§ 4. AZƏRBAYCAN RESPUBLİKASININ KƏND
TƏSƏRRÜFATI
414
Bir ölkə daxilində baş verən bütün sosial-iqtisadi, siyasi, sosial-
psixoloji proseslərin əsasını istehsal təşkil edir. İstehsalın zirvəsində isə
ərzaq məsələlərinin həlli durur. Əslində ölkənin təsərrüfat sistemi
fəaliyyətinin mühüm, ayrılmaz hissəsini ərzaq, onun istehsalı,
bölünməsi, mübadiləsi və istehlakı təşkil edir. Ərzaq problemi ölkə
təsərrüfatı fəaliyyətinin həm subyekti və həm də obyekti olan
insanların, işçi qüvvəsinin həyat fəaliyyəti ilə bilavasitə bağlı olan
problemdir. Dövlət səviyyəsində problemin bu şəkildə qoyulması və
həll edilməsi çox vacib məsələdir. Məsələyə bu səpgidən yanaşdıqda,
dövləti idarə edənlər istər-istəməz ərzaq əldə etmək haqqında
fikirləşməli olurlar və mənbələr axtarırlar. Təcrübə göstərir ki, ərzağın
əldə edilməsinin əsas mənbəyi kənd təsərrüfatıdır. Ola bilər hər hansı
bir dövlət ərzağı digər dövlətlərdən idxal etsin. Lakin burada söhbət
ölkə tələbatının hər hansı bir seqmentinin ödənilməsindən gedə bilər və
ikincisi, digər ölkədən gətirilən ərzaq məhsullarının da əsasını o
ölkələrin kənd təsərrüfatı təşkil edir. Deməli, söhbət burada beynəlxalq
ixtisaslaşmadan gedə bilər ki, bunun nəticəsində də bir ölkə digər
ölkəyə ərzaq məhsulu ixrac edir.
Kənd təsərrüfatı ölkə əhalisini ərzaqla təmin etməkdə, məşğulluq
məsələlərini həll etməkdə, xarici iqtisadi əlaqələri və xüsusən də xarici
ticarəti inkişaf etdirməkdə müstəsna rol oynayır. Əyanilik üçün cədvəl
57-
nin məlumatlarını oxucunun nəzərinə çatdırırıq.
Cədvəl 57
İl ərzində adambaşına qida məhsullarının istehlakı (kiloqram)
415
Azərb
aycan
Qaz
a-
xısta
n
Rusi
ya
Ya
po-
niy
a
Gürcü
stan
A
BŞ
Alma
niya
İtal
iya
2000
1998 1999 199
6
1997
19
97
1998
199
6
Ət və ət
məhsulları
22
45
41
45
18
11
4
88
80
Süd
və
süd
məhsul.
154
206
215
93
218
30
5
442
280
Yumurta
112
79
222
320
108
23
9
226
220
Balıq və
balıq məh.
2,7
3,6
9,9
60,
5
1,4
10,
0
15,1
17,
3
Şəkər
16,8
20
35
19,
0
-
30
34
26.
0
Bitki yağı
3,1
6,8
9,3
14,
8
11,2
24,
0
18,3
254
Kartof
47
60
117
102
45
57
77
39
Çörək
məmulatla
rı
155
137
89
112
154
11
2
78
126
Meyvə və
giləmeyvə
61
70
105
60
60
10
5
136
174
Tərəvəz
və bostan
məhsulları
129
70
83
123
93
11
9
90
214
Hər bir insan ildə çoxlu miqdarda qida məhsulları qəbul etməli
olur. Məlumatlardan görünür ki, 2000-ci ildə Azərbaycan
416
Respublikasında hər bir nəfər orta hesabla 22 kq ət və ət məhsulları, 154
kq süd və süd məhsulları, 112 ədəd yumurta, 2,7 kq balıq və balıq
məhsulları, 16,8 kq şəkər, 3,1 bitki yağı, 47 kq kartof, 155 kq çörək
məmulatları, 61 kq meyvə və giləmeyvə, 129 kq tərəvəz və bostan
bitkiləri istehlak etmişdir. İnkişaf etmiş ölkələrdə bu rəqəmlər daha çox
yüksəkdir. Məsələn, ABŞ hər adambaşına 114 kq ət və ət məhsulları
(Azərbaycandakından 5 dəfə çox), 305 kq süd və süd məhsulları (2
dəfədən çox), 24 kq bitki yağı (8 dəfə çox), istehlak etmişdir.
Yaponiya, Almaniya, İtaliya və s. digər ölkələr də adambaşına
q
ida məhsullarının istehlakı cəhətdən fərqlənirlər. Göründüyü kimi
cədvəldə verilən məhsulların hamısı kənd təsərrüfatı ilə bilavasitə
bağlıdır.
Digər ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da kənd
təsərrüfatının inkişaf etməsinə onun coğrafi ərazisi, quruluşu və iqlim
təsir göstərir. Azərbaycanın ərazisi 86,6 min kvadratkilometrdir. Bunun
11,5 faizi meşələrin, 1,6 faizi su hövzələrinin, 50 faizi becərilən
torpaqların, 36,9%-i sair torpaqların payına düşür. Becərilən torpaqların
27%-
i otlaqlardır. Azərbaycan Respublikası ərazisi 400 000
kvadratkilometr olan, dünyada ən böyük göl hesab edilən Xəzər
dənizinin sahilində yerləşir. Bundan başqa, ümumi sahəsi 212,8 kvadrat
kilometr olan 6 iri göl və ümumi sahəsi 3389 kv.m. olan 4 böyük çay da
respublik
a ərazisində mövcuddur. Deməli, meşəçilik və balıqçılıq
təsərrüfatlarını inkişaf etdirmək üçün də Azərbaycanda yaxşı imkan
vardır.
Azərbaycan Respublikasında kənd təsərrüfatındakı müasir
vəziyyət ümumi şəkildə cədvəl 58-də verilmişdir.
Cədvəl 58
1991-2000-
ci illərdə Azərbaycan Respublikasında kənd təsərrüfatı
məhsullarının təsərrüfatların forması üzrə dəyişmə indeksi (1990 =
100 faiz)
417
İllər Bütün təsərrüfat
O cümlədən
formaları üzrə
kənd təsərrüfatı
müəssisələri
xüsusi (əhali)
təsərrüfatları
1991
100,3
95,4
109,4
1992
76,5
68,3
91,6
1993
64,7
52,0
88,0
1994
56,4
37,4
91,5
1995
52,5
32,1
90,1
1996
54,1
29,8
98,9
1997
50,8
18,1
111,1
1998
53,9
7,9
138,9
1999
57,7
3,9
157,2
2000
64,7
2,3
180,0
Cədvəl 59
Azərbaycan Respublikasında kənd təsərrüfatı bitkilərinin ümumi
yığımı (min ton)
Məhsullar
İ L L Ə R
1990
1993
1995
2000
Taxıl
(təmizləmədən
sonrakı çəkidə)
1364,4
1100
881,
5
1508,9
Pambıq
542,9
284,5
274,
1
91,5
Tütün
52,9
44,9
11,7
17,3
Kartof
185,2
152,2
155,
5
489,0
Tərəvəz
856,2
487,8
424,
780,8
418
1
Bostan məhsulları
67,5
46,9
41,9
261,0
Üzüm
1196,4 411,3
308,
7
76,9
Meyvə və giləmeyvə
367,4
346,4
324,
4
477,0
Çay yarpağı
30,7
24,0
9,4
1,1
Taxıl istehsalı, bostan məhsulları, kartof istehsalı sahəsində 1990-
cı ilin səviyyəsi əldə edildiyi halda, çox mühüm strateji əhəmiyyətə
malik pambıq istehsalı, üzüm istehsalı, çay yarpağı və tütün məhsulların
istehsalları xeyli aşağı düşmüşdür.
Müstəqillik dövrünün çətinlikləri üzündən kənd təsərrüfatında
məhsuldarlığın səviyyəsi bir neçə mühüm məhsullar növü üzrə xeyli
aşağı düşmüşdür (bax cədvəl 60).
Cədvəl 60
1990-2000-
ci illərdə Azərbaycan Respublikasında kənd təsərrüfatı
bitkiləri üzrə məhsuldarlıq (hektardan, sentner ilə)
Məhsullar
İ L L Ə R
1990
1993
1995
2000
Dənli bitkilər
24,2
16,8
15,1
23,8
419
Pambıq
20,6
12,7
13,0
9,1
Tütün
32,7
28,2
14,6
22,2
Kartof
78
78
97
84
Tərəvəz
200
158
157
133
Bostan bitkiləri
74
87
73
98
Üzüm
76,5
30,9
32,6
35,8
Meyvə və giləmeyvə
28,1
32,6
31,2
61,9
Çay yarpağı
39,0
26,6
10,3
2,0
Müasir dövrdə dünya miqyasında kənd təsərrüfatında böyük
nailiy
yətlər əldə edildiyi halda Azərbaycanda kənd təsərrüfatında əsas
məhsullar üzrə məhsuldarlığın aşağı düşməsi tədqiqatçını dərindən dü-
şündürməlidir. 1990-cı ilə nisbətən 2000-ci ildə pambıq yığımında məh-
suldarlıq 2,2 dəfədən çox, tütün istehsalında 1,4 dəfə, üzüm yığımında
2,1 dəfədən çox, çay yarpağı toplamaqda 20 dəfəyə yaxın aşağı
düşmüşdür. Qeyd etdiyimiz kimi bu cür vəziyyətin obyektiv səbəbləri
olmuşdur. Lakin yaranmış vəziyyətdən çıxış yolları tapmaq həmişə
mümkündür. Bu fikir respublikamızın öz təcrübəsi ilə də sübut olunur.
Məsələn, vəziyyətin hər yerdə əsasən eyni olmasına baxmayaraq
tədqiqat dövründə bir neçə kənd təsərrüfatı məhsulları üzrə
məhsuldarlıq nəinki dəyişməmişdir, hətta yüksəlmişdir.
Daxili imkanlardan maksimum istifadə etməklə böyük nəticələrin
əldə edilməsinin mümkünlüyü bir çox xarici dövlətlərin də təcrübəsi ilə
sübut olunmuşdur. Keçən (XX) əsrin əvvəllərində inkişaf etmiş
ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın əmək tutumlu bölməsi idi.
1940-1960-
cı illərdə kənd təsərrüfatı kapital tutumlu sahəyə çevrilmişdi.
Hazırda isə kənd təsərrüfatı iqtisadiyyatın mühüm bölməsi kimi
elmtutumlu sahəyə çevrilməkdədir. 1960-cı illərdə “Yaşıl inqilab” adı
almış elmi-texniki proses nəticəsində dənli bitkilər istehsalında əmək
məhsuldarlığı 2-3 dəfə yüksəldi və bir çox ölkələr və o cümlədən də
Çin, Hindistan, İndoneziya, Pakistan, Tailand buğda ilə özlərini təmin
etməyə nail oldular. Azərbaycan Respublikasında müasir aqrotexniki
420
nailiyyətlərin istehsala tətbiqi sahəsində məqsədli proqramlar tərtib edib
həyata keçirmək yolu ilə kənd təsərrüfatı məhsullarının həcmini bir neçə
dəfə artırmaq olar.
Azərbaycan Respublikasının kənd təsərrüfatında heyvandarlıq və
quşçuluq xüsusi əhəmiyyətə malikdir. 1990-2000-ci illərdə əsas
heyvandarlıq məhsulları istehsalının həcmi cədvəl 61-də verilmişdir.
Cədvəl 61
1990-2000-
ci illərdə Azərbaycanda əsas heyvandarlıq məhsulları
istehsalının dəyişməsi
Məhsullar
Ölçü
vahidi
1990 1995 2000 1990-
cı ilə
nisbətən
2000-ci
ildə %-lə
Ət
(kəsilmiş
çəkidə)
Min ton
175,
5
82,0
108,
7
61,9
Süd
-
970,
4
826,
5
1031
,1
106,2
Yumurta
Min
ədəd
985,
3
455,
8
542,
6
55,0
Yun (fiziki
çəkidə)
Min ton
11,2
9,0
10,9
97,3
1990-2000-
ci illər ərzində kəsilmiş çəkidə ət istehsalı –45 %, yun
istehsalı 2,7 % aşağı düşmüşdür. Natural ifadədə 1990-cı ilə nisbətən
2000-
ci ildə ət istehsalı 66,8 min ton , o cümlədən inək və dana əti
istehsalı –19,9 min ton, donuz əti –11 min ton azalmışdır.
Respubl
ikada və onun ətrafında baş vermiş məlum hadisələr
heyvandarlıq sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb
olmuşdur. Bu haqda məlumatlar cədvəl 62-də verilir.
421
Cədvəl 62
1990-2000-
ci illərdə təsərrüfatların bütün kateqoriyalarında mal-
qara və quşların məhsuldarlığı
Adı
Ölçü
vahidi
1990 1995 1996 2000
1.İlin əvvəlinə olan hər baş
inək və camışdan süd sağı-
mı
(Azərbaycan
Respublikası)
Kq
1337 1073
1084
Müqayisə
üçün
digər
ölkələrdə
ABŞ
Kq
6700
Danimarka
Kq
6300
İsveçrə
Kq
6200
Yaponiya
Kq
5200
Rusiya
Kq
2800
Argentina
Kq
2600
Çin
Kq
1600
2. Hər qoyundan orta illik
yun qırxımı (AR)
Kq
2,3
2,2
2,1
2,0
3. Toyuqların orta illik
yumurta verimi (AR)
Ədəd
149
74
78
197
Göründüyü kimi dünya miqyasında heyvandarlıq məhsulları sahə-
sin
də böyük nailiyyətlər əldə edilmişdir. Məsələn, Azərbaycanda hər
inəkdən sağılan südün miqdarı inkişaf etmiş ölkələrdəkindən təxminən
altı dəfə azdır. Bunun əsas səbəbi respublikamızın kənd təsərrüfatında
sənaye üsullarının tətbiqindəki geriliklərdir. Bundan başqa, yem
422
bazasının kifayət qədər olmaması və seçmə cinsləşdirmə prosesinin
yüksək səviyyədə aparılmaması da kənd təsərrüfatı məhsullarının
istehsalında məhsuldarlığı azaldır.
Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatın ən
çox diqqət və qayğı tələb edən sahəsidir. Bunun bir sıra obyektiv və
subyektiv səbəbləri vardır. Müstəqillik dövründə meydana çıxan və
əvvəlki paraqraflarda şərh edilmiş səbəblərdən əvvəl baş vermiş
hadisələr kənd təsərrüfatına da mənfi təsir göstərir. Söhbət SSRİ
dövründə Azərbaycan kənd təsərrüfatının başına gətirilən oyunlardan
gedir. Azərbaycan Respublikasını milyon tonlarla üzüm istehsalçısına,
pambıq becərənə, tütün yığana, bostan bitkiləri yetişdirənə çevirməklə
münbit torpaqlara çox
lu ekoloji ziyan dəyib. Bundan başqa, SSRİ
dövründə kənd təsərrüfatının mexanikləşdirilməsi səviyyəsi də digər
yaxın və uzaq ölkələrə nisbətən xeyli aşağı olub.
Bütün bunlarla yanaşı torpağın özəlləşdirilməsi gətirib ona
çıxarmışdır ki, bu gün kənd təsərrüfatında çalışanların sayı 1170 min
nəfərə çatır. Bu o deməkdir ki, Azərbaycan Respublikasında iqtisa-
diyyatını maddi istehsal sahələrində çalışanların 41,6 faizi kənd
təsərrüfatında cəmlənmişdir. Dövlət Statistika Komitəsinin dərc
olunmuş məlumatlarına görə 2000-ci ildə Azərbaycan Respublikasının
kənd təsərrüfatında fəaliyyət gös-tərən kənd təsərrüfatı müəssisələrinin
sayı 2158 ədəd təşkil etmişdir. Burada da çalışanların sayı 24 min nəfər
olmuşdur. Fəaliyyət göstərən 2158 kənd təsərrüfatı müəssisələrinin işi
yaxşı təşkil olunmamış və nəticədə müəssisələrin 52,5 %-i zərərlə
işləmişlər (bax cədvəl 63 )
Cədvəl 63
423
Azərbaycan Respublikasının kənd təsərrüfatında fəaliyyət
göstərən kənd təsərrüfatı müəssisələrinin sayı
və maliyyə nəticələri
M
üəssisələri
n
ümumi sayı
(ədəd)
O cümlədən,
zərərlə
işləyənlər
Təsərrüfat
-larda
çalışan
işçilərin
sayı (min
nəfərlə)
Bir təsərrü-
fatda ça
lışan
işçilərin orta
sayı
sayı
ədəd
xüsusi
çəkisi
%-
lə
1990
1978
156
7,9
563
284,6
1995
2295
1079 47,0
490
213,5
1999
3682
2583 70,5
57
15,4
2000
2158
1132 52,5
24
11,1
Azərbaycan Respublikasının təbii iqlimi, yerin quruluşu, göl, çay
və dənizin olması imkan verir ki, çox qiymətli qida məhsulu olan balıq
istehsalı yaxşı təşkil edilsin. Balıq istehsalının rekord səviyyəsi 1990-cı
ildə əldə edilmiş və 41780 kq balıq ovlanmışdır. 1995-ci ilə qədər balıq
ovu sürətlə aşağı düşmüş və 1995- ci ildə balıq ovu 4 dəfədən də çox
azalmışdır. Başqa sözlə desək, 1990-cı ilə nisbətən 1995- ci ildə 31 min
846 kq az
balıq ovlanmışdır. 1996-cı ildən başlayaraq Azərbaycan
iqtisadiyyatında baş verən gerigetmə prosesinin dayandırılması bu
sahəyə də öz təsirini göstərmiş və 2000- ci ildə balıq ovunun ümumi
həcmi 19122 kq–a çatdırılmışdır. Bu da 1990-cı ildəki balıq ovu
h
əcminin 45,7 %- i deməkdir.
424
Cədvəl 64
1990-2000-
ci illərdə Azərbaycan Respublikasında balıq ovu və onun
həcminin dəyişilməsi
İllər
Cəmi
(ton)
O cümlədən
Azərbaycan Dövlət
Konserni Sənaye
Balıqçılığı üzrə
1990-
cı ilə
görə faizlə
1990
41784
41665
100
1993
22564
22219
54,0
1995
9938
9846
23,8
2000
19122
18982
45,7
Kənd təsərrüfatı inkişaf etdikcə mütəxəssislərin, alimlərin və ilk
növbədə dövlətin ona olan münasibəti dəyişib. Əsrlər boyu kənd
təsərrüfatının sənayedən ayrı inkişaf dövrü olub. Lakin XIX əsrin
əvvəllərində problemlərin həllinə yaradıcı münasibət bəsləyən ölkələr
görməyə başlayıblar ki, kənd təsərrüfatında sənayeləşmə aparmadan,
elmi nailiyyətləri iqtisadiyyatın bu mühüm sahəsində tətbiq etmədən və
ən başlıcası, sənaye ilə kənd təsərrüfatını üzvi şəkildə birləşdirməyə nail
olmadan kənd təsərrüfatını istənilən səviyyədə inkişaf etdirmək
mümkün deyildir. Məsələyə bu cür yanaşmağın müsbət nəticələri öz
bəhrəsini keçən əsrin ikinci yarısından əyani şəkildə verməyə başladı.
1960-1990-
cı illərdə daha çox inkişaf etmiş ölkələrin kənd
təsərrüfatında intensivləşmə sürətlə artır və onun sənaye ilə inteqrasiyası
baş verirdi. Geniş əhatə dairəsinə malik aqrar-sənaye kompleksləri
meydana gəlib inkişaf edirdi. Keçmiş SSRİ tərkibində olan
Azərbaycanda da bu proses müəyyən səviyyədə baş vermiş və
Respublikanın aqrar-sənaye kompleksi özünün ən yüksək səviyyəsinə
425
1970-1980-
cı illərdə çatmışdı. Bu dövrdə ümumi məcmu məhsulun 45-
47 faizi aqrar-
sənaye kompleksində istehsal olunurdu. Əmək
qabiliyyətli əhalinin 35-40 faizi əsas istehsal fondlarında cəmlənmişdir.
Azərbaycan pambıq, tütün, üzüm, şərab, meyvə-tərəvəz konservləri
ixrac edən ölkəyə çevrilmişdi. Lakin SSRİ dağıldıqdan sonra aqrar-
sənaye kompleksinə də güclü zərbə dəydi və yaranmış vəziyyətin
yaxşılaşdırılması prosesi dövlətimizin səyı nəticəsində ancaq 1996-cı
ildən başlandı.
2000-
ci ildə Azərbaycan Respublikasında əsas kənd təsərrüfatı
məhsulları üzrə ehtiyatlar və onlardan istifadə mənbələrinin (cədvəl 65)
təhlili göstərir ki, məhsulların emal edilmədən şəxsi istehlakı üstünlük
təşkil edir. Bu emal səna-yesinin zəifliyini və Azərbaycanda aqrar-
sənaye kompleksinin inkişaf etmədiyini göstərir. Kənd təsərrüfatı
məhsullarının 80-90 faizi birbaşa şəxsi istehlaka sərf olunur. İxraca
ancaq bitki yağlarının (15,6%), balığın (7,7%), meyvə və üzümün az bir
hissəsi (7,98%) sərf olunur. Bu vəziyyətin yaranması əhalini işlə təmin
etməyə, ölkənin iqtisadiyyatını intensiv inkişaf etdirməyə güclü mənfi
təsir göstərir. Bazar münasibətlərinə keçid isə kənd təsərrüfatında köklü
dəyişikliklər edilməsini tələb edir.
426
Cədvəl 65
2000-
ci ildə Azərbaycan Respublikasında əsas kənd təsərrüfatı
məhsulları üzrə ehtiyatların istifadə mənbələri
Məhsull
arın
Ölçmə
Cəmi O cümlədən istehlakın növləri
üzrə
Adı
vahidi
ehtiy
atlar
istehsal
istehlakı
ixrac
şəxsi
istehlak
həc
mi
xüs
usi
çə-
kisi
hə
c
mi
Xü
su-
si
çək
isi
həc
mi
xüs
usi
çək
isi
Taxıl və
taxıl
məhsull
arı
Min ton
2445,
0
592
,1
24,2 -
-
1255
,1
51,
3
Ət və ət
məhsull
arı
Min ton
148,3
1,6
1,1
-
-
138,
9
93,
7
Süd v
ə
süd
məhsull
arı
Min ton
1195,
0
22
2,0
-
-
1146
,2
95,
9
Yumurta Min ton
626,9
38,
7
6,2
-
-
5845
,5
93,
3
Balıq
Min ton
22,0
-
-
1,
7
7,7
20,2
91,
8
Kartof
Min ton
770,1
91,
6
11,8 0,
5
0,0
8
300,
9
39,
1
427
Tərəvəz
və
bostan
məhsull
arı
Min ton
1134,
5
7,3
0,6
4,
6
0,4
1024 90,
3
Şəkər
Min ton
81,2
-
-
-
-
81,1
100
Bitki
yağları
Min ton
29,4
-
-
4,
6
15,
6
19,8
67,
4
Meyvə
və üzüm
Min ton
652
29,
8
4,5
52
,1
7,9
8
476,
3
73,
0
Torpağın özəlləşdirilməsi həyata keçirilmişdir. Dövlət Statistika
Komitəsinin məlumatlarına görə 35 minə yaxın fermer təsərrüfatları
yaradılıb. Lakin onların işi qənaətbəxş təşkil olunmadığından istənilən
nəticələr ləng əldə olunur. Aqrar-sənaye komplekslərini canlandırmaq,
əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, onların ərzaq
məhsullarına olan tələbatlarını ödəmək, daxili bazarı vətən məhsulları
ilə zənginləşdirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək bir çox
cəhətdən Azərbaycanda həyata keçirilən aqrar islahatların nəticələrinə
diqqəti artırmaqdan asılıdır. Sadə şəkildə desək, kəndliyə torpaq
vermişiksə, indi də ona torpağı becərmək və əldə etdiyi kənd təsərrüfatı
məhsulunu satmaq üçün münasib şəraiti verməliyik. Doğrudur, kəndli
(fermer) təsərrüfatlarının inkişaf etdirilməsi, onun hüquqi bazasının
yaradılması üzrə bir neçə “Azərbaycan Respublikasında dövlət
mülkiyyətinin özəlləşdirilməsi”, “Müəssisələr haqqında”, “Aqrar
islahatların əsasları”, “Torpaq islahatı haqqında”, “Torpağın icarəyə
verilməsi”, “Kəndli (fermer) təsərrüfatları haqqında”, “Torpaq vergisi
haqqında” və s. bu kimi Azərbaycan Respublikasının qanunları qəbul
edilmişdir. Lakin yaradılan özəl strukturlar və fərdi kəndli təsərrüfatları
məhsuldar fəaliyyət göstərə bilmirlər. Azərbaycan Respublikasında
formalaşmış təbii-iqtisadi şəraiti nəzərə almaq yolu hansı təsərrüfat
formalarının daha səmərəli olmasını aydınlaşdırmaq lazımdır. Son 4-5
ilin təcrübəsi sübut etmişdir ki, respublikamızda əmək resursları tələb
428
edən təsərrüfatçılıq formalarının yaradılması müsbət nəticələr verə bilər.
Emal müəssisələri yaratmaq yolu ilə kənd təsərrüfatı məhsullarını ixrac
edilə bilən əmtəə şəklinə salmaqla xarici iqtisadi əlaqələri
genişləndirmək olar.
Dünya üzrə təcrübənin öyrənilməsi göstərdi ki, heyvandarlıq
bölməsində ət və ət məhsulları, süd və süd məhsulları istehsalı ilə
əlaqədar olan fermer təsərrüfatları səmərəli fəaliyyət göstərə bilirlər.
Heyvandarlıqda bilavasitə diri heyvan (qoyun, keçi, inək, camış, donuz
və s.) yetişdirilməsi ilə məşğul olan fermerlərin də yaranması sərfəlidir.
Bitkiçilikdə fermer təsərrüfatları kartof, dənli bitkilər, tütün, üzüm,
meyvə-tərəvəz becərdilməsi sahəsində daha səmərəli olur.
Azərbaycanın təbii şəraiti bu bitgilərin bir neçəsi üzrə ildə iki dəfə
məhsul əldə etmək imkanı yaradır. Bu imkanları ortaya çıxarıb onlardan
istifadə etmək üçün dövlət münasib iqtisadi mühüt yaratmaq sahəsində
cürətli addımlar atmışdır. Fermer təsərrüfatlarına güzəştli kreditlərin
verilməsi haqqında Respublika hökumətinin çıxartdığı qərarlar bu
cəhətdən yaxşı təsir bağışlayır və yaxın 2-3 ildə öz bəhrəsini verməlidir.
Lakin əsas iş vergi, güzəşt, konkret məhsul istehsalının
stimullaşdırılması, faiz stavkaları, dövlət investisiyası, sağlam pul
dövriyyəsi, daxili bazarın qorunması, fermerin əldə etdiyi məhsula
hörmət edilməsi və onun qiyməti məsələsi, rəqabət, bazar qanunları
təsirləri altında müflisləşməsinə yol verilməməsi sahələrində gərgin iş
aparılmalıdır. Elə şərait yaradılmalıdır ki, fermerlər və yaxud da onların
bir
ləşmiş qrupları xarici bazarlara bilavasitə çıxa bilsinlər. Fermerləri
dövlət orqanlarının təzyiqlərindən xilas etmək vaxtı çatmışdır. Elə bir
təsərrüfat mexanizmi formalaşdırmaq lazımdır ki, fermer və kənd
təsərrüfatı müəssisələrinin fəaliyyəti dövlətin iqtisadi fəaliyyəti ilə və
əksinə uyğunlaşsın və blokirovkalaşdırılsın. Fermer üçün xeyirli olan
fəaliyyət dövlət üçün də xeyirli olmalıdır. Dövlət fermerləri və kənd
təsərrüfatı müəssisələrini iqtisadi rıçaqlarla idarə etməyə üstünlük
verməli və onların işinə güc orqanları, nəzarət-yoxlama orqanları qarış-
ma
malıdır. Kənd təsərrüfatı strukturlarına təzyiq onların vergidən
429
yayınmaq halları baş verdikdə üzürlü hesab olunmalıdır. Bu sahədə
2002-
ci ilin sonunda Azərbaycan Respublikası Prezidenti möhtərəm
H.Ə.Əliyevin məlum sərəncamlarının əhəmiyyəti böyükdür.
Fermer təsərrüfatları formalaşdırmaq, onlara məqsədyönlü və
səmərəli təsir göstərmək yolu ilə kənd təsərrüfatı məhsulları üzrə bolluq
yaratmaq təcrübəsi ABŞ-da daha qabarıq şəkildə özünü göstərmişdir.
Oxucuların nəzərinə ancaq bir cəhəti çatdırmaq istəyirik: dövlətin
fermerlərə subsidiya verməsi məsələsini. Fermerlərin subsidiyalaşdırıl-
ma
sına ciddi fikir verən Amerika hökuməti onlara bir neçə növdə
subsidiyalar təklif edir. Məsələn, kompensasiya ödəmələri məqsədli
qiymətlərlə bazar qiymətləri arasında yaranmış fərqlər meydana gələndə
verilir. Subsidiyanın məbləği də məhsul vahidi üçün yaranan qiymət
fərqi ilə həmin vahidlə hesablanan məhsulun həcminin hasili kimi təyin
olunur. Subsidiyanın digər növləri fermerlərin məhsuldar işləmələrinə
xidmət göstərir. Əgər fermer əkin sahələrinin azaldılmasına yönələn
təşəbbüslə çıxış edirsə və bu şəraitdə məhsulun həcminin azaldılmasına
yol vermirsə və deməli, təsərrüfatın intensiv inkişafına nail olursa,
dövlət ona kömək göstərir. İntensivləşdirmə tədbirlərinə tələb olunan
əlavə vəsaitin hamısı və yaxud da müəyyən hissəsi dövlətin subsidiyası
nəticəsində ödənilir. Əslində bu halı dövlətin intensivləşdirmənin
maliyyələşdirməsi kimi qiymətləndirmək olar. Fermer su təsərrüfatı və
torpaq meliorasiya işləri gördükdə də dövlət fermerə maliyyə köməyi
göstərir. Bu da subsidiyanın bir növüdür. Bunlardan başqa, Amerika
fermeri bilir ki, heç bir maneə olmadan təbii fəlakət baş verdikdə,
özündən asılı olmayan digər amillərin təsiri altında rentabellik aşağı
düşəndə və bu xarakterli hadisələr baş verdikdə o dövlətdən heç bir
maneə olmadan maliyyə köməyi alacaqdır. Maliyyə köməyi isə birbaşa
və güzəştli kreditlər şəkildə ola bilər. Bu cür köməklər iqtisadiyyatda
gizli subsidiyalar adlanır. Bütün bu subsidiyaların sonda yeganə bir
məqsədi var: dövlət əlindən gələni edir ki, fermer məhsul istehsal
etməklə məşğul olsun, daxili tələbatları ödəməyə və xaricə məhsul
göndərməyə qadir olsun, mənfəətlə işləsin və dövlət büdcəsinə vəsait
430
köçürə bilsin. Təcrübədə belə hallar da olur: yaradılmış mühit fermerə
imkan v
erir ki, o, həddindən çox məhsul istehsal edir. Bu hal da
hökumətin nəzərindən qaçmır. Hər il ABŞ hökuməti fermerlərdən
məhsul almağı nəzərdə tutan proqramlar tərtib edir. Bu proqramlar üç
məsələnin həll edilməsini nəzərdə tutur. Birincisi, fermer
təsərrüfatlarının istehsal etdiyi artıq məhsulu onlar üçün minimum gəlir
əldə etməyə imkan verən qiymətlə almağı, ikincisi, fermerin artıq qalan
məhsulunu sərfəli ödəmə haqqı almaq şərti ilə dövlət anbarlarında
saxlamağı və üçüncüsü, artıq məhsulun ixrac olunmasında fermerlərə
kömək göstərilməsini. Dövlətin köməyi ilə tərtib edilən bu cür
proqramların sosial əhəmiyyəti bütün cəmiyyət üçün daha güclü olur:
əgər bazarda konkret bir məhsulun qiyməti qalxırsa dövlət özünün
anbarlarında saxladığı məhsulu bazara çıxarır və qiymətlərin qalxması
qarşısını alır. Bununla dövlət digər sahibkarların səmərəli işləməsi üçün
əhalinin isə həyat tərzinin yaxşılaşması üçün şərait yaratmış olur. Bu cür
elmi əsası olan yanaşmalardan Azərbaycan Respublikasında fermer
təsərrüfatlarının inkişaf etdirilməsində geniş istifadə olunmalıdır. Lakin
bu gün real vəziyyət belədir ki, Azərbaycan fermeri öz inkişafının
başlanğıc mərhələsindədir. Nəticədə Respublika hökuməti əsas kənd
təsərrüfatı məhsulları üzrə idxalı azalda bilmir. Cədvəl 66-da bu haqda
Dövlət Statistika Komitəsinin məlumatları verilmişdir. 2000-ci ildə
Azərbaycan Respublikasında əsas kənd təsərrüfatı məhsulları üzrə
idxalın həcmi və xüsusi çəkisi çox yüksək olmuşdur. Ümumiyyətlə
götürdükdə Azərbaycan 2000-ci ildə sosial-iqtisadi tələbatlarını ödəmək
üçün 33 min ton ət və ət məhsulları, 780,8 min ton taxıl və taxıl
məhsulları, 144,4 min ton süd və süd məhsulları, 81,4 min ədəd
yumurta, 49,4 min ton kartof, 81 min ton şəkər, 13,3 min ton tərəvəz və
bostan məhsulları, 13,5 min ton bitki yağları, 11,4 min ton meyvə və
üzüm idxal etmişdir. Göründüyü kimi bu məhsulların hamısı
respublikanın kənd təsərrüfatında istehsal oluna bilər və müəyyən
səviyyə və keyfiyyətə qədər yüksəldirilərsə hətta ixrac oluna bilər.
431
Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının
kəmiyyət və keyfiyyətcə cəmiyyətin tələbatlarına uyğun yüksəldilməsi
bir sıra tədbirlər işləyib həyata keçirməyi tələb edir. Belə tədbirlərin
müəyyən hissəsi son 4-5 ildə artıq həyata keçirilmişdir. Biz burada aqrar
isl
ahat sahəsində həyata keçirilən tədbirləri və ilk növbədə torpağın
özəlləşdirilməsini nəzərdə tuturuq. Bazar münasibətlərinə keçid və bu
əsasda iqtisadiyyatı möhkəmləndirmək isə mütəxəssislərin və ölkəni
idarəedənlərin qarşısında daha ciddi məsələlər qoyur. İlk növbədə tələb
olunur ki, ölkədə siyasi sabitliklə yanaşı iqtisadi və sosial sabitlik də
davam etsin. Yaddan çıxarmaq olmaz ki, həm siyasi və həm də iqtisadi
və sosial sabitliyin mühüm amili ölkənin aqrar bölməsidir. Buna görə də
kənd təsərrüfatının inkişaf etdirilməsi müasir Azərbaycan üçün bu gün
də mühüm strateji məsələ olaraq qalmaqdadır. Aparılan aqrar
islahatların komplekslilik səviyyəsi yüksəldilməlidir. Dünya miqyasında
bu sahədə təcrübənin öyrənilməsi təsdiq edir ki, aqrar islahatlar olduqca
mürəkkəb bir prosesdir və ümumi şəkildə iqtisadiyyatın digər sahələri
və dövlət strukturları ilə aqrar bölmə arasında hüquqi, iqtisadi, sosial
münasibətlərin köklü surətdə və elmi əsaslar üzərində yenidən
qurulmasını özündə cəmləşdirir. Həll olası məsələlərdən ən mühümü
aqrar-
sənaye komplekslərinin bərpa edilməsi və fəaliyyətinin
yaxşılaşdırılmasıdır. Bu silsilədən olan məsələlərə özəl emal müəssisə-
lərinin və istehsal infrastrukturunun yaradılması da daxildir.
Cədvəl 66
2000-
ci ildə Azərbaycan Respublikasında əsas kənd təsərrüfatı
məhsulları üzrə ehtiyatlar və mənbələri
Məhsulun
adı
Ölçmə
vahidi
Ehti-
yatla
r
O cümlədən, mənbələr üzrə
idxal
İl ərzində
öl
kədə
ilin əv
vəlinə
432
(cəm
i)
həc
mi
xüs.
çə-
kisi
istehsal
olunmuş
du
olan
qalıq
Taxıl və taxıl
məhsulları
Min
ton
2445
,0
780,
8
31,9
1508,9
155,3
Ət
və
ət
məhsulları
Min
ton
148,
3
33,0 22,3
108,7
6,6
Süd və süd
məhsulları
Min
ton
1195
,0
144,
4
12,1
1031,1
19,5
Yumurta
Min
ton
626,
9
81,4 12,9
542,6
2,7
Balıq
Min
ton
22,0
2,8
12,7
19,1
0,1
Kartof
Min
ton
770,
1
49,4 64,1
469,0
251,7
Tərəvəz və bos-
tan məhsulları
Min
ton
1134
,5
13,3 1,2
1041,8
79,4
Şəkər
Min
ton
81,2
81,0 100,
0
-
0,2
Bitki yağları
Min
ton
29,4
13,5 45,9
11,1
4,8
Meyvə və üzüm Min
ton
652
11,4 1,7
553,9
87
Dostları ilə paylaş: |