AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§5. Emal sənayesinin inkişafı



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
§5. Emal sənayesinin inkişafı 

 

Sənaye  iqtisadiyyatın  aparıcı  sahəsidir.  Lakin  sənayenin  tərkib 



hissələri  iqtisadiyyata  müxtəlif  cür  təsir  göstərirlər.  İqtisadiyyata  çox 

güclü  müsbət  təsir  göstərən  sahə  emal  sənayesidir.  Emal  məhsulları 

istehsal  etmək,  hər  il  yenidən  onların  sadə  və  geniş  təkrar  istehsalına 

nail  olmaq  dünya  təsərrüfat  sisteminin  ən  mühüm  sferalarından  hesab 

edilir. Uzun illərin təcrübəsi göstərir ki, emal sənayesi bir çox cəhətdən 

ölkə  iqtisadiyyatının  prioritet  istiqamətlərini  təyin  edir.  O  ilk  növbədə 

sosial  məsələlərin  həlli  üçün  lazımdır.  Yeni  iş  yerlərinin  yaradılması 

bilavasitə  emal      sənayesindən,  onun  sahə  strukturundan  asılı  olur. 

Bundan  başqa,  emal  sənayesinin  məhsulu  hazır  məhsullardır: 

av

adanlıqlardır, cihazlardır, dəzgahlardır, axın xətləridir, avtomatlardır, 



kompüterlərdir,  elektrik  stansiyaları  üçün  avadanlıqlardır,  raketlərdir, 

müxtəlif  yeyinti  məhsullarıdır,  geyim-ayaqqabı  məmulatlarıdır  və  s.  

Bütün bu məhsulların sənayenin hasilat sahələrinin məhsulundan (xam 

neftdən, daş kömürdən, qazdan, torfdan, dəmir filizindən və s.) mühüm 

fərqli  cəhətləri  vardır:  onlar  ilk  növbədə  ETT-nin  daşıyıcılarıdır,  son 

elmi və texniki tərəqqini özlərində təcəssüm etdirirlər və eyni zamanda 

istehsalın texniki səviyyəsini yüksəltməyə qadirdirlər. 

Emal  sənayesini  inkişaf  etdirmək,  yaradılan  məhsulların  davam-

lılığını,  uzunömürlülüyünü,  etibarlılığını  yüksəltmək,  rəqabət 

qabiliyyətli emal məhsulları istehsal etmək güclü bilikyaradıcı əmək 

və  çoxlu  vəsait  tələb  edir.  Bu  şərtləri  ödəyən  ölkələr  emal  sənayesini 

inkişaf etdirə bilirlər və dünya ölkələri arasında özlərinin iqtisadi gücləri 

ilə fərqlənirlər. Təsadüfi de-yildir ki, inkişaf etmiş ölkələrdə bir qayda 


 

 

253 



olaraq emal sənayesi yüksək səviyyədə olur. Aşağıda verdiyimiz cədvəl 

20-


nin məlumatları da bunu bir daha sübut edir. 

 

 



Cədvəl № 20 

 

ÜDM-

ə görə emal sənayesinin dünya istehsalında xüsusi çəkisi 

(%) 

 

 



1960  1970  1980  1990  1994  19

97 

19

98 

2000 

Dünya 


üzrə 

cümlədən: 



28,4 

26,1 


22,8 

22,6 


21,8 

22,


22,


22,6 


Sənaye 

cəhətdən 

inkişaf 

etmiş 


ölkələr 

31.0 


27,7 

24,2 


23,0 

22,1 


22,

22,



22,3 


İnkişaf 

etməkdə 


olan 

ölkələr 


15,6 

17,8 


17,9 

20,2 


19,3 

19,


19,


19,2 


 

Son  dövrlərdə  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  emal 

sənayesində  istehsalın  nisbətən  aşağı  düşməsi  müşahidə  olunur.  Belə 

meyl  heç  də  sənayenin  bu  mütərəqqi  sahəsinin  rolunun  azalması 

mənasını vermir, əksinə, prosesin bütün dünya ölkələrinə yayılmasından 

xəbər verir. Keçən əsrin 70-ci illərindən başlayaraq dünya miqyasında 

belə bir istiqamət diqqəti cəlb edir: Emal sənayesinin ÜDM-dakı xüsusi 

çəkisi  inkişaf  etmiş  ölkələrdə  azalmağa,  inkişafda  olan  ölkələrdə  isə 



 

 

254 



nisbətən  çoxalmağa  başlamışdır.  Dünya  iqtisadiyyatına  aid  dərc 

olunmuş  materiallarda  bu  proses  desənayeləşmə  adlanır.  Bu  prosesin 

həm obyektiv və həm də  subyektiv kökləri vardır. 

Desənayeləşmənin  subyektiv  (qeyd  edək  ki,  bunu  subyektiv 

adlandırmaq  da  nisbi  xarakter  daşıyır)  əsasını  dünya  miqyasında  baş 

verən  beynəlmiləlləşmə,  qloballaşma,  yarımsistemlər  iqtisadiyyatının 

daha 

çox  açıq  olması  və  beynəlxalq  ticarətin  sürətlə  inkişaf  etməsi, 



biliyin  bütün  dünyaya  yayılması  təşkil  edir.  Dünya  miqyasında  baş 

verən  elmi-texniki  tərəqqi  və  iqtisadi  inkişafın  obyektiv  xüsusiyyəti 

obyektiv  amil  rolunu  oynayır.  İnkişafda  olan  ölkələr  başa  düşməyə 

başlayıblar ki, təkcə xammal və materiallar ixrac etməklə sosial-iqtisadi 

inkişafa nail olmaq olmaz, sənayenin bütün sahələrini, o  cümlədən də 

ilk  növbədə  emal  sənayesini  tamamilə  inkişaf  etdirmək  lazımdır.  Bu 

prosesin baş verib genişlənməsinə inkişaf etmiş ölkələrin də təsiri olur: 

çox  vaxt  emal  müəssisələrini  “Ətraf”  ölkələrdə  yerləşdirmək  onların 

özləri üçün də sərfəli olur. 

İnkişaf etmiş ölkələrdə emal sənayesinin artım sürətinin nisbətən 

aşağı  düşməsinə  hazır  məhsulların  qiymət  indeksinin  xidmət 

sahəsindəki  qiymət  indeksindən  aşağı  olması  da  təsir  göstərir.  Bütün 

dünya  üzrə  emal  sənayesinin  səviyyəsi  isə  sahənin  inkişafda  olan 

ölkələrdə üstün inkişaf etdirilməsi yolu ilə sabitləşdirilir. 



 

§6. Sənayedə müəssisələrin ölçüləri 

 

Sənayenin    inkişafında  burada  fəaliyyət  göstərən  müəssisələr  və 

onların  ölçü  dərəcəsi  böyük  rol  oynayır.  Yəni,  inkişaf  etmiş  bazar 

iqtisadiyyatlı ölkələrin rəhbərləri firmaların ölçülərinə biganə olmurlar. 

Dövlət  bu  prosesi  ölkənin  sosial-iqtisadi  tələbatlarının  maksimum 

öd

ənilməsi  istiqamətində  idarə  etməyə  həmişə  səy  göstərmişdir  və 



nəticədə    ölçülərinə  görə  iqtisadi  inkişafın  xeyrinə  olan  müəssisələrin 

meydana gəlməsinə nail olmuşlar. 



 

 

255 



Dünyanın  ən  inkişaf  etmiş  ölkələrindən  biri  olan  Yaponiyanın 

sənayesində  iri,  orta  və  kiçik  müəssisələr  fəaliyyət      göstərir.  Kiçik 

müəssisələr  sayca  çoxluq  təşkil  edirlər.  Dövlət  bunun  üçün  özünün 

tənzimləmə  rıçaqlarından  bacarıqla  istifadə  edir.  Burada  məqsəd 

müxtəlif  olsa  da  əsas  məsələlərdən  biri  monopoliya  ilə    mübarizə 

aparmaqdır.  Kiçik  müəssisələrə  dövlət  qayğı  göstərir  ki,  onlar 

nəhənglərin kölgəsində əriyib yoxa çıxmasınlar. Sənayedə kiçik və orta 

müəssisələrin  inkişaf  etdirilməsinin  həm  də  sosial  mənası  vardır:  bu 

əhalinin  orta  təbəqəsinin  meydana  gəlməsinə  və  müvəffəqiyyətlə 

fəaliyyət  göstərməsinə  səbəb  olur.  Bu  həm  də  sənaye  istehsalında 

diversifikasiya  proseslərinin  tələb  və    təklifə  uyğun  baş  verməsi  üçün 

yaxşı şərait yaradır. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə kiçik 

müəssisələr MDB ölkələrində və bizim respublikada fəaliyyət göstərən 

kiçik    müəssisələrdən  fərqlənirlər.  Onlar  elm  və  texnikanın  son 

nailiyyətlərini  özlərində  təcəssüm  etdirən  «vençur»  (riskli)  tipli 

müəssisələrdir və sənayenin inkişafında həlledici rol oynaya bilərlər. 

Hazırda  inkişaf  etmiş  ölkələrin  sənayesində  kiçik,  orta  və  iri 

müəssisələr  arasında  müəyyən  nisbətlər  formalaşmışdır.  Ümumi 

kontekstdə  kiçik,  orta  və  iri  firmalar  ETT-nin  sürətlənməsində  və 

sənayenin  sahə  strukturunun  təkmilləşdirilməsində  mühüm  rol 

oynayırlar.  ABŞ-da elmi-tədqiqat  və  layihə-təcrübə  işlərinə  çəkilən 

xərclərin  50%-dən  çoxu  sənaye  korporasiyalarının  payına  düşür. 

Yaponiyada  isə  bu  rəqəm  80-a  çatır.  Bu  bir  daha  sənayenin  ölkə 

iqtisadiyyatında  oynadığı  aparıcı  rolunu  sübut  edir.  Kiçik  və  orta 

müəssisələr ABŞ-da çoxsaylıdır. Əldə etdiyimiz məlumatlara görə hər il 

600-


700  min  bu  cür  müəssisələr  yaranır  və  təxminən  20-40  min  isə  

rəqabətə dözməyib müflisləşir. Onların çoxu ən yeni məhsullar istehsal 

etmək  üzrə  ixtisaslaşmış  olurlar  və  bir  çox  halda  iri  müəssisələrə 

nisbətən daha səmərəli fəaliyyət göstərirlər. ABŞ-ın milli elm fondunun 

məlumatlarına  görə  kiçik  və  orta  firmalara  yönəldilən  bir  dollar  iri 

müəssisələrə  nisbətən  2,4-4  dəfə  çox  yeniləşmə  (innovasiya)  

(yeniləşməyə  lisenziyalar,  patentlər  və  s.  daxildir)  əldə  etməyə  imkan 


 

 

256 



v

erir.  Sənaye  yeniləşmələrinin  50%-ə  qədərini  kiçik  və  orta  (1  min 

nəfərə  qədər  işçisi  olan)  firmalar  verir.  Kiçik  və  orta  firmalar  digər 

ölkələrdə də səmərəli fəaliyyət göstərirlər və dünya sənayesinin optimal 

strukturunun formalaşmasına müsbət təsir göstərirlər. 

Ümumiyyətlə  götürdükdə  qeyd  etmək  lazımdır  ki,  müəssisələrin 

ölçüləri  məsələsini  azad  bazar  münasibətləri  həll  etməlidir.  Lakin 

sahibkarların orta təbəqələrinin sosial gərginliyin azalmasında oynadığı 

rolunu  dərk  edən  ölkələr  haqlı  olaraq  bu  prosesi  kiçik  və  orta 

müəssisələrin  qoruyub  saxlanması  xeyrinə  idarə  edirlər.  Uzun  illərin 

təcrübəsi  sübut  edir  ki,  bu  cür  yanaşma  yaxşı  nəticə  verir.  Sənaye 

cəhətdən  inkişaf  etmiş  ölkələr  müəssisələrin  ölçüləri  arasında  optimal 

nisbətləri  saxlamaq  üçün  hüquqi  sənədlər  qəbul  edib  həyata  keçirmək  

üsullarından da istifadə  edirlər. Demək olar ki,  bütün inkişaf etmiş və 

ümumiyyətlə iqtisadiyyatı sivilizasiyalı yollarla inkişaf etdirmək istəyən 

ölkələrin hamısı monopoliya əleyhinə qanunlar qəbul etmişlər. Lakin bu 

he

ç də o demək deyildir ki, müəyyən bir məhsul  istehsalı üzrə iri və 



nəhəng  müəssisə  yaratmaq  olmaz.  Əgər  məsələyə  diqqətlə  yanaşsaq 

görərik  ki,  inkişaf  etmiş  ölkələrdə  nəhəng  şirkətlər,  firmalar, 

müəssisələr  çoxdur.  Bu  müəssisələr  də  monopoliya  əleyhinə  qanuna 

əməl  edirlər  və  dövlətin  obyektiv  nəzarətində  olurlar  (korrupsiyaya 

qurşanan  dövlətlərdə  bu  nəzarət  subyektlərin  marağı  baxımından  həll 

edilir  və  buna  görə  də  iri  müəssisənin  monopol  vəziyyət  tutması 

ehtimalı çoxalır). 

Azad bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrdə kiçik, orta, 

iri,  nəhəng  müəssisələrin  optimal  nisbətləri  isə  əsasən  qəbul  edilmiş 

prinsiplərə  əməl  olunması  yolu  ilə  əldə  edilir.  Müəssisələrin  ölçü 

strukturu  bu  ölkələrdə  elə  formalaşdırılır  ki,  ölkənin  iqtisadi  inkişaf 

səviyyəsi  yüksəlsin,  sosial  gərginliklər    azalsın  və  ya  tam  aradan 

götürülsün, istehsalın səmərəliliyi və məhsulun keyfiyyəti yüksəlsin. 

 

 



 

 

257 



§7. İstehsalın səmərəliliyinin yüksəldilməsində kiçik 

müəssisələrin rolu 

 

Tədqiqat  göstərir  ki,  sosial-iqtisadi formasiyalardan  asılı 

olmayaraq  bütün  dövrlərdə  insanların  və  onların  qabaqcıl 

nümayəndələrindən olan iqtisadçıların əsas məqsədi qənaətcil təsərrüfat 

mexanizmi  yaratmaqla  ölkəni,  ayrı-ayrı  sahələri,  müəssisələri  və  iş 

yerlərini optimal idarə etmək və rezenans səmərə əldə etmək olmuşdur. 

Lakin bu məqsədə aparan yol həmişə hamar olmamış və bir çox hallarda 

isə  gözlənilən  nəticələr  əldə  edilməmişdir.  Buna  görə  də  istehsalın  və 

ona  xidmət  göstərən  sahələrin  səmərəli  fəaliyyət  göstərməsi  məsələsi 

daim  mövcud  olmuş    və  bazar  iqtisadiyyatına  keçidlə  səciyyələnən 

indiki dövrdə öz aktuallığını daha da artırmışdır. 

Yüksək səmərəli istehsalların formalaşdırılması kompleks şəkildə 

texniki, texnoloji, təşkilati, iqtisadi və sosial yönümlü tədbirlərin həyata 

keçirilməsini  tələb  edir.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  həyata 

keçirilən  bu  cür  tədbirlər  son  nəticədə  məhsul  istehsalının  intensiv 

yollarla 

əldə 

edilməsinə 



xidmət 

etməlidir. 

İstehsalın  

intensivləşdirilməsi  yüksək  olduqca  o  dərəcədə  də  istehsaln  nəticəsini 

artırmaq  üçün  şərait  yaranır.  İntensivləşdirmə  burada  məqsəd  yox 

istehsalın  səmərəliliyinin  yüksəldilməsi  vasitəsinə  çevrilir.  İdarəetmə 

prosesləri  və  istehsalın  intensivləşdirilməsi  düşünülmüş  şəkildə 

aparıldıqda  sənaye  müəssisələrinin  səmərəli  fəaliyyəti  üçün  yaxşı 

imkanlar y

aranır və son nəticədə Ümumi Milli Məhsulun təkrar istehsalı 

nisbətən az material - enerji xərcləri ilə əldə edilir. 

İstehsalın  intensivləşdirilməsi  və  sənaye  məhsulunun  intensiv 

yollarla  çoxaldılması  məsələsi  keçmiş  sovetlər  ölkəsində  uzun  illər 

tədqiqat  obyekti  olmuş  və  bir  sıra  nəzəri  və  praktiki  əhəmiyyəti  olan 

nəticələr çıxarılmışdır. Lakin müxtəlif obyektiv və subyektiv amillərin 

təsiri altında çıxarılan nəticələrin əksəriyyəti kağız üzərində qalmış və 

buna    görə  də  istehsalın  intensivləşdirilməsi  özünün  tam  həllini 

tapmamışdır. 



 

 

258 



Bazar  iqtisadiyyatına  keçid  dövrü  olan  indiki  dövrdə  istehsalın 

intensivləşdirilməsi və bu yolla onun səmərəliliyinin yüksəldilməsi daha 

da  aktual  şəkil  almışdır.  İlk  növbədə  ona  görə  ki,  intensiv  inkişaf 

olmadan  rəqabət  dözümlü  məhsul  istehsal  etmək  qeyri-mümkün olan 

işdir.  Bunu  dünya  ölkələrinin  təcrübəsi  artıq  sübut  etmiş  və  bizim 

ölkəmizdə bu nəzərə alınmalıdır. 

Azad  bazar  iqtisadiyyatı  intensivləşdirməyə  yanaşmağın  yaradıcı 

olmasını və yeni üsul və vasitələrin tapılmasını tələb edir. Problem daha 

dərindən öyrənilməli, təhlil edilməli və  onun amil və şəraitləri yenidən 

işlənilməlidir. Belə mühakimə yürüdülməsinin kökü ondadır ki, indiyə 

qədər bəzi amil və şərtlərin istehsalın intensivləşdirilməsinə təsiri lazımi 

səviyyədə öyrənilməmişdir. Bu qəbildən olan amillərə ölkələrdə tikilən 

və  yaxud  da  tikilməsi  nəzərdə  tutulan  sənaye  müəssisələrinin  ölçüləri 

məsələsi ilk növbədə daxildir. 

Müəssisələrin  ölçüsü  iqtisadçılar  üçün  nəzəri  və  təsərrüfatçılar 

üçün  praktiki  baxımdan  həmişə  mühüm  əhəmiyyət  kəsb  etmişdir  və 

azad  bazar  iqtisadiyyatı  şəraitində  isə  bu  problemlər  daha  da 

kəskinləşmişdir.  Məsələ  burasındadır  ki,  iqtisadi  ədəbiyyatlarda  və 

təcrübədə iri, kiçik, orta, nəhəng müəssisələr qrupları fərqləndirilsə də 

əsl  iqtisadçıları  həmişə  müəssisənin  optimal  ölçüdə  olması  və 

optimallığa  qiymət  vermək  üçün  münasib  meyarların  seçilməsi, 

(tapılması) ətrafında tədqiqatlar aparmağ  düşündürmüşdür. 

Dünya  təsərrüfatının  aparıcı  sahəsi  olan  sənayedə  müəssisələrin 

optimal  ölçüsü  məsələsi  daha  aktual  və  eyni  zamanda  daha  mürəkkəb 

məsələdir:  tarixi  nöqteyi-nəzərdən  müəssisələrin  ölçülərinin 

formalaşması  obyektiv  və  subyetkiv  amilərin  təsiri  altında  baş 

vermişdir. Prosesin özü isə kiçik ölçülü müəssisələrdən iri müəssisələrə 

doğru evolyusiya etmişdir. Tədqiqat göstərdi ki, keçən əsrin axırlarına 

qədər müəssisələrin ölçüləri əsasən obyektiv amillərin təsiri altında baş 

vermişdir. Bu proses iri kartellərin, sindikatların, konsernlərin və s. bu 

kimi  digər  monopol  müəssisələrin  meydana  gəlməsinə  qədər  davam 

etmişdir. Bu tipli iri və bəzən çox nəhəng müəssisələrin üzdə görünən 



 

 

259 



üstünlüklərini  nəzərə alan kapitalistlər inhisar mənfəəti almaq xatirinə 

bu proseslərə müdaxilə etməyə başlamışlar və o vaxtlardan başlayaraq 

müəssiə  ölçülərinin  formalaşması  əsasən  subyektiv  amillərin  təsiri  ilə 

baş  vermişdir.  Subyektiv  amillərin  təsiri  altında  ən  çox  iri  və  nəhəng 

sənaye müəssisələri keçmiş SSRİ məkanında  meydana gəlmişdi. Qeyd 

edək  ki,  o  vaxtlar  bu  ölkədə  istehsalın  səmərəliliyinin,  intensivliyinin 

aşağı olmasının səbəblərindən biri də elə bu idi. 

Azad  bazar  iqtisadiyyatı  inkişaf  etdikcə,  prosesin  idarə  edilməsi 

təkmilləşdikcə  vəziyyət  dəyişməyə  başlamış  və  kiçik  müəssisələrin 

mühüm üstünlüklərə malik olmasını dərk edən ölkələrdə onlara diqqət 

yenidən  artmışdır.  Dövlətlər  iri  nəhənglərlə  paralel  xırda  müəssisələr 

üçün  də  şərait  yaratmağa  başlayırdılar  və  dünya  bazarına  rəqabət 

dözümlü  məhsullar  çıxarılmasında  və  reallaşdırılmasında  böyük 

müvəffəqiyyətlər  qazanırdılar.  Məhz  bu  dövrlərdə  Yaponiya  dünya 

bazarında  bir  çox  müasir  sənaye  məhsulları  üzrə  birinciliyi  əlinə  ala 

bildi.  Bunun  əsas  səbəblərindən  biri  ABŞ-dan  fərqli  olaraq  Yaponiya 

hökumətinin  kiçik  müəssisələri  daha  çox  himayə  etməsi  və  çevik 

istehsal  xarakteristikasına  malik  xırda  və  kiçik  müəssisələr 

formala

şdırması idi. 



Müəssisələrin  ölçüsü  və  onların  tərkibində  kiçik  müəssisələrin 

yeri,  ilk  növbədə,  ölkə  miqyasında  iqtisadiyyatın  idarə  olunması 

səviyyəsindən  asılı  olur.  Hazırkı  vəziyyət  kiçik  müəssisələrə  diqqətin 

artırılmasını  tələb  edir.  Ən  mühüm  məsələ  isə  iri,  orta  və  kiçik 

müəssisələrin  optimal  uyğunlaşdırılması  və  qarşıya  qoyulan  məqsədə 

çatdıra bilən müəssisələr silsiləsi yaratmaqdır. 

Kiçik  müəssisələrə  olan  münasibətin  yaxşılaşması  aşağıdakılarla 

izah oluna bilər: 

1.  İri  müəssisələrin  sərbəst  bazar  iqtisadiyyatı  şəraitində  ortaya 

çıxan  çatışmazlıqları  ilə  təmərküzləşmə  nəticəsində  meydana  çıxmış  

nəhəng müəssisə bir qayda olaraq böyük həcmdə məhsul istehsal etmək 

üçün yaradılır və onun səmərəli olması məhsulun satılması ilə şərtləşir. 

Məhsul satılmadıqda anbarlara yığılır və müəssisəni iflic vəziyyətə salır. 


 

 

260 



Bu  halın  baş  verməsi  çox  vaxt  nə  müəssisə  rəhbərlərindən  və  nə  də 

dövlətdən  bilavasitə  asılı  olmur  və  azad  bazar  iqtisadiyyatının 

idarəolunmaz qanunları ilə şərtlənir. 

2.Elmi-texniki inqilabl

arın  intensivləşməsi  ilə  müşahidə  olunan 

elmi-


texniki  tərəqqinin  vaxt  (müddət)  etibarı  ilə  sürətli  inkişafı  baş 

verir. Bunun nəticəsində dünya sənayesində istehsal edilən məhsulların 

mənəvi  köhnəlmə  sürəti  də  artır.  Bu  cür  vəziyyətdə  məhsulun 

yeniləşdirilməsi problemi iri müəssisələrə nisbətən kiçik müəssisələrdə  

daha az vaxt, daha az əsaslı vəsait qoyuluşu və  material resursları sərf 

etməklə həll etmək mümkün olur. 

3.Müasir  dövrdə  misli  görünməmiş  səviyyədə  inkişaf  edən 

texnika,  texnologiya,  kimyəvi,  elekrokimyəvi  təsir    üsulları,  istehsal 

üsulları yaradılır. Bunların vasitəsilə məhsuldarlığı və deməli, istehsalı 

qısa müddətdə artırmaq olar. Bunun üçün  yeni texnika istehsala tətbiq 

edilməlidir.  Azad  rəqabət  şəraitində  isə  bu  işi  çox  qısa  müddətdə 

görmək  zərurəti  yaranır.  Bu  tələblərə  isə  kiçik  müəssisələr  daha  çox 

cavab verirlər. 

4. İri müəssisələri uyuşqanlılıq səviyyəsi aşağı olduğundan kiçik 

müəssisələrin üstün inkişafı  üçün obyektiv şərait yaranır. 

5.  İri  müəssisələr  kiçik  müəssisələrə  nisbətən  çoxlu  miq-darda 

birdəfəlik kapital xərcləri tələb edirlər ki, bu da kapitalın özünü ödəmə 

müddətinin uzanmasına səbəb olur. 

6.İri  müəssisələr  inhisarlaşma  proseslərinin  sürətlənməsi  və 

rəqabətin zəifləməsi üçün şərait yaradır. 

Qeyd etmək lazımdır ki, subyektiv amillərin təsiri altında forma-

laşdırılan  iri  sənaye  müssisələrinin  ölkənin  sosial-iqtisadi inkişafına 

vurduğu  ziyan  çoxşaxəlidir  və  bizim  yuxarıda  göstərdiyimizdən  başqa 

digər  çoxlu  amil  və  şərtlərin  təsiri  altında  baş  verir.  İqtisadçıların  və 

iqtisa

diyyatı idarə edənlərin bu cəhətdən başlıca məqsədi onları ortaya 



çıxarmaqdan  və  prosesi  düzgün  idarə  etmək  yolu  ilə  optimal  ölçülü 

müəssisələrin meydana gəlməsinə nail olmaqdır. 



 

 

261 



Aparılan  tədqiqat  işi  imkan  verir  ki,  müasir  dövrdə  kiçik  

müəssisələrin aşağıdakı üstünlüklərini göstərək: 

1.Kiçik  müəssisənin  tikintisi  çox  da  böyük  həcmli  əsaslı  vəsait 

qoyuluşu tələb etmir

2.Tikinti  qısa  müddətdə  başa  gəlir,  vəsaitin  uzun  müddətə 

dondurulması riski azalır; 

3.Xammalın,  materialın,  yanacağın,  hazır  məhsulun  daşınmasına 

və saxlanmasına çəkilən xərclər azalır; 

4.Yerli  xammal  və  materiallardan  tam  və  səmərəli  istifadə 

olunması  üçün  şərait  yaranır.  İri  müəssisələr  isə  bu  məsələnin  həllinə 

əks-təsir göstərirlər. Belə bir xoşagəlməz halın meydana gəlməsi isə çox 

sadə izah olunur: kiçik və məhdud bir ərazidə yerləşən nəhəng müəssisə 

imkan  yaratmır  ki,  ölkənin  digər  ərazisində  və  xüsusən  də  ucqar 

rayonlarda mövcud olan  yerli resurslardan istifadə edilsin. Əsas səbəb 

burada nəqliyyat xərclərinin artmasıdır. Kiçik müəssisə isə bu problemi 

aradan qaldırımağa imkan verir: müəssisə resurs olan rayonda tikilir. 

5.Kiçik  müəssisələr  ölkənin  məhsuldar  qüvvələrinin    sürətli 

inkişafı üçün şərait yaradır; prinsip etibarı ilə, kiçik müəssisəni ölkənin 

bütün  rayonlarında  tikmək  mümkündür  ki,  bu  da  yeni  iş  yerləri 

deməkdir. 

6.Ölkə  ərazisində  sənaye  müəssisələrinin  birqərar  və   

proporsional yerləşməsi üçün şərait yaranır. 

7.Rəqabət güclənir. 

8.Milli sahibkarlar ordusunun formalaşması sürətlənir. 

9.Elmi-

texniki  tərəqqinin  nailiyyətlərinin  istehsala  tətbiqi 



sürətlənir. 

10.Kiçik  müəssisələrdə  bir  qayda  olaraq  istehsalın  çevikliliyi 

yüksək  olur  ki,  bu  da  məhsulun  qısa  müddətdə  yeniləşdirilməsini 

mümkün edir. 

Qeyd etmək lazımdır ki, azad bazar iqtisadiyyatı şəraitində “kiçik 

müəssisə”  anlayışının  məzmunu  dəyişmişdir.  İnkişaf  etmiş  sənaye 

ölkələrinin  təcrübəsi də bunu sübut edir. Bu ölkələrdə çoxlu sayda kiçik 


 

 

262 



və orta ölçülü müəssisələr inşa edilir və onların  qarşısında fəaliyyətdə 

olan  nəhəng  müəssisələrlə  rəqabətə  girmək  məqsədi  qoyulur.  Bu 

id

eyanın  həyata  keçməsi  yüksək  yaradıcılıq  tələb  edir  və  çox  böyük 



risklə  əlaqədardır.  Elə  məhz  buna  görə  də  belə  müəssisələrə  kiçik 

müəssisə yox, «riskli» müəssisələr adı verilmişdir. 

Tədqiqat  işi  göstərdi  ki,  planlaşdırmada  və  idarəetmədə  kiçik 

müəssisələri iki qrupa bölmək məqsədəuyğundur. Birinci qrupa tarixən 

meydana  gəlmiş  müxtəlif  kiçik  ölçülü  emalatxana  tipli  müəssisələr 

daxildir. Belə kiçik müəssisələrdə, bir qayda olaraq, əl əməyi üstünlük 

təşkil edir, texniki səviyyəsi aşağı olur. Onlar kustar tipli müəssisələrdir. 

İkinci  qrupa  daxil  etdiyimiz  kiçik  müəssisələr  son  illərin 

məhsuludur və bir qayda olaraq, belə müəssisələr digər müəssisələrdən 

özlərinin yüksək texniki səviyyələri ilə, çevikliyi ilə və rəqabət dözümlü 

məhsul  istehsal  etmələri  ilə  fərqlənirlər.  Qeyd  etdiyimiz  kimi  bunlar 

riskli  müəssisələrdir  və  bütün  inkişaf  etmiş  kapitalist  ölkələri  onların 

sayı ilə fəxr edirlər. Belə müəssisələr əslində elmi-texniki nailiyyətlərin 

istehsala  tətbiqinin  güzgüsünə  çevrilmiş  və  iri,  nəhəng  müəssisələrlə 

m

üvəffəqiyyətlə rəqabət aparmaq qabiliyyətində olurlar. 



 

 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin