər  (karbanioniar)  olduğu 

haldır. 


Sənaye  əhəmiyyətli  poliizobutilen,  aşağı  təzyiqli  polietilen,  bəzi  kauçuklar  və  s.  ion 

polimerləşmə ilə  alınır.  Radikal polimerləşmədən fərqli olaraq,  ion  polimerləşmədə  inisiatorlarının 

təsiri  yalnız  monomer  molekullarının  həyəcanlandırılması  ilə  məhdud-laşmayıb,  həm  də  o  biri 

elementar reaksiyaların gedişində özünü göstərir. Məsələn, radikal polimerləşmə üçün demək olar ki, 

heç bir əhəmiyyət kəsb etməyən həlledicinin təbiəti, ion polimerləşmə-nin elementar reakiyalarının 

sürətlərini və hətta reaksiyanın mexanizmini müəyyən edən əsas amillərdən birinə cevrilir. 

Zəncirvari  polimerləşmənin  bu  növü  üçün  xarakter  olan  mühüm  xüsusiyyətlərdən  biri  də 

özünəməxsus  qırılma  reaksiyalarının  mövcud  olması  və  bir  cox  hallarda  isə,  ümumiyyətlə  qırılma 

reaksiyalarının baş verməməsidir. 

Kation polimerləşmədə ilkin aktiv mərkəzlər və uzanan zəncirlər müsbət yüklü kationlardır

Katalizator  kimi  bəzi  mineral  (H

2

SO



4

,  H


3

PO

4



,  HClO

4

)  və  Lüis  turşularının  müxtəlif  nukleofil 



reagentlərlə (BF

3

H



2

O, SnCl


4

H

2



O, AlCl

3

CH



3

CH

2



Cl) koplekslə-rindən istifadə olunur. 

 

Göründüyü  kimi,  protonun  yaxud  karbkationun  əmələ  gəlməsi  və  deməli,  monomerin 



həyəcanlanması, katalizator kompleksinin dissosiasiyası ilə əlaqədar olur. Kompleksin dissosiasiyası 

isə mühitin dielektrik nüfuzluğundan çox asılıdır. Həlledicinin  polyarlığı  artdıqca polimerləşmənin 




sürəti də artır. Məsələn, R

+

[SnCl



5

]



 kompleksi iştirakilə stirol karbon (IV) xloridlə polimerləşmədiyi 

halda, nitrobenzolda böyük sürətlə polimerləşir.  

Əlbəttə,  bu  daha  polyar  həlledicidə  katalizator  kompleksinin  asan  dissosiasiya  etməsi  ilə 

əlaqədardır. Kation mexanizmi üzrə zəncirvari polimerləşmənin başlanması o zaman mümkün olar ki, 



monomer molekulları katalizator kompleksindən alınan protonu, yaxud karbkationu özünə birləşdirə 

bilsin. 

Elementar  mərhələlərin  gedişini  stirolun  SnCl

4

H

2



O  kom-pleksi  iştirakilə  polimerləşməsi 

misalında nəzərdən keçirək. Katalizator kompleksi asanlıqla dissosiasiya edərək proton verir ki, bu da 

monomer 

molekulu 

ilə 

birləşərək 



aktiv 

mərkəz 


yaradır:

 

 

Katalizator  kompleksi  anionunun  əhatəsində  olduğundan,  zəncirin  uzanması  həlledicinin 

polyarlıq dərəcəsindən çox asılıdır. Belə ki, həlledicinin polyarlığı çox olduqca əks ionun karbkati-

ondan ayrılması asanlaşır. Bu isə zəncirin uzanma reaksiyası sürətinin artmasına səbəb olur: 

 

Zəncirin  qırılması  monomolekulyar mexanizm  üzrə  katalizator kompleksinin regenerasiyası 



yolu ilə baş verir: 

 

Monomolekulyar qırılma təcrübədə təsdiq edilmişdir. Radikal polimerləşmədə olduğu kimi, 



kation polimerləşmədə də zən-cirin qırılması ötürülmə reaksiyaları nəticəsində baş verə bilər. Kation 

polimerləşmənin tipik ötürücü agentləri: monomerhəlledicipolimer molekulları və qarışıqlar hesab 

edilir. Monomerə görə ötürülmə makrokarbkationdan proton ayrılması və ya monomer molekulundan 

hidrid keçidi yolu ilə bas verə bilər: 

 

Monomer molekulunda ikili və ya üçlü karbon atomları  



yanında  hidrogenin  olduğu  halda  hidrid  keçidinin  ehtimalı  çox  olur.  3-Metilbuten-1-in  kation 

polimerləşməsi  -  hidrid  kecidi  nəticəsində  karbkationların  izomerləşməsi  ilə  müşayət  olunan  belə 

polimerləşmə reaksiyalarına tipik misaldir: 



 

İzomerləşmə kation polimerləşməsi adlanan bu tip polimerləşmə bir cox -olefinlər və bəzi 

aliil monomerləri üçün səciyyəvidir. Məsələn, allilfenil efirinin SnCl

4

C



2

H

5



OH kompleksi iştirakilə 

polimerləşmənin aşağıdakı sxem üzrə getdiyi müəyyən edilmişdir: 

 

 

Polimerləşmə, əsasən I variant üzrə, yəni aromatik həlqədə əvəzolma ilə müşayət olunur. 



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin