Vİlayət bağçası altıncı cİld


Tələbələrdə milli və dini kimliyi canlandırılmaq12



Yüklə 271,22 Kb.
səhifə6/19
tarix03.02.2017
ölçüsü271,22 Kb.
#7377
1   2   3   4   5   6   7   8   9   ...   19

Tələbələrdə milli və dini kimliyi canlandırılmaq12

Bismillahir-Rəhmanir-Rəhim.


Müəllimə hörmət

Əziz qardaş və bacılar! Möhtərəm müəllimlər və universitetlərin Elmi Şura üzvləri! Çox xoş gəlmisiniz.

Bir neçə ildir bizim hər il keçirdiyimiz bu məclisdə əsas iki məqsəd var. Bunların yanında bizim dostcasına və səmimi məclisimizin digər məqsədləri də ola bilər. O iki məqsədin birincisi müəllim və alimlərə hörmət bildirməkdir. Biz istədik bu toplantı ilə, hər il burada keçirilən bir neçə saatlıq nisbətən geniş və möhtərəm müəllimlərin öz fikirlərini bütün ölkədə yayımlanan ümumi tribunada səsləndirmək üçün tapdıqları imkanla möhtərəm müəllimə qarşı hörmətimizi elan edək. Bizim fikrimizcə, bu, mühüm bir məqsəddir. Biz alimə hörmət bildirsək, elm də hörmətlənər və elmə hörmət olunsa, inkişaf edər, genişlənər. Ölkəmizin gələcəyi üçün bizim buna ehtiyacımız var.
Yaxıngörən müəllimlər

İkinci məqsəd budur ki, dostcasına, səmimi və adətən, seminarlarda mövcud olan rəsmiliklərdən uzaq bir məclisdə universitet işlərindən və ölkənin elmi vəziyyətindən xəbərdar olan alim və ziyalılar universitetlərin əsas məsələlərini desinlər. Universitetlərin elmi cəhətləri və daha çox müəllimlərlə əlaqədar məsələlər deyilsin ki, bu məclis, ölkənin elmi məmurları və onun ardınca bütün ölkə, universitetlərin mühüm məsələləri, onların ehtiyacları və bu sahədə gələcəyə baxışlarla tanış olsun. Bizim hər il belə məclisimiz olur. Mənim özüm şəxsən burada söhbət edən dostların sözlərindən bəhrələnmişəm. Mənim üçün yaxşı məqamlar aydınlaşıb və bunun ardınca münasib və yaxşı işlər də görülmüşdür. Heç şübhə etməyin ki, biz son 10-12 ildə ölkəmizdə elmin, tədqiqatın inkişafı və onun müxtəlif yenilikləri sahəsində yeni bir hərəkəti təcrübə edirik. Baxmayaraq ki, bu hərəkət inqilabın əvvəlindən başlayıb, amma son illərdə daha intensiv olmuş, daha yaxşı inkişaf etmişdir. Lakin bunlar hələ çox ilkin və ibtidai addımlardır. Bu baxımdan, biz hələ də ölkədə elmi inkişaf etdirmək üçün sizin fikirlərinizə, təkliflərinizə və xatırlatmalarınıza ehtiyaclıyıq. Bu məclisdə bu ehtiyacın bir hissəsi inşallah, təmin olunacaq.

İndi mən hazıram. Məqsəd mənim danışmağım deyil. Mən bu məclisdə daha çox dinləyici olmaq istəyirəm. Əgər axırda vaxt qalsa, bir neçə cümlə deyəcəyəm. Amma əsasən, dinləməyi tərcih edirəm.
Müəllimlərin çıxışından sonrakı nitq
Eşitdiyimiz fikirlər, mənim fikrimcə, faydalı və rəngarəng idi. Ola bilsin, bəzi dostlar bu sözlərin bəzisini təsdiq etməsinlər, lakin bu mövzuların bu məclisdə deyilməsi şübhəsiz, faydalı idi. Bizim, məmurların və bu işlə məşğul olan şəxslərin zehnini açır və universitet məsələləri sahəsində lazımi üfüqlərə əvvəlkindən daha artıq diqqət yönəldir. Mənim bu qısa fürsətdə deyəcəyim iki-üç məsələ və qısa bir məqamdır.
Universitet; iki baxış, iki dil

Biri budur ki, biz universitet cəmiyyətinin və elm mühitinin indiki ehiyacları barədə danışmaq istədikdə iki baxışdan və iki dillə danışa bilərik: bir dil həvəsləndirici, hərəkətə gətirən dildir, bir dil isə məyus edib işdən soyudan dil. Mənim xahişim budur ki, möhtərəm müəllim və məmurlar hər yerdə - sinifdə, elmi toplantılarda və hesabatlarda birinci dildən istifadə etsinlər, ikinci dildən yox.


Elmi inkişaf sürəti

Mənə verilən statistikaya əsasən, son bir neçə ildə bizim inkişaf sürətimiz dünya miqyasında birinci olmuşdur. Mən son zamanlar müraciət etməmişəm, lakin bu statistikanı təxminən ay yarım öncə görmüşəm. Hesablanmış, dəqiq və düzgün rəqəmdir. Ölkəmizin elmi inkişaf sürəti təkcə bölgədə yox, dünya səviyyəsində birinci yerdədir. Lakin indi aktual olaraq əlimizdə olan və çatdığımız mövqe çox da qaneedici deyil. Bu iki reallıq bir-birinin yanında olmalıdır. Hər ikisi düzgündür; həm bu gün çoxlu çatışmazlıqlarımız var, dayandığımız yer bir iranlı, müsəlman, uzaq üfüqlərə və geniş baxışlara malik toplumu razı edəcək yer deyil, həm də sözügedən hərəkətimiz çox yaxşı və sürətli olmuşdur. Bu sürəti azalmağa qoymamalı, həm də artırmalıyıq.


İran və gələcək əlli il

Mən təxminən il yarım bundan qabaq gənclərin, tələbələrin və ziyalıların iştirak etdiyi bir elmi toplantıda dedim ki, biz 10-15 il yox, 50 il bundan sonra dünya səviyyəsində elmi cəhətdən birinci olmanızı gözləyirəm. Yəni elmin sərhədlərini biz təyin etməliyik. İş o yerə çatmalıdır ki, bizim dilimiz dünyada elm dili olmalıdır. Bu mənim gözümün qarşısında olan üfüqdür. Buna nail olmaq üçün əvvəla, mümkünlüyünə inanmalıyıq. Müəllim, tələbə, rektor və digərləri bunun mümkünlüyünə inanmasalar, bilin ki, heç vaxt nail olmayacağıq. Biz buna inanmalıyıq.


Sivilizasiya yaradan amillər

Mənim sözüm budur. Mən deyirəm ki, bu inamın şərtləri mövcuddur. Əvvəla, bizim yüksək elmi istedadımız dünyada sübuta yetmişdir. Həm də ölkənin təbii şəraiti bunu göstərir. Biz yaxşı yerdə yerləşirik, yaxşı əhalimiz, yaxşı coğrafi iqlimimiz var. Bizim imkanlarımız yüksəkdir və yoxsul ölkə deyilik. Mən bir dəfə ümumi söhbətdə bunların statistikasını demişəm və yayımlanıb, təkrarlamaq istəmirəm. Bizdə dünya əhalisinin təxminən yüzdə biri var. Yer kürəsinin sahəsinin də yüzdə birinə sahibik, lakin dünyanın indiki sivilizasiyasını təşkil edən və irəliyə aparan əsas amillər sahəsində - yəni polad, mis və başqa bir neçə amildə ehtiyatlarımız bir faizdən çoxdur, üç, dörd, beş faizdir. Neftə və qaza çatanda isə birdən-birə sıçrayışlı inkişaf müşahidə edirik. İnsani istedad var, təbii istedad var, iş təcrübəsi də var. Biz görürük ki, harada diqqətlə çalışıb, zəhmət çəkmişiksə, irəliləmişik. İndi cənab Doktor Mərəndi inqilabın ilk üç-dörd ilində həkimlərin, universitet müəllimlərinin, təhsil və təlim-tərbiyə mərkəzlərinin azlığı barədə dərdləri, nigaranlıqları dedi. O zaman bu çatışmazlıqları müşahidə edərkən bizim çəkdiklərimiz acı bir dastandır. Ürəyin cərrahiyyə əməliyyatı üçün bu ölkədə yeddi-səkkiz ilə növbə verilirdi. Bir nəfər ürəyini cərrahiyyə əməliyyatı elətdirmək istəyəndə, qapağını dəyişdirmək, yaxud damar peyvəndi və digər bir əməliyyat etdirmək istəyəndə səkkiz il gözləməli idi, - bu, iyirmi il öncəyə aiddir - çoxları da ölürdülər. Biz bu gün həmin keçmişə baxdıqda görürük ki, ölkənin bu sahələrdə inkişafı vəsfəgəlməzdir. Hərəkət çox yaxşı olub. Çalışdıq, nəticəsini də müşahidə etməkdəyik.


Universitetin inkişafı

Cənab Doktor Quraninin məlumat verdiyi bu Royan tədqiqat mərkəzi, onların az imkanlarla əldə etdikləri kök hüceyrələr, bu sahədə inkişafları, iki il öncə burada keçirilən seminar, dünya alimlərinin rəyi, təəccübü - bunların hamısı, doğrudan da fəxr kimi gözümüz qarşısında canlanmağa layiq məsələlərdir. Bizim mərhum Doktor Kazimi Aştiyani kimi şəxsiyyətlərimiz var. Mən istəyirəm bu mömin, dəyərli, işgüzar, təşkilatçı və doğrudan da inqilabçı və mömin olan nakam gəncin adını çəkim. İndi də ölkədə belələri çoxdur, müxtəlif sahələrdə çalışırlar. Yaxşı işlər görülmüşdür. Bizim universitetlərimizin bugünkü vəziyyəti 20-25 il qabaqkı vəziyyətlə müqayisəediləsi deyil, inkişaflarımız çox yaxşıdır.


İnanmaq lazımdır ki, biz bacarırıq!”

Mən təhlilin lazım olduğunu dediyim statistikalara və cənab Doktor Məlikzadənin dediyinə toxunmaq istəyirəm. Baxın, bir universitetin qiymət alıb-almaması üçün mövcud meyarların hamısı elmi deyil. Bəzən sizin əsla qəbul etmədiyiniz məsələlər var. Mən indi açıq demək istəmirəm. Mən bir universitetin beynəlxalq qiymət alması üçün mövcud meyarları gördüm. Siz bunların bəzisini qəbul etmirsiniz. Əgər cənab Doktor Məlikzadənin, cənab Doktor Mərəndinin, cənab Doktor Fazilin və ya digərlərinin nazirlik dövründə bu meyarlara başlamaq istəsəydik, bizim İslam və İran mədəniyyətimizə əsaslanaraq onların özləri bunu qəbul etməzdilər. Bir qədəri də təbii ki, elmi məsələlərdir. Şübhə yoxdur ki, biz işin əvvəlindəyik, mən dedim, ilk addımlardayıq. Bu addımları sürətləndirməli, irəliləməli və bacardığımıza inanmalıyıq. Mənim sözüm budur. Siz bu inamla, bizim mömin gənclərimizin istedad və inkişafını qəbul etməklə çatışmazlıqları bir-bir sayın, heç bir eybi yoxdur. Bu bizi həvəsləndirəcək ki, bu çatışmazlıqları azaldaq və günbəgün irəliləyək. Bunu sizdən eşidən gənc də həvəslənəcək, qəlbində inkişafa həvəs və ümid artacaq. Lakin bizim baxışımız mənfi və məyusedici olsa, belə olmayacaq. Mən bunu qəbul etmirəm.


Elmi cəsarət - birinci şərt

İkinci və mənim fikrimcə, əsas məqam. Buraya təşrif buyurmuş siz cənablar və xanımlar ölkə müəllimlərindən nümunələrsiniz. Bizim müəllimlərimizin elmi inkişafı üçün iradə göstərməli olduqları birinci məsələ bütün sahələrdə elmi cəsarətdir; həm humanitar elmlərdə, həm təcrübi elmlərdə, həm texnologiyaya yaxın sahələrdə, həm də fundamental elmlərdə. Nəzəriyyələri izləsinlər, istehsal etsinlər, yaratsınlar, tənqid etsinlər. Gözübağlı və təqlid formasında iş görmək olmaz. Keçmişdə bizim problemimiz həmişə bu olub. Müxtəlif sahələrə, bütün elmi sahələrə gözübağlı və təqlidlə baxmışıq ki, görək qərblilər nə deyirlər. Düzdür, qərblilər elmi hərəkətdə bizdən ən azı iki əsr, iki əsr yarım öndədirlər, çox möhtəşəm və inanılmaz yerlərə çatıblar. Buna şübhə yoxdur.


Təqlid anlayışı

Biz də geri qaldıq. Keçmişdəki bütün fəxrlərimizə rəğmən, tənbəlliyimizə və yanlış siyasətlərimizə görə geri qaldıq. Buna şübhə yoxdur. Amma mən əvvələr də demişəm: Biz elmli bir şəxsin yanında şagirdlik etməyə utanmırıq, amma həmişə şagird qalmağımızı düşünməməliyik.


Şəxsi və milli özünəinam

Bizim müəllimlərdə şəxsi və milli özünəinam zəruridir. Əvvəla, bizim müəllimimizin şəxs olaraq özünə etimadı olsun, elmi iş görsün, öz elmi işinə arxalansın və onunla fəxr etsin. İkincisi isə, milli özünəinamı olsun, bu xalqın çıxarına və bacarıqlarına inansın. Əgər bir müəllimdə belə bir hal mövcud olsa, bu, hər yerə dolacaq, dərsdə, sinifdə, tələbəyə biliyin ötürülməsində öz tərbiyəvi təsirini göstərəcək. Üçüncüsü də çox çalışmaqdır. Biz bir qədər tənbəlliyimizə görə müxtəlif sahə və səviyyələrdə ziyan görmüşük. İşləmək lazımdır, işdən yorulmaq olmaz. Buna əsasən, yenilik və yaradıcılıq, elmi cəsarət, şəxsi və milli özünəinam və çoxlu iş həm bizim, həm də universitet müəllimlərinin elmi inkişafının çarəsidir.

Üçüncü məqam bəlkə də qabaqkının davamıdır. Mən bir neçə il öncə elm istehsalı, elm hərəkatı və elmin sərhədlərini yarmağı istədim. Bu gün xoşbəxtlikdən, bu, tələbə və elm mühitlərində ümumi bir istəyə çevrilmişdir, tələbə və müəllimlərin dilindən dəfələrlə təkrar olunur. Biz də elm və texnologiyanın müxtəlif sahələrində əldə etdiyimiz inkişaflarla fəxr edirik. Bu inkişafların çoxu aşkardadır, mediaya da çıxıb; misal üçün, nüvə enerjisinə aid məsələlər və sair. Çoxları da hələ aşkara çıxmayıb, yəni doğrudan da təkmilləşməkdə olan yarımçıq işlərdir. Ölkədə bizim belə işlərimiz çoxdur. Hər halda, qeyd etdiyim kimi, baxışımız ümidvar baxışdır və biz bacarırıq.
Elmi sıçrayış yeni yolları kəşf etməkdə

Bir məqamı deməliyik. Elmin sərhədlərini keçmək ölkəmizdə hələ də ciddiyə alınmır. Biz istəyirik ki, alimlərimiz kəsə yollar tapsınlar. Təbiət aləmində mövcud olan və bəşərin biri o birindən sonra kəşf etməli olduğu tükənməz yolların kəşf olunmayanlarını tapmaq lazımdır. Biz kəşf olunmayan yolları kəşf etmək istəyirik. Biz hansısa texnikanı, fərz edin, nüvə işi üçün digərlərinin bizdən illər öncə tapdığı, istehsal və istifadə etdiyi sentrifuqu özümüz düzəldə bilmişiksə, bu, təbii ki, böyük işdir. Biz bunu digərlərinin köməyi olmadan görə bilmişik və onun yeni nəsillərini istehsal edirik. Bunda şübhə yoxdur, amma bu, görülməmiş iş deyil. Bu, digərlərinin gördüyü iş və getdiyi yoldur. Biz də əlli il, yüz il bundan sonraya qədər məhrum qalmalı idik. Bu texnologiya və bu elm bizim kimi ölkələrə verilməyəcəkdi. Bizim gənclərimiz, alimlərmiz, tədqiqatçılarımız öz səylərini toplaya bildilər. Bu, dəyərli işdir. Amma mən deyirəm ki, elm və texnologiya sahəsində bəşər beyninin əldə etmədiyi işi görməyə çalışın. Bu zaman biz elmin ön xəttini qırıb bir addım irəliyə getmiş olacağıq.

O zaman bunu iddia edə bilərik və bu, mümkündür. Əlbəttə, yeni addımlar atmaq həm də digərlərinin vasitəsi ilə keçilmiş yolları qət etməkdən asılıdır. Buna şübhə yoxdur. Amma heç zaman beyni qısa yollar tapmaq üçün axtarışdan məhrum və bu işi ona qadağan etməməliyik. Ölkədə bizə bu lazımdır.
Elmi məqsəd təyin etmək

Bir məqam da bəzi dostların sözlərində deyiləndir. Mən də burada qeyd etmişdim ki, təkidlə tapşırım. O da budur ki, biz mühüm tədqiqat və araşdırma məsələsini məqsədyönlü etməliyik; yəni ölkənin doğrudan da nəyə ehtiyacı olduğunu bilək və tədqiqatları həmin istqamətlərə yönəldək. Bəzi dostların sözlərində buna təkid vardı. Tamamilə doğrudur. Bunun üçün bizə mərkəzi informasiya arxivi lazımdır. Görsünlər nə lazımdır, nə yerinə yetirilmişdir, bir tədqiqatı təkmilləşdirmək üçün nə lazımdır ki, bu müxtəlif hissələr bir-birinin yanına qoyula bilsin. Bu da həmin məqamın altında olan bir məsələdir. Yenə də bəzi dostlar xatırlatdılar və mən də qeyd etdim. Biz universitetdə elmi imtiyazın verilmə sistemini bu məsələlərə uyğunlaşdırmalıyıq. Misal üçün, ISI jurnalında bir, yaxud bir neçə məqalə nəşr etdirməyin özü kifayət etmir. Yəni bizim tədqiqatçımız elmi dərəcə əldə etmək üçün ölkəyə heç bir faydası olmayan, ölkənin tədqiqat ehtiyaclarından heç birini təmin etməyən bir məqalə hazırlamaq və istehsal etmək haqda düşünməməlidir. Bəli, onun jurnal sahibləri, yaxud başqa bir şəxs və başqa bir yer üçün faydalı olması mümkündür, amma ölkəyə faydalı deyil. O bu işi yalnız elmi dərəcədən ötrü görür. Bu sistem düzgün deyil, dəyişməlidir. Elmi imtiyazların verilmə sistemində və uyğun əsasnamələrdə hansı tədqiqat işinin ölkənin ehtiyacına uyğun olması, hansı işin tədqiqatlar məcmusunu tamamlaması nəzərə alınmalıdır. Bəzən hansısa sahələrdə bizim məcmu işlərimiz var, amma onun orta halqaları yoxdur. Bu halqaları təkmil etmək çox əhəmiyyətlidir. Deməli, elmi tədqiqatı ölkənin sənaye və digər həyati ehtiyaclarına uyğunlaşdırmaq lazımdır.

Başqa bir məsələ də tələbələrin dini tərbiyəsidir. Bu gün xoşbəxtlikdən, ölkə universitetlərində mömin, ixlaslı, dərin dini inamlara və milli özünəinam hissinə malik çoxlu müəllimlərimiz var. Bunlar inqilab dövründə yetişənlərdir və xoşbəxtlikdən, universitetdə hər yerdə uca elmi təməllərlə xidmət göstərməkdədilər. Bu, sevindirici və fəxrli haldır.
Dini və milli kimlik

Tələbələrin dini tərbiyəsi ölkənin universitet müəllimlərinin məqsədlərindən biri olmalıdır. Tələbəni həm dindar, həm də milli inamlara, qeyd etdiyim milli özünəinama malik yetişdirmək lazımdır. Mən bunun əksini hərdən bəzi universitet və siniflərdən eşidirəm. Müəllim sinifdə elə danışır ki, tələbə iranlı olduğundan bezir. Bu, insafsızlıqdır. Bu, gəncin məsləhətinin və bu nəslin məsləhətinin ziddinə əməl etməkdir. Gənci milli kimliyinə və milli inamlarına bağlamaq lazımdır. Siz bu gün İslam dünyasının harasına getsəniz, İslam Respublikası quruluşu və İran xalqı xalqların gözündə ən əziz xalqdır. İslam dünyasının şərqindən qərbinə, Asiyadan Afrikaya qədər hər yerdə belədir. Bəli, iranlı gənc tarixi fəxrindən, mədəni-tarixi irsindən, ölkədə mövcud olan insani və təbii potensiallardan əlavə, həm də bu mövqeyə görə nə üçün sevinməsin?! Nə üçün onu məyus edək?! Bu hallar bəzən müşahidə olunur. Burada iştirak edən əziz qardaş və bacılar, həmçinin digər müəllimlər bunu öz vəzifələrindən bilsinlər.

Vaxt bitdi. Mən bugünkü məclisə çox sevindim. Bu məclisdə əməyi keçmiş bütün dostlara səmimi minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Allah bu ayda və ilin bütün günlərində Öz rəhmət və bərəkətlərini siz əziz qardaş və bacılara və ölkənin elm və universitet mühitinə nazil etsin!

Allahın salamı və rəhməti olsun sizə!




Yüklə 271,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin