Vİlayət bağçası altıncı cİld


Elmi tədqiqat, dini məsuliyyət və elm istehsalı18



Yüklə 271,22 Kb.
səhifə9/19
tarix03.02.2017
ölçüsü271,22 Kb.
#7377
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Elmi tədqiqat, dini məsuliyyət və elm istehsalı18

Bismillahir-Rəhmanir-Rəhim.


Bu məclis bir çox cəhətlərinə görə mənim üçün ən şirin və ən gözəl məclislərdən bidir. Əvvəla, qədimdən elm, alim və tədqiqatçı yetişdirmiş bir şəhərin və vilayətin alimləri ilə görüşürəm. İkincisi isə, mənim bu univerisitetlə bağlı xatirələrim var. Bu məclisdə iştirak edən bəzi əzizlərlə yaxın dostluğumuz və çox səmimi əməkdaşlığımız olub. Cənab Doktor Fərhudi ilə həbsxanada bir yerdə olmuşuq. Bu universitetin rəhbərləri ilə çətin dövrlərdə çoxlu iclaslarımız və həyəcanlı görüşlərimiz olub. Bunlar mənim üçün çoxlu xatirələri canlandırır. Üçüncüsü buna görə ki, bizim gənclərimizin elm sahəsində inkişaf etdiklərini müşahidə edirəm. Bu gün bizim universitetimiz o gənclərin müəllimliyi sayəsində iftixar bayrağı ucalda bilər. Repressiya dövründə çoxlu problemlər arasında dərs oxuyan tələbə və gənclərin çoxu bu gün Allahın lütfü ilə müəllimlərdən, elm bayraqdarlarından, elm sahəsində yenilikçilərdən sayılırlar. Bəziləri sizin aranızdadırlar, bəziləri Tehranda və digər yerlərdə. Bu da bu toplantını mənim üçün əziz edən başqa bir cəhətdir.
Tədqiqat

Söylənənlər fikrimcə, faydalı və dəyərli idi. Dostların sözləri barədə bir neçə cümlə demək istəyirəm. Tədqiqat büdcəsi barədə haqlısınız. Bu, lazım olandan çox azdır. Mən tövsiyə, təkid etmişəm, ümumi məclislərdən əlavə, xüsusi görüşlərdə də məmurlara demişəm ki, bu işlə məşğul olsunlar. Möhtərəm nazir cənab Doktor Zahidi buradadır. Mütləq hökumətdə bununla maraqlansın və bir yerə çatdırsın. Bu gün tədqiqat məsələsi bizim üçün həyati məsələdir. Mən bilmirəm qərar verənlərin hamısı bunu dərindən başa düşürlər, yoxsa yox. Lakin mən bütün vücudumla inanıram ki, bu gün bizim kimliyimizi, varlığımızı, müstəqilliyimizi və gələcəyimizi qurmaq üçün iki-üç əsas işdən biri elmi tədqiqat məsələsidir; şəksiz və şübhəsiz. Buna çox ciddi yanaşmaq lazımdır. Bu bizim çoxlu işlərimizdən əhəmiyyətlidir. Səmərəsi tez hasil olub gözə görünməsə də, çox əhəmiyyətlidir.


Universitetin İslama uyğunlaşmasının əlaməti

Universitetləri İslama uyğunlaşdırmağa dair fikrim budur ki, biz bu sahədə nə qədər işləsək, çox deyil. Mən bir dəfə universitetlər və onları İslama uyğunlaşdırmaq barədə dedim: Bizim ölkənin universitetlərindən və elm mərkəzlərindən gözlədiyimiz budur ki, etiqadı zəif olan laqeyd bir gənc universitetə girsə, güclü dindar, dini və əxlaqi öhdəliyə malik bir halda universitetdən çıxmalıdır. Bizim universitetdən gözlədiyimiz budur; elm hövzələri kimi. Bəli, bizim ölkəmizdə universitetin özülünü əvvəldən elə şəxslər və elə tərzdə qoydular ki, universitet qeyri-dini, hətta antidin olsun. Bu, başqa məsələdir. Amma əslində, elm dinlə yanaşıdır. Kim elmlə sədaqətli şəkildə rəftar etsə, onda din, iman da inkişaf edəcək. Necə ki, elm əxlaqi dəyərlərlə və məsuliyyət hissi ilə yanaşıdır. Bu, universitetin xarakteridir.


Ləyaqətli müəllimlər

Həqiqət budur ki, bu gün bizim universitetimiz islamçı və dindar görkəmdədir. Hansı dövrdə bizim universitetlərimizdə bu qədər mömin, məsuliyyətli, həvəskar, vətənpərvər, dinpərvər, allahpərəst və sədaqəli müəllimimiz olmuşdur. Ümumiyyətlə, universitetdə bu qədər müəllimimiz olubmu; özü də belə məsuliyyət hissinə malik müəllimlər?! Son 60-70 ildə nə zaman tələbələr arasında bu qədər məsuliyyətli, dinə sevgili, əxlaq, din, iman təməllərinə sadiq tələbəmiz olmuşdur?! Bu sahədə də inkişaf etmişik. Bəli, bəllidir və qabaqca da qeyd etdim ki, biz bununla qane deyilik, amma əldə edilənlərə görə Allaha şükür edirik.


Elm - bütün bəşər fəaliyyətlərinin mərkəzi

Bir məsələ budur ki, bu gün elm mövzusu bizim ölkəmiz üçün həyati bir məsələdir. Elm də böyük həddə siz universitet adamlarına bağlıdır. Bu gün universitet hiss etməlidir ki, ölkə bir dönüş mərhələsindədir. Bu dönüş nöqtəsindən bir-birinə qarşı olan iki yol ayrılıq. Əgər bir cür çalışsaq, bir tərəfə gedəcəyik, başqa cür çalışsaq, başqa bir tərəfə. Deməli, belə bir həssas andayıq. Bu gün beynəlxalq münasibətlər güclə tənzimlənir. Görürsünüz ki, supergüclər öz güclərinə arxalanaraq zülm edir, məntiqsiz və dəlilsiz danışırlar. Orta və zəif dövlətlərin günahı budur ki, onların zülmünü asanlıqla qəbul edirlər. İndi gücə əsaslanan zülm yayılmışdır. Nüvə, Orta Şərq və digər siyasi məsələlərdə müzakirə aparanda deyirlər ki, nə edək, ABŞ deyir. Yəni önfərziyyə budur ki, ABŞ güclü və sərvətli olduğundan daha çarə yoxdur. Bu gün bütün beynəlxalq fəaliyyətlərin mərkəzinə çevrilmiş bu güc də elmə söykənir. ABŞ-ın sərvəti də elmdən qaynaqlanır, təbliğat bacarıqları da, beynəlxalq siyasi imkanları da. Bir ölkəyə qüdrət bəşx edən elmdir. Elm ölkələr üçün bu qədər əhəmiyyətlidir.


Daxildən çağlayan elm və qüdrət

Aydındır ki, biz digərlərinin getdiyi iki yüz illik yolu iyirmi il ərzində getmək istəmirik. İddia bu deyil ki, biz on il, on beş il ərzində iki yüz ildir elmi fəaliyyət göstərən bir ölkənin elmi səviyyəsinə çataq. Bu, nəzərdə tutulmur, lakin iddia budur ki, biz vaxtı tələf etməyək. Əgər İranın bir gələcəyi olmalıdırsa, bu xalq hərəkətə başladığı müstəqillik, başucalığı və heç kimdən asılı olmamaq yolunda davam etməlidirsə, bu yalnız xalqın alim olması ilə mümkündür. Gərək alim olsunlar və ölkədə elm inkişaf etsin.

İdxal edilən elm həqiqi elm deyil. Daxildən çağlayan elm qüdrət bəxş edir. Mənim elm istehsalı və elmin sərhədlərini yarmaq məsələsini ortaya atmağım bundan ötrüdür. Biz buna ciddi yanaşmalıyıq. Bir sahə hövzələrin işidir, başqa bir sahə universitetlərin. Bu gün universitetlərin müəllim və rektorları universitetə belə baxmalıdırlar.
Qədim müəllimlərin qorunması

Sinifdə hövsələsiz, tələsik, mövzuya, tələbəyə və vaxta etinasız keçən dərs saatı ölkəmizin bugünkü universitetinə yaraşan deyil. Mən qəbul edirəm ki, qədim, təcrübəli, güclü və dəyərli müəllimləri israrla universitetdə saxlamalıyıq. Dostumuz buna toxundu, amma bunun yanında təkidlə deyirəm ki, gənc və həvəskar müəllimlərdən də istifadə etmək lazımdır. Onlar da işə başlasınlar. Heç bir sahədə müəllim azlığı olmamalıdır. Bu gün buna şərait də var. Xoşbəxtlikdən, ali təhsilin yüksək pillələrində təhsil alan tələbələr yaxşı nailiyyətlər əldə etmiş, yüksək yerlər tutmuşlar, yaxşı istedadları var. Onlar universitetlərdə tədris edə bilərlər. Köhnə sərəncam və proqramlar Quran ayəsi deyil ki, dəyişmək mümkün olmasın. Vəziyyətə baxın, universiteti tədris baxımından aktiv mühitə çevirin. Tələbənin müəllimlə münasibəti, müəllimin fəaliyyəti, mütaliəsi, elm mərkəzlərindən, elmi məlumatlardan, jurnallardan istifadəsi və digər imkanlarla universiteti həmişə mübahisə və iş halında olan bir mühitə çevirin. Tələbəni inkişaf etdirin və yetişdirin.


Yüksək pillələrin tələbələri

Bizim irəli sürdüyümüz Elm istehsalı və proqramlaşdırma hərəkatı məsələsini tədqiqat mərkəzləri, universitetlər, tədqiqatçı və müəllimlər müsbət qarşıladılar və mən buna doğrudan da sevinirəm. Lakin tələbə və gənclər səviyyəsində ciddi qəbul edilməmiş və həyata keçirilməmişdir. Halbuki gəncin istedad və qüvvəsindən çox istifadə etmək olar. Bu iş müəllimlərin işidir. Xüsusən də yüksək pillələrin tələbələri müəllim vasitəsilə yönəldilsə, bəzi sahələrdə elmi yenilikdə müəllimlərini arxada qoya bilərlər. Bəzən müəllim bir şagirdə yol göstərir, elmi baxımdan kömək edir və o şagird müəllimin köməyi ilə müəllimin özündən irəliyə keçir. Belə hallar çox olur. Bunu həyata keçirməlisiniz.


Tələbənin soruşması və irad bildirməsi

Mən özüm universitet adamı olmamışam, universitetdə təhsil almamışam. Bu sahədə çox fikir yürüdə bilmərəm, amma həmişə universitetdə olan dostlardan eşitmişəm. Deyəsən, əvvəldən elm hövzələrindən fərqli olaraq, universitetdə mövzunun dərinliyini tapmaq əvəzinə əzbərləməyə üstünlük verilmişdir. Bu, eyibdir. Elm hövzələrində dərs oxuyan tələbənin məqsədi əzbərləmək deyil, dərk etməkdir. Bir səviyyədən sonra dərk etməkdən əlavə, uyğun məsələdə həm də nəzər yürütməlidir. Sizin doktorantura pilləniz nəzər sahibi olmaqdan ötrüdür. Tələbədə soruşmaq ruhiyyəsini, tədqiqatı, araşdırmanı və qane olmamanı gücləndirmək lazımdır. Bizim elm hövzələrimizdə bəzən bir dərsdə 500-1000 şagird oturur. Şagirdlərdən biri etiraz edərək müəllimin və digərlərinin vaxtını tutur, müəllimə iradını bildirir. Müəllim əsla narahat olmur ki, nə üçün məndə səhv tutursan. Yaxud digər tələbələr narahat olmurlar ki, bizim vaxtımız tutuldu. Xeyr, hövzənin ənənəsi budur. İrad bildirmək hər bir tələbənin haqqıdır. Onlar bu hüquqdan istifadə edirlər, müəllim də əsla gileylənmir. Hətta sevinir ki, dərsə irad bildirənlər var. Müəllimlərin fəxrlərindən biri budur ki, bizim dərslərimizdə çoxlu irad bildirən var. Bu, universitetdə də yaradılmalı, müəllimə irad bildirmək, soruşmaq və araşdırmaq normal hal olmalıdır. Bu sizin əlinizdədir.


Ölkənin elmi xəritəsi

Bir məsələ ölkənin elmi yol xəritəsi məsələsidir. Mən bunu ötən il müzakirəyə çıxardım. Düzdür, bunu Firdovsi universitetindən gözləmirəm, lakin gözləyirəm ki, köklü və qədim Firdovsi universiteti bu işdə şərik olsun. Bunun üzərində fikirləşin. Ölkədə elmi inkişaf etdirmək üçün bizim ümumi elmi xəritəyə ehtiyacımız var. Nə barədə tədqiqat aparmaq, nəyi öyrənmək istəyirik? Bu pərakəndə elmi hissələr necə birləşsinlər? Bunların birləşməsindən ölkənin gələcəyi və hərəkəti üçün harada bəhrələnmək olar? Bunlar elmi xəritə olmadan mümkün deyil. Əlbəttə, elmi xəritə həmişəlik deyil, mövsümidir. Ola bilsin, bu dövrdə elmi xəritə bir şey olsun, on ildən sonra tam dəyişilsin və başqa bir şey olsun. Lakin elmi xəritə lazımdır. Bu sahədə gözləyirəm ki, sizin universitetləriniz kömək etsinlər, bu iş müəllim, tədqiqatçı və alimlər arasında ümumi bir tələbə çevrilsin. Bu da bir məsələ.


Müəllim və rektorların vəzifəsi

Bir məsələ də qeyd etdiyim kimi, tələbələri inkişaf etdirmək məsələsidir. Bu, müəllim və rektorların üzərinə düşür. Bu müraciət təkcə müəllimlərə deyil, həm də universitet rəhbərlərinədir. Bu işləri doğrudan da proqrama salın: təhsil kursları, elmi ekskursiyalar, yaradıcılıq mükafatları, sənaye sahəsinin universitetdə çalışan bir gənc tədqiqatçıdan tələbi, yəni universitet və sənayenin əlaqəsi. Bu da qəti məsələlərdəndir. Mən üç-dörd il öncə bunu irəli sürdüm, xoşbəxtlikdən, bu hökumətdə elmi işlər üçün elmi müavinlik yaradıldı. Bu, indiki hökumətin faydalarındandır. Elə təsadüfən, sizin yerlilərinizdən biri bu müavinlikdə faəliyyət göstərir. Mənim fikrimcə, bu müavinlik səmərəli təşəbbüsdür, çox əhəmiyyətli və yaxşı işlər görə bilər.


Universitet mənsublarının rolu və missiyası

Mən əziz dostları, bacı-qardaşları bundan artıq narahat etməyəcəyəm. Gedək növbəti iclasa çataq. Birinci tövsiyəni yenə də təkrar etmək istəyirəm: Bu gün universitetin rolu və missiyası həlledicidir. Bu gün üçün olmasa da, ölkənin gələcəyi üçün həlledicidir. Bu gün universitet mənsublarının qərarı və iradəsi iki relsin yolunu bir-birindən ayıran strelkaçının roluna bənzəyir. Siz indi yoldəyişənsiniz, bu zamanda göstərdiyiniz iradə ilə xalqın hərəkət relsini rifaha, başucalığına, tərəqqiyə və tam müstəqilliyə yönəldə bilərsiniz.

İlahi! Bizi bu dövrdə ağır vəzifələrimizlə əvvəlkindən daha artıq tanış et!

İlahi! Öz xüsusi lütf və hidayətini ölkəmizin elm mərkəzlərinə və universitetlərinə şamil et!

İlahi! bu yolda zəhmət çəkən və fəaliyyət göstərən bütün şəxslərə əcr və mükafat ver!

Allahın salamı və rəhməti olsun sizə!




Yüklə 271,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin