§4. ETT-
nin idarə edilməsi sahəsində dünya təcrübəsi
294
İstər bütövlükdə dünya təsərrüfat sisteminin və istərsə də onun
yarımsistemlərinin intensiv inkişafına elmi-texniki tərəqqi ən güclü
təsiri göstərir. Lakin bu heç də avtomatik baş vermir. Dünyada
toplanmış təcrübə göstərir ki, elmin və texnikanın əldə edilmiş bərabər
səviyyəsində belə o ölkələr daha çox müvəffəqiyyət əldə edirlər ki,
harada ETT məqsədyönlü idarə edilir.
ETT-
nin idarə edilməsi səviyyəsi müxtəlifdir. Ümumi şəkildə biz
elmi-
texniki tərəqqini firmalar, istehsal sahələri, sexlər və iş yerləri
səviyyəsində idarə edə bilərik. Bu sahibkarlara daha çox aiddir. Lakin
əgər biz qlobal səviyyələrdə iqtisadiyyatın iknişafına nail olmaq
istəyiriksə, onda ETT-nin dövlət, regionlar və dünya miqyasında idarə
edilməsi zəruriyyətilə qarşılaşırıq. Buna görə də inkişaf etmiş ölkələrdə
ETT
dövlət tərəfindən idarə edilir.
Bir neçə dünya ölkələri ETT-nin idarə olunmasında çox sərfəli
təcrübə toplamışlar. Bunların arasında Yaponiya xüsusi yer tutur. Elmi-
texniki və innovasiya siyasəti Yapon dövləti tərəfindən yaradıcılıqla
həyata keçirilir. Sahibkarlara dövlət təsiri buna parlaq misaldır. Hələ 40-
50 il bundan qabaqlar Yaponiya hökuməti, xüsusi kompaniyalara
göstərə biləcək təsir zonalarını təyin etmiş, dünyada demək olar ki, ilk
dəfə bu zonalar vasitəsilə firmalarda ETT-nin sürətləndirilməsinə nail
olmuşdur. Hökumət sahibkarlara “təklif”, “tələb” və “mühit” zonaları
vasitəsi ilə təsir göstərir. “Təklif” zonasında dövlət elmi-texniki
tərəqqiyə daha çox maraq göstərən sahibkarlara maliyyə və texniki
kömək təklif edir. Elmi-tədqiqat infrastrukturlarının yaradılmasına
kömək göstərir. “Tələb” zonasında dövlət firma ilə elmi-tədqiqat işləri
aparılması və yeni məhsulların alınması sahəsində kontraktlar bağlayır.
“Mühit” sahəsində dövlət çalışır ki, sağlam vergi, patent siyasəti və
digər birbaşa olmayan dövlət tənzimləmə rıçaqlarından bacarıqla
istifadə etsin və bu yolla da ETT-ni sürətləndirmək üçün firmalarda
maraq doğursun.
Yaponiyada dövlətin elmi-texniki və innovasiya siyasəti uzun
illərdir ki, sənaye siyasətinin ayrılmaz hissəsi kimi fəaliyyət göstərir.
295
Prioritet mövqe unikal elmi-
texniki işləmələrə verilir. Unikallığın əsas
kriteriyası informatika, yeni materialların yaradılması, biotexnologiya,
energetika, okean resurslarının mənimsənilməsi və sair bu kimi
sahələrdə texniki yeniliklər yarada bilən işləmələrdir. Yapon
hökumətinin fikrincə bu cür unikal işləmələri həyata keçirmək üçün
güclü stimul lazımdır ki, bunu da bazar mexanizmi sadəcə olaraq yarada
bilmir. Əsas səbəb də budur ki, unikal işləmələrin tələb etdiyi vəsait və
bununla əlaqədar meydana gələn riskin miqyası kompaniyaların əlində
olan vəsaitdən qat-qat çox ola bilər. Vəziyyətdən çıxış yolu dövlət və
onun həyata keçirdiyi iqtisadi mexanizmdir, dövlətin vəsaitidir. Dövlət
əsasən perspektiv dövrlərdə reallaşa bilən fundamental tədqiqatlara
çoxlu vəsait buraxır. Yapon hökuməti əsas gücünü sivil elmi-tədqiqat və
layihə-təcrübə işlərinə sərf edir.
ETT-
ni dövlət miqyasında idarə etmək təcrübəsi Yaponiyada hələ
keçən əsrin 60-cı illərində özünün mükəmməl formasına çatmışdı. Məhz
bu illərdə dövlət səviyyəsində elm-tutumlu və intensiv texnologiyalı
sənaye sahələrinə dayaq olma sistemi işlənib hazırlanmışdı və
müvəffəqiyyətlə həyata keçirildi. Yaponiyada ETT-nin idarə edilməsi
kompaniya xarakteri daşımır. Hər gün, hər ay və hər il bu sahə dövlətin
və sahibkarların diqqət mərkəzində olur. Elmi-texniki siyasət məqsədli
proqramlar üzrə layihələndirilir, həyata keçirilir. 1997-ci ildə yapon
hökuməti müasir ETİ-a əsaslanan uzunmüddətli (1997-2010-ci illər)
iqtisadi reforma proqramı qəbul etdi. Bu proqrama görə ölkədə,
sənayedə və xidmət sferasında yeni perspektiv sahələrin yaradılması
nəzərdə tutulur. Belə perspektiv sahələrə informasiya texnologiyası,
biotexnologiya sənayesi, aviakosmik texnologiyası və texnika, yeni
enerji mənbələri və enerji texnologiyası, şəhərlərin planlaşdırılması və
yenidən qurulması, ətraf mühitin qorunması kimi sahələr daxildir.
ETT-
nin dövlət səviyyəsində idarə edilməsi sahəsində ABŞ-ın da
diqqəti cəlb edən təcrübəsi vardır. Ümumiyyətlə götürdükdə, aparıcı
kapitalist ölkələrinin hamısında ETT-də dövlət qayğısı məqsədyönlü
olaraq həyata keçirilir. Bu ölkələrdə ETT-nin sistemli iqtisadi
296
mexanizmi yaranmışdır. Bu mexanizmin mərkəzində rəqabət durur.
Bazar, istehsalı və istehlakçıya xeyir gətirməyən məhsulu istehsal
etməyi məsləhət görmür. Rəqabət elə formalaşdırılır ki, bazarda ETT-
nin son nailiyyətlərinə daha çox uyğun gələn məhsul kütləvi formada
satıla və xeyir gətirə bilir. Yeniləşməni özündə cəmləşdirən məhsula
maraq artdığından ETT-nin də münasib istiqaməti inkişaf etdirilir.
ETT-
nin məqsədli-proqram üsuları ilə idarə edilməsi və güclü
dövlət qayğısının olması nəticəsində inkişaf etmiş sənaye ölkələrinin
hamısında yenilikçi-firmalar meydana gəlib fəaliyyət göstərirlər. Bu cür
f
irmalar əslində biliyə (yeniləşmə və ixtiralara) söykənən monopol
strukturlardır. Onları digər firmalardan fərqləndirən cəhət əvvəlcə
müəyyən səviyyədə riskə getmələri, sonradan biliyə yiyələnərək
prinsipcə yeni məhsulun istehsalı (çox zaman kütləvi) və satışından
monopol mənfəət əldə etmələridir. Lakin bu üstünlük uzun müddət
davam
edə biməz. Bunu dərk edən yenilikçi firmalar məhsulun yeni
modelləri üzərində intensiv iş aparırlar. Yaxşı satılan məhsulun “həyat
tsikli” başa çatmamış onun bir neçə modifikasiya edilmiş yeni
(perspektiv) modelləri düzəldilir. ETT isə perspektiv məhsulun
keyfiyyətli istehsal edilməsi istiqamətində sürətləndirilir. Məqsədli-
proqram üsulu ilə ETT-ni idarə etməyin mahiyyəti də bundadır.
Əldə edilən biliklərə sahib çıxmaq, ixtiralar, kəşflər, «Nou-hau»lar
əsasında formalaşmış sahibkarlıq yeni texnika və texnologiyalar
bazarının meydana gəlib fəaliyyət göstərməsinin əsas şərtidir.
Kommersiya sirri də burada özünü göstərir. Bu olmasa yenilikçi
firmalar yeniləşmədən istifadə etməklə çoxlu xeyir götürə bilməzlər.
Lakin dövlət tərəfindən yaradılan sosial-iqtisadi və hüquqi mühit şərait
yaradır ki, yenilikçi-firmalar çoxlu mənfəət əldə etsinlər. Bu da onlara
elmi-
tədqiqat və layihə-təcrübə işlərinə yeni-yeni milyonlar sərf etməyə
imkan verir.
İnkişaf etmiş ölkələrdə ETT-nin iqtisadi mexanizminin demək
olar ki, ilk pilləsini tələbat təşkil edir. Novator firmanın və yaxud da hər
hansı bir «vençur» tipli müəssisənin müəyyən inkişaf pilləsində
297
prinsipcə yeni texnikaya və texnologiyaya tələbat əmələ gəlir (meydana
çıxır). Fundamental tədqiqatlar pilləsində yeni ideyalar meydana çıxır.
Əslində bu pillə ilə gələcəkdə istehsalı nəzərdə tutulan yeni texnikanın
layihə hazırlığı üzərində iş gedir. Keçmiş SSRİ dövlətindəki layihə
hazırlığından fərqli olaraq prosesin bütün pillələrində sifarişçi və icraçı,
istehsalçı və istehlakçı iştirak edir və hətta onlar gələcəkdə meydana
çıxacaq texnikanın verəcəyi səmərəni də öz aralarında bölüşdürürülər.
Belə ki, tətbiqi tədqiqat pilləsində yeni ideya gələcək potensial istehsalçı
və istehlakçı arasında bağlanmış müqavilə formasına düşür, yəni
keçmişdə deyildiyi kimi, texniki tapşırıq verilir. Sonrakı pillələr
yeniliyin nümunələrinin yaradılması, sona çatdırılması, istehsala tətbiq
edilməsi işlərini əhatə edir.
ETT-
nin iqtisadi mexanizminin növbəti pilləsi yeniliyi istehsal
edən firmadır ki, bu da yeniləşmə prosesini maddi, təşkilati baxımdan
təmin edir. Onlar çoxlu pul xərcləyirlər. Məsələn, ABŞ-da elmi-tədqiqat
və layihə-təcrübə işlərinin tələb etdiyi vəsaitin 50%-dən çoxu bu cür
firmaların payına düşür. Yapon firmaları isə xərcin 80%-ni öz üzərlərinə
götürürlər.
İnkişaf etmiş ölkələrin əksəriyyətində ETT-nin iqtisadi
mexanizminin əsas pilləsini dövlət təşkil edir. Dövlətin rolu - ETT-nin
stimullaşdırılmasıdır. Bunun üçün o elmi-tədqiqat və layihə təcrübə
işlərinə tələb olunan xərcin müəyyən bir hissəsini öz üzərinə götürür.
Dərc olunmuş məlumatlara görə dövlət ETT-nin sürətləndirilməsi üçün
lazım olan vəsaitin ABŞ-da və Fransada 50%-ni, Böyük Britaniyada -
37%-ni, AFR-da 33%-ni, Yaponiyada - 19%-
ni maliyyələşdirir və eyni
zamanda “mühiti”də sahibkarlar üçün xeyirli şəklə salır.
İnkişaf etmiş sənaye ölkələri elə bir təsərrüfat modeli seçmişlər
ki, ETT-
yə ciddi yanaşmadan sosial, iqtisadi və hərbi-siyasi problemləri
həll edə bilmirlər, birinciliklərini itirmək təhlükəsi ilə üzləşirlər. Buna
görə də ETT-ni sürətləndirmək dövlətin bir nömrəli vəzifəsi hesab
edilir. Müxtəlif ölkələrdə bu məsələ müxtəlif yanaşmalarla həyata
keçirilir. Məsələn, əgər Yaponiyada bu məsələ, qeyd etdiyimiz kimi,
298
prioritetlərin seçilməsi, elmi-texniki liderlik proqramlarının işlənib
hazırlanması yolu ilə həyata keçirilsə, Qərbi Avropada hökumətlər
sənayedə elmtutumlu məhsul istehsalına və innovasiyalara dayaq
dururlar, ABŞ-da isə elmi-tədqiqat və layihə-təcrübə işlərini vergi yolu
ilə stimullaşdırmağa üstünlük verirlər, yenilikçi firmaların maraqlarını
qoruyan qanunlar işləyib hazırlayırlar və həyata keçirirlər, kiçik
biznesin inkişafına diqqəti artırılar.
Dövlətin ETT-ni idarə etməsi təsvir etdiklərimiz yollarla
məhdudlaşmır. Yüksək səviyyədə inkişaf etmiş xarici ölkələrdə ETT-
nin iqtisadi mexanizminin siyasi mexanizmi də tam gücü ilə fəaliyyət
göstərir. Bu mexanizmin tərkib hissələrinə aşkarlıq, elmi-texniki
mövzuların mütəmadi olaraq müzakirəsinin bütün informasiya
vasitələrində təşkil edilməsi, televizor kanallarında xüsusi şərhçilərin
saxlanılması daxildir. İdarəetmənin bütün pillələrində elm və texnikanın
taleyi ilə ciddi məşğul olan strukturlar fəaliyyət göstərirlər. Məsələn,
ABŞ-ın konqresində, senatın və nümayəndələr palatasının 9
komissiyası fəaliyyət göstərir. Bu komissiyalarda ETT-nin bütün
aspektləri müzakirə edilir və konkret elm və texnika sahəsində
ekspertlərin köməyi ilə prioritet istiqamətlər təyin edilir. Öz ölkələrinin
elmi-
texniki inkişafının perspektiv istiqamətlərini xırdalıqları ilə təyin
edirlər. ETT-nin iqtisadi mexanizminin siyasi qollarının ən xeyirli
cəhəti ondadır ki, bu qollarda yaxın və uzaq gələcək üçün oriyentirlər,
istiqamətlər və kriteriyalar hazırlanır. Firmalardan tutmuş müvafiq
dövlət orqanlarına qədər ETT-nin idarə olunması ilə məşğul olan şəxslər
və strukturlar öz işlərində onları əsas götürülər.
ABŞ-da “Elmi-texniki və layihə-təcrübi işləmələrində milli
məqsədlər” quruluşundan tez-tez istifadə edilir. ETT-nin iqtisadi
mexanizmi
nin siyasi qolunun əsas məqsədi də “milli məqsədlərin”
dürüst və dəqiq seçilməsi və ölkənin iqtisadi təhlükəsizliyinin həmişə
yüksək səviyyədə saxlanılmasına nail olmaqdır. ETT-i problemləri ilə
ABŞ-da prezident və onun aparatı da ciddi şəkildə məşğul olur.
Prezidentin elm və texnika üzrə köməkçisi, prezidentin rəhbərlik etdiyi
299
“Elm və texnologiya üzrə milli şura” milli elmi-texniki strategiya
hazırlayırlar. ABŞ-da hazırlanmış belə bir strategiya 1996-cı ildən
fəaliyyət göstərir və bu strategiyanın milli məqsədlərinə “cəmiyyətin
sağlamlığı və savadlılığı”, “İqtisadi inkişaf və iş yerlərinin yaradılması”,
“Elm və texnika sahəsində dünya liderliyi”, “Ətraf mühitin
keyfiyyətinin yaxşılaşdırılması”, “İnformasiya texnolo-giyasının geniş
miqyasda istifadəsi”, “Milli təhlükəsizliyin möhkəmləndirilməsi”, kimi
qlobal problemlər daxildir. ABŞ-da mülkiyyət formasnıdan, profilindən,
maliyyələşdirmə mənbələrindən asılı olmayaraq bütün firma və
şirkətlər, elmi-texniki mərkəzlər, TMK-lar və s. digər elmi-texniki
tərəqqinin sürətləndirilməsi ilə məşğul olan strukturlar, göstərdiyimiz
milli məqsədləri əsas götürməlidirlər, onlara istinad etməlidirlər. ETT-
nin iqtisadi mexanizmi
nin siyasi rıçaqlarının əsl mahiyyəti də bundadır.
300
X FƏSİL. DÜNYA İQTİSADİYYATINDA
KƏND TƏSƏRRÜFATI
§1. Dünya təsərrüfat sistemi və aqrar bölmə
Müasir dövrdə ölkələrin iqtisadiyyatı çoxşaxəlidir. Elmi-texniki
tərəqqi sürətləndikcə insanın fəaliyyət dairəsi genişlənir, əvvəllər heç
ağıla gəlməyən prinsipcə yeni fəaliyyət dairələri meydana gəlir. Lakin
iqtisadiyyatın elə bölmələri vardır ki, onlar əsrlər boyu mövcud olub və
indi də fəaliyyət göstərirlər. Aqrar bölməsi belə bölmələrdəndir. Min
illər bundan qabaq da planetimiz olub. O vaxtlar iqtisadiyyat əsasən
kənd təsərrüfatından ibarət olub. Kənd təsərrüfatı və buradan əldə
edilən ərzaq, onun istehsalı, bölgüsü, mübadiləsi və istehlakı dünya
təsərrüfat sisteminin fəaliyyət dairəsində həmişə aparıcı yer tutmuşdur.
Son dövrlər ölkələrin Ümumi Daxili Məhsulunda kənd
təsərrüfatının xüsusi çəkisi azalmağa başlamışdır və inkişaf etmiş
ölkələrdə demək olar ki, özünün minimum həddinə çatmışdır (bax
cədvəl 21). Lakin buna baxmayaraq dünya miqyasında bu xüsusi
çəkinin yüksək (39%-Ruanda, 30%-Pakistan, 17%-Türkiyə və və s.)
olduğu ölkələr çoxdur. Onu da qeyd etmək lazımdır ki, xüsusi çəkinin
aşağı düşməsi aqrar bölmənin zəifləməsini yox, kənd təsərrüfatı
məhsulunun nisbi azalmasını və elmin, texnikanın, texnologiyanın
sürətli inkişafı nəticəsində iqtisadiyyatın digər sahələrinin sürətli
inkişafını göstərir.
Bu gün kənd təsərrüfatı sosial-iqtisadi inkişafda, iş yerlərinin
yaradılmasında, ərzaq təhlükəsizliyi məsələsinin həllində, mühüm rol
oynayır və bütün ölkələr aqrar sektorun inkişafı qayğısına qalırlar.
Cədvəl 21
301
Ümumi Daxili Məhsulda kənd təsərrüfatının xüsusi çəkisi
Ölkələr və ölkə qrupları
1980
1997
Bütün dünya üzrə
7.0
4,9
O cümlədən: onlardan
Aşağı gəlirli dövlətlərdə
35
31
Orta gəlirli dövlətlərdə, onlardan
15
12
Orta gəlirdən aşağı gəliri olan ölkələr 18
14
Orta gəlirdən yuxarı gəliri olan ölkələr 9
10
Yüksək gəlirli dövlətlər
3
2,6
ABŞ
3
2,7
Pakistan
30
26
Ruanda
50
39
Tanzaniya
50
48
Türkiyə
26
17
Uqanda
72
44
Rusiya
9
7
Fransa
4
2
Latın Amerikası
10
10
Azərbaycan
21
22
Ermənistan
42
44
Gürcüstan
36
35
İnkişaf etmiş ölkələr iqtisadiyyatın bütün bölmələrində böyük
müvəffəqiyyətlər qazanmışlar və ÜDM həcmini bu sahələrin hesabına
yüksək sürətlə artıra bilmişlər. Eyni zamanda kənd təsərrüfatında da
böyük müvəffəqiyyətlər əldə olunub. Məsələn, ABŞ nail ola bilmişdir
ki, onun ölkəsində fəaliyyət göstərən bir fermer özündən başqa 10-larla
digər kəndlini dolandıra bilən qədər kənd təsərrüfatı məhsulu istehsal
edə bilsin. ABŞ və digər inkişaf etmiş ölkələrdə əksər kənd təsərrüfatı
məhsulları üzrə öz daxili tələbatlarını ödəməklə yanaşı bu məhsulların
302
ixracı ilə də məşğul olurlar. Deməli, heç cür kənd təsərrüfatının
geriliyindən söhbət gedə bilməz. O ki, qaldı aqrar bölmə məhsulunun
ÜDM-
a görə xüsusi çəkisinin azalmasına bu heç də kənd təsərrüfatının
geri qalmasını yox, ÜDM-un həcminin çoxalmasını göstərir. İnkişaf
etmiş ölkələrə nə qədər lazımdırsa, o qədər də kənd təsərrüfatı məhsulu
istehsal edirlər, yəni həcmi tələb və təklifə görə tənzimləyirlər.
Dünyanın əksər ölkələrində kənd təsərrüfatı insanlar üçün iş yeri,
ərzaq mənbəyi kimi fəaliyyət göstərməkdə davam edir. Rəqəmlər də
bunu sübut edir. Hər il orta hesabla planetimizin əhalisinin 45%-dən
çoxunun həyatı bilavasitə torpaqla bağlı olur. İnsanlar kənd
təsərrüfatında özlərinə iş tapırlar. İnkişaf etmiş ölkələrdə əmək
qabiliyyətli əhalinin nisbətən az hissəsi (5%) kənd təsərrüfatında çalışsa
da, inkişafda olan və ən zəif inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında
çalışanların xüsusi çəkisi 60 və daha çox faiz təşkil edir.
Dünya təsərrüfatı sistemində kənd təsərrüfatının həlledici rolu
insanların qida məhsullarına olan tələbatlarının ödəməsindədir. Dünya
statistikasının məlumatlarına görə yer kürəsində insanlar qida
məhsullarına olan tələbatlarının 56%-ni taxılın, 7%-ni köklü bitkilərin,
10%-
ni meyvə və tərəvəzin, 7%-ni şəkərin, 9%-ni yağ və piyin, 11%-ni
isə heyvandarlıq məhsullarının hesabına ödəyirlər. Əlbəttə, bunlar
iriləşdirilmiş rəqəmlərdir və müəyyən dövrlərdə qidanın tərkibi və
quruluşu dəyişə bilər. Lakin bu əsas məsələ deyil. Əsas məsələ odur ki,
qida məhsullarının əsas hissəsini kənd təsərrüfatı verir. Dünya üzrə
ÜDM-
ın tərkibində xidmət sektorunun (bölməsinin) xüsusi çəkisinin
artması və artıq 55%-i ötməsi isə iqtisadiyyatın inkişafında üçüncü
bölmənin rolunun yüksəlməsini yox, sadəcə olaraq elmi-texniki
tərəqqinin nəticəsini göstərir. Xidmətin artması, xidmət bölməsinin
inkişafı iqtisadiyyatın amili deyil, yalnız onun fəaliyyət göstərməsi
şərtidir. Xidmət sahəsində çalışanlar da ilk nöbədə tələbatlarını
ödəməlidirlər, qida məhsulları qəbul etməlidirlər. Bu məhsulları isə
kənd təsərrüfatı və sənaye verir.
303
Kənd təsərrüfatı sənayenin inkişafı üçün şərait yaradır - sənayenin
xamal bazasını zənginləşdirir. O sənayeni pambıqla, tütün, lifli bitgilər,
günəbaxan, kartof, qənd çuğunduru, dərman bitgiləri, meyvə, ağac, ət,
balıq, süd, dəri, yun və quş tükü ilə təmin edir. Bu məhsulların həcmi,
keyfiyyəti sənayenin inkişafı üçün mühüm şərtdir və ölkənin sosial-
iqtisadi inkişafında mühüm rol oynayır.
§2. Kənd təsərrüfatı istehsalının strukturu
Kənd təsərrüfatında müxtəlif məhsullar istehsal edilir. Dünya
iqtisadiyyatı baxımından kənd təsərrüfatı məhsullarının tərkibində
bilavasitə ərzaq (qida) üçün nəzərdə tutulan məhsullarının ayrıca
öyrənilməsi məqsədəuyğundur. Bilavasitə qidalanmaya yönəldilən kənd
təsərrüfatı məhsulları içərisində taxıl xüsusi yer tutur. Buna görə də
onun həcmi artır. Dərc olunmuş statistik məlumatlara görə 100 il
bundan əvvəl 1900-cü ildə dünyada 500 milyon ton taxıl istehsal
edilmişdir. 50 il müddətində bu həcm 300 milyon ton artmış və istehsal
olunmuş taxılın həcmi 800 milyon tona çatmışdır. Taxıl istehsalı
yüksəlməkdə davam etmiş və 1950-1995-ci illər ərzində 1200 milyon
ton artmışdır və onun ümumdünya həcmi 2000 milyon tona çatmışdır.
Dü
nya miqyasında istehsal olunan taxılın tərkibində buğda 28%,
düyü 26%, qarğıdalı 25% təşkil edir. Qalan 20-21 faiz digər dənli
bitkilərin payına düşür. Əhalini arasıkəsilmədən ərzaqla təmin etmək
üçün taxıl ehtiyatı yaradılır. Taxıl üzrə illik dünya ixrac resursunun
həcmi 200 milyon tona çatır ki, bunun da tərkibində buğda 90-100 mln.
ton, qarğıdalı 60-70 mln. ton, düyü 15-20 milyon ton təşkil edir. Yerdə
qalan 10-
35 milyon ton digər dənli bitkilərin payına düşür.
Dünya miqyasında taxılın təxminən 55%-i qida məhsullarına,
45%-
i isə mal-qaranı yedizdirmək üçün sərf edilir. Bu nisbət ölkənin
inkişafı ilə paralel dəyişə bilər. Hazırda inkişaf etmiş ölkələrdə
insanların qidalanmasına gedən taxılın xüsusi çkisi 25%, mal-qaranı
304
yedizdirmək üçün ayrılan taxılın xüsusi çəkisi ilə 75% təşkil edir,
inkişafda olan ölkələrdə isə taxılın 90%-ə qədəri qida məhsullara sərf
olunur.
Kənd təsərrüfatı eyni zamanda texniki bitkilər də istehsal edir. Bu
cür bitkilər bir çoxu sənayedə emal prosesi keçdikdən sonra yenə də
qida məhsulu kimi istifadə olunur. Texniki bitkilərə pambıq, tütün,
günəbaxan, kartof, qənd çuğunduru və s. daxildir. Göründüyü kimi, bu
cür təsnifləşdirilmə nisbi xarakter daşıyır. Texniki bitkilər və
ümumiyyətlə, kənd təsərrüfatı məhsulları sənayenin xammal bazasının
əsas hissəsini təşkil edir. Yüngül və yeyinti sənaye sahələri isə kənd
təsərrüfatı mənşəli xammal olmadan fəaliyyət göstərə bilməzlər. Buna
görə kənd təsərrüfatı məhsullarının tərkibində bu və digər məhsulun
optimal xüsusi çəkisi olmalıdır. Bu iqtisadiyyatın kompleks inkişafı
üçün lazımdır.
Kənd təsərrüfatı məhsullarının tərkib hissələrindən biri də
heyvandarlıq və quşçuluqdur. İnkişaf etmiş ölkələrdə ət-süd məhsulları
istehsalı intensiv olaraq inkişaf etdirilir. Bunun səbəbi ilk növbədə qida
məhsullarına əhalinin münasibətidir. Dünya miqyasında məsələyə
yanaşdıqda belə bir meylin baş verdiyini aydın görmək olur: ölkə
inkişaf etdikcə əhali çörəyi az, ət-süd məhsullarını isə daha çox qəbul
edir. Nəticədə ətə olan tələbat artır, dənli bitkilərə olan tələbat azalır.
İnkişaf etmiş ölkələr burada çıxış yolunu əkin yerlərinin yem üçün
nəzərdə tutulan məhsullara görə ixtisaslaşdırılmasında görürülər.
Məsələn, ABŞ-da heyvandarlığın tələbatları üçün nəzərdə tutulan
qarğıdalı və soya bitgiləri əkilən xüsusi torpaq sahələri bu cür
ixtisaslaşdırılmış sahələrdir. Bu bir daha sübut edir ki, kənd
təsərrüfatının rolu azalmamış, sadəcə olaraq keçən əsrin ikinci yarısında
alimlərin, kənd təsərrüfatı mütəxəssisələrinin, sadə əməkçilərin birgə
əməyi nəticəsində kənd təsərrüfatında yüksək əmək məhsuldarlığı əldə
edilmiş və bu cür müvəffəqiyyətlər əldə etmiş yüksək dərəcədə inkişaf
etmiş ölkələr torpaqdan və aqrar sahənin digər tərkib hissələrindən
istifadəni elmi surətdə idarə etməyə başlamışlar. Torpaq da, meşə də,
305
çay da, h
eyvandarlıq da bu ölkələrdə elmi əsaslanmış rejimlə istifadə
edilir və bütün tədbirlərin kökündə insan amili durur.
Kənd təsərrüfatı məhsullarının strukturu da tələb və təklifə
müvafiq formalaşdırılır və lazım gəldikdə dəyişdirilir.
Dostları ilə paylaş: |