AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
  1   2   3   4   5   6   7   8   9   ...   30

 

                                     

 

 

AQİL   ƏLİYEV 

 

   

ARİF   ŞƏKƏRƏLİYEV 

    

  

İDRİS DADAŞOV 

 

 

 

 

 

 

 

DÜNYA İQTİSADİYYATI: 

MÜASİR DÖVRÜN 

PROBLEMLƏRİ 

 

 

 

 

 

 

 

 

 

                                           B A K I  - 2003 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elmi redaktor:       akademi

k Əli Abbasov  

 

Rəyçilər: i.e.d., prof.M.X.Meybullayev 

                 

i.e.d., prof.F.A.Nəsrullayev  

AQİL ƏLİRZA OĞLU ƏLİYEV 

i.e.d.,prof.MEA-

nın müxbir üzvü, əməkdar elm xadimi 

ARİF ŞƏKƏRƏLİ OĞLU ŞƏKƏRƏLİYEV 

i.e.d.,prof.,əməkdar elm xadimi  

İDRİS ŞABANƏLİ OGLU DADAŞOV 

i.e.n.,dosent 

 

             

Dünya  iqtisadiyyatı:  müasir  dövrün  problemləri  . 

(Monoqrafiya).Bakı, “Bakı Universiteti” nəşriyyatı,  2003.- 455 səh. 

          

     

Kitabda  müasir  dünya  iqtisadiyyatı  və  onun  əsas 

cəhətləri,dünya  təsərrüfatının  yarımsistemləri  və  onların  inkişaf 

qanunauyğunluqları  ,  planetimizdə  fəaliyyət  göstərən  iqtisadi  inkişaf 

modelləri,  ölkələrin  tərəqqisində  region  amili,  ölkə  və  dünya 

iqtisadiyyatında  optimal  inkişafında  biliyin  həlledici  rolu,  qlobal 

problemlərin  və  qloballaşma  proseslərinin  milli  iqtisadiyyatlara  təsiri, 

milli iqtisadiyyatların tərəqqisində dövlətin rolu, inkişaf etmiş ölkələrin 

iqtisadiyyatının  hərəkətverici  qüvvələri  və  s.  bu  kimi  məsələlər 

kompleks şəkildə araşdırılır. “Azərbaycan dünya təsərrüfat sistemində” 

bölməsində respublika iqtisadiyyatının dünəninə, bu gününə və sabahına 

elmi şərh verilir.  

               

Kitab ali məktəb tələbələri, aspirantlar və magistrantlar, 

elmi  işçilər,  müəllimlər  və  ümumiyyətlə,  dünya  iqtisadiyyatında  baş 

verən  proseslərlə  maraqlanan  geniş  oxucu  kütləsi  üçün  nəzərdə 

tutulmuşdur. 

                         0240130000   21-

2003 Qrifli nəşr       

   


 

     658(07)-021                    

© “Bakı Universiteti” nəşriyyatı -2003 

© 

“İqtisad Universiteti” nəşriyyatı -2003. 



                     

 

  



 

 

 

 

 

 

 

 

M Ü N D Ə R İ C A T 

GİRİŞ ..........................................................................................5 

I  FƏSİL.“DÜNYA  İQTİSADİYYATI”  NIN    MƏZMUNU,  PREDMETİ    VƏ 

FƏRQLİ  CƏHƏYLƏRİ  

                                                                         12-22 

 

 

                                                                                                                     

§ 1. “Dünya iqtisadiyyatı”  elmi obyektiv zəruriyyətdən meydana gələn elmdir. 

  

§  2. Fənnin mahiyyəti və fərqli cəhətləri  



  

§  3.”Dünya iqtisadiyyatı” fənninin predmeti və vəzifələri  

 

II    FƏSİL.  DÜNYA  İQTİSADİYYATI  İNKİŞAF  EDƏN  BİR  SİSTEM 

KİMİ                                                                                                                        23-48 

  

§  1.Müasir dünya iqtisadiyyatı və onun əsas cəhətləri 



  

§ 2.Dİ-nin inkişaf pillələri  

  

§ 3. Dünya təsərrüfatının yarımsistemləri və onların qruplaşdırılması  



  

§ 4.Dünya iqtisadiyyatının inkişaf şərtləri və tipləri  

  

§ 5.Dünya təsərrüfatı və onun yarımsistemlərinin göstəriciləri  



  

§ 6. İqtisadi inkişaf modelləri 

 

III    FƏSİL.    MÜASİR    DÜNYA  İQTİSADİYYATINI 

FORMALAŞDIRAN AMİL VƏ ŞƏRTLƏR                                                      49-65 

                                                                          

  

§1.Ölkələrin  sosial-iqtisadi  quruluşu  və  müasir  dünya  iqtisadiyyatının 



formalaşmasında onun rolu  

  §2.Elmi-

texniki  tərəqqi  və  onun  nailiyyətlərinin  geniş  miqyasda    istehsala 

tətbiqi 


  

§3.Təsərrüfat əlaqələrinin intensivləşməsi və istehsalın beynəlmiləlləşməsi  

  

§4.Qlobal beynəlmiləlləşmə və iqtisadi inkişaf 



  

IV  FƏSİL.    YARADICILIQ,    TƏŞƏBBÜSKARLIQ  VƏ  DÜNYANIN 

İQTİSADİ İNKİŞAFI   

                                                                        66-90      

                                                                       

 

  § 1. 


Dünya iqtisadiyyatının inkişafında biliyin rolu 

1.1.


 

Bilik və iqtisadiyyat 

1.2.

 

Biliyin iqtisadiyyata təsiri mexanizmi və bu haqda dünya 



təcrübəsi  

1.3.


 

“Yaşıl inqilab” biliyin məhsuludur 



 

1.4.


 

Biliyin  əldə  edilməsi,  yayılması  və  hərtərəfli  istifadə 

edilməsi prosesinin gücləndirilməsi 

1.5.


 

Biliyin rolunun artmasının obyektiv əsası  

     

  

§ 2. İqtisadi inkişafda region amili 

  

§  3.  Transmilli  korporasiyalar    (TMK)  və  dünya 

iqtisadiyyatı  

  3.1. TMK-

ın mahiyyəti 

  3.2. TMK-

ın hərəkətverici qüvvələri 

  3.3. TMK –

ın  başlıca  xüsusiyyətləri  və  səmərəli  fəaliyyətinin 

səbəbləri 

  

3.4. Dünya iqtisadiyyatı və TMK 



  3.5. TMK-

ın coğrafiyası  

    

 

V  FƏSİL.    DÜNYA  İQTİSADİYYATI  VƏ  QLOBAL 

PROBLEMLƏR     

 

 

 

 

         91-137 

  § 1. Qlo

bal problemlər və onların əsas əlamətləri  

1.1.


 

Problemin mahiyyəti  

1.2.Qlobal problemlərin meydana çıxma səbəbləri  

1.3.Qlobal problemlərin qruplaşdırılması  



 

§ 2. Dünya okeanından istifadə edilməsi problemi  

 

2.1. Problemin mahiyyəti 



 2.2. Problemin yaranma 

səbəbləri 

 

2.3. Dünya okeanının iqtisadiyyata  təsir imkanları 



 

2.4.Dünya okenının mənimsənilməsi  istiqamətləri və problermin 

həlli yolları 

  

§3. Qlobal ekoloji problemlər  

  

3.1. İnsan –təbiət –iqtisadiyyat 



 

3.2. Ekoloji problemin qloballığı  

 3.3. Probl

emin qruplaşdırilması 

 

3.4.Ekoloji böhranın dərinliyi,təsir istiqamətləri və nəticələri  



 

3.5.İqtisadiyyata  dəyən  zərər  və  yaxud  ekoloji  vəziyyət  kapital 

tələb edir. 

 

3.6.Problemin həllində beynəlxalq təşkilatların rolu 



   

§ 4. Qlobal ərzaq problemi  

 4.1. 


Problemin qloballığı 

 

 

4.2. Problemin yaranma səbəbləri 



 

4.3. Aclıq , onun mahiyyəti və ölçülməsi 

 

4.4.Ərzaqla təmin olma səviyyəsinə görə regionların və ölkələrin 



qruplaşdırılması 

 

4.5.Müasir texnoloji sivilizasiyanın ziddiyyətləri  



4.6.Ərzaq təhlükəsizliyi konsepsiyası 

§5. Qlobal urbanizasiya problemi 

5.1.Urbanizasiya bəşəriyyətin qlobal problemləri sistemində  

5.2.Urbanizasiyanın genezisi və onun əsas səbəbləri  

5.3.Urbanizasiya və iqtisadiyyat  

5.4.Problemin həlli yolları  

§6.Demoqrafik problem 

6.1. Pro


blemin qloballığı  

6.2.Əhali artımının dinamikası və proqnozu 

6.3.Demoqrafik partlayışların əsas səbəbləri 

6.4.Demoqrafik qlobal problem və iqtisadiyyat 

6.5.Problemin həlli yolları  

 

VI  FƏSİL.    BEYNƏLXALQ  İQTİSADİ  ƏLAQƏLƏRİN 

MÜHÜM  FORMALARININ  MAHİYYƏTİ  VƏ  İNKİŞAFI                             

138-173 

§1.  Beynəlxalq  ticarət.  Dünya  və  ölkə  iqtisadiyyatının 

inkişafında onun rolu 

1.1.Beynəlxalq ticarətin yaranmasının obyektiv əsası  

1.2.Beynəlxalq ticarətin dünya iqtisadiyyatına təsiri 

1.3.Dünya ticarətinin öyrənilməsi aspektləri  

1.4.Xarici ticarət və ölkənin iqtisadi təhlükəsizliyi 

1.5.Dünya ticarətinin dinamikası 

1.6.Dünya ticarətinin strukturu 

§2.Kapitalın beynəlxalq hərəkəti 

2.1. Məsələnin qoyuluşu  

2.2.Kapitalın beynəlxalq hərəkətinin amil və şərtləri 

2.3.


Kapitalın ölkələrarası hərəkəti və onun formaları  

2.4.Kapitalın beynəlxalq hərəkətinin həcmi və coğrafiyası  



§3.İşçi qüvvəsinin beynəlxalq miqrasiyası 

3.1.Miqrasiyanın obyektiv əsası və əhatə dairəsi 

3.2.Beynəlxalq miqrasiyanın strukturu 


 

3.3.Miqrasiyanın motivləri 

3.4.Beynəlxalq miqrasiyanın kateqoriyaları 

3.5.İnsanların beynəlxalq miqrasiyasının nəticələri 

3.6.Beynəlxalq miqrasiyanın tənzimlənməsi 

 

VII   FƏSİL. ÖLKƏ VƏ REGİONLAR DÜNYA 



TƏSƏRRÜFAT SİSTEMİNDƏ                                                174-233 

§1.    İnkişaf  etmiş  ölkələrin  (İEÖ)  dünya  iqtisadiyyatında 

tutduqları mövqe 

1.1.


 

İEÖ –in coğrafi quruluşu  

1.2.

 

İEÖ-in  dünya iqtisadiyyatında yeri 



1.3.

 

İEÖ-in təsərrüfat mexanizmi 



1.4.

 

İEÖ-də dövlət tənzimlənməsi və yenidən tənzimləmə 



1.5.

 

İEÖ-in iqtisadi inkişafında ölkə başçısının rolu 



1.6.

 

İEÖ-in xarici iqtisadi fəaliyyəyinin əsas xüsusiyyətləri 



1.7.

 

İEÖ-daxili bazarı  



1.8.

 

Daxili bazarın göstəriciləri  



1.9.

 

İEÖ-in daxili bazarlarının xüsusiyyətləri 



§2. Yaponiyanın iqtisadiyyatı 

2.1.


 

Dünya iqtisadiyyatında yeri 

2.2.

 

Dünya iqtisadiyyatına təsiri və onun əsas istiqamətləri 



2.3.

 

Yapon iqtisadiyyatının daxili enerjiləri 



2.4.

 

Yapon elmi-



texniki siyasətinin mahiyyəti 

2.5.


 

İnsan  amili  Yapon  iqtisadi  inkişaf  modelinin  başlıca 

xüsusiyyətidir. 

2.6.


 

Yapon iqitisadi inkişaf modeli və onun əsas cəhətləri 

2.7.

 

Yapon bank sisteminin fərqləndirici cəhətləri 



§3.Amerika iqtisadiyyatı 

3.1.Amerika iqtisadiyyatının əsas xüsusiyyətləri  

3.2.Amerika və dünya iqtisadiyyatı 

3.3.Amerika iqtisadiyyatının hərəkətverici qüvvələri  

3.4.Yeni  iş  yerləri  yaratmaq  –dövlətin  iqtisadiyyata  təsiretmə 

göstəricisidir. 



§4.Qərbi  Avropa və dünya iqtisadiyyatında onun rolu 

4.1.Qərbi Avropa –vahid təsərrüfat kompleksi kimi  

4.2.Qərbi Avropa ölkələrinin qruplaşdırılması  

4.3.İqtisadi inkişaf göstəriciləri 



 

4.4.Qərbi Avropanın iqtisadi inkişafının hərəkətverici qüvvələri 

4.5

.Qərbi Avropanın iqtisadi inkişafında AFR-nın rolu 



4.6.Qərbi Avropanın iqtisadi inkişafında Böyük Britaniyanın rolu 

4.7.Qərbi Avropanın iqtisadi inkişafında dövlət tənzimlənməsi 



§5.  İnkişafda  olan  ölkələr  və  dünya  iqtisadiyyatında  onların 

mövqeyi 

5.1.İnkişafda olan ölkələr və onların əsas əlamətləri  

5.2.İnkişafda olan ölkələrin qruplaşdırılması 

 

VIII  FƏSİL.    DÜNYA  SƏNAYESİ  VƏ  İQTİSADİYYATIN 



İNKİŞAFINDA ONUN ROLU     

                              234-280 

 

§1.Sənaye –iqtisadiyyatın xüsusi bölməsidir 

§2.Sənayenin aparıcı rolunun mahiyyəti 

§3.Sənayenin coğrafiyası  



§4.Dünya sənayesinin sahə strukturu 

4.1.Dünya sənayesinin sahə strukturuna təsir edən amillər 

§5.Emal sənayesinin inkişafı 

§6.Sənayedə müəssisələrin ölçüləri 

§7.İstehsalın səmərəliliyinin yüksəldilməsində kiçik müəssisələrin 

rolu 


§8.Dünya maşınqayırma sənayesi 

§9.Maşınqayırma sənayesinin coğrafiyası 

 

IX    FƏSİL.      ELMİ-TEXNİKİ  TƏRƏQQİ  VƏ  DÜNYA 

İQTİSADİYYATI                                                                       281-312 

§1.Elmi-


texniki tərəqqinin məzmunu  

§2.Elmi-


texniki tərəqqinin xüsusi istiqamətləri 

§3.Elmi-


texniki tərəqqi və istehsalın səmərəliliyi 

§4.Elmi-


texniki  tərəqqinin  idarə  edilməsi  sahəsində  dünya 

təcrübəsi 

   



FƏSİL.DÜNYA 

İQTİSADİYYATINDA 

KƏND 

TƏSƏRRÜFATI 

 

 

                                           313-328 

§1.Dünya təsərrüfat sistemi və aqrar bölmə 

§2.Kənd təsərrüfatı istehsalının strukturu 

§3.Kənd təsərrüfatının inkişafına təsir edən amillər  



 

§4.Kənd təsərrüfatı məhsulları istehsalının coğrafiyası 

§5.Aqrar-

sənaye kompleksləri 



 

XI    FƏSİL.İNSAN  RESURSLARI  VƏ  ONLARDAN 

İSTİFADƏNİN YAXŞILAŞDIRILMASI YOLLARI           329-

352 

 

§1.İnsan resursları və iqtisadi inkişaf  



§2.İnsan amili və sosial-iqtisadi inkişafda onun rolu 

§3.Bazar və dövlət mexanizmlərinin uyğunlaşdırılması  



 

XII     F

ƏSİL.    AZƏRBAYCAN  DÜNYA  TƏSƏRRÜFAT 

SİSTEMİNDƏ   

 

 

 

 

 

      353-453 

 

§1. İqtisadi inkişafın  ümumi mənzərəsi 

§2.Xarici iqtisadi fəaliyyət  

2.1.Xarici iqtisadi əlaqələrin göstəriciləri 

2.2.İxracın və idxalın əmtəə strukturu və XİƏ-in saziş növləri 

2.3.Xarici 

iqtisadi əlaqələrin coğrafiyası 

2.4.Dünya  təsərrüfat  sisteminə  inteqrasiya  və  onun 

gücləndirilməsi 

2.5.İqtisadiyyatın açıqlılıq səviyyəsi 

 

§3.Azərbaycan Respublikasının sənayesi 

3.1.Sənayenin ümumi xarakteristikası  

3.2.Sənayenin sahə strukturu  

3.3.Sənayenin ərazi stukturu 



§4.Azərbaycan Respublikasının kənd təsərrüfatı 

§5.Respublika iqtisadiyyatının bəzi inkişaf perspektivləri 

 

 

ƏDƏBİYYAT SİYAHISI   

 

 

 

554 

 

 

 

 

 

 

 

 

 

           

                            

G  İ  R  İ  Ş 

          

Artıq  on  ildən  çoxdur  ki,  Azərbaycan  xalqı  öz  milli 

iqtisadiyyatının  səmərəli  formalaşması  uğrunda  əzmlə  mübarizə  aparır 

və  qalib  gəlir.  Respublikamızın  Prezidenti  Möhtərəm  Heydər  Əliyev 

cənabları  demişkən  :  “Müstəqil  Azərbaycan  dövləti  yaşayır,  bundan 

sonra da əbədi,uğurla  yaşayacaqdır.” 

           

Azərbaycan  dövləti  qarşıda  qoyulan  məqsədlərə  çatmaq 

üçün əsas vasitə kimi bazar iqtisadiyyatı sistemi seçmişdir.Belə bir ciddi 

sistemin  seçilməsi  idarəetmənin  bütün  pillələrində  isə  yaradıcı 

yanaşmağı,bütün  daxili  və  xarici  imkanları  ortaya  çıxartmağı,onlardan 

bacarıqla istifadə etməyi, sonra isə elmin,texnikanın və texnologiyanın 

son  nailiyyətlərinə  əsaslanaraq  dünya    standartlarına  uyğun  məhsullar 

istehsal istehsal etməyi və xidmət göstərməyi tələb edir. 

           

Onu  da  qeyd  edək  ki,  rəqabətin  gücləndiyi  indiki  dövrdə 

istər  sosial  və  istərsə  də  sırf  iqtisadi  məsələlərin  həlli  insanlardan  və 

xüsusən  də  iqtisadçılardan  və  iqtisadiyyatı  idarə  edənlərdən  hərtərfli 

bilik tələb edir. Bu heç də asan iş deyil.Mütəxəssislər  və iqtisadiyyatı 

idar


ə  edənlər  yüksək  biliyə  malik  olmalı,  dünyada  gedən  qloballaşma 

proseslərindən  baş  çıxarmalıdırlar.  Dünyada  isə  olduqca  mürəkkəb 

proseslər  cərəyan  edir.Bu  proseslər  özünün  çevikliyi,mütəhərrikliyi, 

çoxsürətliliyi və bəzən də dağıdıcılığı ilə fərqlənirlər. Belə bir şəraitdə 

məlumatsızlıq  və  biliksizlik  ciddi  səhvlərin  baş  verməsinə  və  ölkə 

iqtisadiyyatının  zəifləməsinə  səbəb  ola  bilər.Mənfi  halların  baş 

verməməsi  üçün  həm  ölkə  daxilində  və  həm  də  digər  ölkələrdə  baş 

verən iqtisadi inkişaf meylləri dərindən öyrənilməlidir. (heç olmasa ona 

görə ki, dünaynın digər  ölkələrinin bazar iqtisadiyyatı sahəsində  geniş 

və  müsbət  təcrübələri  vardır).  Tədqiqat  göstərir  ki,  bu  cür  təcrübələri 

mənimsəmədən  dövlətin  sosial-iqtisadi  inkişaf  üçün  optimal  planlar 

tərtib etmək mümkün olmur. Gənc nəsil və xüsusən də gənc iqtisadçı –

mütəxəssislər  dünya  təsərrüfatının  formalaşması  və  inkişaf  etməsi 

problemlərini,  dünyada  və  onun  yarımsistemləri  olan  ayrı-ayrı 

dövlətlərdə baş verən dəyişiklikləri , ölkələr arasında yaranan əlaqələri 

və  onların  başlıca  xüsusiyyətlərini,dünyanın  aparıcı  (sənaye  cəhətdən 



 

inkişaf  etmiş)ölkələrinin  hərəkətedici  qüvvələrini,”Yeni  sənaye” 

ölkələrinin inkişaf sirlərini dərindən və hərtərəfli bilməlidirlər. 

       


Müasir  dövrün  səciyyəvi  xüsusiyyətlərindən  biri  də  ondan 

ibarətdir  ki,  milli  təsərrüfatların  qarşılıqlı  əlaqədə  olması  faktının  və 

dünyanın  tamlığının  getdikcə  daha  çox  mütəxəssis  və  ekspertlər 

tərəfindən    dərk  edilməsi  prosesi  güclənmişdir.Buna  görə  də  müasir 

sivilizasiyanın  demoqrafik,  ərzaq,  təbii  resurslar,  ekoloji,  beynəlxalq 

təhlükəsizlik,  dünya  okeanı  və  s.  bu  kimi  problemlərinin  mahiyyətini 

hər  kəs  bilməlidir.  Onu  da  yaddan  çıxarmaq  olmaz  ki,  ölkə 

iqtisadiyyatını  inkişaf  etdirmək  üçün  ilk  növbədə  beynəlxalq  iqtisadi 

əlaqələrin  mühüm  formaları  olan  beynəlxalq  ticarəti,  kapitalın  və 

əməyin  beynəlxalq  miqrasiyası  proseslərini  dərindən  dərk  etmək, 

onların sirlərini ortaya çıxartmaq lazımdır. 

       


Məhsuldar  qüvvələrin  beynəlmiləlləşməsi  və  qloballaşması 

prosesi  özünün  yeni  yüksək  nöqtəsinə  çatmışdır.  Bunun  əsasında  isə 

sahibkarlıq  kapitalı  və  onun  üzvi  şəkildə  birləşməsi  durur.Transmilli 

korporasiyalar  və  transmilli  banklar  ölkə  və  dünya  təsərrüfatlarının 

struktur cəhətdən yenidən qurulması amilinə çevrilmiş sənaye cəhətdən 

inkişaf  etmiş  ölkələrlə  inkişafda  olan  ölkələr  arasında  münasibətləri 

birmənalı şərh etmək çətinləşmişdir. İnkişaf etmiş ölkə və regionların öz 

aralarında baş verən proseslər də insanı düşündürməyə vadar edir. İstər 

bütün  dünya  miqyasında  və  istərsə  də  ayrı-ayrı  ölkələrdə  məhsuldar 

qüvvələrin  mahiyyəti,  tərkibi  dəyişmişdir.  Hazırki  dövrdə  insan,  insan 

amili,  elm,  bilik  bacarıq,  sahibkarlıq  fəaliyyəti  məhsuldar  qüvvələrin 

tərkib hissələri kimi çıxış edirlər.Ölkələrdə sosiallaşma prosesi güclənir, 

demokratiya vüsət alır, azad sahibkarlıq inkişaf etdirilir. 

         

Təxminən  eyni  təbii-coğrafi  şəraitə  malik  olan  ölkələr 

müxtəlif sosial-iqtisadi inkişaf dərəcələri  əldə edirlər.Səbəb nədir? Bu 

sualın  cavabı  heç  də  sadə  deyildir.Ona  cavab  vermək  üçün  ölkələrin 

seçdikləri  inkişaf  modellərini  mənimsəmək  lazımdır.Hər  bir  dünya 

ölkəsi  seçdiyi  modelə,həyata  keçirdiyi  struktur  dəyişikliklərinə  uyğun 

inkişaf edir.Məsələyə bu baxımdan yanaşdıqda dövlətin rolunun artması 

zərurəti  meydana  çıxır.  Dövlət  həmişə  güclü  olmalıdır.İslahatların 

müvəffəqiyyətlə keçirilməsi üçün bu,əslində bir nömrəli məsələdir. 

        

Lakin  bəziləri    elə  zənn  edirlər  ki,  guya  bazar  iqtisadiyyatı 

şəraitində  dövlətin  rolu  azalmalıdır,əslində  isə  bu  heç  də  belə 

deyildir.Güclü dövləti olmayan ölkə zəif sükanı olan gəmi kimi qəzaya 



 

uğraya  bilər.Dövlət  güclü  olmalı  və  ölkənin  sosial-iqtisadi  inkişafına 

lazımi  təsir  göstərə  bilməlidir.  Bu  sahədə  dünya    ölkələrinin  zəngin 

təcrübəsi  vardır.  Belə  təcrübələri  öyrənmək  və  konkret  bir  məsələnin 

həllində  ondan  bacarıqla  istifadə  etmək  bütün  dövlət  strukturlarının 

başlıca vəzifəsi olmalıdır. 

       

Bütün  bu  məsələlər  kitabda  öz  əksini  çox  əyani  şəkildə 



tapmışdır.Kitabın  müəllifləri  MEA-nın  müxbir  üzvü,  i.e.d., 

prof.,əməkdar elm xadimi Aqil Əlirza oğlu Əliyev, i.e.d., prof.,əməkdar 

elm xadi

mi  Arif  Şəkərəli  oğlu  Şəkərəliyev  və  i.e.n.,  dosent  İdris 

Şabanəli oğlu Dadaşov kitabı təkmilləşdirmək istiqamətində təkliflərini 

vermək istəyən oxuculara əvvəlcədən öz minnətdarlığını bildirirlər. 

 

                          



 

 

   

I  FƏSİL.  "DÜNYA  İQTİSADİYYATI"  NIN  MƏZMUNU, 

PREDMETİ VƏ  

                                 

FƏRQLİ CƏHƏTLƏRİ 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin