Vladimir Lenin Karl Marks


TARİXİ  MATERİALİSTCƏSİNƏ



Yüklə 207,64 Kb.
səhifə2/3
tarix07.03.2017
ölçüsü207,64 Kb.
#10550
1   2   3

TARİXİ  MATERİALİSTCƏSİNƏ ANLAMAQ

 

     Köhnə materializmin ardıcıl olmadığını,natamam və birtərəfli olduğunu başa düşdükdən sonra Marks bu qənaətə gəlmişdi ki,”cəmiyyət haqqındakı elmi materializm zəmininə uyğunlaşdırmaq və bu zəminə uyğun surətdə yenidən qurmaq” lazımdır.Materializm ümumiyyətlə varlığın şüurdan deyil,əksinə,şüurun varlıqdan doğduğunu izah edirsə,onda materializmi bəşəriyyətin ictimai həyatında tətbiq etmək, ictimai  şüurun ictimai  varlıqla izah olunmasını tələb edir. Marks deyir ( “Kapital”,1): “Texnologiya insanın təbiətə olan fəal münasibətini,insan həyatını,habelə onun ictimai həyat şəraitinin və bundan doğan mənəvi təsəvvürlərin bilavasitə istehsal prosesini meydana çıxarır”. Marks insan cəmiyyətinə və onun tarixinə tətbiq edilən materializmin əsas müddəalarına “Siyasi iqtisadın tənqidinə dair  adli əsərinin müqəddiməsində aşağıdakı sözlərlə belə mükəmməl tərif vermişdir:



     “İnsanlar öz həyatının ictimai istehsalında öz iradəsindən asılı olmayan müəyyən,zəruri münasibətlərə-öz maddi məhsuldar qüvvələrinin müəyyən inkişaf pilləsinə uyğun olan istehsal münasibətlərinə girirlər.

     Bu istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi quruluşunu, real bazisini təşkil edir, hüquqi və siyasi üstqurum bu bazis üzərində yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə uyğun olur.Maddi həyatın istehsal üsulu ümumiyyətlə həyatın sosial,siaysi və mənəvi prosesləri üçün şərt olur.İnsanların varlığını onların şüuru müəyyən etmir,əksinə,insanların ictimai varlığı onların şüurunu müəyyən edir.Cəmiyyətin maddi məhsuldar qüvvələri öz inkişafının müəyyən pilləsində mövcüd istehsal münasibətlərinə,yaxud içərisində məhsuldar qüvvələrin indiyə qədər inkişaf etdiyi-və istehsal münasibətlərinin ancaq hüquqi ifadəsi olan-münasibətlərinə zidd gəlir.Bu münasibətlər məhsuldar qüvvələrin inkişaf formalarından dönüb onlar üçün buxov olur. Onda sosial inqilab dövrü başlanır. İqtisadi əsas dəyişdikdə bütün böyük üstqurumda çox və ya az surətdə çevriliş əmələ gəlir. Belə çevrilişləri tədqiq edərkən istehsalın iqtisadi şəraitində baş verən vətəbii-elmi bir dürüstlüklə müəyyən edilən maddi çevrilişi həmişə hüquqi,siyasi,dini,bədii və ya fəlsəfi formalardan, qısası:bu toqquşmanı insanların dərk etdikləri və onunla mübarizə apardıqları ideoloji formalardan ayırd etmək lazımdır.

     Ayrıca bir insan haqqında onun özünün və barəsində nə düşündüyünə əsasən fikir yeritmək mümkün olmadığı kimi,belə bir çevriliş dövrü haqqında da həmin dövrün şüuruna görə fikir yeritmək olmaz.Əksinə,bu şüurun səbəbini maddi həyatın ziddiyyətlərində,ictimai məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı toqquşmada görmək lazımdır”... “Ümumi şəkildə desək, Asiya, antik, feodal və müasir, burjua istehsal üsullarını, iqtisadi-ictimai formasiyanın mütərəqqi dövrləri adlandırmaq olar”. (Müqayisə et, 1866-ci il iyulun 7-də Marksın Engelsə yazdığı məktubdakı qısa tərif: “Əmək təşkilini istehsal vasitələri ilə müəyyən etmək haqqındakı nəzəriyyəmiz”)

     Tarixi materialistcəsinə anlamağın kəşf edilməsi və ya,daha doğrusu,materializmin ardıcıl davam etdirilib ictimai hadisələr sahəsinə tətbiq edilməsi əvvəlki tarix nəzəriyyələrində olan iki başlıca nöqsanı aradan qaldırdı. 1-cisi,bu nəzəriyyələr olsa-olsa insanların tarixi fəaliyyətinin ancaq ideya motivlərini nəzərdən keçirir,lakin bu motivlərin nədən irəli gəldiyini tədqiq etmirdi,ictimai münasibətlər sisteminin inkişafındakı obyektiv qanunauyğunluğu tapa bilmirdi,bu münasibətlərin köklərini maddi istehsalın inkişaf dərəcəsində görmürdü; 2-cisi, əvvəlki nəzəriyyələr məhz əhali kütlələrinin hərəkətlərini əhatə etmirdi,halbuki tarixi materializm ilk dəfə olaraq,kütlələrin ictimai həyat şəraitini və bu şəraitdəki dəyişiklikləri təbii-tarixi bir dürüstlüklə tədqiq etmək imkanı verdi.Marksdan əvvəlki sosialogiya  və tarixşünaslıq olsa-olsa ora-buradan götürülüb işlənilməmiş toplayır və tarixi prosesin ayrı-ayrı cəhətlərini təsvir edirdi.Marksizm bütün ziddiyyətli meyllərin məcmusunu tədqiq edərək,bunları cəmiyyətin müxtəlif siniflərinin həyat və istehsalının dürüst müəyyən edilə bilən şəraiti kimi götürərək,ayrı-ayrı “üstün  ideyaları seçməkdə və ya bunların şərhində subyektivizmi və özbaşınalığı aradan qaldıraraq,istisnasız olaraq bütün ideyaların və meyllərin köklərinin  maddi məhsuldar qüvvələrin vəziyyətindən asılı olduğunu aşkara çıxararaq, ictimai-iqtisadi formasiyaların törəməsi,inkişafı və dağılması prosesinin mükəmməl,hərtərəfli öyrənmək yolunu göstərmişdir. İnsanlar özlərinin tarixini özləri yazırlar,lakin insanların və məhz insan kütlələrinin arzularını müəyyən edən nədir,bir-birinə zidd ideyalar və cəhdlər nəyə görə toqquşur,bütün insan cəmiyyətlərində bütün bu toqquşmaların məcmusu nədən ibarətdir,maddi həyat istehsalının obyektiv şəraiti,yəni insanların bütün tarixi fəaliyyəti üçün zəmin yaradan bu şərait nədən ibarətdir,bu şəraitin inkişaf qanunu nədən ibarətdir,-Marks bütün bu məsələlərə diqqət vermiş və tarixi, son dərəcə müxtəlif cəhətləri və ziddiyyətləri olan vahid və qanunaqanunauyğun bir proses kimi elmi surətdə öyrənmək yolunu göstərmişdir.

 
                                                            SİNFİ MÜBARİZƏ



 

     Müəyyən bir cəmiyyətin üzvlərindən bəzilərinin cəhdləri o birilərinin cəhdlərinə zidd gəlir,ictimai həyat ziddiyyətlərlə doludur,tarix bizə xalqlar və cəmiyyətlər arasında,habelə bunların öz içərisində mübarizə olduğunu, bundan başqa inqilab və irtica,sülh və müharibə,durğunluq və sürətli tərəqqi və ya tənəzzül dövrlərinin bir-birini əvəz etdiyini göstərir,-bunlar hamıya məlum faktlardır.Marksizm bu zahiri dolaşıqlıq və hərcmərclik içərisindəki qanunauyğunluğu aşkara çıxarmağa imkan verən rəhbər yolu göstərmiş,yəni sinfi mübarizə nəzəriyyəsini vermişdir.Ancaq müəyyən bir cəmiyyətdə və ya cəmiyyətlər qrupunda bütün üzvlərin cəhdlərinin məcmusunu öyrəndikdə,bu cəhdlərin nəticəsini elmi surətdə müəyyən etmək olar.Bir-birinə zidd cəhdlərin mənbəyi isə, hər bir cəmiyyəti təşkil edən siniflərin vəziyyət və həyat şəraitindəki fərqlərdir.Marks “Kommunist Manifesti ndə: “İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi (sonralar Engels əlavə edir:-ibtidai icmanın tarixindən başqa),-siniflər mübarizəsi tarixi olmuşdur. Azad insanla qul, patritsi ilə plebey,mülkədar ilə təhkimli kəndli,usta ilə usta əlaltısı,qısası,zalım ilə məzlum arasında əbədi bir antaqonizm olmuş,onlar gah gizli, gah da açıq şəkildə daim bir-biriləri ilə arası kəsilmədən mübarizə aparmışlar və bu mübarizə həmişə bütün cəmiyyət binasının inqilab yolu ilə yenidən qurulması və ya mübarizə edən siniflərin hamısının məhv olması ilə nəticələnmişdir... Dağılmış feodalizm cəmiyyətinin içərsindən meydana çıxan müasir burjua cəmiyyəti sinfi ziddiyyətləri məhv etmədi.Bu cəmiyyət ancaq köhnə sinifləri yeni siiflərlə, köhnə zülm şəraitini yeni zülm şəraiti ilə və köhnə mübarizə formalarını yeni mübarizə formaları ilə əvəz etdi.Lakin bizim dövr, burjuaziya dövrü bununla fərqlənir ki, bu dövr sinfi ziddiyyətləri sadələşdirmişdir: cəmiyyət getdikcə daha artıq dərəcədə bir-birinə düşmən olan iki böyük cəbhəyə, bir-birinə qarşı duran iki böyük sinfə: burjuaziya və proletariata ayrılır”. Böyük Fransa inqilabı zamanından bəri avropa tarixi bir sıra ölkələrdə hadisələrin bu əsl səbəbini, siniflər mübarizəsini xüsusilə aydın bir şəkildə açıb göstərirdi.Hələ Fransada monarxiyanın bərpası dövründə meydana çıxan bir sıra tarixçilər (Tyerri, Gizo, Minye, Tyer) baş verən hadisələri ümumiləşdirərkən,etiraf etməli olmuşdular ki, bütün Fransa tarixini anlamaq üçün sinfi mübarizə bir açardır..Ən yeni dövr,burjuaziyanın tam qəələbə qazandığı dövr ,nümayəndələi orqanlar, (ümumi olmasa da) geniş seçki hüququ,kütlələr arasında yayılan ucuz gündəlik mətbuat və i.a. dövrü, daha çox genişlənən güclü fəhlə ittifaqları və sairə dövrü isə(bəzən olduqca birtərəfli, dinc, “konstitusiyalı  bir şəkildə olsa da) daha aydın göstərdi ki, sinfi mübarizə hadisələrə hərəkət verən bir qüvvədir.Marksın “Kommunist Manifesti ndən gətirdiyimiz aşağıdakı parça,hər bir sinfin inkişaf şəraitini təhlil etməklə əlaqədar olaraq, müasir cəmiyyətdə hər bir sinfin vəziyyətini obyektiv surətdə təhlil etmək üçün Marksın ictimai elm qarşısına qoyduğu tələbləri bizə göstərir: “İndi burjuaziyaya qarşı çaxan bütün siniflərdən yalnız proletariat həqiqətən inqilabçı sinifdir. İri sənaye inkişaf etdikcə bütün başqa siniflər pozulub məhv olur; proletariat isə iri sənayenin öz məhsuludur.Orta silklər: xırda sənayeçi, xırda alverçi, sənətkar və kəndli-bunların hamısı burjuaziya ilə ondan ötrü mübarizə edir ki, orta silk olmaq etibarilə öz varlığını məhv olmaqdan xilas etsin. Deməli, onlarda inqilabi əhvali-ruhiyyə deyil, mühafizəkar əhvali-ruhiyyəsi vardır, hətta daha artıq, onlarda mürtəce əhvali-ruhiyyə vardır: onlar tarixin çarxını geri döndərməyə çalışırlar. Əgər onlarda inqilabi əhvali-ruhiyyə varsa, bu ancaq o halda olur ki, onlar proletariat sıralarına keçməli olsunlar, onlar özlərinin hazırkı mənafeyini deyil, gələcək mənafeyini müdafiə etsinlər, öz nöqteyi-nəzərlərini tərk edib proletariatın nöqteyi-nəzərinə keçsinlər”. Marks bir sıra tarıxı əsərlərində (Ədəbiyyata bax) materialist tarixşünaslığa dair, hər bir ayrıca sinfin, bəzən də sinif daxilində müxtəlif qrup və ya təbəqələrin vəziyyətini təhlil etməyə dair parlaq və ciddi nümunələr verərək,nə səbəbə və necə “hər bir sinfi mübarizənin siyasi mübarizə olduğunu  açıq-aydın göstərmişdir.Yuxarıda verdiyimiz parça göstərir ki,Marks tarixi inkişafın bütün əvəzləyici qüvvəsini nəzərə almaq üçün ictimai münasibətlərin və bir sinifdən başqasına , keçmişdən gələcəyə keçid pillələrini nə qədər mürəkkəb şəbəkəsini təhlil edir.

     Marks nəzəriyyəsini ən dərindən, mükəmməl və ətraflı təsdiq edən və onun tətbiqini göstərən, Marksın iqtisadi təlimidir.
 

                                               MARKSIN İQTİSADİ TƏLİMİ

 

     Marks “Kapital ın müqəddiməsidə deyir: “Əsərimin son məqəsdi, müasir cəmiyyətin”, yəni kapitalizm cəmiyyətinin, burjua cəmiyyətinin “iqtisadi inkişaf qanununu aşkara çıxarmaqdır”. Marksın iqtisadi təliminin məzmunu tarixcə müəyyən,mövcud cəmiyyətin istehsal münasibətlərini,bunların meydana gəlməsi,inkişafı və dağılması halında tədqiq etməkdən ibarətdir.Kapitalizm cəmiyyətində əmtəə istehsalı hökm sürür,buna görə də Marks əmtəənin təhlilindən başlayır.



 

                                                                     DƏYƏR

 

Əmtəə, 1-cisi, insanın müəyyən təlabatını ödəyən şeydir; 2-cisi, başqa bir şeylə mübadilə edilən şeydir. Şeyin faydalı olması onu istehlak dəyəri edir. Mübadilə dəyəri(və ya sadəcə dəyər),hər şeydən əvvəl,bir növdən olanmüəyyən miqdar istehlak dəyərlərinin başqa növdən olan müəyyən miqdar istehlak dəyərləri ilə mübadilə edilməsindəki nisbətdir,proporsiyadır.Gündəlik təcrübə bizə göstərir ki,milyonlarla və milyardlarla bu kimi mübadilə,bir-birilə müqayisə edilə bilməyən hər cür və ən müxtəlif istehlak dəyərlərini daim bir-birinə bərabərləşdirir.Bəs müəyyən ictimai münasibətlər sistemində daim bir-birinə bərabərləşdirilən bu müxtəlif şeylərin ümumi cəhəti nədən ibarətdir? Bunların ümumi cəhəti ondan ibarətdir ki, bunlar əmək məhsullarıdır. İnsanlar məhsulları mübadilə edərkən,ən müxtəlif əmək növlərini bir-birinəbərabərləşdirirlər.Əmtəə istehsalı elə bir ictimai münasibətlər sistemidir ki,burada ayrı-ayrı istehsalçılar müxtəlif məhsullar yaradırlar (ictimai əmək bölgüsü) və bütün bu məhsullar mübadilə zamanı bir-birini bərabərləşdirir.Deməli,bütün əmtəələrdə olan ümumi cəhət,müəyyən istehsal sahəsindəki konkret əmək deyil,bir növdən olan əmək deyil, mücərrəd  insan əməyidir,ümumiyyətlə insan əməyidir.Mövcud cəmiyyətin bütün əmtəə dəyərləri məcmusunda təmsil olunan bütün iş qüvvəsi,eyni dərəcədə insan iş qüvvəsidir:milyardlarla mübadilə faktı bunu sübut edir.Deməli,hər bir ayrıca əmtəə ictimai-zəruri  iş vaxtının yalnız müəyyən bir hissəsidir. Dəyərin miqdarı ictimai-zəruri əməyin miqdarı ilə,yaxud müəyyən bir əmtəəni,müəyyən bir istehlak dəyərini istehsal etmək üçün lazım gələn ictimai-zəruri iş vaxtı ilə müəyyən olunur. “Adamlar, mübadilə zamanı özlərinin müxtəlif məhsullarını bir-birinə bərabərləşdirməklə, öz müxtəlif növ əməklərini bir-birnə bərabərləşdirirlər. Onlar bunu dərk etmirlər, lakin bunu edirlər”. Köhnə bir iqtisadçı demişkən, dəyər iki şəxs arasındakı münasibət deməkdir; həmin iqtisadçı yalnız bunu da əlavə edib gərək deyəydi: şey pərdəsinə bürünmüş münasibət deməkdir.Dəyərin nə olduğunu yalnız cəmiyyətin müəyyən bir tarixi formasiyasının ictimai istehsal münasibətləri sistemi nöqteyi-nəzərindən anlamaq olar. “Dəyər olmaq etibarilə əmtəələr yalnız müəyyən miqdar yığılmış iş vaxtıdır .Marks  əmtəələrdə təcəssüm edən əməyin ikili xarakterini müfəssəl təhlil etdikdən sonra, dəyər formasının  pulun təhlilinə keçir.Həm də burada Marksın başlıca məqsədi dəyərin pul formasının mənşəyini  tədqiq etməkdir,mübadilənin ayrı-ayrı, təsadüfi hallarından başlamış ( “dəyərin bəsit,ayrıca və ya təsadüfi forması”: müəyyən miqdar bir əmtəə müəyyən miqdar başqa bir əmtəəyə mübadilə olunur),ta bir sıra müxtəlif əmtəələrin eyni bir müəyyən əmtəəyə mübadilə edildiyi ümumi dəyər formasınadək və dəyərin pul formasınadək,yəni həmin müəyyən əmtəənin,ümumi ekvivalentin,qızıldan ibarət olduğu formasınadək mübadilənin genişlənməsinin tarixi prosesini  tədqiq etməkdir.Mübadilə və əmtəə istehsalı inkişafının ən yüksək məhsulu olan pul xüsusi işlərin ictimai xarakterini,bazarın birləşdirdiyi ayrı-ayrı istehsalçılar arasındakı ictimai əlaqəni pərdələyib gizlədir. Marks pulun müxtəlif vəzifələrini son dərəcə ətraflı təhlil edir, həm də (ümumiyyətlə Kapital ın ilk fəsillərində olduğu kimi) burada da xüsusi olaraq bu cəhəti qeyd etmək mühümdür ki,bəzən sırf deduktiv görünən abstrakt ifadə tərzi əslində mübadilə və əmtəə istehsalının inkişaf tarixinə aid olan külli miqdarda fakt materialını göz qabağına gətirib canlandırır. “Pul əmtəə mübadiləsinin müəyyən bir yüksəklikdə olmasını tələb edir. Pulun müxtəlif formaları- ya sadə əmtəə ekvivalenti, ya tədavül vasitəsi, ya ödəniş vasitəsi,sərvət və ümumdünya pulu olmaq formaları- bu fraksiyalardan birinin müxtəlif miqyaslarda tətbiq edilməsindən,bu funksiyalardan birinin nisbətən üstün olmasından asılı olaraq,ictimai istehsal prosesinin olduqca müxtəlif pillələrini göstərir”  (Kapital”, I).

                                                              İZAFİ DƏYƏR

 

     Əmtəə istehsalının müəyyən inkişaf pilləsində pul dönüb kapital olur.Əmtəə tədavülü formulu belə idi: Ə (əmtəə) – P (pul) – Ə (əmtəə), yəni bir əmtəə satıb başqa bir əmtəə almaq.Kapitalın ümumi formulu isə,əksinə belədir: P- Ə – P, yəni alıb (mənfəətlə) satmaq.Marks dövriyyəyə buraxılan pulun ilk dəyərinin belə artmasını izafi dəyər adlandırır. Kapitalist dövriyyəsində pulun belə “artması  faktı hamıya məlumdur.Pulun məhz belə “artması  onu xüsusi, tarixən müəyyən bir ictimai istehsal münasibəti olan kapitala  çevirir. İzafi dəyər əmtəə tədavülündən törəyə bilməz,çünki burada ancaq ekvivalentlər mübadilə olunur,qiymətin artırılmasından da törəyə bilməz,çünki burada da alıcılarla satıcıların qarşılıqlı surətdə itirdikləri ilə qazandıqları bir-birinin yerini doldurar;burada isə fərdi bir hadisədən deyil,məhz kütləvi,orta və ictimai bir hadisədən bəhs olunur. İzafi dəyər əldə etmək üçün “əmtəə sahibi bazarda elə bir əmtəə tapmalıdır ki, bunu istehlak dəyərinin özü, dəyər mənbəyi olmaq kimi orijinal bir xassəyə malik olsun”, yəni elə bir əmtəə tapmalıdır ki, bunun istehlak prosesi eyni zamanda dəyər yaratmaq prosesi olsun. Belə bir əmtəə isə vardır. Bu, insanın iş qüvvəsidir.Bu qüvvənin istehlak edilməsi əməkdir, əmək isə dəyər yaradır. Pul sahibi iş qüvvəsini onun öz dəyərinə alır,iş qüvvəsinin dəyəri isə,hər bir başqa əmtəənin dəyəri kimi,onun istehsalı üçün lazım olan ictimai-zəruri iş vaxtı ilə (yəni fəhlənin və onun ailəsinin dolanacaq xərclərinin dəyəri ilə) müəyyən olunur.Pul sahibi iş qüvvəsini alandan sonra onu istehlak edə bilər, yəni bütün gün, məsələn, 12 saat işlədə bilər.Halbuki fəhlə 6 saat ərzində (“zəruri”  iş vaxtı) öz dolanacaq xərcini ödəyəcək qədər məhsul yaradır,o biri 6 saat ərzində isə (izafi  iş vaxtı), kapitalist tərəfindən əvəzi ödənilməyən “izafi  məhsul və ya izafi dəyər yaradır. Deməli, istehsal prosesi nöqteyi-nəzərindən kapitalın iki hissəsini bir-birindən fərqləndirmək lazımdır: bunlardan biri sabit kapitaldır ki, istehsal vasitələrinə (maşınlara, əmək alətlərinə, xammala və sairəyə) sərf olunur və bunun dəyəri dəyişmədən (bir dəfədə və ya hissə-hissə) hazır məhsula keçir; o birisi isə dəyişən kapitaldır ki, iş qüvvəsinə sərf olunur. Bu kapitalın dəyəri dəyişməz qalmır, əmək prosesində artaraq, izafi dəyər yaradır. Buna görə də iş qüvvəsini kapitalın nə dərəcədə istismar etdiyini ifadə etmək üçün izafi dəyəri bütün kapitalla deyil, yalnız dəyişən kapitalla müqayisə etmək lazımdır.Marksın izafi dəyər forması adlandırdığı bu nisbət, bizim misalımızda, məsələn, belə: 6:6, yəni 100% olacaqdır.



     Kapitalı meydana gətirən tarixi ilk şərait,1-cisi, ümumiyyətlə əmtəə istehsalı nisbətən yüksək səviyyədə inkişaf edirkən ayrı-ayrı şəxslərin əlində müəyyən məbləğ pulun yığılmış olmasıdır və 2-cisi iki mənada “azad  fəhlənin mövcud olmasıdır, yəni həm öz iş qüvvəsini heç bir sıxıntı və ya məhdudiyyət olmadan azad satan ,həm də torpaqdan  və ümumiyyətlə istehsal vasitələrindən azad olan sahibsiz fəhlənin, yaşamaq üçün öz iş qüvvəsini satmaqdan başqa heç bir vasitəsi olmayan “proletar” fəhlənin mövcud olmasıdır.

     İzafi dəyər iki əsas üsulla artırıla bilər: iş gününü uzamaq yolu ilə (“mütləq izafi dəyər”), bir də zəruri iş gününü qısaltmaq yolu ilə (nisbi izafi dəyər”). Marks birinci üsulu təhlil edərək,iş gününü qısaltmaq uğrunda fəhlə sinfinin mübarizəsi və dövlət hakimiyyətinin işə qarışıb iş gününü uzatmağa (XIV-XVII- əsrlər) və onu qısaltmağa çalışması (XIX-əsrdəki fabrik qanunları) kimi çox böyük bir mənzərəni geniş təsvir edir.Kapital” meydana gələndən sonra dünyada bütün mədəni ölkələrin fəhlə hərəkatının tarixi bu mənzərəni aydınlaşdıran minlərlə yeni faktlar vermişdir.

     Marks nisbi izafi dəyər istehsalını təhlil edərək, kapitalizmin əmək məhsuldarlığını yüksəltməsindəki üç əsas tarixi mərhələni: 1) bəsit kooperasiyanı; 2) əmək bölgüsü və manufakturanı; 3)maşınları və iri sənayeni tədqiq edir. Kapitalizmin inkişafının əsas, tipik cəhətlərini  burada Marksın nə qədər dərindən aşkara çıxardığı bir də ondan görünür ki, Rusiyanın “kustar  sənayesi deyilən sənayesinin tədqiq edilməsi həmin üç mərhələdən birinci ikisini aydınlaşdırmaq üçün olduqca zəngin material verir. İri maşınlı sənayenin 1867-ci ildə Marks tərəfindən təsvir edilmiş inqilabiləşdirici təsiri isə o vaxtdan bəri keçən yarım əsr ərzində bir sıra “yeni ölkələrdə (Rusiyada, Yaponiyada və başqalarında) özünü göstərmişdir.

     Sonra Marksın təlimində son dərəcə əhəmiyyətli və yeni olan cəhət, kapital yığımını , yəni izafi dəyərin bir hissəsinin kapitla çevrildiyini, kapitalistin şəxsi ehtiyac və qəribə arzularına deyil, yeni istehsala sərf edildiyini təhlil etməsindən ibarətdir.Marks (adam Smitdən başlayaraq) bütün keçmiş klassik siyasi iqtisadın səhvini göstərmişdir; keçmiş klassik siyasi iqtisad belə zənn edirdi ki,kapitala çevrilən bütün izafi dəyər dəyişən kapitala sərf olunur. Həqiqətdə isə izafi dəyər istehsal vasitələrinə, bir də dəyişən kapitala bölünür. Sabit kapital (bütün kapital məbləğində) dəyişən kapitala nisbətən daha çox sürətlə artır ki, bunun da kapitalizmin inkişafı və sosializmə çevrilməsi prosesində çox böyük əhəmiyyəti vardır

     Kapital yığımı maşının fəhlələri sıxışdırıb aradan çıxarmasını sürələndirərək, bir qütbdə sərvət,o biri qütbdə isə yoxsulluq yaradaraq, “ehtiyat fəhlə ordusu  deyilən bir ordu, “nisbi fəhlə artıqlığı” və ya “kapitalist əhali artıqlığı” törədir ki, bu da son dərəcə müxtəlif şəkillər alır və kapitala  istehsalı son dərəcə sürətlə genişləndirmək imkanı verir. Bu imkan,həmçinin kreditlə və kapitalın istehsal vasitələri şəklindəki yığımı ilə əlaqədar olaraq, kapitaslist ölkələrində əvvələr orta hesabla hər 10 ildə bir, sonralar isə daha uzun və az müəyyən olan fasilələrlə vaxtaşırı baş verən həddindən artıq istehsal böhranlarını başa düşmək üçün bir vasitədir.Kapitalizm zəminindəki kapital yığımından ilkin yığımı, yəni işçinin istehsal vasitələrindən zorla ayrılmasını,kəndlilərin torpaqdan qovulub çıxarılmasını,icma torpaqlarının oğurlanmasını, müstəmləkələr, dövlət borcları, himayəçi gömrük vergiləri sistemini və sairəni fərqləndirmək lazımdır. İlkin yığım bir qütbdə azad  proletarlar, o biri qütbdə isə pul sahibi, kapitalist yaradır.

     “Kapitalist yığımının tarixi meylini  Marks aşağıdakı məhşur sözləri ilə təsvir edir: “Bilavasitə istehsalçılar ən amansız bir vəhşiliklə və ən alçaq, ən çirkin, ən iyrənc və ən qızğın ehtirasların təzyiqi altında mülkiyyətdən məhrum edilirlər.Mülkiyyətçinin  (kəndli və sənətkarın) “öz əməyi ilə əldə etdiyi və ayrıca müstəqil bir işçinin öz əmək alətləri və vasitələri ilə, necə deyərlər, qovuşmasına əsaslanan xüsusi mülkiyyəti, özgələrin iş qüvvəsini, lakin rəsmən azad olan iş qüvvəsini istismar etmək üzərində qurulmuş kapitalist xüsusi mülkiyyəti tərəfindən sıxışdırılıb aradan çıxarılır... Daha indi, özü müstəqil təsərüffatla məşğul olan fəhlə deyil, çoxlu fəhləni istismar edən kapitalist mülkiyyətdən məhrum edilməlidir. Kapitalistin mülkiyyətdən məhrum edilməsi kapitalist istehsalının özünə xas olan qanunların təsiri ilə, kapitalların mərkəzləşməsi yolu ilə əmələ gəlir.Bir kapitalist bir çox kapitalisti məğlub edir.Bu mərkəzləşmə və ya bir neçə kapitalistin bir çox kapitalisti mülkiyyətdən məhrum etməsi ilə yanaşı olaraq,əmək prosesinin kooperativ getdikcə daha geniş və daha böyük miqyasda inkişaf edir, elmin texnikada şüurlu surətdə tətbiqi, torpaqdan müəyyən planla istifadə olunması, əmək vasitələrinin yalnız birlikdə işlədilə bilən əmək vasitələrinə çevrilməsi, bütün istehsal vasitələrini quraşıq ictimai əməyin istehsal vasitələri kimi işlətmək yolu ilə bu vasitələrə qənaət edilməsi, bütün xalqların dünya bazarına cəlb edilməsi və bunula birlikdə kapitalist rejiminin beynəlmiləl xarakterdə olması inkişaf edir.Bu çevrilmə prosesinin bütün faydalarını qəsb edib inhisara alan kapital maqnatlarının sayca daim azalması ilə bərabər, kütləvi yoxsulluq, zülm, əsarət, cılızlaşma və istismar artır, bununla birlikdə isə, kapitalist istehsalı prosesinin öz mexanizminin öyrətdiyi,birləşdirdiyi və təşkil etdiyi fəhlə sinfinin hiddəti də artır. Kapital inhisarı onunla birlikdə və bu inhisar şəraitində əmələ gəlib böyümüş istehsal üsulu üçün bir buxov olur. İstehsal vasitələrini mərkəzləşməsi və əməyin ictimailəşməsi elə bir nöqtəyə gəlib çatır ki, daha öz kapitalist qabığına sığa bilmir.Bu qabıq partlayır.Mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum edirlər” (Kapital”I)

Yüklə 207,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin