AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§3. AMERİKA İQTİSADİYYATI



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
§3. AMERİKA İQTİSADİYYATI 

3.1.Amerika iqtisadiyyatının əsas xüsusiyyətləri 

Dünya  iqtisadiyyatı  ayrı-ayrı  dövlətlərin  iqtisadiyyatından 

formalaşdığına  görə  çox  çevik  xarakterə,  dəyişən  mühitə  malikdir. 

Planetimizin  iqtisadiyyatının  formalaşmasında,  inkişafında  və  sosial-

iqtisadi səmərəliliyinini yüksəldilməsində Amerika Birləşmiş Ştatlarının 

(ABŞ)  rolu  çox  böyükdür.  Əhalisi  nöqteyi-nəzərincə  dünya  əhalisinin 

təxminən  1,7%-ni  təşkil  edən  ABŞ  bu  gün  dünya  üzrə  ÜDM-un 21  -

25%-


ni verə bilir. 

ABŞ  iqtisadiyyatının    bir  sıra  fərqləndirici  cəhətləri  vardır. 

Müasir dövr üçün 

ən əlamətdarı ondadır ki,  ABŞ on yeni texnikaya və 

texnologiyaya daha çox fikir verir, elm tutumlu məhsullar istehsal edir 

və  innovasiya  sahəsində  uzun  illərdir  ki,  aparıci  yer tutur. Bu hal öz 

əksini  texnologiyanın  ötürülməsi  üzrə  vəsait  ödəmələrini  və  daxil 

olmalarını xarakterizə edən balansda tapir. Qeyd edək ki, bu balansda 

"texnologiyanın ötürülməsi" əməliyyatı ilə bağlı, patentllərin qeydiyyatı 

ilə  bağlı,  lisenziyaların  müəllif  hüquqlarının,  ticarət  markalarının  əldə 

edilməsi  ilə  bağlı,  dizaynların  müəllif  və  sənaye  hüqqularının  və 

nümunələrinin  işlənməsi  ilə  bağlı,  "nou-hau"-larla  və  menecment 

sahəsində xidmətlərin ödənilməsi ilə bağlı hesabatlar göstərilir. Bir çox 

mənbələrin  verdikləri  məlumatlara  görə  ABŞ  texnoloji  balansı  uzun 

illərdir  ki,  aktiv  saldoya  malikdir.  Onun  məbləği  ildə  7-8 mlrd. dollar 

təşkil  edir.  Aktiv  saldonun  mövcudluğu  ABŞ  üçün  yeni  imkanlar 

yaradır  və  bu  imkanlardan  istifadə  edən  sahibkarlar  elmtutumlu 

məhsullar istehsalını genişləndirirlər. 



 

 

  

Dünya  iqtisadiyyatının  tərkib  hissəsi  olan  ABŞ-ın  bır  mühüm 



xüsusiyyəti    ölkənin  daxili  bazarının  çox  geniş  və  həcmli  olmasıdır. 

ABŞ-da istehsal edilən nə varsa onun 90%-ə qədərini daxili bazar udur. 

Bundan  başqa,  xarici  ölkələrdən  və  xüsusən  də  inkişafda  olan 

ölkələrdən  çoxlu  miqdarda  məhsullar  alınır  və  istehlak  edilir.  Böyük 

həcmli  daxili  bazarın  tələblərinin  ödənilməsi  üçün  ABŞ  hökuməti 

məqsədyönlü  tənzimləmə  tədbirləri  vasitəsilə  ölkədə  güclü  istehsal 

potens

ialı  yarada  bilmişdir.  Böyük  həcmdə  müxtəlif  məhsullar  və 



xidmətlər  istehsal  etmək  qabiliyyətinə  malik  olan      bu      istehsal   

potensialı      əsas      rol      oynasa      da,      ABŞ-ın  iqtisadiyyatının 

hərəkətverici  qüvvəsi  elmi-texniki  tərəqqi  və  onun  nailiyyətlərinin 

istehsala  tətbiq  sahəsində  ölkənin  dünya  ölkələri  arasında  liderliyidir. 

Məhz  bunun  nəticəsində  ABŞ  dünya  ölkələrini  özündən  asılı  vəziyətə 

sala bilir. Elmi-

tədqiqat  və  layihə  təcrübə  işlərinə  dünya  miqyasında 

çəkilən xərclərin 40%-i ABŞ-ın payına düşür. Bilavasitə bunun nəticəsi 

kimi  ABŞ  digər  ölkələrə  elm  tutumlu  məhsul  ixrac  edir  və  çoxlu 

qazanır.  Bir  çox  mənbələrin  məlumatlarından  aydın  oldu  ki,  elm 

tutumlu məhsul üzrə dünya eksportunun 20%-i ABŞ-ın payına düşür. 

 

3.2.Amerika və dünya iqtisadiyyatı 

 

Amerika iqtisadiyyatının dünya iqtisadiyyatına təsiri mürəkkəb və 



çoxşaxəlidir. Bu təsir çox vaxt TMK-nın vasitəsilə daha çox şaxələnir 

və  güclənir.  ABŞ-ın  TMK-nın  digər  ölkələrdə  yerləsmiş  müəssisələri 

ildə  orta  hesabla  3  trilyona  qədər  məhsul  istehsal  edir  və  xidmətlər 

göstərir ki, bu da Amerikanın ÜMM-nın 4-%-dən də çoxdur. ТМК-nın  

müəssiələri  yerləşən  ölkələrin  iqtisadiyyatına  bu  güclü  təsir  göstərir. 

Amerikada  formalaşdırılmış  iqtisadi,  sosialmənəvi,  hüquqi,  texniki, 

idarəetmə  potensialı  imkan  verirki,  texniki  tərəqqinin  sürətlənməsi, 

sosial məsələlərin həlli, sənayenin və kənd təsərrüfatının intensiv yolla 

inkişaf  etdirilməsi  məsələsi  yüksək  səviyyədə  həll  edilsin.  Nəticədə 

ABŞ bu gün sənaye istehsalının həcminə görə dünyada birinci yeri tutur 

və  super  səmərəli  kənd  təsərrüfatına  malikdir.  Son  illərdə  dənli 

bitkilərin  istehsalı  ildə  orta  hesabla  400  milyon  tona  çatıb.  Bu  da  öz 

tələbatlarını  ödədikdən  sonra    ABŞ-a  imkan  verir  ki,  ildə  200-250 


 

 

milyon ton dənli bitki ixrac edə bilsin. Dünya əhalisinin cəmi 1,7 faizi 

yaşayan  ABŞ-da  sənaye  о  dərəcədə  inkişaf  etmişdir  ki,  dünyada 

çıxarılan xammalın 30 faizindən çoxunu bu sahə istehlak edir. 

            

Amerikanın      dünya      iqtisadiyyatına      təsiri      təkcə   

iqtisadi 

potensialının olduqca güclü olması deyil,  həm də iqtisadiyyatın 

sağlam olması ilə şərtlənir.  

           

Sağlam iqtisadiyyatı bir neçə göstərici ilə qiymətləndirmək 

olar.  Ən  mühüm  göstəricilərdən  biri  iqtisadiyyatın  ilbəil  irəliyə  doğru 

inkişafını  səciyyələndirən  "Ümumi  milli  məhsulun  orta  illik  artımı" 

göstəricisidir. Son 20 il ərzində bu göstərici ABŞ-da dayanıqlı olmuşdur 

(cədvəl 15). 

Cədvəl 15    



 

ABŞ iqtisadiyyatinı xarakterizə edən bəzi göstəricilər 

 

İllər 

UMM-

ın 

artım 

sürəti 

İşsizləri

n xüsusi 

çəkisi % 

Kapital 

qoyuluşunun 

sürəti (-) (+) 

1990 

3,0 

5,6 

-1,4 

1994 

3,5 

6,1 

+6,5 

1995 

2,0 

5,6 

+4,3 

1996 

2,8 

5,4 

+7,4 

1997 

3,8 

4,9 

+6,5 

1998 

3,7 

4,8 

6,4 

İqtisadiyyatın dayanıqlı olmasını bu göstəricidən başqa işsizlərın 

xususı  çəkisi,  emal  sənayesində  və  xalq  təsərrüfatının  digər  aparıcı 

sahələrində  istehsal  güclərinin  yüksəlmə  əmsalı,  iqtisadiyyata  kapital 

qoyuluşu  və  onun  artım  sürəti  kimi  göstəricilər  də  xarakterizə  edir. 

Тəhlil göstərdi ki, işsizlərin iqtisadi fəal əhalinin ümumi sayında xüsusi 

cəkisi  ABŞ-da  uzun  illər  müddətində  dayanıqlı  və  aşağı  səviyyədə 

qalmaqda davam edir. Son illərdə isə mütəmadi olaraq bu göstəricinin 

səviyyəsi  nisbətən  aşağı  düşmüş  və  1997-ci  üdə  4,9%  təşkil  etmişdir. 

Yuxarıda  verilən  cədvəldən  görünür  ki,  1990-cı  ildə  ABŞ-ın 



 

 

iqtisadiyyatına  kapital  qoyuluşunun  həcmi  1,4%  azalmasına 

baxmayaraq 1994-

cü  ildən  başlayaraq  mütəmadi  olaraq  artmış  və  orta 

illik artım 1994-cü ildə 6,5%, 1995-də 4,3%, 1996-da 7,4% və 1997-də 

isə 6,5% təşkil etmişdir. 

Sağlam  iqtisadiyyat  ABŞ-a  imkan  verir  ki,  dünya  miqyasında 

gedən  inteqrallaşma,  qloballaşma,  beynəlmiləlləşmə  proseslərində 

qarşılıqlı  və  aktiv  iştirak  edə  bilsin.  Özünün  çox  güclü  maşınqayırma 

sənayesi  olan  Amerika  ölkəyə  kənardan  çoxlu  miqdarda  maşın  və 

avadanlıqlar gətirir. Dərc olunmuş materiallara görə 1998-ci ildə ABŞ-

da  satılan  maşın    və  avadanlıqların  ümumi  həcmində  importun  xüsusi 

çəkisi 50% təşkil etmişdir. Həmin ildə məişət elektronikası və ayaqqabı 

satışında isə importun xüsusi çəkisi 80%-ə çatırdı. İxrac sahəsində ABŞ-

ın  digər  ölkələrlə  iqtisadi  əlaqələri  aşağıdakı  cədvəldə  verilmişdir 

(cədvəl 16, 1991 il). 

 

Cədvəl6 

Ölkələr 

Ölkənin  ixracında  ABŞ-ın  payına 

düşən ıxracın 1 xüsusi çəkisi 

Yaponiya  

27-29 

Almaniya 

8-10                                                

Meksika 

91,1                                                  

Tayvan 

46,2 

Fillippin 

40,4                                                    

Cənubi Когеуа 

38,1                                             

Brazil iya 

32,0 

Sinqapur 

21,6 

 

 

 


 

 

З.З.Аmerіка iqtisadiyyatının hərəkərverici qüvvələri 

Qeyd etdiyimiz kimi, 

ABŞ  əhalisi  dünya  əhalisinin  cəmi  1,7% 

qədərini  təşkil  edir.  Lakin  bir  çox  iqtisadi  göstəriciləri  bundan  10-15 

dəfə  çoxdur  (məs.,  ÜMM  üzrə  xüsusi  çəkisi  25%-ə  çatır).  Oxucular 

üçün maraqlı olan cəhət Amerika iqtisadiyyatının əldə etdiyi nailiyyətlər 

və onun əsas səbəbləridir. Bilmək lazımdır ki, Amerika iqtisadiyyatının 

hərəkətverici qüvvələri hansılardır. 

Öncə  qeyd  edək  ki,  Amerikanın  güclənməsinə  dünyada  gedən 

proseslər  bir  qayda  olaraq  müsbət  təsir  göstərib.  Məhz  burada  dünya 

müharibələrini, müxtəlif regionlarda millətlərin bir-birləri ilə ümumi dil 

tapmasını  və  ümumiyyətlə,  Amerikanın  yerləşdiyi  coğrafı  mövqeyi-

nəzərdə tuturam.  Lakin  bunları iqtisadi inkişafın hərəkətverici qüvvəsi 

hesab  etmək  olmaz.  Bunlar  və  digər  bu  qəbildən  olan  amilar  (təbii 

resursl

ar  və  s.)  iqtisadi  inkişaf  üçün  ancaq  potensial  imkanlar  yaradır. 



İqtisadiyyatın mütəmadi olaraq irəliyə doğru hərəkət etməsi isə ölkədə 

yaradılan  təsərrüfatçılıq  mexanizmi  vasitəsilə  həyata  keçirilə  bilər. 

Amerika məsələyə yaradıcılıqla yanaşaraq belə bir səmərəli mexanizm 

yarada bilmişdir və onun vasitəsilə ölkənin istənilən problemini həll edir 

və dünya iqtisadiyyatının da inkişafına müsbət təsir göstərə bilir. 

Amerika  iqtisadiyyatının  ən  mühüm  hərəkətverici  qüvvələ- 

rindən  biri  burada  formalasdırılmış  elmi-texniki  potensialdır. 

Ölkədə  yaşayan  və  yaratmağa  qadir  olan  milyonlarla  yüksək  ixti- 

saslı  kadrlar  mövcuddur  və  dövlətin  bacarıqlı  tənzimləməsinə  görə 

onlar  öz  tədlqiqatlarını  əsasən  innovasiya  xarakterli  problemlərin 

həllinə  yönəldirlər.  Bu  cür  problemlərin  ortaya  çıxarılması  və 

müvəffəqiyyətlə  həll  edilməsi  isə  çoxlu  maliyyə  vəsaiti  tələb  edir 

ki,  bunu  da  ölkədə  bərqərar  olmuş  təsərrüfatçılıq  mexanizmi  təmin 

edir.  Verilən  məlumatlara  görə,  ABŞ  1996-cı  ildə  elmi-tədqiqat  və 

təcrübə-layihə  işlərinə  184,7  milyard  dollar  pul  xərcləmişdir  ki,  bu 

Yaponiyanin, 

Almaniyanın, 

Fransanın, 

Böyük 

Brtaniyanın, 



italiyanın  və  Rusiyanın  həmin  ildə  bu  məqsəd  üçün  birlikdə 

xərclədikləri  vəsaitə  təxminən  bərabərdir.  Amerikada  orta  hesabla 

hər  adama  düşən  elmi-tədqiqat  və  təcrübi-layihə  xərclərinin  məbləği 

orta hesabla ildə 680 dollara çatır. 



 

 

İqtisadiyyatın  hərəkətverici  qüvvəsi  təkcə  ölkənin  texniki, 

texnoloji,  iqtisadi  gücü  ilə  formalaşmır.  Son  10-15  ildə  dünya 

iqtisadçılarını  bir  mühüm  məsələ  əməyin,  torpağın,  kapitalın,  biliyin  - 

qlobal  miqyasda  və  əməyin,  əmək  cisminin,  əmək  alətinin  və  biliyin 

müəssisələr miqyasında - düzgün və səmərəli təşkili, onların arasındakı 

qarşılıqlı  əlaqələri və münasibətləri səmərəli və vaxtında həll edilməsi 

məsələsi daha çox düşündürür. Və demək olar ki, bu problemi həll edən 

vəsait tapılıb.  Bu  ауrı-ayrı  dövrlərdə formalaşımş yeni resursdur. Bu 

resursun adı sahibkarlıq resursudur. Bu resursun digər təyinedici  adları 

da  var:  sahibkarlıq  potensialı,  sahibkarlıq  bacarığı,  yada  ki,  sadəcə 

o

laraq  sahibkarlıq.  Dövlətin  sərəncamında  olan  cari  və  potensial 



resurslardan  əhalinin  хеуrinə  görə  səmərəli  istifadəni  ölkədə 

formalaşdırılmış  sahibkarlıq  resursu  həyata  keçirir.  Amerika      bu 

cəhətdə  də  dünya  iqtisadiyyatına

 

müsbət  təsir  göstərir.  Ölkədə  qəbul 



edilən qanunların, çıxarılan qərarların uzun illərdir ki, əsas məqsədi, son 

nəticədə,  azad  sahibkarlar      ordusunun      yaradılması      və      səmərəli   

fəaliyyət  göstərməsidir.  Məhz  Amerika  hökumətinin  qanunlara 

söykənərək  yaratdığı  sosial-iqtisadi, psixoloji,  mənəvi,  mədəni  şərait 

burada  güclü  sahibkarlar  resursunun  meydana  gəlməsinə  səbəb 

olmuşdur. Resurs roluna çevrilmiş sahibkar özünə güzəşt etmədən, hər 

cür  ut 

riskə  getməklə  lap  təzə  olan  elmi  ideyaları,  ixtiraları  praktikada 

reallasdırmağa nail olur və innovasiya (yeniləşmə) yaradır. Bu is sonda  

prinsipcə   yeni   məhsul,   xidmət,   misli   görünməmiş  məhsuldarlıq 

və qənaətçilik deməkdir. Amerika iqtisadçısı Cozçf Şumpeterin fikrincə 

sahibkarların bu cür  innovasiya fəaliyyəti  iqtisadi inkişafın mühərriki 

effektini  verir.  Sahibkarlıq  resursunun    tərtib  hissələri  olan  bazar 

infrastrukturu  və  sahibkarlann  etikası  mədəniyyəti  də  ABŞ-da  yüksək 

səviyyədə inkişaf etmişdir. Məhz  buna görədir ki, ABŞ-da sahibkarlıq 

fəaliyyəti  ilbəil  genişlənir, 

 

sahibkarla



rın  sayı  artır  və  bütövlükdə  bu 

proses    özünün  bütün    atributları  ilə  birlikdə  iqtisadi  inkişafın 

hərəkətverici  qüvvəsi  rolunu    oynayır.  Bir  resurs  kimi  sahibkarlıq 

resursunun  üstün  cəhəti  ondadır  ki,  maddi  resurslar  kimi  onu  dünya 

bazanndan almaq mümkün deyil. 

Təcrübəli,  savadlı,  bacarıqlı,  səriştəli,  millətinə  xidmət 

göstərməkdən ruhlanmağı bacaran, yüksək mədəniyyəti olan (aldatmaq 

və rüşvətdən uzaq) olan sahibkarlar ordusu  formalaşdırmağa nail olan 



 

 

dövlət  həmişə  güclü  olur,  başqalarından  asılı  olmur,  əksinə  digər 

ölkələri  özündən  asılı  vəziyyətə  sala  bilir.  ABŞ  məhz  belə  dövlətdir. 

Onun  dünya  iqtisadiyyatına  güclü  təsiri  də  ilk  növbədə  bununla  izah 

edilməlidir. 

Amerika iqtisadiyyatının hərəkətverici qüvvələri arasında öz 

resursları ilə yüksək səviyyədə təmin olmaq heç də pis yer tutmur. 

Resurslarla təmin olmaq xarici ölkələrdən asılılığını minimuma endirir.  

Bundan başqa, ABŞ-ın böyük həcmli daxili bazarı, 

kompaniyların yüksək texniki, təşkilati, elmi potensialları, 

eksport 

və importun həcminə dünyada birincilik, sosial yönümlü iqtisadi 

siyasət, sənayenin apancı sahəsi olan maşınqayırmanın üstün inkişafı və 

mütərəqqi strukturu, yeni tipli yüksək texnologiyaların mənimsənilməsi 

və s. bu kimi cəhətlər də iqtisadiyyatın intensiv inkişafı üçün şərait 

yaradan 

amillərdir, ABŞ iqtisadi inkişafının hərəkətverici qüvvəsidir. 

Müasir  dövrdə  TMK-ın  şaxələnib  genişlənməsi  Amerika 

iqtisadiyyatının  hərəkətverici qüvvəsinə çevrilmişdir.  Əslində, TMK-

lar 

ABŞ-a  özünün  "ikinci,    ölkə  daxilindən    kənardakı  iqtisadiyyatını 

formalaşdırmağa  imkan  yaratmışdır.  Dərc  olunmuş  məlumatlara  görə 

TMK-


ın  xətti  ilə  fəaliyyət  göstərən  müəssisə  və  firmaların  satdıqları 

məhsulun  həcmi  ABŞ-ın  ÜDM-nin 30-32%-ə  qədərini  təşkil  edir. 

TMK-

ın  əsas  müəssisələri  ABŞ-dan  uzaqlarda,  digər  ölkələrin 



ərazilərində  yerləşdirilmişdir  və  bu  yolla  da    Amerika  xarici  ölkələrin 

iqtisadiyyatına  təsirini  gücləndirir.  Bunlardan  başqa,  Amerika 

iqtisadiyyatının hərəkətverici qüvvəsi rolunda onun  daxili kredit bazarı 

oynayır.  1990-cı  illərin  əvvəlində  ABŞ-ın  daxili  kredit  bazarının 

bölüşdürdüyü kredit resurslarının həcmi 1000 milyard dollara çatırdı ki, 

bu da inkişaf etmiş ölkələrin heç birinə nəsib olmayıb. Pul bazarının sıx 

əlaqədə  olmasına  görə  Amerika  kredit  bazarı    dünya  iqtisadiyyatına 

güclü təsir göstərə bilir.  



  

Amerikanın   valyutası   olan   dollar   da   iqtisadiyyatın 

hərəkətverici qüvvəsi rolunu müvəffəqiyyətlə oynayır.  Dünya ticarət 

əməliyyatlarının təxminən 2/3-i dollarla həyata keçirilir.



 

 

 

Xarici ölkələrin ipvolyut bankları resurslarının 60%-dən çoxu isə 



dolar şəklindədir. Dünya miqyasında kredit əməliyyatların da əksər 

hissəsi (75%-ə qədəri) dollarla həyata keçirilir. Ölkədə aparılan savadlı, 

elmtutumlu iqtisadi siyasət, iqtısadiyyatın sosial yönümlülüyü, inikşafın 

strategiya və taktikasının maksimum optimal seçilməsi, xarici iqtisadi 

əlaqələrin xüsusi təsərrüfatların hesabına genişəndirilməsi, sahibkarlara 

dövlətin verdiyi sərbəstlik və azadlıq və digər bu qəbildən olan bazar 

iqtisadiyyatının atributları da bu gün ABŞ iqtisadiyyatının hərəkətverici 

qüvvəsi kimi rol oynayır. 

 

 

3.4. Yeni iş yerləri yaratmaq - dövlətin iqtisadiyyata təsiretmə        



göstəricisidir 

 

Amerikanı güclü edən cəhətlərdən biri də ölkədə intensiv olaraq 

yeni iş yerlərinin yaradılması, məşğulluq səviyyəsinin yüksəldilməsidir. 

XX 


əsrin  ortalarında  həyata  keçirilən  əməli  tədbirlər  nəticəsində 

məşğulluğun  50-ci  illərdə  11%,  60-cı  illərdə  18%,  70-ci  illərdə  25%, 

80-

ci  illərdə  12%,  90-cı  illərdə  8%  yüksəldilməsi  əldə  edilmişdir. 



Bunun nəticəsində iqtisadiyyat daha da  güclənmiş və işləyənlərin sayı 

və peşə tərkibi mütərəqqi dəyişikliklərə məruz qalmışdır. Bu gün ABŞ-

da  təxminən  35  milyon  işçi  ilə  təmin  edilən  iş  yeri  fəaliyyət  göstərir. 

İşçilərin tərkibində mütərəqqi dəyişiklik öz əksini zehni əməklə məşğul 

olanların  (ABŞ-da deyildiyi kimi,  ağ  vorotniklilər)  xüsusi  çəkisinin 

artmasında  və  fıziki  əməklə  məşğul  olanların  (göy  vorotniklilərin) 

xüsusi  çəkisinin  isə  əksinə  azalmasında  tapır.  Bu  cəhət  bir  daha 

Amerikanın güclü elm-texniki potensiala və dünya iqtisadiyyatına fəsir 

etmək imkanına malik olmasını sübut edir. 

Amerika  hökuməti  yaratdığı  təsərrüfatçılıq  mexanizmi  vasitəsilə 

yeni iş yerlərinin yaradılmasına da yaradıcı münasibət bəsləyir. Yeni iş 

yerləri elm və texnikanın son nailiyyətlərini özündə cəmləşdirir və belə 

iş yerlərində çalışanların əmək haqqı səviyyəsinə ciddi fıkir verlir. Uzun 

illər davam edən bu ənənə  məhsulun material, fond, enerji tutumlarının 

daim aşağı salınması tədbirləri ilə birlikdə elə bir mütərəqqi nəticə əldə 

etməyə imkan vermişdir ki, istehsal xərclərində işçi qüvvəsinə çəkilən 



 

 

xərclərin  xüsusi  çəkisi  70%-ə  çatmışdır.  Bu  olduqca  mütərəqqi 



göstəricidir  və    dövlətin  mütəmadi  olaraq  sosial  yönümlü  siyasət 

aparmasının  nəticəsidir.  Bu  həm  də  sübut  edir  ki,  Amerikada  zehni 

əməklə  məşğul  olanlann  sayı  daim  artır,  yüksək  maaş  alanlar  çoxalır, 

əhalinin orta təbəqəsi inkişaf edir. 

 

 

 



 

§4. Qərbi Avropa vo dünya iqtisudiyyatında onun rolu 

   

4.1. Qərbi Avropa - vahid təsərrüfat kompleksi kimi 

Dünya  iqtisadiyyatında  özünəməxsus  yer  tutan 

regionlardan  biri  Qərbi  Avropa  adlanan regiondur. 

Özünəməxsusluğun birinci əlaməti ondadır ki, bu regionda 

irili-

xırdalı  25  ölkə  təmsil  olunsa  da  dünya 



iqtisadiyyatında  Qərbi  Avropa  çox  zaman  vahid  bir 

struktıır  kimi  göstərilir.    Dünya  əhalisinin  7%-ni  özündə 

cəmləşdirən  region  dünyada  istehsal olunan ÜDM-un 

23%-


ni verir. Fərqləndirici xüsusiyyətlərdən biri də Qərbi   

Avropa  ölkələrinin  daha  sivil  qanun-qaydalarla 

əməkdaşlıq  etmələridir.  Hələ  1957-ci  ildə  onlar  birlik 

nümayiş  etdirib  Avropa  iqtisadi  birliyini  yaratdılar. 

Sonradan 1960-

cı  ildə    Qərbi  Avropa  ölkələrinin  mütləq 

əksəriyyəti  (19  ölkə)  Azad  ticarət  üzrə  Avropa 

Assosiasiyası yaratdılar. Bu sənədə görə onu  imzalayanlar 

sənaye    mallarının    azad    ticarəti    haqqında  öhdəliklər 

qəbul  etdilər.  1992-ci  ildə  bu  ölkələr  Avropa  iqtisadi 

məkanı  haqqında  razılığa  gəldilər  və    bununla  da  Qərbi 

Avropada  azad  ticarət  və  regional  iqtisadi  kompleks 

formalaşmağa  başlandı.  Hazırda  bu  ölkələr  arasında 

əmtəələrin,  xidmətlərin,  kapitalın  və  insanların  sərbəst 

hərəkəti demək olar ki, təmin olunub və 380 mln. nəfərin 

tələbatlarını ödəyə bilən bazar formalaşdırılmışdır. Burada 

dünya  ticarətinin  təxminən  yarısı  baş  verir.  Beləliklə, 


 

 

Qərbi  Avropanın  vahid  təsərrüfat  kompleksi  kimi 



formalaşması sürətlə baş verməkdədir. 

    


Bu  gün  Qərbi  Avropa  ABŞ  və  Yaponiya  ilə 

birlikdə  dünya  təsərrüfat  sisteminin  "üç  güc" 

mərkəzlərindən birinə çevrilmişdir. 


 

 

208 



4.2. Qərbi Avropa ölkələrinin qruplaşdırılması 

 

Qərbi Avropaya daxil olan ölkələr iqtisadi potensialına, ərazisinə, 



sosial  şəraitinə  və  sair  cəhətlərinə  görə  bir-birindən  kəskin  şəkildə 

fərqlənirlər.  Bu  regionun  əsas  iqtisadi  gücü  sənaye  cəhətdən  yüksək 

dərəcədə  inkişaf  etmiş  dörd  ölkənin  AFR,  Fransanın,  İtaliyanın  və 

Böyük  Britaniyanın  üzərinə  düşür.  Bu  ölkələrdə  yaşayanlar  region 

əhalisinin  50%-ni, istehsal olunan ümumi daxili  məhsulun  isə  70%-ni 

təşkil  edir.  Əslində  bu  dörd  dövlət  Qərbi  Avropanın  təsərrüfatca  və 

sosial- 

iqtisadi  inkişaf  baxımdan  inkişafının  başlıca  prinsiplərini  və 

istiqamətlerini  təyin  edirlər.  Bu  ölkələr  təkcə  öz  regionlarında  deyil, 

dünya iqtisadiyyatında özlərinə məxsus yer tuturlar (cədvəl 17). 

Qərbi  Avropanın  digər  ölkələri  sənaye  cəhətdən  inkişaf  etmiş, 

kiçik dövlətlərdir. Bu ölkələr texniki cəhətdən çox mürəkkəb istehsallar 

üzrə  ixtisaslaşmışlar  və  yüksək  keyfiyyətli  məhsul  istehsal  edirlər. 

ÜDM-un 


həcminə  görə  bu  ölkələr  bir-birindən  köklü  surətdə 

fərqlənirlər. 



   

 

 

 

Cədvəl 17 

Qərbi Avropanın 4 əsas ölkəsi və dünya iqtisadiyyatında   

onların yeri (1997-ci il) 

 

 

Ölk

ələr  Ümumi milli məhsulun 

h

əcmi 

Adambaşına  düşən  

ÜMM   

 

mlrd.

dol. 



nya 

ölk

ələri 

ara

sında 

yeri 

     

Dollar 



nya 

ölk

ələri 

arasında 

yeri 

Almaniya 

  

2319,5 



28260 

 


 

 

209 



 

Müqayisə 

üçün: 

 

 



 

 

ABŞ 



7690,0 



28740 



Yaponiya 

4772,3 



37850 



Azərbaycan 

3,9 

101 

510 

96 

Birinci  qrupa 

İspaniya,  Niderland,  İsveç,  Belçika,  İsveçrə  daxil 

edilir. Bunlar iqtisadi 

güclərinə görə iri ölkələrdən 4-5 dəfə geri qalırlar 

və biriikdə regionun UDM-nun 20%-ni verirlər. İkinci qrupa daxil olan 

ölkələrin  (Avstriya,  Danimarka,  Norveç,  İsveçrə,  Finlandıya)  isə 

regionun ÜDM-

dakı  xüsusi  çəkisi  8,1%-dir.  Portuqaliya,  İrlandiya, 

Lüksemburq, İslandiya, Kipr və Malta kimi ölkələri üçüııcü qrupa daxil 

edirlər. Onların da UDM-nun xüsusi çəkisi çox azdır (cəmi 2%-ə qədər). 

"Cırtdan  dövlətlər"  adlanan  qrupa  isə  Monako,  San-Marino, Andorra, 

Lintenşteyn kimi çox kiçik dövlətlər daxil edilir. 

 

 



       

4.3.İqtisadi inkişaf göstəriciləri 

 

Qərbi  Avropanın  dünya  iqtisadiyyatında  qabaqcıl  yer  tutması  

çoxdan  məlumdur.  XIX  əsrin  ortalarına  qədər  QA  dünyada  aparıcı 

mövqc  tuturdu.  Sonralar  bu  mövqe  ABŞ-ın  əlinə  keçdi.  İkinci  dünya 



  Fransa  

  

1526,0 



26050 

11 

B.Britaniya 

  

1220,2 



207

10     

15 

 

İtaliya  

1155,





201

20 

17 

 

17 



 

 

210 



müharibəsindən  sonrakı  ilk  illərdə  QA-nın  mövqeyi  daha  da  zəiflədi. 

Lakin  yavaş-yavaş  QA  öz  mövqeyini  yaxınlaşdıra  bildi.  Hal-hazırda 

QA-

nın UMM-nun həcmi ABŞ-ın ÜMM-dan çox təşkil edir. 



QA-

nın  ixrac  etmək  imkanları  yaxşıdır.  Təsadüfi  deyildir  ki,  

dünya  ixracının  50%  QA  regionunun  payına  düşür.  Dünyanın  qızıl 

ehtiyatının  40%-i QA-nın əlindədir ki, bu da ABŞ-da olduğundan xeyli 

çoxdur.  QA  ölkələrinin  iqtisadi  inkişafı  demək  olar  ki,  həmişə  irəliyə 

doğru  olmuş,  hər  il  artımla  səciyyələnmişdir.  İkinci  dünya 

müharibəsindən sonrakı dövrü bir neçə pilləyə bölmək olar. 1950-ci ilə 

qədərki  dövr  QA  ölkələri  üçün  bərpa  dövrü  hesab  olunur.  Bu  dövrdə 

iqtisadiyyatda əldə edilən nailiyyətlər imkan verdi ki, hələ 1949-cu ildə 

(cəmi  4  ilə)  1936-cı  ildəki  iqtisadi  inkişaf  səviyəsi  bərpa  edilsin.  Bu 

dövrdo QA ölkələrinin həm iqtisadi və həm də siyasi cəhətdən ABŞ-dan 

asılı  olmasına  baxmayaraq  region  inkişaf  edirdi.  Bu  sahədə  ABŞ-ın 

məşhur  "Marşall  planı"  həlledici  rol  oynayırdı.  Amerikanın  yaratdığı 

"Marşall  plan"ında  məqsəd  QA  ölkələrində  sənayenin  intensiv 

inkişafını,  Avropada  daxili  ticarətin  genişlənməsini  və  QA  ölkələri 

valyutasının  möhkəmliyini  təmin  etmək  idi.  Qeyd  edək  ki,  "Marşall 

planı"  müvəffəqiyyətlə  həyata  keçirildi  və  QA  ölkələrinin  gələcəkdə 

irəliyə doğru inkişafı üçün yaxşı zəmin yarandı. 

1974-

cü ilə qədər 25 illik bir dövrü əhatə edən ikinci pillədə də 



QA  ölkələri  müsbət  nəticələr  əldə  etdilər.  ÜMM-un  artım  sürəti  4 

d

əfədən də çox oldu. İqtisadiyyata kapital qoyuluşunun artıra sürəti də 



ABŞ-dan  yliksək  idi.  Əməyin  fondla  silahlanması  hər  il  orta  hesabla 

3,8%  (ABŞ-da  cəmi  1%),  əmək  məhsuldarlığı  isə  4,4%  (ABŞ  2%) 

artırdı. Lakin qeyd etmək lazımdır ki, baxılan dövrdə (1950-1974) QA-

da ekstensiv inkişaf baş verirdi. Əsas nöqsan ondan ibarət idi ki, ETT-

nin  sürətləndirilməsinə  az  fikir  verilirdi.  Bunun  nəticəsi  idi  ki, 

elmtutumlu  məhsullar  istehsalı  cəhətdən  QA-nın  ABŞ-dan geriliyi 

nəinki azalmırdı, hətta artırdı. 

1974-1984-

cii  illər  QA  ölkələri  üçün  nisbətən  təzadlı  olmuşdur. 

Bir  sıra  makro  vo  mikroiqtisadi  göstəricilər  üzrə  inkişaf  sürəti  ya  heç 



 

 

211 



olmamışdır, ya da ki, olduqca aşağı səviyydə formalaşmışdı. Məsələn, 

ÜMM-


un  artım  sürəti  1,7%-ə  qədər  aşağı  düşmüşdü.  Müqayisə  üçün 

qeyd  edək  ki,  bu  göstərici  ABŞ-da  2,3%,  Yaponiyada  isə  4,2% 

olmuşdu. Sənayedə isə bu göstəricilərin səviyyəsi QA-da 0,8%, ABŞ-da 

-1,3% vo Yaponiyada -  2,1

%ј   təşkil  edirdi.  Baxılan  dövrdə  QA-a üçün 

müsbət  cəhət  ondan  ibarət  idi  ki,  ölkələr  ekstensiv  inkişafdan  imtina 

etməyə  başlamışdılar.  Əsas  fikir  istehsahn  yeniləşdirilməsinə, 

iqtisadiyyatın 

strukturunun 

təkmilləşdirilməsinə, 

ETT-nin 

sürətləndirilməsinə,  mütərəqqi  amortizasiya  siyasətinə  verilirdi. 

Regionun enerji asılılığını azaltmaq üçün Şimal dənizinin dibindən neft 

çıxarılmasına da bu etapda başlanıldı və buna külli miqdarda investisiya 

xərcləndi. 

Növbəti güclü iqtisadi inkişaf 1985-ci ilin axırlarında baş verdi və 

demək  olar  ki,  QA  ölkələrinin  intensiv  inkişaf  relsinə  keçmələri  başa 

çatdı.  QA  elmtutumlu  məhsullar  istehsalının  sürətlə  artırırdı.  Avropa 

daxili  bazarı  (ADB)  da  bu  dövrdə  formalaşdırıldı.  Makroiqtisadi 

göstəricilər  yaxşılaşdırıldı.  Baxılan  dövrdə  QA-nın  ÜDM-nun yekun 

həcmi  22%  çoxaldı.  Bu  dövrdə  şəxsi  istehsalın  həcmi  23%),  kapital 

qoyulu


şu 34%, sənaye istehsalı 23% artdı. İşsizlik norması isə 9%-dən 

7,1%-


ə  qədər  azaldı.  Xarici  iqtisadi  əlaqələrini  genişləndirən  və 

səmərəliliyini  yüksəldən  QA  xarici  ticarət  sahəsində  200  milyard 

müsbət saldo əldə edə bildi. 

Beşinci  etap  1990-2000-ci  illəri  əhatə  edir.  Bu  etapın  birinci  üç 

ilində QA ölkələrində iqtisadi inkişafın zəifləməsi baş verdi. Bu əslində 

iqtisadi krizis idi. Sənaye istehsalı 1991-ci ildə hətta 0,2% aşağı düşdü. 

1992 və 1993-cü illərdə isə enmə faizi artıq 0,9 və 2,6% təşkil edirdi. 

1991-1993-

cü illər ərzində Region ÜDM-nun həcmi 0,1% azaldı. 1994-

cü  ildən  sorna  isə  QA  iqtisadiyyatında  oyanma  və  inkişaf  dövrü 

başlandı. Müqayisə etmək üçün 1985-1997-ci illər ərzində QA-nın bir 

neçə makroiqtisadi göstəricilərinin səviyyəsi  cədvəl 18-də verilmişdir. 

 

 


 

 

212 



 

 

 

Cədvəl 18 

 

1985-1997-ci ill

ərdə QA-nınmakroiqtisadi göstəricilərinin artımı(%) 

 

 

 

İllər  ÜDM  Kapit

al 

qoyul

uşu 

ixr

ac 

S

ənaye  Məşğ

ulluq 

işsizlik norması 

 

1985 

2,6 

2,8 

4,3 

3,6 

0,9 

9.5 

5,9 

1990 

3,3 

4,2 

6,3 

2,4 

1,8 

7,6 

5 5 

1991 

1,5 

-0,4 

4,6 

-0,2 

0,4 

8,0 

5,0 

1992 

1,2 

-0,9 

-4,3 

-0,9 

-1,3 

8,9 

4,3 

1993 

-0,1 

-4,9 

2,3 

-2,6 

-1,7 

10,2 

3.5 

1994 

2,5 

1.8 

9,3 

4,5 

 

10,6 



2,8 

1995 

2,7 

4,1 

8,0 

4,0 

1,0 

10,1 

3.0 

1996 

2,0 

1,6 

5,7 

0,5 

0,5 

10,1 

2,4 

1997 

2,7 

2,7 

9,3 

4,1 

0,7 

9,8 

2,0 

Cədvəl  məlumatlarından  görünür  ki,  1994-cü  ildə  iqtisadi 

göstərıcılər yaxşılaşmağa başlamıs və 1997-ci ildə də yaxşılaşma davam 

etmişdır.  1997-ci  ildə  ÜDM-un  artımı,  2,7%,  kapital  qoyuluşu  2,7%, 

ixrac 9,3%, sənaye məhsulu 4,1% artmışdı. Lakin mənfi cəhət ondadır 

ki, QA-


da  işsizlik  bir  problem  kimi  qalmaqdadır.  1997-ci  ildə  işsizlik 

norması 9,8% təşkil etmişdır ki, bu da ABŞ və Yaponiyadan yüksəkdir. 

Təhlil göstərdi ki, QA ölkələri bu sahədə gərgin iş aparırlar. Məsələn, 

2000-


ci  ildə  QA  birliyi  ölkələri  öz  yığıncaqlarında  elan  etmişlər  ki, 

 

 

213 



yaxın  5-7 il ərzində regionda 20 milyon iş yeri yaradılmasını nəzərdə 

tutan perspektiv plan işlənib hazırlanmışdır. 

 

4.4.Qərbi 

Avropanın 

iqtisadi 

inkişafının hərəkətverici qüvvələri 

 

Qərbi      Avropada      müxtəlif  dövlətlər    fəaliyyət      göstərir. 



Yuxarıdakı  şərhimizdən  də  göründüyü  kimi  region  dövlətlərinin 

müxtəlifliyi öz əksini ərazinin ölçülərində, əhalisinin sayında iqtisadi və 

hərbi gücündə tapir. Lakin buna baxmayaraq bu ölkələr öz  aralarında 

birlik yaratmağa, sərhədlərini şəfaf saxlamağa, ürnumi bazar yaratmağa, 

bir-

birinin  həmişə  qayğısına  qalmağa  nail  olublar.  Bunları    qeyd 



etməkdə məqsəd regionun həm  region və həm də dünya iqtisadiyyatına 

təsirini  göstərməkdir.    Əslində  QA  regionunun  yüksək  inkişaf  etmiş 

regionlar qrupuna daxil 

olmasının birinci hərəkətverici qüvvəsi də məhz 

bundadır.  Bir  region  daxilində  qonşu  dövlətlərin  mühüm  məsələlərdə 

həmrəy  olması,  azad  ticarət  etməsi,  iqtisadi  əməkdaşlıq  etməsi  bütün 

ölkələrin  xeyrinədir  və  məhz  bu  amil  və  şərtlər  QA-nı  inkişaf  etmiş 

regi


ona  çevirmişdir.  Bu  gün  QA  region  ölkələri  arasında  yaranmış 

dostluq və əməkdaşlığa görə bütün dünyaya nümunə ola bilər. 

QA  ölkələri  uzun  illər  boyu  özlərinin  sağlam  düşüncələri,  bir-

birlərinə  sağlam  münasibət  bəsləmələri  nəticəsində  regionda  səmərəli, 

müa

sir  və  ilk  növbədə  insana  xidmət  etməyə  qadir  olan,  onların 



tələbatlarına uyğun gələn iqtisadi sistem yarada bilmişlər. Buna görə də, 

QA  iqtisadiyyatının  ikinci  hərəkətverici  qüvvəsi  regionda 

formalaşdırılmış  azad  sahibkarlıq,  sağlam  rəqbət,    inteqrasiya prosesləri, 

məqsədyönlü, ağıllı, sosial yönümlü dövlət tənzimləməsidir.   Ancaq  bu  

cür  amil   və    şərtlər  daxilində müharibələrin ağır nəticələrinə məruz 

qalmış QA kimi region qısa müddətdə böyük iqtisadi nailiyyətlər əldə 

edə bildi. 


QA-nın  iqtisadi  inkişafının  növbəti  hərəkətverici  qüvvəsi 

regionda  bərqərar  olmuş  demokratiya  və  hüquqi  tənzimləmə 

mexanizmləridir.      QA     demokratiyasının      və      hüquqi 

tənzimləmələrinin  bir  ali  məqsədi  var:  insanın  real  azadlığını  və 

suverenliyini təmin etmək, insani dəyərləri qorumaq. Beləliklə də 

insan  amili  QA  ölkələrinin  iqtisadi  inkişafına  çox  güclü  təsir 

göstərir  və  xüsusən  ikinci  dünya  müharibəsindən  sonrakı 

dövrlərdə  iqtisadi  inkişafın  əsl  hərəkətverici  qüvvəsinə 

çevrilmişdir.  Əslində  hər  şey  elə  insan  amilindən  başlayır.  Axı 

yüksək  texnika  da,  texnologiya  da,  keyfıyyətli  məhsul  da  son 

nəticədə  insanlar  və  onların  rifah  halının  yaxşılaşması  üçün 

yaradılır.  İnsan    sonradan  istehsal  vasitələrindən  istifadə  edib 

maddi  nemətlər  yaradır.  Lakin  əgər  istehsal  vasitələri  və 

yaradılmış  məhsul  insanin  özündən  (əməkdən)  ayrı  düşürsə, 

insana  ikinci,  üçüncü  dərəcəli  münasibət  bəslənirsə,  insanın  özü 

həm istehsalın və həm də  inkişafın və səmərəliliyin yüksəldilməsi 

tormozuna  çevrilir.  Bu  keçmiş  SSRİ  adlarının  imperiyanın  - 

Rusiyanın      təcrübəsində  isbat  edilmişdir.  Təbii  resurslar    

cəhətdən  kifayət  qədər  zəngin  olan  nəhəng  Rusiyada  səmərəli 

iqtisadiyyatın  formalaşmamasının  başlıca  səbəbi  bu  ölkədə  insan 

amilinə lazımi diqqətin yetirilməməsi olmuşdur 

VƏ 


çox təəssüflər 

olsun  ki,  bu  meyl  indi  də  qalmaqdadır.  QA  ölkələri  isə  uzun   

illərdir ki, insan amilini əsas tutaraq, insana hörmət edərək, onun 

tələbatlarının    hərtərəfli  ödənilməsi  qayğısına  qalaraq  böyuk 

sosial-iqtisadi nailiyyətlər əldə edə bilmişlər. 

         Növbəti  hərəkətverici  qüvvə  QA-da  iqtisadiyyatının 

açıqlılıq  səviyyəsinin  həmişə  yüksək  olmasıdır.  Məhz  bu  cəhət 

imkan verirdi  ki,  ABŞ regiona "Marşall planı" çərçivəsində külli 

miqdarda    maliyyə  köməyi  göstərsin  və  birbaşa  investisiya 

formasında QA ölkələrinə xüsusi kapital axınını təşkil edə bilsin. 

 

4.5.QA iqtisadi inkişafında AFR-nin rolu. 

 


QA regionunun iqtisadi yüksəlişini təmin edən hərəkətverici 

qüvvələrin digər hissələri ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sürəti 

və  dövlət  başçılarının  idarə  etmə  bacarığı  ilə  bilavasitə  bağlıdır. 

Burada söhbət hökumətin ölkəni idarə edərkən istifadə etdiyi üsul 

və  yanaşmalardan,  intellektual  əməkdən  və  ümumiyyətlə,  insan 

resurslarından  nə  dərəcədə  səmərəli  istifadə  edilməsindən  gedir. 

Məsələyə  bu  prizmadan  yanaşan  dövlətlərdən  biri  Almaniya 

Federativ 

Respublikasıdır 

(AFR).  Bu  ölkənin  hökuməti  

mütəxəssislərin  bilik  və  bacarığından  səmərəli  istifadə  etməklə 

fərqlənir.  Ölkənin  mütəxəssislərindən  biri  Lüdviq  Herxard  idi. 

Əvvəllər  işğal  zonalarının  birləşmiş  təsərrüfatları  idarəsinin 

direktoru işləmiş, sonralar AFR-in kansleri olmuş (1963-1966) bu 

şəxs  iqtisadiyyatın  idarə  edilməsi  üzrə  bir  sıra  qabaqcıl  ideyların 

müəllifi  idi.  Onun  təklif  etdiyi  reforma  dünya  iqtisadiyyatında 

“şok  terapiyası”  adı  altında  məşhurdur.  Iqtisadi  dirçəlişin  əsas 

lingləri  kimi,  Herxard,  rəqabətin  gücləndirilməsini,  dövlətin 

iqtisadi  üsullarla  təsərrüfatlara  təsir  göstərməsini  və  azad  şəkildə 

meydana  çıxan  fərdi  səylərin  dəstəklənməsini  hesab  edirdi. 

L.Herxardın  iqtisadi  reforması  pul  reformasını,  qiymətlərin 

sərbəstləşdirilməsini,  azad  sahibkarlığın  inkişaf  etdirilməsini 

nəzərdə  tuturdu.  Lakin  L.Herxardın  təklif  etdiyi  reformanın 

mahiyyətini bunlar yox, əsasən insan amili və ondan istifadə təşkil 

edirdi.  ßslində  L.Herxard  öz  ölkəsində  sosial  bazar  iqtisadiyyatı 

yarada  bildi.  Ona  bu  işdə  həmkarlar  ittifaqı,  sol  partiyalar,  iri  

bizneslər,  firmalar,  əhalinin  geniş  kütləsi,  alman  xalqının 

əməksevərliyi  və birliyi, siyasi  həyatın demokratikləşməsi, ABŞ-

ın maliyyə köməyi ciddi dəstək oldular. Almaniya bu reformanın 

yaxşı  nəticələrini  çox  qısa  bir  müddətdə  gördü.  1950-ci  illərin 

ortalarında  (müharibədən  cəmi  10  il  sonra)  ADR  qızıl  ehtiyatına 

görə  ABŞ-dan  sonra  ikinci  yerə  çıxdı.  Haçırda  AFR  Qərbi 

Avropanın  ən  nəhəng  dövlətidir.  ÜDM-un  həcminə,  sənayenin 

miqyasına,  iqtisadi  inkişaf  göstəricilərinə,  əhalinin  yaşayış 

səviyyəsinə görə Almaniya dünya ölkələri siyahısında üçüncü-be-


şinci yerləri tutur. QA regionunda istehsal edilən ÜDM-un 23,7%, 

sənaye məhsulunun isə 27%-i ARF-nın payına düşür (1997-ci il). 

Almaniyada 

müvəffəqiyyətlə 

həyata 

keçirilən 



və 

L.Herxardın  adı  ilə  bağlanan  reformanın  bütün  QA-a  üçün  xeyri 

oldu.  Avropanın  digər  ölkələri  də  bu  təcrübədən  bu  və  ya  digər 

şəkildə istifadə etdilər və müvəffəqiyyətlər qaçandılar. 



 

 

4.6.QA iqtisadi inkişafında Böyük Britaniyanın rolu 

 

QA  regionun  iqtisadi  inkişafında  onun  digər  ölkələrinin  də 



rolu kəsərli olmuşdur. Belə ölkələrə misal Böyük Britaniyanı gös-

tərmək  olar.  Bu  ölkədə  1979-cu  ildə  M.Tetçer  hökumətinin  iqti-

sadi reforması adlanan  reforma  həyata keçirilmiş  və müsbət nəti-

cələr  əldə  edilmişdir.  Reformanın  əsas  məqsədi  iqtisadiyyatın 

liberallaşdırılması  ideyasının  həyata  keçirilməsi  və  bu  yolla 

iqtisadiyyatda 

dövlətin 

rolunun 


açaldılması 

və 


baçar 

mexaniçmlərinin gücləndirilməsi idi. 

Bu  şəkildə  həyata  keçirilən  iqtisadi  reformaya  səbəb    isə 

leyboristlər  hökumətinin  apardığı  iqtisadi  siyasət  nəticəsində 

dövlət sektorunun həddən artıq yüksəlməsi, bunun nəticəsində də 

ölkənin  iqtisadiyyatında  inflyasiyanın  güclənməsi,  dövlət 

müəssisələrində  istehsal  edilən  məhsulların  qiymətlərinin  qeyri-

baçar  üsulları  ilə  təyin  edilməsi,  istehsal  həcminin  açalması, 

işsızliyin  artması,  əhalinin  yaşayış  səviyyəsinin  aşağı  düşməsi, 

xarici  borcun  artması  olmuşdu.  Belə  bir  iqtisadi  durumu  olan 

Büyük  Britaniyada  1979-cu  ilin  mayında  konservatorlar  partiyası 

hakimiyyətə  gəldi  ki,  onun  da  başında  M.Tetçer  dururdu. 

Hakimiyyətə  gələn  kimi  M.Tetçer  hükuməti  iqtisadiyyatı 

canlandırmağa  kümək  güstərə  bilən  pul  kütləsinə  nəzarəti 

gücləndirən,  vergi  dərəcələrini  aşağı  salan,  qiymətlərin  və  əmək 

haqqının səviyyələrinə qoyulan nəzarətlərin zəifləməsinə yünələn, 

xüsusi  bölməyə  dövlət  subsidiyalarını  və  ümumiyyətlə,  dövlət 

xərclərini açaltmağa yönələn istiqamətlərdə əməli tədbirlər həyata  



keçirməyə  başladı.  Nəticədə  1982-1983-cü  illərdə  inflyasiyanın 

artım  sürəti  ildə  5,0%  aşağı  düşməyə  başladı  və  sonralar 

sabitləşdi. M.Tetçerin iqtisadi reforması xüsusi təsərrüfatların  və 

sahibkarların  maraqlarını  nəzərə  alırdı.  Onlara  rentabelli  işləyən 

dövlət  müəssisələri  satılırdı.  Xüsusi  firmalara  Şimal  dəniçindəki 

çəngin  neft  yataqları,  daş  kömür  şaxtaları,  radioaktiv    içotoplar 

istehsal  edən  çavodlar  və  s.  aç  fayda  verən  müəssisələr  satılırdı. 

Nəticədə  dövlətin  vəsaiti  artır,  kapital  qoyuluşu  isə  açalırdı.  Ən 

çox udan isə xüsusi sektor, Ingiltərənin sahibkarları və əhalisi idi. 

Qeyd  edək  ki,  dünya  iqtisadiyyatında  M.Tetçerin  adı  ilə 

adlanan və Böyük Britaniyada həyata keçirilən iqtisadi reformanın 

bütün  QA  üçün  böyük  əhəmiyyəti  var  idi  və  sonda  regionun 

iqtisadi  inkişafına  müsbət  təsiri  göstərirdi.  Məhz  bu  reformanın 

nəticəsində Londonun dünyada bir maliyyə mərkəzi kimi mövqeyi 

xeyli möhkəmləndi. 

 

 



4.7.QA iqtisadi inkişafında dövlət tənçimləməsi 

 

QA  iqtisadi  inkişafının  hərəkətverici  qüvvələrindən  biri  də 



ölkələrdə dövlət tənçimləməsinin çox güclü olması və onun yeni, 

mütərəqqi üsul və yanaşmalarla həyata keçirilməsidir. Uçun illər, 

on  illər  və  hətta  100 illər  ərçində  QA  regionu  ölkələri iqtisadi  və 

siyasi məsələlərin həllində əsas kriteriya kimi sosial inkişafı, insan 

amilini, şəxsiyyətin hərtərəfli inkişafını qəbul etmişlər, bu sahədə 

mübariçə  aparmışlar  və  qərara  gəlmişlər  ki,  məsələyə  yaradıcı 

yanaşdıqda  dövlət  tənçimlənməsi  bütün  məsələləri  daha 

keyfiyyətli və həcmli həll etməyə qadir olur. Qeyd edək ki, elə bu 

gün  də  QA-nın  sosial-iqtisadi  inkişaf  modelində  sosial 

yönümlülük  dünyanın  bütün  regionlarında,  o  cümlədən  ABŞ  və 

Yaponiyada  olduüundan  güclüdür.  “Sosial  baçar  iqtisadiyyatı”, 

“Sosial  baçar  təsərrüfatı”  məfhumları  ən  çox  QA  ölkələrinə 

yaraşır və onların kəlamlarıdır. Bu ölkələrdə dövlət ən çox sosial 

sahədə  iş  görür  və  mülkiyyətin  formalarından  asılı  olmayaraq 



bütün  müəssisələrdə  mövcud  olan  iş  yerlərinin  fəaliyyət 

göstərməsi  və  ölkədə  yeni  iş  yerlərinin  yaradılması  qayğısına 

qalır. ßslində keçmişdə SSRI deyilən imperiya məkanında dövlət 

və  partiya  sənədlərində  teç-teç  təkrar  olunmuş  lakin  həyata 

keçirilməmiş,  “Hər  şey  insan  üçün”,  “Sosial  inkişaf”,  “Düvlət 

planlaşdırılması  və  tənçimlənməsi”,  “Sosial  ədalət”  kimi 

prinsiplər  QA  regionu  ölkələrində  bacarıqla  həyata  keçirilmişdir 

və keçirilir.  QA ölkələri bu prinsiplərin həyata keçirilməsi yolla-

rını, keçmiş SSRI-dən fərqli olaraq, idarəetmədə iqtisadi üsulların 

tətbiq  edilməsində,  kiçik,  orta  və  iri  sahibkarlığın  optimal 

səviyyədə  inkişaf  etdirilməsində,  açad  və  səmərəli  rəqabətin 

gücləndirilməsində,  qanunların  aliliyinin  təmin  edilməsində, 

korrupsiyanın təsərrüfatçılıqdan uçaqlaşdırılmasında görmüşlər və 

böyük müvəffəqiyyətlərlər əldə etmişlər.   Iqtisadiyyatın məhz bu 

yollarla inkişafını təmin etmək üçün QA ölkələrində güclü dövlət 

tənçimlənməsi  mövcuddur  və  bu  səpgidə  həyata  keçirilən  dövlət 

tənçimlənməsi  QA  ölkələri  iqtisadiyyatı  inkişafının  hərəkətverici 

qüvvəsinə çevrilmişdir. 



 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin