§3. Kənd təsərrüfatının inkişafına təsir edən amillər
Kənd təsərrüfatının yarımsistemlərdə və bütövlükdə dünyada
inkişafına sənayedəki kimi yanaşmaq, burada da intensiv və ekstensiv
inkişaf tiplərini bir-birindən ayırmaq lazımdır. İlk növbədə bu cür
yanaşma kənd təsərrüfatının inkişafına təsir göstərən amilləri təyin
etmək üçün zəruridir. Digər tərəfdən heç bir inkişafın tam intensiv və
yaxud da tam ekstensiv yolla baş verməsini söyləmək çətin olduğuna
görə təyin edilən amilləri aşkar etmək hər iki tip inkişaf üçün labüddür.
Əgər kənd təsərrüfatının inkişafı ekstensiv yolla baş verirsə onda
aqrar bölmənin inkişafında əsas amil rolunu torpaq resursları və onların
kənd təsərrüfatına yararlılıq səviyyəsi oynayır. Ümumiyyətlə isə kənd
təsərrüfatı məhsullarının həcmi, nomenklaturası, assortimenti ölkələrin
iqtisadi inkişaf səviyyəsindən, kənd təsərrüfatına yönəldilən kapital
xərclərindən, heyvandarlığın inkişafından və s. asılıdır. Lakin torpaq,
meşə, su tutumları, çaylar və s. heç bir şeylə əvəz olunmayan amillərdir
və həm intensiv və həm də ekstensiv inkişafın başlıca şərtləridir. Buna
görə də bütün bəşəriyyəti düşündürən başlıca məsələ torpağı qorumaq
olmalıdır. Hazırda dünyada yaranmış vəziyyətin öyrənilməsi göstərir ki,
torpaqlara olan münasibət qənaətbəxş deyildir. Statistik məlumatlara
görə əkin sahələri azalmaqda davam edir. Torpaqdan səmərəsiz istifadə
edilməsi nəticəsində hər il 6 milyon hektar səhra əmələ gəlir. Deməli,
get-
gedə yeni torpaq sahələrinin istifadəyə verilməsi imkanı da azalır.
Buna görə də əldə olan sahələri qorumaq və onlardan səmərəli və
rejimlə istifadə etmək kənd təsərrüfatının inkişafında mühüm amilə
çevrilmişdir.
306
Heyvandarlığın inkişafı da ekstensiv və intensiv tiplərlə baş verə
bilər. Heyvanın diri çəkisini artırmaq yolu ilə inkişaf etdirilən
heyvandar
lıq intensiv inkişaf etmiş olur və əksinə, eyni və ya az fərqli
çəkidə olan heyvanların sayını artırdıqda ekstensiv inkişaf əldə edilir.
İnkişaf etmiş ölkələrdə heyvandarlığın yüksəldilməsi əsasən intensiv
yolla baş verir. Bu ölkələrdə, məsələn, bir inəkdən alınan ət və südün
miqdarı geri qalmış ölkələrdəkindən 3-4 dəfə çox ola bilir. Təhlil
göstərdi ki, kənd təsərrüfatı məhsulları həcminin artırılmasında ən
səmərəli yol intensiv yoldur. Bu yol aşağıdakı istiqamətlərdə həyata
keçirilir.
Kənd təsərrüfatının kimyalaşdırılmasında torpağa müxtəlif
mineral gübrələrin verilməsi başlıca rol yonayır. Keçən əsrin ikinci
yarısında bu sahədə çox işlər görülmüş və nəticədə kənd təsərrüfatında
istehsal bir neçə dəfə artmış və əhali artımını üstələmişdi. Bu da dünya
əhalisini aclıq təhlükəsindən əsasən qurtara bildi. Onu da qeyd edək ki,
məhsul artımının 40%-i gübrənin hesabına baş verirdi. Gübrə vermənin
özü çox sürətlə artmaqdadır. Dərc olunmuş materiallara görə 1973-cü
ildə dünya üzrə hər istifadə edilən torpağın bir hektarına verilən gübrə
orta hesabla 60 kq idi. 1988-
ci ildə bu rəqəm 100-ə çatmışdı. Bəzi
ölkələrdə torpağa verilən gübrə daha çoxdur və Almaniyada - 418 kq,
Niderlandda - 773 kq. , Yaponiyada -
387 kq təşkil edir. Torpağı çox
olan ölkələr ekstensiv inkişafa üstünlük verirlər. Məsələn, hər hektar
əkin sahəsinə verilən gübrənin miqdarı Kanadada 12, Avstraliyada 28
kiloqramdır.
Dünya miqyasında işlədilən gübrənin 45%-ni ABŞ, 28%-ni Qərbi
Avropa, 12%-
ni Yaponiya işlədir. Lakin son zamanlar inkişaf etmiş
ölk
ələrdə gübrədən istifadə olunması zəifləməyə başlamışdır. Bu
ekologiyanın çirklənməsi qarşısının alınması və ət, süd, meyvə və
tərəvəzin tərkibində silikatların azaldılması məqsədi ilə həyata keçirilir.
Son vaxtlar dünya bazarında ekoloji cəhətdən təmiz kənd təsərrüfatı
məhsullarına olan tələbat artmışdır. Gübrədən səmərəli istifadə etmək,
yaxud da gübrəsiz kənd təsərrüfatı yaratmaq məsələləri ortaya
307
çıxmışdır. Bu ideya insanların sağlamlığı üçün nə qədər vacib
məsələdirsə, kənd təsərrüfatında əmək məhsuldarlığının aşağı düşməsi
üçün o dərəcədə qorxuludur. Buna görə də inkişaf etmiş ölkələrdə
torpağa gübrənin az vurulması üzrə tədbirlərin həyata keçirilməsinə
baxmayaraq aqrar bölmədə kimyalaşma öz sürətini azaltmır. Əldə
edilən nəticələr isə cüzidi. Son 5-10 ildə inkişaf etmiş ölkələrdə hər
hektar torpağa vurulan gübrənin miqdarı 123 kq-dan 116-kq-a enmişdir.
Gübrədən istifadənin azaldılması çox çətin bir proses olacağını
“Yaşıl inqilab” kimi tədbirlərin həyata keçirilməsini də çətinləşdirir.
1960-
cı illərdə o dövr üçün müasir olan kompleks aqrotexniki
üsullardan istifadə edərək kənd təsərrüfatını yenidən təşkil etmək
proqramı həyata keçirildi və çox güclü nəticələr əldə edildi. Həyata
keçirilən tədbirlərin dərinliyi və miqyası o qədər böyük idi ki, tarixə o
“
yaşıl inqilab” adı altında düşdü. “Yaşıl inqilab” 1960-cı illər və ondan
sonrakı dövr üçün kənd təsərrüfatının inkişafında başlıca amil idi. Onun
üç əsas istiqaməti var idi: birincisi, yeni toxumların yaradılması,
ikincisi, suvarılan torpaq sahələrinin artırılması və kənd təsərrüfatının
mexanikləşdirilməsi, üçüncüsü, geniş miqyasda mineral gübrələrdən
istifadə edilməsi və bitkilərin kimyəvi üsullarla qorunması “Yaşıl
inqilab”ın həyata keçirilməsi nəticəsində taxıl üzrə məhsuldarlıq 2-3
dəfə çoxaldı. Çin, Hindistan, İndoneziya, Pakistan və digər ölkələr
“Yaşıl inqilab” nəticəsində taxıla olan ehtiyaclarını özləri ödəməyə
başladılar. Göründüyü kimi bu cür kompleks tədbirlərində əsasını geniş
miqdarda gübrə işlətmək təşkil edirdi. Ekoloji təmiz məhsul isə əksinə
gübrəni və digər kimyəvi üsulları rədd edir. Yaranmış paradoksluluq
aydın görünür. Gələcəkdə indi geniş yayılmaqda olan “biotexnoloji
inqilab” məsələləri həll etməlidir.
Kənd təsərrüfatı məhsullarının gübrəsiz yolla artırılması bitkilərin
norma üzrə suvarılmasını tələb edir. Suvarılan torpaqların
genişləndirilməsi yolu özü-özlüyündə aqrar bölmənin ekstensiv inkişaf
yoludur. Lakin elmi əsaslarla məsələyə yanaşdıqda suvarılan torpaqlara
optimal miqdarda gübrə verildikdə səmərəni yüksəltmək və kənd
308
təsərrüfatının intensiv yolla inkişafını təmin etmək olar. Deməli, gübrə
və digər kimyəvi üsulların zərərliliyindən danışmaqdansa, söhbət
onlardan ağıllı, optimal, elmi əsaslarla istifadə edilməsindən getməlidir.
Suvarma ilə yanaşı aparılan tədbir elmi seleksiya işləridir. Elmi
seleksiyanın əsas məqsədi yeni, konkret mühitə daha davamlı və daha
məhsuldar toxumların tapılıb istifadə edilməsi təşkil edir. Bu üsul kənd
təsərrüfatının intensivləşdirilməsi prosesini gücləndirir. Məhsuldarlığı
orta hesabla 30% yü
ksəltməyə imkan verir.
Bütün bunlarla yanaşı Birləşmiş Millətlər Təşkilatının müvafiq
bölmələrinin təhlillərini, tövsiyələrini, proqnoz məlumatlarını nəzərə
almaq lazımdır. Ərzaq və kənd təsərrüfatı təşkilatlarının (FAO) verdiyi
məlumatlara görə dünya əhalisinin ərzaqla və kənd təsərrüfatı
məhsulları ilə təminatına XXI əsrdə dörd amil: təbii şəraitin pisləşməsi,
su və torpağın altındakı enerji resurslarının tükənməsi, torpağın
münbitliyinin azalması və iqtisadi liberallıq güclü təsir göstərə bilər.
Kənd təsərrüfatının inkişafına ən çox təsir edən amillərdən biri
istehsalın sənayeləşdirilməsidir. Sənaye üsullarının tətbiqi kənd
təsərrüfatında əmək məhsuldarlığının yüksəldilməsinə, xərclərin aşağı
düşməsinə səbəb olur. Onu da qeyd edək ki, bu meyl irəliyə doğru
davam etməkdədir. Kənd təsərrüfatında sənaye üsullarının elmi əsaslarla
tətbiqi, yem bazasının yaxşılaşması, seleksiya işlərinin vaxtında həyata
keçirilməsi, sənaye cəhətdən inkişaf etmiş ölkələrə imkan verir ki, onlar
hər baş inəkdən il ərzində zəif inkişaf etmiş ölkələrdəkinə nisbətən 6
dəfə çox süd və 1,5 dəfə çox ət əldə etsinlər. Müqayisə üçün göstərək ki,
1996-
cı ilin məlumatına görə ABŞ-da hər inəkdən 6,7 min litr süd
sağıldığı halda, Çində bu rəqəm 1,6, Rusiyada 2,8, Monqolustanda 0,35
təşkil etmişdir. Bu rəqəmlər göstərir ki, inkişaf etmiş ölkələrdə
heyvandarlıq əsasən intensiv yolla inkişaf etdirilir. Kənd təsərrüfatında
sənaye üsullarından istifadə edilməsi hüdudsuz bir proses deyildir.
Lazım olan kompleks işlər başa çatdıqdan sonra kənd təsərrüfatının
sənayeləşdirilməsində əldə edilən səmərə müəyyən həddən sonra
yüksəlmir. Məsələn, sözün tam mənasında kənd təsərrüfatının
309
sənayeləşməsi ABŞ-da, Kanadada, Böyük Britaniyada hələ İkinci dünya
müharibəsinə qədər başa çatmışdı. Qərbi Avropa ölkələrində və
Yaponiyada bu proses 1950-
ci ildə başa çatdı. Kənd təsərrüfatında
mexanikləşdirmə tədbirlərinin həyata keçirilməsi burada istifadə edilən
traktorların sayını milyonlara qaldırıb. Keçən əsrin 90-cı illərinin
ortalarında dünya kənd təsərrüfatında işlədilən maşın və mexanizmlərin
içərisində ancaq traktorların sayı 26-27 milyon ədəd təşkil edirdi.
Mexanikləşdirmə dünya üzrə, demək olar ki, öz son həddinə çatmışdır.
Buna görə də dünya kənd təsərrüfatında istifadə edilən traktorların
ümumi sayı nisbətən stabilləşmişdir. Lakin ayrı-ayrı ölkələrdə bu heç də
belə deyildir. Ümumi meyl isə belədir: inkişaf etmiş ölkələrdə istifadə
edilən texnikanın sayı ya stabilləşir, ya da nisbətən azalır, geri qalmış və
keçid iqtisadiyyatlı ölkələrdə isə texnikanın sayı nisbətən artır.
Gələcəkdə kənd təsərrüfatını daha da sürətlə inkişaf etdirmək
üçün inkişaf etmiş ölkələr yeni yollar axtarmaqdadırlar. Belə yollardan
biri biotexnologiyaların geniş tətbiqidir. Çox yüksək səviyyədə inkişaf
etmiş ölkələr artıq “biotexnoloji inqilab” pilləsindədirlər.
§4. Kənd təsərrüfatı məhsulları istehsalının coğrafiyası
Heyvandarlıq Yaxın və Orta Şərq ölkələrində daha çox inkişaf
etmişdir. Argentina və Uruqvayda da kənd təsərrüfatının bu sahəsi
qabaqda gedir. Lakin inkişaf etmiş ölkələrlə müqayisədə bu ölkələrdə
heyvandarlığın inkişafı əsasən ekstensiv yolla baş verir. Hər bir sakinə
düşən südün miqdarına görə Yeni Zelandiya, Fransa, Belorusiya,
Almaniya Federativ Respublikası kimi dövlətlər, ətin miqdarına görə isə
Niderland, Avstraliya, A
merika Birləşmiş Ştatları, Argentina,
Almaniya, Fransa qabaqda gedirlər. İsveçrə və Finlandiyada kənd
təsərrüfatı məhsullarının ümumi həcmində heyvnadarlıq 75-80% təşkil
edir. İtaliyada isə bu faiz cəmi 40%-dən bir qədər çoxdur.
Torpaq resursları çox olan ölkələrdən Avstraliyanı, Şimali
Amerikanı və Yeni Zelandiyanı göstərmək olar. Ölkələrin sərəncamında
nə qədər torpaq sahəsi olması haqda məlumatı “Bir nəfər işçiyə düşən
310
torpaq” göstəricisi verir. Bu göstərici Avstraliyada 671, Şimali
Amerikada 155, Yeni Z
elandiyada 69, Qərbi Avropada 12 hektar təşkil
edir. Bütün dünya üzrə bir nəfər kənd təsərrüfatı işçisinə düşən torpağın
miqdarı cəmi 3,7 hektar, inkişaf edən ölkələrdə isə 2,2 hektar təşkil edir.
Kənd təsərrüfatı məhsulları üzrə dünya ticarəti son illərdə nisbətən
azalmağa başlamışdır. Dünya ixracında ərzaq məhsullarının xüsusi
çəkisi 1970-ci ildəki 13%-dən, 1996-cı ildəki 9%-ə qədər, həmin dövrdə
kənd təsərrüfatı xammalının dünya ixracındakı xüsusi çəkisi isə uyğun
olaraq 7%-
dən 2,5%-ə qədər azalmışdır. Bu azalmaların başlıca səbəbi
kənd təsərrüfatı məhsulları istehsalı coğrafiyasının dəyişməsi olmuşdur.
Qərbi və Mərkəzi Avropa, Çin və Hindistanda qidalanmaya yönəldilən
kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Özünütəminetmə
əmsalı bu ölkələrdə yüksəlmiş, idxal azalmışdır. Digər səbəb dünya
ticarətində istehlak üçün hazır olan məhsulların xüsusi çəkisinin
artmasıdır. Getdikcə ölkələr kənd təsərrüfatı məhsullarının xammal
şəklində ixracından, onlardan hazırlanmış hazır məhsulların ixracına
daha ç
ox meyl göstərirlər.
Dənli bitkilərdən buğda istehsalı ABŞ-da, Kanadada, Fransada,
Avstraliyada, Argentinada yüksək səviyyədə, Çində, Yaponiyada,
Braziliyada, Misirdə aşağı səviyyədə inkişaf etmişdir. Düyü istehsalı
Tailandda, ABŞ-da, Vyetnamda, Pakistanda daha çox yayılmışdır. Mal
əti daha çox Avstraliyada, Braziliyada, Niderlandda, Kanadada, ABŞ-da
istehsal edilir. Süd məhsulları istehsalı üzrə isə Niderland, İrlandiya,
Danimarka, Fransa liderliyi əllərində saxlayırlar.
§5. Aqrar-
sənaye kompleksləri
Dü
nya iqtisadiyyatının əsas iki bölməsi vardır: kənd təsərrüfatı və
sənaye (üçüncü bölmə - xidmət isə bu bölmə ilə paralel inkişaf edir).
Bəşəriyyət tarixində birinci olaraq kənd təsərrüfatı meydana gəlmişdir
(məhsuldar qüvvələrin inkişafının təsiri altında). İnsan cəmiyyətinin
311
müəyyən inkişaf səviyyəsində sənaye kənd təsərrüfatından tədricən
ayrılmış və sərbəst fəaliyyət göstərməyə başlamışdır. Birinci bölmə -
kənd təsərrüfatı ilk dövrlər meydana gəldiyi vaxtlar belə onun
tərkibində əvvəllər nəzərə çarpmaz dərəcədə, sonralar isə aydın görünən
dərəcədə sənaye istehsalı olmuşdur. Deməli, iqtisadiyyatın bu mühüm
və həlledici bölmələrinin inkişaf prosesini üç pilləyə bölə bilərik.
Birinci pillədə (çox qədimlərdə) o dövrki məhsuldar qüvvələrin
səviyyəsinə uyğun olaraq kənd təsərrüfatı meydana gəlir, inkişaf edir.
Onun daxilində, fərqli istehsal texnologiyalar, tələb edən emal sənayesi
meydana gəlir, lakin sərbəstləşmir. Deməli, birinci pillədə kənd
təsərrüfatı ilə sənaye birlikdə fəaliyyət göstərirlər. İkinci pillədə kənd
təsərrüfatının tərkibində, onun daxilində meydana gələn sənaye tədricən
inkişaf edir, aqrar bölmədən ayrılır və nisbətən sərbəst fəaliyyət göstər-
məyə başlayır. Üçüncü pillədə yenidən “birləşmə” prosesi labüd baş
verir. Kənd təsərrüfatı hərtərəfli sənayeləşdirilir. Hər iki bölmənin
vəhdətliyi, birləşməsi zəruriliyi meydana çıxır. Üçüncü pillə dünya üzrə
məhsuldar qüvvələrin inkişaf etmiş səviyyəsində baş verdiyi üçün
məsələyə müxtəlif formada yaradıcı münasibət göstərməyə başlayırlar.
Alimlər, tədqiqatçılar, dövlət xadimləri getdikcə dərk etməyə başlayırlar
ki, iqtisadiyyatın bu iki bölməsi sərbəst fəaliyyət göstərərkən yüksək
səmərəlilik əldə etmək məsələsinin həlli bir sıra çətinliklərlə rastlaşır.
Çətinlikləri aradan qaldırmaq üçün kənd təsərrüfatı və sənaye mümkün
olan sahələrdə birgə fəaliyyət göstərməlidirlər. Keçən əsrin 60-70-ci
illərində bu ideya reallaşmağa başladı. İnkişaf etmiş ölkələrdə, ilk dəfə
olaraq isə ABŞ-da bu sahədə əməli iş görülürdü və baş verən prosesin
özü “Aqrarsənaye inteqrasiyası” adlanırdı. Aqrosənaye inteqrasiyası
əslində müxtəlif sahələrə məxsus müəssisələrinin birgə fəaliyyəti demək
idi. Bu cür birgə fəaliyyət göstərən müəssisələr birliyi çoxdan məlum
idi. Lakin belə birliklər adətən iqtisadiyyatın bir bölməsindəki
mü
əssisələri əhatə edirdi. Məsələn, sənayedə yaradılan sənaye istehsal
və elmi-istehsal birlikləri buna misaldır. 1960-70-ci illərdə inkişaf etmiş
ölkələrdə formalaşmağa başlamış birliklərin fərqləndirici cəhəti onların
312
müxtəlif sahələrə aid müəssisələr bazasında meydana gəlməsi idi.
Əslində aqrosənaye inteqrasiyası da cəmiyyətdə fəaliyyət göstərən
sənaye və kənd təsərrüfatı müəssisələri arasında çoxdan yaranmış və
obyektiv xarakter daşıyan əlaqələri və qarşılıqlı əlaqələri özündə əks
etdirən bir proses idi.
Aqrosənaye inteqrasiyası böyük iqtsiadi səmərə verən bir
prosesdir. Kənd təsərrüfatında bir sıra idarə edilməsi çətin olan təbii
amilin, məhsulun həcminin, meyvə, tərəvəzin çəkisinin, növünün
proqnozlaşdırması kimi amillərin mənfi təsiri aqrarsənaye inteqrasiyası
nəticəsində əsasən aradan götürülür. Aqrosənaye inteqrasiya prosesləri
öz növbəsində iqtisadiyyatın iki mühüm bölməsi arasında obyektiv
olaraq meydana çıxan qarşılıqlı əlaqələri daha da gücləndirir və
sənayeni arasıkəsilməz tərzdə kənd təsərrüfatı xammalı ilə təmin edə
bilən iqtisadi və kommersiya mexanizmi yaradır. Bu cür mexanizm
rezonans səmərə əldə etməyə imkan verir.
Dünya kənd təsərrüfatında keçən əsrin 60-70-ci illərində baş verən
dəyişikliklər, onun sənaye ilə qovuşması vaxt keçdikcə təkmilləşdirildi
və nəticədə bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən
aqrar sənaye komplekslərin (ASK) meydana gəlməsi ilə nəticələnmişdir.
ASK hazırda dünya əhalisini ərzaqla təmin etmək sahəsində mühüm və
əvəzolunmaz amilə çevrilmişlər. Ən ümumi halda ASK sənaye, kənd
təsərrüfatı və bir sıra infrastruktur sahələri müəssisələrinin vahid sistemi
deməkdir. Bu sistemin əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığı
yüksəltmək, itkiləri azaltmaq, meyvə-tərəvəzi vaxtında emal etmək,
keyfiyyəti saxlamaq, kənd təsərrüfatı üçün istehsal alət və vasitələri
istehsal etmək, kənd təsərrüfatı məhsullarının nəql edilməsini və
istehlakçılara keyfiyyətli formada çatdırılmasını, hazır məhsulun
vaxtında satılmasını təşkil etməkdir.
ASK o dərəcədə inkişaf etmişdir ki, hazırda dünya sənayesinin bir
sıra sahələri (kənd təsərrüfatı maşınları istehsalı, gübrə istehsalı, hey-
van
darlıq və yem istehsalı üçün texnika istehsalı və s.) bilavasitə kənd
təsərrüfatı tələbatlarının ödənilməsi üçün fəaliyyət göstərirlər. İstehsal
313
prosesinin bütün tərkib hissələrini özündə cəmləşdirən ASK-lər adətən
aşağıdakı üç hissədən ibarət olur.
I bölmə - sənayedir. Burada fəaliyyət göstərən müəssisələrin əsas
məqsədi kənd təsərrüfatı üçün lazımi texnikanı istehsal etmək və sahəyə
istehsal -
texniki xidmət göstərməkdir;
II bölmə - kənd təsərrüfatının özüdür. Burada hamıya yaxşı
məlum olan bütün kənd təsərrüfatı işləri görülür və məhsulları istehsal
olunur. Fərq ondadır ki, nə və nə qədər istehsal olunması məsələsi
sənaye ilə yaranmış inteqral əlaqələri nəzərə alınaraq təyin edilir.
III bölmə - kənd təsərrüfatı xammalını və ərzağı vaxtında emal
edən, nəql edən, saxlayan, reallaşdıran sahələri özündə cəmləşdirir.
Bu üç bölmənin inkişaf meyllərinin öyrənilməsi göstərir ki, ən çox
inkişaf edən üçüncü bölmədir. ASK-in əsas hərəkətverici qüvvəsi ikinci
bölmə olsa da birinci və üçüncü bölmələr inkişaf edib şaxələnmişlər. Bu
cür inkişafın əsasında da yenə kənd təsərrüfatı və orada istehsal edilən
məhsulların taleyi durur. Kənd təsərrüfatında əldə edilən məhsulların
həcmini artırmaq, istehsal olunan meyvə-tərəvəzin korlanması qarşısını
almaq, məhsulların emalının diversifikasiyası və istehlakçılara
çatdırılması məsələlərinin həlli birinci və üçüncü bölmələrin üstün
inkişafına səbəb olmuşdur. Yüksək dərəcədə inkişaf etmiş ölkələrdə bu
sahədə böyük nailiyyətlər əldə edilmiş və nəticədə kənd təsərrüfatında
məhsuldarlıq qat-qat yüksəlmişdir.
Amerika Birləşmiş Ştatlarının ÜDM-da kənd təsərrüfatı bölməsi
payının çox az təşkil etməsi də məhz bununla əlaqədardır. 1990-cı
illərin ortalarında ABŞ-da ASK-nin bölmələri arasında nisbət 3:1:6 kimi
formalaşmışdı. Qeyd edək ki, bu cür nisbətin formalaşması güclü sosial
səmərə də vermişdir. Bunun nəticəsində yeni iş yerləri yaranmışdır.
Dərc olunmuş statistik məlumatlara görə ABŞ-da ASK-nın ikinci
bölməsi ÜDM-un iki faizə qədərin verir və burada işçi qüvvəsinin
2,5%-
cəmləşmişdir. Bütövlükdə ABŞ-ın ASK-i isə ÜDM—un 18%-ni
verir və burada işçi qüvvəsinin 20%-i özünə iş yeri tapmışdır. Bu sosial-
iqtisadi inkişaf nöqteyi-nəzərincə böyük müvəffəqiyyətdir.
314
ASK həm də ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edir və
ilk növbədə kənd təsərrüfatı məhsullarının emal səviyyəsini və əlavə
dəyər əldə edilməsini göstərir. Bu deyilənləri bizim qonşumuz Rusiya
Federasiyasının timsalında aydın gös-tərmək olar. 1997-ci ilin
məlumatlarına görə Rusiyada ASK-nin ÜDM - xüsusi çəkisi 6,7%,
burada çalışan işçilərin sayı isə ölkənin işçi qüvvəsinin 30%-ni təşkil
edirdi. Rusiyanın kənd təsərrüfatında (ASK-in ikinci bölməsində)
ASK-
də çalışan işçilərin yarısından çoxu məşğul idi. Bu cəhət ölkənin
kənd təsərrüfatında sənayeləşmənin geri qalmasını və ən başlıcası isə
yüksək əmtəəli kənd təsərrüfatının hələ də formalaşmadığını göstərir.
Bu həm də kənd təsərrüfatı məhsullarının dərin emal olunmasının mənfi
iqtisadi nəticəsini göstərir.
Zəif inkişaf etmiş ölkələr ASK-nin inkişafı cəhətdən də geri
qalırlar. Bu ölkələrdə kənd təsərrüfatında sənayeləşmə çox zəif gedir.
Əksər inkişafda olan ölkələrdə ASK-in inkişafına transmilli
korporasiyala
r güclü təsir götərirlər. Onlar bir növ inteqrallaşdırıcı rol
oynayırlar. Transmilli korporasiyalar öz ölkələrində əldə olunan,
təcrübədən çıxmış üsul və formaları inkişaf etməkdə olan ölkələrdə də
tətbiq etmək istəyirlər və ümumi şəkildə buna nail də olurlar. Onların
köməyi ilə beynəlxalq aqrosənaye inteqrasiyası inkişaf edir. Müasir
şəraitdə beynəlxalq aqrosənaye inteqrasiyasının əsas məqsədi dünyada
yaranmış ərzaq qıtlığına son qoymaqdır. Dünyanın ərzaq təhlükəsizliyi
isə bütün ölkələrdə ASK-nin sürətli inkişafını tələb edir. Bunu əldə
etmək üçün inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr inkişaf
etmiş ölkələrin əldə etdiyi biliklərə yi-yələnməyi öyrənməlidirlər.
315
XI FƏSİL. İNSAN RESURSLARI VƏ ONLARDAN
İSTİFADƏNİN YAXŞILAŞDIRILMASI YOLLARI
Dostları ilə paylaş: |