Elm, iman və yorulmazlıq örnəyi24
Bismillahir-Rəhmanir-Rəhim.
Bir neçə ildir ölkədə faydalı elmi hərəkat başlanmışdır. Hamı qəbul edir ki, bu dəyərli hərəkat ölkənin təxminən bütün elm adamları - müəllimlər, tələbələr, tədqiqatçılar, universitetlər və tədqiqat mərkəzləri arasında az-çox yayılmışdır. Mənim vəzifəm budur ki, alimlərimizin, tədqiqatçılarımızın və müəllimlərimizin bütün ölkədə gördükləri bu böyük elmi işlərə görə təşəkkür və minnətdarlığımı bildirim.
Bu gün mənim bu mərkəzə gəlməyim əslində, simvolik bir hərəkətdir; xoşbəxtlikdən, ölkəmizdə başlayan böyük və geniş elmi hərəkata hörmət bildirmək üçün. Baxmayaraq ki, hələ yolun əvvəlidir. Buranı əvvəla, Royana, ikincisi isə Universitet cihadına görə seçdik.
Royan müəssisəsi
Royan müəssisəsi insanın arzuladığı uğurlu, ideal, gözəgəlimli və nümunəvi bir müəssisə olub və indi də elədir. Mən mərhum Səid Kazimini çox sevirdim, indi də o əziz gəncin xatirəsini uca tuturam. Onun hərəkəti, iş tərzi, idarəçiliyi, müntəzəmliyi həqiqətən, ideal idi. Royan da onun və əvvəldən burada işləyən digər həmkarların köməyilə belə yetişdi, inkişaf etdi və cücərdi. Mən bunu əvvəldən hiss etmişəm. Mənim və mərhum Kaziminin müştərək dostumuz işin əvvəlində, 15-16 il bundan əvvəl onun istəklərini mənə çatdıranda bu işdə düzgün bir hərəkətin əlamətlərini hiss etdim. Ona görə dedim ki, mən öz imkanım daxilində bu işi dəstəkləyəcəyəm. Zaman ötdükcə ilk hissim gücləndi.
Royan - gözəl örnək
Bu gözəl örnəyi bir cümlə ilə təqdim etmək istəsəm, deməliyəm ki, Royan Tədqiqat Mərkəzi elm, iman və yorulmazlığın sintezindən ibarətdir. Bu mərkəzin əməkdaşları həm elmə ciddi yanaşdılar, həm imana və təqvaya bir yük kimi yox, toplumun və fəaliyyətin əsas amili kimi baxdılar, həm də yorğunluğu unutdular. Mənim fikrimcə, mərhum Kazimi öz canını və sağlamlığını da bu yolda qurban verdi. Buna görə Royan mənə çox əzizdir, bu mərkəzdə işləyən siz əziz gənclər, mömin kişi və qadınlar mənə əzizsiniz. Düşünürəm ki, Royanda işləmək və inkişaf etmək üçün olduqca böyük potensial var.
Royanın tükənməz bacarığı
Mənim adımdan danışırlar ki, demişəm: "Kök hüceyrə bir elmi hərəkatdır". Bu, həqiqətdir. Sizin kök hüceyrələrinizin tükənməz tədqiqat sahəsi var. Siz nə qədər tədqiqat aparıb inkişaf edirsinizsə, başqa bir sahə açılır, görürsünüz ki, onu tədqiqat mövzusu etmək, irəliləmək və daha yeni sərhədlərə çatmaq olar. Royan da belədir. Sizin bu qrupunuz nə qədər işləsə və inkişaf etsə, yenə də daha artıq inkişafa çıxarlıdır. Bu və yaxud hər hansı bir başqa qrupda elmə inanan imanlı tədqiqatçıların hər biri belədir, bacarıqları sonsuzdur.
İslam inqilabının mübarək övladı
Mən Universitet cihadını ona görə seçdim ki, Universitet cihadı inqilabın mübarək övladıdır. Necə ki, Allah Qurani-kərimdə iki məscidi müqayisə edərkən buyurur: "İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır"25. Universitet cihadı da belədir. İnqilabın özünün azsaylı cücərtilərindəndir. Bunun mənası o deyil ki, bu təşkilat əvvəldən necə olmuşsa, nə düşünmüşsə, necə işləmişsə, hamısı düzgün olmuşdur. Xeyr! Biz insanlar bəzən düzgün fikirləşirik, bəzən səhv; bəzən düzgün işləyirik, bəzən səhv. Meyar bu dəyişiklik və eniş-yoxuşlar deyil, məqsəd və istiqamətlər və onları qorumaqda davamlılıqdır. İnsan bəzən səhvə yol verə və bir qədər yayına da bilər. Mən cihad kimliyini nəzərdə tuturam. Allaha şükür olsun ki, onun çoxlu faydaları olmuşdur. İndi mən cihad barədə bir cümlə deyirəm. Sonra bir cümlə də elm, tədqiqat və ölkənin gələcəyi barədə deyəcəyəm.
Cihadın mənası
“Universitet cihadı” iki sözdən ibarətdir: cihad və universitet. Onda həm cihad olmalıdır, həm də universitet işi. Cihad işi görməyin xüsusi mənası var. Hər bir iş cihad deyil.
“Cihad” sözü - çalışmaq, səy göstərmək deməkdir, lakin cihad təkcə bu deyil. Cihad - mübarizə deməkdir. Mübarizənin növləri var: elmi mübarizə, informasiya mübarizəsi, siyasi mübarizə, iqtisadi mübarizə, hərbi mübarizə, açıq mübarizə, gizli mübarizə. Bunlarda müştərək cəhət odur ki, hamısı hansısa bir düşmənin, maneə və əngəlin qarşısındadır. Dosta qarşı mübarizə mənasızdır. Mübarizə düşmən qarşısında olur.
Cihadın mahiyyəti
Fərz edin, repressiya dövründə bir insan həftədə beş kitab oxuyurdu. Böyük iş idi, amma mübarizə deyildi deyildi. Cihad olması üçün gərək elə kitab oxuyaydı ki, onun tağut və zalım rejimlə mübarizəsində təsir buraxaydı. O zaman cihad olardı. Cihadın mahiyyəti budur.
Elm və texnologiya cihadı
Sizin cihadınızın əhatə dairəsi elm və texnologiyadır. Yəni siz burada xəncərdən, nizədən və J-3-dən istifadə etmirsiniz, beyindən, insanın daxili imkanlarından, fikirdən, qələmdən, gözdən və belə şeylərdən istifadə edirsiniz.
Cihadın şərti
Toplum elmi toplumdur, amma hansı istiqamətdə olmalıdır ki, cihad olsun? Bu, mühüm məsələdir. Görün sizin ölkəniz, inqilabınız və bu inqilabın təsvir etdiyi məqsədlər üçün hansı inadkar düşmən pusqu qurmuşdur və siz hansı düşmənə qarşı mübarizə aparmalısınız. İşiniz həmin istiqamətdə olsa, deməli, cihaddır. Buna əsasən, siz həmin məqsədlərin düşmənlərini nəinki narazı salmayan, hətta sevindirən elmlə məşğul olsanız, bu, cihad olmayacaq. Fərz edin, Universitet cihadı, yaxud ona bağlı hansısa müəssisə desin ki, filan ildə mənim yüz, yaxud beş yüz məqaləm ISI jurnalında dərc olunmuşdur. Bu, meyar deyil. Məqalələr hansı mövzuda, hansı istiqamətdə idi və hansı işinizə yarayırdı? Sizin amallarınızla düşmən olanlar bu məqaləyə qarşı necə mövqe bildirdilər? Onlar təhlükə hiss etdilərmi? Yoxsa onlar bundan təhlükə hiss etmədilər? Əlbəttə, söhbət onların siyasi adamlarından gedir, elm adamlarının baxışı başqa cürdür.
Kök hüceyrələrdən, klonlaşdırmadan və digər işlərdən danışanda, mən, yaxud başqası da bunu tərifləyəndə ABŞ rəsmiləri elan etdilər ki, genetik elmlər üçün də Nəzarət Şurası yaradılmalıdır. Bunun mənası nədir? Sizin bu fəndə uğur qazandığınıza görə düşmənin sancısı tutmuşdur. Mən aydın misallarını deyirəm. Bunun minlərlə misalı var. Siz misal üçün, bir radar düzəldə bilsəniz və ölkənin səmasının heç bir yerindən heç bir məxluq girə bilməsə, düşmənin sancısı tutacaq. Yəni bu, birbaş düşmənə dəyən oxdur. Və belə bir iş cihaddır.
Sementin Nəzarət Şurası
Cihad hərəkətində, cihad elmində və cihad tədqiqatında bu şərt vacibdir. “Düşmən” dedikdə məqsəd ABŞ deyil. Bizim aydın düşmənimiz ABŞ və qlobal hegemonizmdir, amma düşmənlərin də növ və qisimləri var. Bir zaman böyük bir iqtisadi kartel sizin, məsələn, sement zavodu açmanızdan narahat olur, maneə törədir, qoymur. Burada mənə verilən məlumatlarda bu məsələ də vardı. İstəyirlər sement üçün də bir Nəzarət Şurası təsis etsinlər; yəni hamı zavod açıb sement istehsal edə bilməsin.
Cihad işinin xüsusiyyətləri
Cihad işi məqsədli, birbaş amallara yönəlik, sayıq, ağıllı və düşməni məhv edən olmalıdır. Yəni biz adi danışığımızda “mübarizə” sözünü işlətdiyimiz kimi işlədək: "mübarizə aparmaqdayam”; “bu, bir mübarizədir". Bu, geniş yayılmış ifadədir. Cihadda bu məna var. Bu cihad hissəsinin tərifi.
Universitet işinin xüsusiyyəti
Universitetə gəlincə isə, bu o deməkdir ki, sözügedən fəaliyyətin miqyası yüksəkdir, tələbə, müəllim, fəal elmi beyinlə münasibdir. Bütün işlərdə buna riayət olunmalıdır. Heç bir fəaliyyətdə avamçılıq və avamın bəyənməsi meyar olmamalıdır. Düzdür, bəzi fəaliyyətlər elmi fəaliyyətdir və yaxşıdır. Məsələn, bu tədqiqat belədir. Amma humanitar elmlərdə, misal üçün, ədəbiyyatda buradan deyilən söz adi bir ədibin sözündən dərin, səviyyəcə yüksək olmalıdır. Humanitar elmlər sahəsində - biz onda işləmişik və bilirik; misal üçün, ölkəmizin qədim elmləri olan tarix, ədəbiyyat və fəlsəfədə - çoxlu məsələlər var. Onların bəzisi adi sözlərdir, Universitet cihadı deməsə də, başqa birisi deyə bilər. Universitet cihadı isə ən üstün və yüksək sözü ortaya qoymalıdır. Misal üçün, siz Quran üzərində işləyirsiniz. Çoxları bununla məşğuldur və bu, yaxşı haldır. Bilirsiniz ki, mən Quran fəaliyyətləri ilə maraqlanan və bu sahədə xüsusi məsuliyyət hiss edənlərdənəm. İnqilabdan öncədən belə olmuşdur, indi də belədir. Yəni fikrimcə, bir məsciddə on gəncin toplaşıb Quran oxuması gözəldir, bunu sevirəm. Lakin siz Quran üzrə fəaliyyət göstərmək istəyirsinizsə, bu, universitetdən kənar mərkəzlərin Quran fəaliyyətindən fərqlənməlidir. Buna görə, siz digərləri kimi hansısa qarinin səsini, üslubunu, təcvidi, xoş səsi və digər məsələləri təkrarlasanız, düzdür, çox yaxşıdır, amma Universitet cihadının Quran fəaliyyəti bu deyil, bundan daha dərin olmalıdır. Görün Quran məsələsində universitet adamının dərkinə münasib olan nədir? Quran öyrənməyə, Quranı dərk etməyə can atın. Sizin Quran oxuyanınız elə olsun ki, onun Quranını dinləyən məclis Quran məfhumlarını qəlbində hiss etsin. Sizin Quran məclisiniz həm də Quran məfhumları məclisi olsun. Bunlar üçün yaradıcılıq lazımdır. Bu sizin işinizdir.
Universitet cihadının əsası
Universitet cihadının bu imkanları var. Mən Universitet cihadına çox güvənirəm. Böyük, yaxşı işlər görmüsünüz və qeyd etdiyim kimi, ilk gündən təqva üzərində qurulmuşdur. Universitet cihadını tanıdığım ilk gündən indiyə qədər din və təqva üzərində olmuşdur. Onu din və təqva əsasında saxlayın.
Kimliyi qorumaq
Bir neçə dəqiqə öncə burada dostlarla söhbət oldu. Dedim ki, çalışın bu təşkilatın kimliyi dəyişilməsin. Siz bəzi şəxslərin kimliyinin – fikirlərinin, beyinlərinin inqilabın əvvəlindən indiyədək 180 dərəcə dəyişildiyini görürsünüzsə. Bu, təbii proses deyil, deyə bilməzsiniz ki, xarakteri belədir. Xeyr, əsla belə deyil. Təbii olan budur ki, insan bir fikri və bir yolu məntiq və dəlillə qəbul etdisə, onda axır nöqtəyə qədər getsin və ömrü çatmasa, bu yolda ölsün. Təbii deyil ki, biz bir yolla bəzən çox həvəs və həyəcanla gedək, sonra birdən-birə kənara yayınaq. Sonra bu yayınmalar o qədər davam etsin ki, əks istiqamətə çevirilsin. Bu, əsla təbii deyil. Bəzilər deyirlər ki, bəli, onda inqilabın əvvəli idi, zaman təsir buraxdı və biz dəyişildik. Xeyr, zaman zəif, köksüz, puç etiqadlı və yalnız emosiya üzərində dayanan qüvvələrə, yaxud zaman tamah və həvəslərlə birgə olanda təsir buraxır. Quran buyurur ki, Ühüd döyüşündə bəziləri qayıtdılar, dözə bilməyib dayandılar. Onların bu səhvi əvvəlcə gördükləri işə görə idi. Biz ruhu düzəltməsək, özümüzü möhkəmləndirməsək, bəllidir ki, hər bir şey ona təsir edəcək. Bir dəfə, iki dəfə, üç dəfə və birdən görəcəksiniz ki, yol dəyişildi. Amma polad kimi möhkəm və bərk olsa, insanın dini və inqilabi kimliyi düzgün təfəkkür və məntiq əsasında formalaşsa, nə qədər zaman ötsə də, bu kimlik daha aydın, daha parlaq, daha gözəl və daha möhkəm olar. İnsanlar da belədirlər, təşkilatlar da. Universitet cihadı təşkilatının kimliyinin dəyişilməsinə, qeyri-dini və qeyri-inqilabi bir quruma çevrilməsinə qoymayın.
İnqilabların təbii intizamsızlığı
Digər inqilablar kimi, bizim inqilabımızın əvvəlində bəzi intizamsızlıqlar baş verdi. İnqilabın xarakteri belədir. Çünki dağılmış köhnə bir binanı uçurub yerində təzəsini tikmək lazımdır. Bu, təbii bir şeydir. Lakin yeni bina düzgün təməllər üzərində qurulduqda, işlər nizam-intizamla getməlidir. İnqilabçılıq budur. Buna əsasən, inqilabçılığı intizamsızlıqla, qarışıqlıqla, qayda-qanunsuzluqla səhv salmaq olmaz. Hər halda, Universitet cihadı elə yerlərdəndir ki, ölkənin elmi gələcəyi üçün biz ona ümidliyik.
İdeal nöqtəyə çatmağın açarı
Elm və tədqiqat barədə bu qədər deyim ki, onlarsız ölkəmizin ideal vəziyyətə çatması mümkün deyil. Bu təkcə bizim ölkəmizə aid deyil. Hər yerdə açar amil elm və tədqiqatdır.
Elmi digərlərindən öyrənmək
Digərlərinin biliklərini öyrənmək alim olmaq demək deyil. Bu, yalnız müqəddimədir. Elmin geniş dairəsi var, inhisarda ola bilməz. Biz fərz edə bilmərik ki, bir qrup ölkə, yaxud xalqların alimləri elmi istehsal etməli, elm üçün yeni sərhədlər müəyyənləşdirməli, bir qədər özləri istifadə etməli, artığını da digərlərinə verməlidirlər. Belə olmaz. Bu nisbətin, belə iş formasının mənası bəzi ölkələrin həmişə geridə qalması, ölkələr arasında zalım əlaqənin - birinci, ikinci, üçüncü dünya söhbətlərinin, şimal-cənub söhbətlərinin davam etməsidir.
Bugünkü müstəmləkə quruluşu
Bu gün dünyada müstəmləkə quruluşu alıb-vermək əsasında deyil, maksimum almaq və minimum vermək əsasındadır. Sərvəti, siyasi, iqtisadi və ictimai imkanları sorur, ələ keçirir, müqabilində bəzən heç bir şey vermirlər, bəzən zərərli bir şey verirlər, bəzən də azca nəsə verirlər. İndi dünyanın siyasi sistemi belədir: müstəmləkəçi və müstəmləkə ölkələr.
Elmdə ciddilik
Bu qeyri-bərabər sistemə qarşı əsas amil elmdir. Buna görə elmi ciddi saymaq və elmdə inkişaf etmək lazımdır.
Alim olmaq üçün proqram hazırlamaq
Biz hərəkətə başlamışıq, lakin hələ əvvəllərdəyik. Həm elm və tədqiqat mərkəzlərinə kömək olunmalıdır, həm elmi, tədqiqat və texnologiya layihələrinə, həm də elmə, tədqiqata və araşdırmaya rəğbət hər yerdə mövcud olmalıdır. Bu, müəllim və tədqiqatçının inhisarında qalmamalı, tələbələr arasında genişlənməli, tələbə elm öyrənməyə və elmi istehsal etməyə həvəs göstərməlidir. Bu işin dəqiq proqrama ehtiyacı var, tövsiyə, xahiş, sifariş, sərəncam və bu kimi məsələlərlə olmayacaq. Bizim ölkəmizin təhsil üzrə məsul şəxsləri – istər Təlim və tərbiyə, istər Təhsil, istər Səhiyyə nazirlikləri, istər mədəni proqram məsələlərinə aid sahələr bu işlər üçün məsuliyyət daşıyırlar. Onlar elə bir iş görsünlər ki, universitet doğrudan da elm axtaran yer olsun, gənclər alim olmaq istəsinlər, təkcə diplom almağı, yaxud kiçik bir iş üçün ad çıxarmağı düşünməsinlər. Bunun üçün davamlı hərəkət lazımdır. Bu sahədə hökumətin, aidiyyətli qurumların, yüksək mövqeyi olub dinləyicilərinə təsir göstərə bilən şəxslərin köməyi mütləq lazımdır.
Elm də din birlikdə
Mənim israrım budur ki, elmi inkişafa çalışdıqda elm və dinin birgəliyini unutmayın. Dinsiz və dindən uzaq elm ilk addımda və qısa müddət üçün bir ölkəni ucaltsa da, uzun müddət üçün bəşəriyyətə ziyanlı olacaq. Necə ki, siz onun ziyanlı olduğunu görməkdəsiniz.
Elmin daha artıq uğurları
Dindən ayrılan və özünü din qarşısında məsuliyyətli bilməyən elmin nəticəsi bu gün dünyadakı vəziyyət olur: elm zülm, istismarçılıq və nəsilləri məhv etmək üçün vasitədir; elmin məhsulu bir tərəfdən atom bombasıdır, bir tərəfdən narkotik maddələrdir, bir tərəfdən də dünyanın çoxlu ölkələrində bütün insani hisslərdən uzaq olan siyasətçilərin iş başına gəlməsidir. Elmi dinlə yanaşı bilmək, Allah üçün və Allah yolunda öyrənmək və işlətmək lazımdır. Bu hər yerdə bizim ilk prinsiplərimizdən olmalıdır. Bu elmin uğurları da çox olur; bunu sizə deyim. Deməsinlər ki, elmi müqəddəsləşdirsək, dinlə birləşdirsək, mollalaşdırsaq, daha inkişaf etməz. Xeyr! İndi sizin Universitet cihadınızın özü, bütün bu böyük işləriniz mömin kadrlar vasitəsi ilə görülmüşdür. Bu onu göstərir ki, elm imanla yanaşı olduqda uğurları da çox olur.
Mənim qeydlərim çox idi, lakin daha vaxt ötdü. Saat on ikidir. Ümidvarıq bizim bu görüşümüz quruluş rəhbərliyi tərəfindən ölkənin elmi mühitinə minnətdarlıq, qiymətləndirmə mesajı, elmi hərəkəti, o cümlədən Universitet cihadının və xüsusən də Royan müəssisəsinin hərəkətini yüksək dəyərləndirmə mesajı olsun. Allah sizin hamınıza böyük əcr versin! Ümidvarıq Allah əzizimiz mərhum Kaziminin ruhunu Öz lütf və mərhəmətindən bəhrələndirsin! Buraya təşrif buyurmuş möhtərəm ailəsinə ilahi dözüm və vüqar bəxş etsin! Biz Royanda və Universitet cihadında siz əzizlərin daha artıq uğurlarına şahid olaq!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |