§ 2. XARİCİ İQTİSADİ FƏALİYYƏT
2.1. Xarici iqtisadi əlaqələrin (XİƏ) göstəriciləri
354
Azərbaycan Respublikasının dünya ölkələri ilə əlaqələri ilbəil
genişlənir. 2000-ci ildə ümumi şəkildə, o 123 ölkə ilə iqtisadi əlaqələr
yarada bilmiş və ticarət əməliyyatlarının məbləği manatla 2 milyard 923
milyondan çox olmuşdur. Bu müddət ərzində 1752226,7 min ABŞ
dolları dəyərində mal ixrac, 1170868,2 min ABŞ dolları dəyərində mal
idxal olunmuşdur. İl ərzində ixrac-idxal əməliyyatlarının saldosu
müsbət olmuş və 581358,5 (1752226,7-1170868,2) min ABŞ dolları
təşkil etmişdir. 2000-ci ildə 131635 ədəd nəqliyyat vasitələrindən
istifadə edilmiş və ümumi şəkildə 11559,4 min ton yük daşınmışdır.
Bunlar
dan 8434,8 min tonu ixrac əməliyyatlarının 3124,6 min tonu isə
idxal əməliyyatlarının payına düşmüşdür. İxracın həyata keçirilməsi
46753 nəqliyyat vasitəsi, idxalın həyata keçirilməsi isə 84882 nəqliyyat
vasitəsi tələb etmişdir (cədvəl 31).
Elektrik enerjisi ilə respublikada qarşılıqlı mübadilə həyata
keçirilir. 2000-
ci il ərzində elektrik enerjisinin qarşılıqlı köçürülməsi
Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə baş vermişdir. Bu
əlaqələr də müsbət saldo ilə həyata keçirilmişdir. Bunlardan başqa,
2000-
ci il ərzində respublikaya 29255,3 ton humanitar yük daxil
olmuşdur ki, onun da ABŞ dolları ilə məbləği 49138,0 min təşkil
etmişdir.
Xarici iqtisadi əlaqələrin həyata keçirilməsində seçilən nəqliyyat
növü böyük rol oynayır.
Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətdə əsasən
dəmir və avtomobil yolları nəqliyyatından istifadə edilir. 2000-ci ildə
XİF-i həyata keçirmək üçün müxtəlif yükgötürmə qabiliyyətli 64581
ədəd vaqondan və 47703 ədəd avtomobil yolu nəqliyyatından istifadə
edilmişdir. Xam neftin daşınmasında stasionar nəqletmə vasitəsindən –
boru kəmərlərindən istifadə edilmişdir.
Cədvəl 31
2000-
ci ildə Azərbaycan Respublikasının XİF-nin əsas
355
göstəriciləri
Ölçü vahidi
Göstəricini
n məbləği
Ticarət əməliyyatları aparılmış
ölkələrin sayı
ölkə
123
Ticarət əməliyyatlarının həcmi
min ABŞ
dol
2923094,9
O cümlədən:
İxrac
“--“
1752226,7
İdxal
“--“
1170868,2
İxrac-idxal əməliyyatları üzrə saldo
“--“
+581358,5
İl ərzində istifadə edilən nəqliyyat
vasitələrinin sayı
ədəd
131635
O cümlədən:
İxracda
“--“
46753
İdxalda
“--“
84882
İl ərzində daşınan yüklərin həcmi
min ton
11559,4
O cümlədən:
İxracda
“--“
8434,8
İdxalda
“--“
3124,6
Elektrik enerjisinin ötürülməsi üzrə
ticarətin həcmi
min ABŞ
dol
37590,5
O cümlədən:
İxrac üzrə
“--“
22211,8
İdxal üzrə
15378,7
2000-
ci ildə Supsa boru kəməri ilə min ton, Şimal boru kəməri ilə
499,5 min ton xam neft nəql edilmişdir.
Əsasən xam neftin hesabına baş versə də Azərbaycanın xarici
iqtisadi əlaqələri inkişaf edir. 2000-ci ildə 1999-cu ilə nisbətən ixrac
əməliyyatlarının həcmi 848,66 milyon ABŞ dolları miqdarında, idxal
356
əməliyyatlarının həcmi isə 160,26 milyon ABŞ dolları miqdarında
artmışdır. Lakin ümumiyyətlə götürdükdə xarici iqtisadi əlaqələrdə
respublikanın iqtisadi təhlükəsizliyi baxımından çatışmazlıqlar
mövcuddur. Belə çatışmazlıqlardan biri idxalın strukturudur. 32 saylı
cədvəlin materilları bunu bir daha sübut edir.
Cədvəl 32
2000-
ci ildə Azərbaycan Respublikasında idxalın strukturunda əsas
yer tutan məhsulların miqdarı və dəyəri
№
Məhsulun adı
Ölçü
vahidi
Miqda
rı
Dəyəri
(milyon ABŞ
dol)
1.
Ət və ət məhsulları, o
cüml. humanitar
yardım
min
ton
ton
28,1
27,4 t
18,29
0,15
2.
Buğda
O cümlədən hum.
yardım
min
ton
ton
706,8
695,0
87,93
0,055
3.
Un
O cümlədən hum.
yardım
min
ton
ton
22,95
11,56
5,06
2,72
4.
Şəkər
O cümlədən hum.
yardım
min
ton
ton
75,83
1,46
17,51
0,97
5.
Yağ
-
kərə yağı
-
bitki və heyvan mənş.
yağ.
O cümlədən hum.
yardım
“----“
“----“
“----“
“----“
25,99
5,93
20,06
2,11
17,56
6,37
11,20
1,63
357
6.
Çay
min
ton
2,70
6,51
7.
Spirt
min
litr
2175,1
8
1,83
8.
Spirtli içkilər
min
ton
9,23
6,65
9.
Tütün məmulatı
milyon 1132,2
8
2,65
10.
Müxtəlif
minik
avtomo
billəri
ədəd
9,64
41,5
11. Toxum
ton
745,2
1,46
12.
Gübrə
min
ton
40,52
3,85
13.
K/t maşın, ehtiyat his.
1,53
5,43
14.
Neft məhsulları
min
ton
66,44
16,76
15. Elektrik enerjisi
milyon
kvt/s
1595,6
2
34,035
Respublikaya yaşayış üçün ən zəruri məhsulların bir hissəsi
xaricdən gətirilir (bax cədvəl 32). Bu məhsullara ət və ət məhsulları,
buğda, un, şəkər, yağ, çay, spirt kimi respublikada istehsal oluna bilən
əmtəələr çoxluq təşkil edir. Yaxın vaxtlarda bu məhsulların yarıdan çox
azaltmaq mümkündür ki, bunun nəticəsində də yeni iş yerləri yarada
bilərik və iqtisadi təhlükəsizliyimizi artırmış olarıq. İxracda isə emal
sənayesi məhsulları olduqca azdır (bax cədvəl 32 və cədvəl 33-ün
məlumatlarına).
Cədvəl 33
358
2000-
ci ildə Azərbaycan Respublikasında ixracın strukturunda əsas
yer tutan məhsulların miqdarı və dəyəri
№
Məhsulların adı
Ölçü vahidi
Miqdarı
Dəyəri
(milyon
ABŞ dol)
1.
Neft (xam)
milyon ton
5,51
985,45
2.
Neft
emalı məhsulları
---“---
2,11
480,04
3.
Spirtli içkilər
min ton
14,95
6,08
4.
Tütün
---“---
10,05
9,84
5.
Qara metallar
---“---
152,82
6,06
6.
Alüminium
---“---
26,84
16,70
7.
Çay
---“---
1,23
2,63
8.
Pambıq mahlıcı və
tullantıları
---“---
41,70
36,48
9.
Elektrik enerjisinin
qarşılıqlı ötürülməsi
milyon kv/s
1789,34
22,21
2.2. İxracın və idxalın əmtəə strukturu və XİƏ-in saziş növləri
İxrac edilən məhsulların strukturunda xam neftin ixracı xüsusi yer
tutur (bax cədvəl 34). 2000-ci ildə ixracın ümumi həcmində xam neftin
xüsusi çəkisi 56,24%, neft məhsullarının xüsusi çəkisi isə 27,40% təşkil
etmişdir. Deməli, baxılan ildə ixrac əməliyyatlarından alınan vəsaitin
83,64%-
i xam neft və neft məhsullarının satışından əldə edilmişdir.
359
Müqayisə üçün qeyd edək ki, spirtli və spirtsiz içkilərin xüsusi çəkisi
0,45%, pambıq satışı 2,08%, çay isə cəmi 0,15% təşkil etmişdir.
Cədvəl 34
2000-
ci ildə Azərbaycan Respublikasında ixracın əmtəə
strukturu
Əmtəələrin adı
Ümumi ixraca görə %-lə
Xam neft
56,24
Neft məhsulları
27,40
Qara metallar və onlardan hazır-
lanan məmulatlar
0,45
Spirtli və spirtsiz içkilər
0,35
Kimya məhsulları
2,06
Pambıq
2,08
Tütün
0,67
Əlvan metallar
1,37
Çay
0,15
Digər əmtəələr
9,22
İdxalın strukturu cədvəl 35-də verilmişdir. Göründüyü kimi ərzaq
məhsulları ilə xalq istehlakı malları ümumi idxalın 20%, qədərini təşkil
edir. Bundan başqa, respublikamız çoxlu miqdarda maşın və
avadanlıqları idxal edir. Bu tipli məhsulların idxaldakı xüsusi çəkisi
40%-
ə çatır.
Cədvəl 35
2000-
ci ildə Azərbaycan Respublikasında idxalın əmtəə strukturu
Əmtəələrin adı
Ümumi ixraca görə %-lə
Ərzaq məhsulları
17,77
360
Xalq istehlakı malları
1,70
Maşın və elektrik aparatları avadan-
lıqları və onların ehtiyat hissələri
30,96
Nəqliyyat vasitələri və onların
hissələri
8,55
Qara metallar və onlardan hazırlanan
məmulatlar
1,95
Toxum
0,12
Gübrə
0,33
Digər əmtəələr
28,53
Dünya iqtisadi əlaqələrində müxtəlif saziş növləri mövcuddur.
İdxal-ixrac əməliyyatlarının saziş növlərinin öyrənilməsi göstərdi ki,
2000-
ci ildə xarici-iqtisadi əməliyyatlarda hesablaşmalar milli valyuta
ilə (sazişin növü-1), sərbəst dönərli valyuta ilə (21), dövlət krediti üzrə
(23), qapalı dövriyyəli valyuta ilə (41), barter sazişi ilə (51) həyata
keçirilm
işdir (bax cədvəl 36).
Cədvəl № 36
2000-
ci ildə AR-da idxal-ixrac əməliyyatlarının saziş növləri
və onların strukturu
Sazişin
nömrəsi
Saziş növünün adı
Strukturu (%)
ixracda
İdxalda
01
Milli valyuta ilə hesablaşma
0,39
0,02
21
Sərbəst dönərli valyuta
46,56
58,55
23
Dövlət krediti üzrə
0,00
4,68
41
Qapalı dövriyyəli valyuta
0,29
8,81
51
Barter sazişi
0,70
0,92
78
Kompensasiyalı öhdəliklər hesabına
44,34
0,00
Digər saziş növləri
7,72
27,02
361
İxrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına,
sərbəst dönərli valyuta ilə hesablaşmalar əsasında malların
gətirilməsinə, idxal əməliyyatlarında isə sərbəst dönərli valyutaya daha
çox üstünlük verilmişdir. Neft məhsullarının ixracında sərbəst dönərli
valyutaya satış 457,45 milyon dollar (ümumi məhsulun 95,30%), barter
5,9 milyon dollar (1,23%), milli valyuta ilə hesablaşma 3,57 milyon
dollar (0,74%) və di-gərləri 13,05 milyon dollar (2,73%) təşkil etmişdir.
XİƏ-də barter əməliyyatlarında ixrac əməliyyatlarının həcmi
idxaldan 1441,5 min ABŞ dolları qədər çox olmuşdur. MDB ölkələri
üzrə ixracda barter əməliyyatları 3961,8 min ABŞ dolları (ümumi ixraca
nisbətən 0,23%), idxalda isə 9300,0 min ABŞ dolları (ümumi idxala
nisbətən 0,79) təşkil etmişdir. MDB-dən başqa, uzaq xarici ölkələr üzrə
ixracda
barter əməliyyatları 8275,5 min dollar (ümumi ixraca nisbətən
0,45%), idxalda isə 1495,8 min dollar (ümumi idxala nisbətən 0,13%)
təşkil etmişdir.
2.3. XİƏ-in coğrafiyası
Azərbaycan Respublikasının XİƏ-nin coğrafiyası müxtəlifdir.
Respublika özünün də daxil olduğu Müstəqil Dövlətlər Birliyi (MDB)
ölkələri ilə və uzaq xarici ölkələrlə ticarət əməliyyatları həyata keçirir.
2000-
ci ildə Azərbaycandan (MDB-dən kənar ölkələrə) 1,5 milyard
ABŞ dolları dəyərində əmtəə çıxarılmışdır. Eyni zamanda respublikaya
bu cür ölkələrdən 792,15 milyon ABŞ dolları qədər mal gətirilmişdir.
MDB-
dən kənar xarici ölkələrlə ticarət əlaqələrinin saldosu müsbət
716,4 milyon manat təşkil etmişdir. Ticarət əlaqələrində xüsusi çəkisi
nisbətən çox olan uzaq xarici ölkələrdən İtaliyanı (ümumi ticarət
əlaqələrində xüsusi çəkisi: ixracda – 43,52%, idxalda 2,39%), Türkiyə
(5,99 və 10,58), Fransa (11,71 və 1,61), İsveçrə (2,61 və 4,64), ABŞ
(0,46 və 8,97), Almaniya (0,45 və 5,80), İran (0,44 və 5,04), Böyük
Britaniya (1,06 və 5,03), İsrail (7,71 və 0,52) göstərmək olar (bax
cədvəl 37).
362
Cədvəl 37
Azərbaycan Respublikasının ticarət əlaqələrində xüsusi çəkisi
böyük olan ölkələr (2000-ci il)
№
Ölkələr
Ticarət əlaqələrində xüsusi çəkisi
(%)
ixracda %-
lə
idxalda %-
lə
1.
İtaliya
43,52
2,39
2.
Rusiya
5,63
20,04
3.
Türkiyə
5,99
10,58
4.
Fransa
11,71
1,61
5.
İsveçrə
2,61
4,64
6.
ABŞ
0,46
8,97
7.
Almaniya
0,45
5,80
8.
İran
0,44
5,04
9.
Böyük
Britaniya
1,06
5,03
10.
Qazaxıstan
0,37
4,91
11.
Gürcüstan
4,53
1,29
12.
İsrail
7,71
0,52
MDB ölkələri ilə xarici ticarət əlaqələrinin həcmi 622,46 milyon
ABŞ dolları məbləğində olmuşdur. Respublikanın rezident və qeyri-
rezidentləri MDB ölkələrinə 243,75 milyon dollar məbləğində məhsul
göndərmişlər. Bu ölkələrdən respublikamıza gətirilən əmtəələrin ümumi
dəyəri isə 378,71 milyon ABŞ dolları məbləğində olmuşdur. Göründüyü
kimi MDB ölkələri ilə ticarət əlaqələrinin saldosu mənfi 134,96 milyon
(378,71-
243,75) təşkil etmişdir.
363
Ticarət əlaqələrində xüsusi çəkisi nisbətən çox olan MDB
ölkələrinə Rusiya (ümumi ticarət əlaqələrində xüsusi çəkisi: ixracda
5,63% və idxalda 20,04%), Qazaxıstanı (0,37 və 4,91), Gürcüstanı (4,53
və 1,29) misal göstərmək olar.
Azərbaycan Respublikasının ərazisindən tranzit formada yük
daşınması üçün də istifadə edilir. Respublikamızın ərazisindən bu
məqsəd üçün istifadə edən əsas ölkələrə Rusiya Federasiyası, İran,
Türkiyə, Gürcüstan və s. kimi ölkələri daxildir. 2000-ci ildə tranzit
rejimində Azərbaycan Respublikası ərazisindən 4961,2 min tona qədər
müxtəlif xarakterli yük çıxarılmışdır. Tranzit yüklərin əsas hissəsi
Gürcüstana göndərilmişdir (4426,6 min ton). Bundan başqa, tranzit
rejimində Özbəkistana (100,3 min ton), Rusiya Federasiyasına (94,7
min ton), Türkiyə Respublikasına (63,0 min ton), İran İslam
Respublikasına (34,3 min ton) və digər ölkələrə yüklər göndərilmişdir.
Dövlət Gömrük Komitəsinin (DGK) statistika və təhsil idarəsinin
məlumatlarına görə tranzit yüklərin göndərilmə coğrafiyası cədvəl 38-
də verilmişdir. Göründüyü kimi yüklərin 80%-dən çoxu Gürcüstanın
payına düşür.
Cədvəl 38
Tranzit rejimində AR ərazisindən çıxarılan yüklərin
coğrafiyası (2000-ci il)
№
Ölkələr
Tranzit rejimində göndərilən
yükün həcmi
min tonla
ümumi həcmə görə
%-
lə
1
Gürcüstan
4426,6
80,9
2
Özbəkistan
100,3
2,02
3
Türkmənistan
138,8
2,15
364
4
Rusiya Federasiyası
94,7
2,0
5
Türkiyə Respublikası
63,0
1,27
6
İsveçrə
66,7
1,28
7
İran
İslam
Respublikası
34,3
0,76
Respublikada strateji neft məhsullarının xarici ölkələrə satılması
iki struktur –
Dövlət Neft Şirkəti və “Azneftyağ” İstehsalat birliyi
məşğul olmuşlar. İxrac edilmiş neft məhsullarının təxminən 1,02 milyon
tonu (48,19%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsinin, 1,06 milyon tonu isə (50,24%) “Azneftyağ”-ın payına
düşmüşdür. Ümumiyyətlə götürdükdə 2000-ci ildə xarici iqtisadi
əlaqələrdə 7466 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan
2789-
u dövlət və özəl müəssisə, 4677-i isə fiziki şəxslər olmuşdur.
2. 4. Dünya təsərrüfat sisteminə inteqrasiya
və onun gücləndirilməsi
“Игтисади сийасят стратеэийасынын
башлыъа
истигамятляри
сабитляшдирмя,
ислащатлашдырма,
игтисади артымын тямин едилмяси,
дцнйа тясяррцфат
системиня игтисади интеграсийасынын
эцълянмяси,
халгын рифащынын йцксялдилмяси вя с.
ибарятдир.”
Щ.Я.ЯЛИЙЕВ
365
Azərbaycan Respublikası dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiya ola bilər. Bunun üçün respublikanın əlverişli coğrafi
mövqeyi, inkişaf etmiş beynəlxalq əhəmiyyətli olan hava, su,
dəmiryolu, avtomobil nəqliyyatı, neft və qaz kəmərləri vardır. Bundan
başqa, Azərbaycan ənənəvi olaraq mineral-xammal ehtiyatları,
məhsuldar torpaq sahələri, əlverişli təbii-iqlim şəraiti, kifayət qədər
münasib işçi qüvvəsinə malikdir. İnfrastrukturanın vəziyyəti də pis
deyil. Azərbaycan xarici investorları cəlb edən regiondur. Son illərdə
yaranmış siyasi sabitlik isə xarici iqtisadi əlaqələrin genişlənməsi üçün
daha yaxşı şərait yaratmışdır.
Azərbaycan Respublikasının dünya təsərrüfatı sisteminə səmərəli
inteqrasiyası üçün ilk növbədə həm sənayedə və həm də kənd
təsərrüfatında ciddi struktur dəyişiklikləri həyata keçirmək lazımdır. Bu
əslində günün ən aktual problemlərindəndir. Görüləcək işlər iki
mərhələdə aparıla bilər. Birinci mərhələ 2005-ci ilə qədər dövrü, ikincisi
isə 2005-ci ildən sonrakı dövrü əhatə etməlidir. Məsələyə bu cür
yanaşmağın əsasını AMOK-un respublikada fəaliyyəti və bu fəaliyyətin
iqtisadiyyata təsir etməsi nöqteyi-nəzərincə təyin olunmuş pillələri
təşkil edir. Məlum olduğu kimi AMOK-un (indiki «BP exploration
LTD») fəaliyyətinin genişləndirilməsi proqramı, iqtisadiyyata üçpilləli
təsiri nəzərdə tutur. Birinci təsiretmə pilləsi 1994-cü ildən 2000-ci ilə
qədər dövrü əhatə edirdi ki, bu pillə artıq arxada qalıb. Bu pillədə əsas
investisiya xərclərinə fikir verilib və Azəri-Çıraq-Günəşli yataqlarında
neft əməliyyatları üzrə işlərə operativ rəhbərlik etmək üçün Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb. Göstərilən neft yataqlarında
əməliyyatların həyata keçirilməsinə ümumi şəkildə 1 milyard 300
milyon ABŞ dolları xərclənmişdir. Bu xərc əsasən quyuların
qazılmasına, neft terminallarının tikintisinə və s. sərf edilmişdir. Birinci
pillədə çıxarılacaq neftin daşınması üçün bir sıra işlər görülmüşdür.
Çıraq yatağından ilkin neft şimal kəməri ilə Novorossiyski terminalına
və oradan da dünya neft bazarına çatdırılmışdır. Bakı-Supsa neft kəməri
tikilib istismara verilmişdir. Bu kəmərlərlə ildə 20 milyon ton neft ixrac
366
etmək mümkündür. Beləliklə, birinci pillədə görülən işlərin həcmi və
miqyası imkan verir ki, ikinci pillədə nəzərdə tutulan işlər də
müvəfəqiyyətlə həyata keçirilsin. İlkin neftin daşınması ilə yanaşı bu
pillədə xarici investorların qoyduqları kapitalın ödənilməsi prosesi də
başlamışdır.
İkinci pillə 2000-ci ildən başlamışdır. Bu pillədə neft ixracının
yüksək sürətlə artması və ölkəyə çoxlu miqdarda mənfəət gəlməsi baş
verir. Əldə edilən təmiz mənfəətin 70%-dən çoxu, vergilərin və
investisiya borclarının ödənilməsinə sərf edilməsi və yalnız 30%-ə
qədərinin Azərbaycana verilməsi nəzərdə tutulmuşdur. Əlbəttə, neftdən
əldə edilən mənfəətin bu nisbətdə bölünməsi Azərbaycanın
iqtisa
diyyatını tezliklə yüksəltməyə imkan yarada bilməzdi və keçən
dövr bunu bir daha sübut etdi. Bu hal 2005-
ci ilə qədər davam edəcək.
Lakin nəzərə almaq lazımdır ki, 2000-ci ildən başlayaraq Azərbaycanın
öhdəsində qalan mənfəətin məbləği 2005-ci ilə yaxınlaşdıqca ilbə-il
artacaq və respublikanın iqtisadiyyatını inkişaf etdirmək üçün yeni
imkanlar yaranacaq.
Üçüncü pillə 2005-ci ildən başlanacaq. AMOKO fəaliyyətinin
genişləndirilməsi proqramına görə bu pillədə neft satışından əldə edilən
təmiz mənfəətin 5/6-i Azərbaycanın sərəncamında qalacaq. Bu o
deməkdir ki, 2005-ci ildən başlayaraq Respublikanın neft dollarının
həcmi bir neçə dəfə artacaqdır.
İnkişafın üçpilləli olması göstərir ki, Azərbaycan Respublikasının
iqtisadiyyatını kompleks inkişaf etdirmək istiqamətində əməli texniki,
təşkilati iqtisadi tədbirlər hazırlamaq üçün 2-3 il vaxt vardır. Görünür
2005-
ci ildən sonrakı dövrdə əldə ediləcək nəticələrin xarakteri məhz bu
dövrdə görüləcək işlərdən asılı olacaqdır. İlk növbədə çalışmaq lazımdır
ki, dünya baz
arında qeyri-neft ixracının rəqabətə dözüm- lülük
qabiliyyəti artırılsın. Burada sənayenin qeyri-neft sahələrinin və kənd
təsərrüfatının məqsədyönlü inkişaf etdirilməsindən və daxili və xarici
bazarlarda rəqabətə tab gətirə bilən məhsullar istehsal edilməsindən
söhbət gedir. Bunun baş verməsi üçün istər 2005-ci ilə qədər olan dövr
367
və istərsə də ondan sonra neft dolları ilə bağlı resurslar səfərbər
etdiləcək, respublika iqtisadiyyatının inkişafı üçün münasib maliyyə
şəraiti yaradılacaq və sonda bütün bunların hamısı üçüncü pilləyə yaxşı
hazırlaşmaq üçün istifadə ediləcəkdir.
Onu da qeyd etmək lazımdır ki, bütün bu qeyd etdiklərimiz neftin
çıxarılması və daşınması ilə əlaqədar olan siyasi məsələlərin normal həll
edilməsi halında baş verə biləcək. Bununla yanaşı nəzərə almaq
lazımdır ki, Xəzər dənizinin resurslarından istifadənin hüquqi əsasına
aid olan beynəlxalq məsələ hələlik öz həllini tapmamışdır. Neftin
daşınması problemlərinin də həmişə ortaya çıxa biləcəyini nəzərə almaq
lazımdır. Əlbəttə, bu cür siyasi məsələlərin həlli ilk növbədə dünya
təsərrüfat
sistemində
gedən
proseslərdən
və
Azərbaycan
Respublikasının həyata keçirəcəyi daxili və xarici siyasətin
səmərəliliyindən asılı olacaqdır. Bundan başqa, bir məsələ də özünə
ciddi diqqət tələb edir. Bu neftdən alınan gəlirin xərclənməsi ilə
əlaqədardır. Fikrimizcə, neftdən gələn gəlirin ilbəil artan məbləğinin
xərclənməsi kriteriyası “maksimum iş yerləri yaratmaq” olmalıdır. İş
yerləri sənayenin bütün sahələrində və respublikanın bütün kənd, rayon,
qəsəbə və şəhərlərində yaradılmalıdır.
Keçmiş SSRİ dövründə Azərbaycanın iqtisadiyyatı xarici ölkələrlə
nisbətən güclü bağlı idi. Xüsusən neftçıxarma avadanlıqlarının istehsalı
və satışı üzrə, onlarla xarici ölkələrə mancanaq dəzgahlar, qazma
qurğuları, neftçıxarma avadanlıqları, quyu qazma qurğuları üçün
müxtəlif ehtiyat hissələri göndərilirdi. Bu məhsulların istehsalı ilə
Azərbaycanda iri bir sənaye sahəsi – neft maşınqayırması məşğul idi.
Ümumittifaq əmək bölgüsünə uyğun yaradılmış neft avadanlıqları
istehsal edən bu sahənin zavodları SSRİ dağıldıqdan sonra iflic
vəziyyətinə düşdülər. Xarici ölkələrin maliyyəsi əsasında bağlanılmış
məlum neft kontraktları Azərbaycanda neft və qaz hasilatını artırmağı
nəzərdə tutduğu üçün belə bir fikir meydana gəlmişdi ki, neft
kont
raktları neft maşınqayırmasındakı tənəzzülü aradan qaldıracaq.
Lakin çox təəssüflər olsun ki, müxtəlif subyektiv və obyektiv səbəblər
368
üzündən bu baş vermədi. Neftçıxarma sənayesinin neft maşınqayırma
məhsullarına olan tələbatı da ixracın hesabına dolduruldu. Nəticədə öz
daxili tələbatlarını və keçmiş ittifaq tələbatlarını ödədikdən son-ra belə,
dünya bazarına neftçıxarma avadanlıqları və onlar üçün ehtiyat hissələri
çıxaran Azərbaycan özü bu məhsulları xarici ölkələrdən almaq
məcburiyyətində qaldı. Respublikanın dünya təsərrüfat sisteminə
qoşulmasına mənfi təsir göstərən bu cür hallar aradan qaldırılır.
Qoyulan məsələnin aktuallığı ona görə qalmaqdadır ki, neft
kontraktlarının ömrü uzundur və hələ çoxlu miqdarda və müxtəlif növdə
neftçıxarma avadanlıqlarına yüksək tələbat həm daxili və həm də xarici
bazarlarda qalmaqdadır.
Son illərdə Respublika hökumətinin də bu sahədə müs- bət
addımlarını nəzərə alsaq 2005-ci ilə qədər və ondan son- rakı dövrdə
neft maşınqayırmasının inkişafı üçün yaxşı imkan-lar yarandığı
haqqında fikir söyləməyə əsas yaranır. Bunun nə-ticəsində Azərbaycan
iqtisadiyyatının dünya təsərrüfat siste-minə məqsədyönlü inteqrasiya
olunması prosesi güclənəcək-dir.
Keçmiş SSRİ məkanında Azərbaycan iqtisadiyyatının dünya
təsərrüfat sisteminə inteqrasiyası xalq təsərrüfatının digər sahələri
vasitəsi ilə də nisbətən möhkəm idi və onları yada salmağın və xarici
iqtisadi əlaqələri yenidən inkişaf etdirməyin çox mühüm əhəmiyyəti
vardır. Söhbət konkret olaraq sənayenin ağır sahələrinin və xüsusən də
metall
urgiya və kimya sənayelərinin inkişafından gedir. Azərbaycan
Respublikasının metallurgiya sənayesini inkişaf etdirmək üçün böyük
potensial imkanları həmişə olub və indi də var. Bu imkanlar mütəxəssis
və iqtisadçılara keçən əsrin 30-cu illərindən məlum idi. Azərbaycanın
məşhur mühəndisi Ç.İldırım (Azərbaycan Texniki Universitet indi onun
adını daşıyır) məhz o illərdə respublikada əsasən yerli xammalla
(Daşkəsən filizi) işləyə bilən çox güclü metallurgiya kompleksi
yaradılmasının texniki-iqtisadi əsaslandırılmasını vermişdi. Bu imkan
indi də qalmaq-dadır. 2001-ci ildə Bakıda Yaponiya iş adamları ilə
birlikdə istifadəyə verilən və çox keyfiyyətli armatur istehsal edən
369
“Bakı polad kompaniyası” deyilənləri bir daha təsdiq edir. Bu həm də
Ümumdünya Bankı əməkdaşlarının guya ağır sənaye məhsullarının
rəqabətə tab gətirə bilməyəcəkləri ehtimallarının düzgün olmadığını
sübut edir.
Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə
inteqrasiyasını sənaye və kənd təsərrüfatının səmərəli olan bütün
sahələrini inkişaf etdirməklə təşkil etmək olar. Bunun üçün ilk növbədə
aqrar-
sənaye komplekslərinin optimal tərkibini yaratmaq, kənd
təsərrüfatı xammalı əsasında müxtəlif çoxişlənən məhsullar istehsal
etmək lazımdır.
İqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatının özündə də
həm istehsalı və həm də gəlirləri artırmaq imkanı vardır. Məsələ
burasındadır ki, ümumilikdə kənd təsərrüfat istehsalı hələ də 1990-cı
illərin səviyyəsinə çatmamışdır. Hər hektardan məhsul istehsalı xeyli
aşağı düşmüş, bir çox məhsulların fiziki həcmi isə dəfələrlə azalmışdır.
Pambıq və üzüm istehsalı bunlara əyani misaldır. Hamıya məlumdur ki,
Azərbaycanda bir milyon tona yaxın pambıq istehsal edilən il də olub,
2,0 milyon tondan da çox üzüm yığılan il də. 1990-cı ilə nisbətən indi
kənd təsərrüfatında həm məhsuldarlıq və həm də istehsalın həcmi bir
neçə dəfə azalmışdır. Çox da mürəkkəb olmayan hesablamalar göstərir
ki, Azərbaycanda iqtisadiyyatın kənd təsərrüfatı bölməsində istehsalın
yüksəldilməsi üçün böyük imkanlar mövcuddur. Bu imkanları
rea
llaşdırmaq üçün dövlət yaradıcı iş aparmalıdır ki, kənd təsərrüfatında
müvafiq iri, orta və kiçik təsərrüfatlar məhsuldar, gəlirli və mənfəətlə
işləyə bilsinlər. İdarəetmə, stimullaşdırma və ən başlıcası isə marketinq
fəaliyyəti gücləndirilməli, istehsal diversifikasiyalaşdırılmalıdır.
Kənd təsərrüfatında yaranmış daxili imkanları dövriyyəyə cəlb
etmək üçün paralel olaraq maliyyə sahəsinə diqqət artırılmalıdır. Təhlil
göstərdi ki, dövlət müstəqilliyi əldə etdikdən sonra istər sənaye və
istərsə də kənd təsərrüfatı müəssisələrinin inkişafında maliyyə
rıçaqlarından istifadə edilməsi istənilən nəticələrin əldə olunmasına tam
səbəb olmur. Məsələn, bank kreditləri adətən qısa müddətlər üçün borc
370
şəklində, yüksək faiz ödənişi şəklində verilir. Bankların özlərinin
vəziyyəti də ürəkaçan deyil. Müştərilər öz öhdəliklərini vaxtında, tələb
olunan həcmdə ödəyə bilmədikləri üçün bir çox bankların maliyyə
vəziyyətləri gərgindir.
Maliyyə sistemi istər sənayedə və istərsə də kənd təsərrüfatında
istehsala iki t
ərəfdən mənfi təsir göstərir. Birincisi, kiçik və orta
sahibkarlığa əməli maliyyə dəstəyi verən bank sisteminin
yaradılmaması, ikincisi, sahibkarlıq həvəsinə düşüb kredit əldə edən və
əldə olunan vəsaitin təyinatına uyğun xərcləməyən subyektlərin
meydana
gəlməsi. Subyektiv amillər üzrə yaradılmış kiçik və orta
maliyyə strukturların əsaslandırılmamış yüksək faizlərlə borc verməsi
müştərilərin isə əldə etdikləri vəsaiti bəzən hara gəldi, yəni təyinatdan
kənar xərcləməyi üstün tutmaları iqtisadiyyata mənfi təsir göstərir. Pul
verilir, pul «xərclənir» nəticədə isə istehsal yerində sayır, bank isə
müflisləşir. İstehsalı dirçəltmək, bank işini sağlamlaşdırmaq üçün hər
iki tərəfin maraqlarını uyğunlaşdırmaq lazımdır. Elə bir təsərrüfat
mexanizmi yaratmaq lazımdır ki, bankların fəaliyyəti istehsalçıların
fəaliyyətləri ilə və əksinə blokirovkalansın. Bank fəaliyyəti üzərində və
istehsal fəaliyyəti üzərində dövlət nəzarəti gücləndirilməlidir. Üç
istiqamətdə iş aparılmalıdır:
1) kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək kapital
vəsaiti yaratmaq;
2) marketinq fəaliyyətini gücləndirmək;
3) qiymət stimulu formalaşdırmaq.
Dövlət öz işini göstərilən bu üç istiqamətdə qurmağı bacarır,
nəticədə istehsalda əmək məhsuldarlığı yüksələr və eyni zamanda əməli
özəlləşdirmə üçün şərait yaranar. Ən başlıcası isə maraqların
uyğunlaşdırılması baş verir. İstehsal iqtisadi yüksəlişin əsas mənbəyi
olduğuna görə, dövlət və onun münasib strukturları öz fəaliyyətlərini
onun üzərində çalışırlar. Eyni zamanda istehsalı sevən, onun inkişafını
təmin edən kollektivlər, sahibkarlar dövlət qayğı və köməyindən istifadə
etmək sahəsində üstünlüklərə malik olmalıdırlar.
371
Beynəlxalq iqtisadi əlaqələrin nəticəsi sonda öz əksini ticarətin
genişlənməsində tapır. Lakin bunun üçün ilkin şərt xarici ölkələrlə
müvafiq saziş və müqavilələrin bağlanmasıdır. Bunu nəzərə alaraq
müstəqillik qazandıqdan sonra respublikamız onlarla xarici ölkə ilə
ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş və müqavilələr bağlamışdır.
Qədim “İpək yolu» haqqında razılaşmalar da Çin, Özbəkistan,
Türkmənistan, Gürcüstan, Rumıniya, Almaniya ilə bağlanmış
dövlətlərarası sazişlərin bağlanması nəticəsində mümkün olmuşdur.
“İpək yolu”nun çox böyük beynəlxalq əhəmiyyəti var və o Azərbaycanı
keçmişdə olduğu kimi beynəlxalq Avropa-Qafqaz-Asiya transmilli
nəqliyyat dəhlizinin mərkəzinə çevirəcəkdir.
Xarici kompaniyaların köməyi ilə həyata keçirilən Traseka proq-
ramı başa çatdıqdan sonra “İpək yolu” üzrə işlərin reallaşması
sürətlənəcək. Bununla yanaşı, BMT-nin Baş Assambleyasının Ticarət
və İnkişaf Konfransı (İMSTD) ilə əlaqələr inkişaf etdirilir və bu
təşkilatın geniş imkanlarından tranzit daşımalar sahəsində mövcud olan
problemlərin həllində səmərəli istifadə olunması qarşıya qoyulmuşdur.
Azərbaycan Respublikası Beynəlxalq İctimai Təşkilatlarla əla-
qələrini möhkəmləndirir. Hazırda ölkəmizin Beynəlxalq Valyuta Fondu
(BVF), Ümumdünya Ticarət Təşkilatı (UTT), Dünya Bakı (DB),
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), İslam İnkişaf Bankı
(İİB) kimi görkəmli təşkilatlarla sıx əlaqələri yaranıb və inkişaf
etməkdədir. Bundan başqa, respublikamız bir sıra beynəlxalq saziş və
müqavilələrə qoşulub, MDB, İqtisadi Əməkdaşlıq Birliyi, Qaradəniz
sahili ölkələr birliyi kimi iqtisadi birliklərə daxil olmuşdur.
Azərbaycanın da daxil olduğu Xəzərsahili dövlətlərin birliyi,
Ümumqafqaz evi, GUAM kimi yeni iqtisadi bir
liklər də yaradılmışdır.
Ölkə iqtisadiyyatında baş verən liberallaşdırma prosesləri ilə yanaşı
göstərdiyimiz beynəlxalq sazişlər, birliklər, təşkilatlar Azərbaycana
xarici investisiya qoyulu
şuna maraqları artırır. Hələlik böyük həcmli,
xarici investi
siya əsasən neftçıxarma sənayesinin inkişafına yönəldilir.
372
Neftçıxarma sənayesinə və onunla bağlı digər sahələrə 30 milyard
ABŞ dolları həcmində investisiya qoyulması haqqında dünyanın Böyük
Britaniya, ABŞ, Fransa, İtaliya, İran, Yaponiya, Norveç, Türkiyə,
Səudiyyə Ərəbistanı, Rusiya və s. kimi aparıcı dövlətlərinin neft
şirkətləri ilə kontranktlar bağlanmış və bu iş indi də davam etməkdədir.
Məsələ burasındadır ki, Xəzər dənizinin Azərbaycan bölməsi,
mütəxəssislərin fikrinə görə dünyanın ən perspektivli neft və qazla
zəngin olan hövzələrindən biri sayılır və göstərilir ki, burada neft, qaz
və kondensatın ümumi ehtiyatı 8 milyard ton şərti yanacaqdan da
çoxdur.
1994-1997-
ci illərdə 9 iri beynəlxalq neft kontraktları bağlan-
mışdır. Onlardan ən irisi “Əsrin kontraktı” adlanır. Bu kontrakt Azəri-
Çıraq yataqlarının və Günəşli yatağının dərin su qatlarında yerləşən
hissəsinin işlənməsi üçün yeddi xarici ölkələrin neft kompaniyalarını
cəlb etməklə 1994-cü il sentyabrın 20-də bağlanmışdır. Ümumi şəkildə
bu kontraktda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)
ilə yanaşı 11 xarici neft kompaniyası iştirak edir. “Məhsulun pay
bölgüsü” tipli bu
kontrakta görə 30 il müddətinə yataqlardan 500-600
milyon ton neft və 200 milyard kubmetrdən də çox qaz çıxarılacağı
proqnozlaşdırılır (keçən 7-8 il ərzində əldə edilən nəticələr göstərir ki,
proqnoz rəqəmlər əldə ediləcək). “Əsrin kontraktı” 7,5 milyard ABŞ
dolla
rı məbləğində vəsait tələb edir. Qoyulan şərtlərə görə investisiya
xərcləri ilk 8-10 il ərzində ödənilməlidir. Kontraktdan əldə edilən gəlirin
məbləğinin 80 milyard olacağı gözlənilir ki, onun da 50%-i res-
publikanın sərəncamında qalmalıdır. Biz 1994-1997-ci illərdə
bağlanmış 9 iri kontraktın biri haqqında geniş məlumat veririk. Hazırda
isə bağlanmış beynəlxalq neft kontraktların sayı 20-ni ötmüşdür.
Qeyd etdiyimiz kimi müqavilələr “pay bölgüsü” prinsipinə əsasən
bağlanır və hər bir kompaniyanın payı ayrıca olaraq qabaqcadan təyin
edilir. Əyanilik üçün cədvəl 39-da 1994-1997-ci illərdə bağlanmış bir
neçə neft müqaviləsinin adı, iştirak edən ölkələrin siyahısı və “məhsulun
pay bölgüsü”ündə faizlə payı göstərilmişdir.
373
Cədvəl 39
Azərbaycan Respublikasının 1994-1997-ci illərdə bağlandığı bir
neçə neft müqavilələrində xarici kompaniyalar
və onların payı (%-lə)
Müqavilənin adı və bağ-
lanma tarixi
Ölkələr
Kompaniy
alar
Payları
(%-
lə)
Azəri, Çıraq, Günəşli
(20.09.94)
(“Əsrin
müqavi
ləsi”)
Norveç
Səudiyyə
Ərəbistanı
ABŞ
ABŞ
ABŞ
ABŞ
Böyük
Britaniya
Böyük
Britaniya
Türkiyə
Rusiya
Yaponiya
Statol
Delta
AMOCO
Unocal
Exxon
Pennzoil
BP
Remco
TPAO
Lukoil
Itochu
8,56
1,68
17,01
10,05
8,0
4,81
17,13
2,08
6,75
10,00
3,92
Qarabağ (11.10.96)
İtaliya
Rusiya və
İtaliya
ABŞ
Rusiya
Agip
Luk Agip
Pennzoil
Lukoil
5,0
45,0
30,0
12,5
Lənkəran-Dəniz
Talış-Dəniz
(01.13.97)
Fransa
Fransa
İran
Almaniya
Elf
Acquitain
e
Total
20,0
10,0
10,0
10,0
374
Belçika
OIEC
Deminex
Petrofina
5,0
Yalama, Samur,
D-222
(07.04.97)
ABŞ
Rusiya
ARCO
Lukoil
27,6
32,4
Oğuz (08.01.97)
ABŞ
Mobil
50,0
Naxçıvan, D3
(08.01.97)
ABŞ
Exxon
50,0
Abşeron (08.01.97)
Fransa
ABŞ
Total
Şevron
20,0
30,0
2.5.
İqtisadiyyatın açıqlılıq səviyyəsi
“Азярбайъан дювлятинин стратежи
йолу йалныз демократийа, сярбяст
игтисадиййат вя сащибкарлыг йолудур”
Щ.Я.ЯЛИЙЕВ
Hər bir ölkənin iqtisadiyyatı açıq olmalıdır. İndi bu fikir hər yerdə
səslənir və doğrudanda belədir. İqtisadiyyatı optimal inkişaf etdirmək
üçün xarici əlaqələri genişləndirmək, dünya təsərrüfat sisteminə
bağlanmaq lazımdır. Lakin bu məsələnin həllində hər bir ölkə öz
maraqlarını nəzərə almalıdır. İlk növbədə, daxili bazarı genişləndirmək
və onu vətən məhsulları ilə doldurmaq lazımdır. Bunun üçün isə
istehsalın strukturu daxili tələbatın strukturuna maksimum uyğun
375
gəlməlidir. Planlaşdırma və idarəetmədə bu məsələlərin nəzərə alınması
üçün istifadə edilən göstərici “Xarici ticarət dövriyyəsinin ÜDM-da
xüsusi çəkisi” göstəricisidir. Bu göstərici müəyyən dövr üçün (adətən
bir i
l) əldə edilmiş xarici ticarət dövriyyəsini (ixrac və idxalın cəmini)
həmin dövrdə istehsal edilən ÜDM-a bölməklə təyin edilir. Onun
normativ qiymətini inkişaf etmiş ölkələrin əldə etdikləri nəticələri
nəzərə almaqla tapmaq olar. Məsələn, dünyanın ABŞ və Yaponiya kimi
iqtisadi cəhətdən qüvvətli dövlətlərində bu göstərici 15-16 faiz təşkil
edir. Cədvəldə 40-da 1990-2000-ci illərdə Azərbaycan Respublika-
sında xarici ticarət dövriyyəsi ilə Ümumi Daxili Məhsulun həcmi
arasında nisbət göstərilmişdir.
Cədvəl 40
1990-2000-
ci illərdə Azərbaycanda xarici ticarət dövriyyəsinin
ÜDM-
da xüsusi çəkisi
Ölçü
vahidi
1996
1997
1998 1999
2000
UDM
mln
ABŞ dol
3180,8
3960,9
4446
,6
4583
,6
5267,8
Xarici
ticarət
dövriyyəsi
--“--
1981,3
2183,4
2601
,6
2458
,6
3397,3
XTD-nin
UDM-da
376
xüsusi
çəkisi
%
62,0
51,1
59,2
53,6
64,7
Göründüyü kimi Azərbaycan Respublikasının Dünya bazarından
asılılığı çox yüksəkdir və 2000-ci ildə bu asılılıq 64,7% təşkil etmişdir.
Bu göstəricidən başqa dünya iqtisadiyyatında hər bir ölkə
iqtisadiyyatının açıqlılıq səviyyəsinə də qiymət verilir. İqtisadiyyatın
açıqlılığını xarakterizə edən göstəricilərə “UDM-da ixracın kvotası”
(İxracın UDM-a nisbəti, faizlə); “Ayrı-ayrı məhsul və xidmət növləri
istehsalında ixracın kvotası” (məsələn: neftin ümumi hasilatında ixrac
olunan neftin xüsusi əçkisi); “İstehlakda idxalın xüsusi çəkisi”
(məsələn: ölkədə il ərzində istehlak olunan buğdanın ümumi həcmində
idxal olunan buğdanın xüsusi çəkisi) göstəriciləri kimi göstəricilər də
aid edilir.
Azərbaycan Respublikasının ixrac kvotası cədvəl 41-də
verilmişdir. Göründüyü kimi ölkəmizdə ixrac kvotası çox yüksəkdir.
Lakin 1996-
cı ilə nisbətən 2000-ci ildə kvota 12,6 faiz punktu aşağı
düşmüş və 2000-ci ildə 29,5% təşkil etmişdir. Müqayisə üçün göstərə
bilərik ki, Rusiyada bu göstərici 10-15% təşkil edir.
Cədvəl 41
1996-2000-
ci illərdə Azərbaycan Respublikasında ixrac
kvotasının dəyişməsi
Ölçü
vahidi
1996
1997
1998
1999
2000
UDM
mln
ABŞ dol
3180,8
3960,9
4446,6
4583,6
5267,8
377
İxracın
məbləği
--“--
1337,6
1375,2
1723,9
1433,4
1539,0
İxracın
kvotası
%
42,1
34,7
38,8
33,7
29,5
Dostları ilə paylaş: |