MAVƏRƏNNƏHRDƏ BAŞ VERƏN HADİSƏLƏRİN ZİKRİ,
BAQİ SULTAN ƏHVALATININ BƏYANl, ONUN DÖVLƏT
VƏ KAMRANLIQ BAYRAĞININ UCALMASI
Sözlər yazan qələm yuxarıda yazmışdı: Əbdülmömin
xanın qətlindən sonra Buxaranın əmirləri və özbək əyanları Abdulla
xanın qohumlarından və Canı bəy dudumanının
sultanzadələrindən olan Pirməhəmməd xanı padşah etdilər.
Əbdülmömin xanın qətli xəbəri Türküstan ölkəsinə yayıldıqda
Təvəkkül xan Qəzaq Mavərənnəhri sağ-salamat vücud sahibi olan
bir padşahdan xali görərək, Türküstan qəbilələrindən və səhraneşin
özbəklərdən ibarat saysız-hesabsız ləşkərlə o məmləkəti fəth etmək
əzmi ilə həmin səmtə yürüş etdi. O vilayətin əksər camaatı özlərində
belə əzəmətli bir ləşkərlə qarşılaşmaq və müqavimət göstərmək
qüvvəti görməyib, istər-istəməz tabe oldular. Təvəkkül xan
Türküstan və Mavərənnəhr vilayətinin Sima Əxsikəs, Əndican,
Daşkənd, Səmərqənd [adlı yerlərindən] Miyankala qədərki yerlərini
zəbt edib, qardaşı Eyşəm Sultanı iyirmi min döyüşçü ilə
Səmərqənddə saxladı, özü yetmiş-həştad min adamla Buxaranı
tutmağa yollandı. O vaxt Buxarada on-on beş min nəfərdən başqa
adam yox idi. Pirməhəmməd xan və Buxara əmirləri şəhərdən çıxıb
döyüş səfl bəzəməyi məsləhət görmədilər, şəhərin bürc və barılarını
möhkəmləndirdilər, o ağır qoşunun hücumunu dəf etmək niyyətinə
düşdülər. Təvəkkül xan o böyük şəhəri mühasirəyə aldı. Ləşkərlər
bir-birlərindən ayrılaraq şəhərin hər tərəfinə səpələndilər. Buxara
mübarizləri hər gün bir darvazadan çıxıb hərb atəsini
alovlandırırdılar. Onlar bir dəstə müxalifin ömür xırmanını iti qılınc
şöləsi ilə yandırdılar.
Hərb alovu tərəflər arasında on bir gün şölələndi. On ikinci
gün Buxara əskərləri, igidlik sahibləri və bahadırlar birlikdə
şəhərdən çıxdılar və günəşin doğuşundan qurub etməsinədək hər iki
dəstə arasında böyük hərb oldu. O gün buxaralılar qalib, qəzaq
975
ləşkəri isə məğlub oldu. Təvəkkül xan dayandığı yerdən qalxdı və
əzilmiş halda öz ordusuna tərəf getdi, əskərlərinin əksəri pərakəndə
olub fərara tərəf üz tutdu. Gecə düşəndə Buxara camaatı zəfərlə geri
dönüb şəhərə qayıtdı, şadmanlıq nağaraları çalınmağa başladı.
Qorxuya düşmüş Təvəkkül xan orada dayana bilməyərək, orduda
məşəllər yandırdı, gecənin zülmətində Səmərqəndə qayıtdı. Onlar
Səmərqəndə çatıb vəziyyətdən və xanın geri qayıtmağından Eyşəm
Sultanı agah etdilər.
Bu məsələdən əzilən Eyşəm Sultan qardaşının yanına bir
adam yollayıb ona bu sözləri çatdırdı: "Sənə ar olsun ki, yanında
olan saysız-hesabsız ali bir ləşkərlə Buxaranın sayca çox az olan
dəstəsinə məğlub oldun və geriyə qaçdın. Əgər sən belə
məğlubiyyətlə Səmərqəndə gəlsən, mümkündür ki, səmərqəndlilər
müxalifət qapılarını açıb müvafiqət qapılarını üzümüzə bağlayalar.
Dövlətin məsləhəti belədir ki, qoy xan geri dönsün, mən də öz ali
ordumla gedib ona qoşulum".
Təvəkkül xan qardaşının məsləhətinə əməl edərək geri
qayıtdı, Eyşəm Sultan da gəlib ona qoşuldu və onlar ikinci dəfə
cəngə amadə oldular.
Təvəkkül xanın fərar etməsindən sonra Pirməhəmməd xan
və təbəələri onu təqib edib, tutduğu mahalları geri almaq məqsədi ilə
Buxaradan çıxdılar, Mavərənnəhrin hər tərəfindən gəlib onlara çoxlu
adam qoşuldu, biganə ləşkəri dəf etmək niyyətinə düşdülər. Onlar
Miyankalın Uzunsaqqal adlı yerində müxaliflərə çatdılar və
aralarında hərb atəşi alovlandı. Bu vaxt, Pole-Salar döyüşündə
müzəffər qızılbaş ləşkərindən zərbə görən və fərar edən
Dinməhəmməd xanın qardaşı Baqi Sultan Pirməhəmməd xanın
yanına gəldi. Onun bu gəlişinin şərhi belədir: Qardaşı
Dinməhəmməd xan az miqdar əskərlə cəng meydanından çıxıb
Əndxoda çatdıqdan sonra Gorgi keçidindən keçərək Buxaraya gəldi.
O zaman, Pirməhəmməd xan Buxaradan çıxıb Təvəkkül xanın
təqibinə getdiyi üçün, Buxara əhalisi onun icazəsi olmadan Baqi
Sultanın şəhərə daxil olmasına yol vermədi. [Buna görə də] Baqi
Sultan Xacə Bəhaəddin məzarından keçib Pirməhəmməd xanın
ordusuna tərəf getdi, Uzunsaqqalda onun ordusuna birləşdi və
əmirlərin vasitəsilə xanla görüşmək şərəfinə yetişdi, çingiziyyə
qanun-qaydasına görə ona kurneş* etdi.
Pirməhəmməd xan əmirləri Baqi Sultanın gəlişini qənimət
bilərək, bu gəlişi şad əlamət (estebşar) kimi başa düşdülər, xanın
976
qədəmini alqışladılar, onun da müxaliflərə qarşı hərbə getməyinə
tərəfdar oldular. Beləliklə, Baqi Sultan, Təvəkkülün adamlarıyla bir
neçə hərbə başlayıb, əksər savaşlarda qələbə çaldı. [Vaxti ilə]
Abdulla xanın mötəbər əmirlərindən və Əbdülmömin xanın qətlində
şərik olan Əbdülvase bəy bu sülaləyə qarşı çıxaraq Təvəkkül xanın
yanına getmiş və xanı Mavərənnəhri tutmağa rəğbətləndirmişdi. O,
Baqi Sultanın əliylə qətlə yetirildi. Bu iki dəstə arasında başlayan
hərb atəşindən iki aya qədər vaxt keçdi. Pirməhəmməd xanın
tərəfdarlığı ilə Baqi Sultandan igidlik və səmimiyyət zahir oldu.
Nəhayət Təvəkkül xan müharibədən bezərək, bir gün Pirməhəmməd
xanın ləşkərinə güclü bir gecə basqını (şəbxun) etdi, bu tərəfdən də
Pirməhəmməd xanın adamları maneçilik qalxanını üzlərinə tutub,
özlərinin igidlik qollarını Təvəkkül xana qarşı uzatdılar, aralarında
güclü bir hərb oldu. Həmin şəbxunda Pirməhəmməd xanm qohumu
Seyid Məhəmməd Sultanın və Məhəmməd Baqi Atalıq
Divanbəyinin
Təvəkkül
xanın
döyüşçüləri
tərəfindən
öldürülmələrinə baxmayaraq, elə Təvəkkülün özü də yaralandı və
heç bir iş görə bilmədi, qayıdış cilovunu tutub Daşkəndə getdi, elə
orada da xəstələndi, bəqa aləminə yollandı.
Baqi Sultanın ona etdiyi yaxşılıqlara görə Pirməhəmməd
xan xeyirxah adamların məsləhətiylə Səmərqənd vilayətinin ixtiyar
ipini Baqi Sultanın iqtidar qəbzəsinə tapşırdı, onu o tərəfə rəvan
etdi, özü isə Buxaraya qayıtdı. Baqi Sultan kamyab və kamranlıqla
Səmərqəndə çatdıqda, biganə döyüşçülərin hökmranlığından
(təsəllot) təngə gəlmiş səmərqəndlilər xanın qədəmini qənimət
bilərək, öz hallarının mühafizəsi və mallarının qorunmasından ötrü
şövqlə onun görüşünə tələsdilər, hakimiyyətinə tərəfdar oldular.
Nəqsbəndiyyə şeyxlərinin düzgün məsləhəti (estesvab) ilə Baqi xan
və Daşkənddə olan qəzaq tayfasının valisi arasında bir sülh sazişi
(solhgune) imzalandı və şərtləşdilər ki, Səmərqənd ləşkəri Daşkəndə
hücüm (motəərrez) etməyəcəkdir.
Xülasə, Baqi Sultan tam iqtidarla Səmərqənd vilayəti
hakimliyi taxtına əyləşdi, sikkə və xütbə isə Pirməhəmməd xanın adı
ilə bəzəndi və o, məmləkətin hər tərəfini zəbt etdi. Baqi Sultan
həmin il öz itaət və bağlılığını izhar etsə də, get-gedə qürur
badəsindən sərməst oldu, bədməstliyə başladı. O, özünü səltənət və
hökümranlıq işində Pirməhəmməd xandan daha layiqli sanır,
Səmərqənd kimi bir məmləkəti heç bir maneçilik və savaş olmadan
idarə edir, o vilayət meydanında başqa kimsəni görmürdü. [Buna
977
görə də] onun başına səltənət və padşahlıq havası doldu, beyninə isə
qürur buxarı yol tapdı. Baqi xan öz səxavət (bəzl) və əta əlini
açaraq, vilayətin məhsulunu ənam kimi avara adamlara və əskərlərə
paylayırdı, elə bunun üçün də özbək tayfalarının böyük bir hissəsi
onun başına toplaşdı və çoxlu adamı oldu. Baqi Sultanın əmiləri
Rəhmanqulu Sultan və Abbas Sultan, qardaşı Tursun Məhəmməd
Sultan, həmçinin başqa qohum-qardaşı və əyan-əşrafı Səmərqəndə
gəlib ayaqlarını ona itaət dairəsinə qoydular. Gün-gündən onun
dövlət bayrağı ucalmaqdaydı. "Xan" ləqəbi ilə ləqəbləndirilən Baqi
Sultanın adamlarından məmləkətin hər yerinə əliuzunluq vaqe
olmaqda idi.
Pirməhəmməd xanın əmir və dövlət başçıları xanı iki-üç
dəfə Baqi xana üz verməkdə və mülayimlikdə taxsırlandırmışdılarsa
da, bunun heç bir təsiri olmadı. Nəhayət, xan Baqini cəzalandırmaq
məqamına gələrək, böyük bir ləşkər topladı və Səmərqəndə getmək
niyyətinə düşdü. Bundan sonra Baqi xan adlandırılacaq Baqi Sultan
məsələdən xəbərdar olub, məsləhəti onunla tovəzökarlıq (frutəni) və
mülayimliklə davranmaqda gördü, dili yağlı adamlar yollayıb
üzrxahlıq etdi. Bu vaxtadək sikkəni öz adına vurmadığını özünün
xana itaət və bağlılığına dəlil kimi göstərdi və söylədi ki, bundan
sonra ayağını ədəb ətəyinə büküb, ona verilmiş Səmərqənd vilayəti
ilə kifayətlənəcəkdir. Buxara əmirləri də sülh olmasını istədilər və
onların arasında barışıq yarandı. Cəng şöləsi bir neçə günlüyə yatsa
da,
amma
Baqi
xanın hərəkətlərində müxalifət əlaməti
görünməkdəydi. O, özbək əyanlarına məxfi hökm və məktublar
yollayıb, onları özünə tabe olmağa səsləyirdi. Pirməhəmməd xan
dövlətinin ağıllı adamlarına məlum oldu ki, Baqi xan heç vəchlə
başını itaət doğanağına (çənbər) salmayacaqdır. Səltənət və
padşahlıq xəyalı beynində möhkəm yerləşdiyi üçün, Səmərqənd
məhsullarından ülufə və başqa rüsumları (mərsumat) az yığırdı.
Baqi xan bu dəfə ürəyindəki fikri gizlətməyərək, müxalifətə başladı,
Miyankal vilayətini tutmağdan ötrü ağır ləşkələ Səmərqənddən
çıxdı. O, əvvəlcə Miyankalın Dəbus qalasını mühasirəyə aldı.
Miyankalın hakimi Şahkuçek Durmən "Qəleye-kohne"dən (Köhnə
qaladan - Ş.F.) çıxaraq Baqi xanın yanına getdi, ona tabe oldu. Buna
görə də, xan Dəbus qalasına əlini uzadıb oranı fəth etdi. Həmin
qalada olan Pirməhəmməd xanın qohumu Məhəmməd Şərəf Sultanı
qətlə yetirib fəth və iqtidar bayrağını qaldırdı və məmləkət
ətrafındakı yerlərdən tutmağı bacardığı hər yeri zəbt etdi.
978
Bu vəhşətli xəbərləri Buxarada eşidən Pirməhəmməd xan
tərəfdarları narahat olub öz əskər və təbəələrini toplayaraq xanı
cəzalandırmaq fikrinə düşdülər, Bəlxə-Əbdüləmin xanın və oranın
əmirlərinin yanına adam yollayıb, onları Baqi xanın hücumundan
xəbərdar edərək, kömək istədilər. Bəlxin atalıqları və ağsaqqalları
Baqi xanın işğal və iqtidarı nəticəsində öz dövlətlərinin əldən
gedəcəyini bildiklərindən və əvvəllər onun padşahlığından agah
olduqlarından, [bir-birləri ilə] məsləhət və kənqaş etdikdən sonra
Pirməhəmməd xana kömək etmək qərarına gəldilər, o vilayətin ali
dərəcəli seyidlərindən olan Şah Xacə Nəqibin sərkərdəliyi və başqa
etibarlı sərdarların köməyi ilə on min nəfərə yaxın süvari və piyada
topladılar və onları [irəliyə] rəvan etdilər. Pirməhəmməd xan, sayları
qırx min, bəlkə də, ondan da çox əskər topladıqdan sonra tam
hamiliklə (eztezhar) Səmərqənd üzərinə ləşkər çəkdi. O, həmin
şəhərə yaxınlaşan vaxt Baqi xan yenə əvvəlki kimi üzrxahlıq və
alçaqlıq məqamına gəldi, hiyləgərlik və yaltaqlıqla bu hadisənin
qarşısını almaq istədisə də, faydası olmadı. Pirməhəmməd xan və
dövlət başçıları Baqi xanın öz sözü üstündə durmadığını
bildiklərindən, onun əhd və şərtinə etibar etmədilər və xanı
cəzalandırmaq fikrindən daşınmadılar. Sülhün baş tutmamasından
məyus olan Baqi xan özündə səhra cəngi* etməkdən ötrü qüvvət və
qüdrət görmədi, çarəsiz qalaraq qaladarlıq etmək, bürc və barıları
möhkəmləndirmək üçün hərb ləvazimatı hazırlamağa başladı. Bəlx
və Buxara əskərləri Səmərqəndin ətrafına gəlib çatdılar, qalanın hər
tərəfini mühasirəyə aldılar və hərb hazırlığı gördülər. Bəlx əskərləri
Pirməhəmməd xana kömək etməkdən ötrü gəldiklərinə baxmayaraq,
amma onların əmirləri Buxara əmirlərindən qorxduqlarından,
ləşkərə qoşulmadılar, əlahiddə bir yerdə toplaşdılar. Səmərqənd
camaatı darvazadan çıxaraq, arxalarını qalaya çevirib hərb alətlərinə
əl atdı və o gün tərəflər arasında böyük döyüşlər baş verdi. Ertəsi
gün Baqi xan böyük bir qoşun dəstəsini "Dərbe-Boxara" ("Buxara
qapısı" - Ş.F.) adlanan darvazadan çölə göndərdi və onlar Bəlx
ləşkərinin müqabilində döyüş səfi bəzədilər, cəsurluqla savaşdılar.
Pirməhəmməd xan da öz ordu səfini döyüşə hazırladı və onun
əskərləri səmərqəndliləri dəf etməkdən ötrü Buxara darvazası
tərəfinə getdilər. O gün, Abdulla xanın böyük mirlərindən olan
Dostum Ərğun haramnəməklik edərək Pirməhəmməd xandan üz
döndərdi, Baqi xana birləşdi, belə hərəkəti ilə Baqi xanın qüvvəsini
artırdı və onun adamları hərbdə öz səbat ayaqlarını möhkəm ataraq
979
qələbə əldə etdilər, igidlik və mərdanəlik göstərdilər. Buxara və
bütün Bəlx ləşkəri biri-digərinin köməyinə bel bağlayıb savaşmağa
başladı. Get-gedə o ləşkər əskərlərinin əksəriyyəti düşmənləri
qırmaqdan ötrü Pirməhəmməd xanın qol cinahından döyüşə
qoşuldu, ehtiyatkarlıqdan qafil oldular.
Bu əsnada Baqi xan yanındakı bütün əskərlərlə birlikdə
əmisi Rəhmanqulu Sultanı çərxçi təyin etdi, özü isə bir qolda min,
ikinci qolda isə beş yüz nəfər fədaisi olan döyüşçülərlə şimal
darvazasından
çıxaraq
gözqamaşdıran
(lame)
işiq
kimi
Pirməhəmməd xanın qoluna tərəf yollandı. Dostum Ərğunun fərar
etməsindən sonra Pirməhəmməd xanın ləşkərinə bərk qorxu üz
vermişdi. Rəhmanqulu Sultanın etdiyi ilk həmlə nəticəsində qol
ləşkəri bir-birinə dəydi, müdafiə fürsəti tapmadı, məğlub olub
dağılışdı. [Bu vaxt], Pirməhəmməd xanın döyüşçüsü olan məchul bir
adam gələrək, xanı tanımadan bərk yaraladı, tanıdıqdan sonra onu
Baqi xanın yanına apardı və elə həmin ləhzə də xan qətl olundu.
Pirməhəmməd xanın öldürülməsi və qol döyüşçülərinin fərar
etmələri xəbəri döyüş meydanına çatdıqda bütün döyüşçülər pərt
olaraq, yanlarında olan mal və başqa şeylərdən əl çəkib məğlubiyyət
yoluna üz tutdular.
Bəlx camaatı Buxara ləşkərindən ayrıldı, onlara bir o qədər
də xəsarət dəymədi, meydandan çıxıb Qərşiyə gəldilər,
Pirməhəmməd xanın azyaşlı oğlu olan və Qərşidə yaşayan
Məhəmməd Səlim Sultanı özləri ilə götürüb Bəlxə gətirdilər. Baqi
xan isə zəfər və qalibiyyətlə ağır qoşunla yubanmadan Buxaraya
tərəf üz tutdu. Meydandan qaçmaqla canlarını qurtaran bəzi Buxara
əmirləri, xüsusən o tayfanın mötəbər adamlarından olan Xudaynəzər
bəy Buxaraya gəlib çatdı. Onların padşahları olmadığından və
qaladarlıq etməkdə özlərində qüvvə görmədiklərindən, elə həmin
gecə özləri ilə heç nə götürmədən şəhərdən çıxdılar. Xudaynəzər
bəy Çəharcu keçidindən keçərək Mərvə - Nurməhəmməd xanın
yanına gəldi. Baqi xan isə üçüncü gün Buxara darüssəltənəsinə gəlib
çatdı, şəhərin əyan-əşrafı onun istiqbalına tələsib kurneş və təbrik
rəsminə əməl etdilər. Xanın özü isə əzəmət və kamranlıqla Buxara
şəhərinə qədəm basaraq, Abdulla xanın cahangirlik taxtında cülus
etdi, özbək tayfaları ayaqlarını onun tabeçilik dairəsinə atdılar. Baqi
xan Pirməhəmməd xanın ələ keçən və özünə xilaf olan adamlarının
hamısını, o cümlədən Kukəltaşı və qardaşını, Çöhrə ağası olan
Dustu və başqalarını qətlə yetirsə də, başqa adamlarla barışıq yolu
980
ilə davrandı, onları incitmədi, xütbə və sikkə onun adı və ləqəbiylə
bəzəndi.
Daşkənd, Türküstan, Bəlx, Həsare - Şadiman, Bədəxşan və
başqa ətraf yerlərin sultanları elçilər göndərib, onu təbrik etdilər,
şəninə mübarikbad dedilər, Baqi xanın iqtidar və cahangirliyi xəbəri
ətrafa yayıldı.
Baqi xan, həqiqətən də, igid və mərdanə bir cavan idi.
Səltənət və padşahlıq işlərində əzmkar və bacarıqlıydı. Öz bəxtinin
köməyi, hüsni-tədbiri və igidliyi sayəsində nökərlik və pənahsızlıq
(yekəsəvari)
dərəcəsindən
uca
səltənət
və
hökmranlıq
mərtəbəsinədək yüksəldi. Nəticədə, Bəlx, Bədəxşan və Həsarı da
tutaraq, öz dövlət bayraqlarını cövza bürcünədək qaldırdı, onun
parlaq iqbal günəşi şüalanmağa başladı və məmləkətlərin hər yerini
işıqlandırdı. Belə ki, onun şüaları barədə [bizim] yeniliklərdən bəhs
edən və söz yazmaq məclisini şam kimi işıqlandıran aydın dilli
qələmimiz qələcək hadisələrin bütün mütaliəçilərinə məlumat
verəcəkdir.
HÜMAYUN MƏİYYƏTİN MÜQƏDDƏS MƏŞHƏDƏ
TƏRƏF GEDİŞİ VƏ O VAXTLARDA BAŞ VERƏN
HADİSƏLƏRİN ZİKRİ
Səadət silkinə (selk) mənsub qələm (kelk) belə yazmışdı:
Xorasan səfəri zamanı, yuxarıda yazıldığı kimi, Mavərənnəhr
[hadisələri] və Baqi xan əhvalatı Semnan məmləkətinə (xotte) gəlib
çatdı. Buna görə də Məhəmməd İbrahim Sultanın [Mavərənnəhrə]
göndərilməsi yubandı. [Əlahəzrət] oradan çıxaraq Kalpuş yoluyla
müqəddəs Məşhədə rəvan oldu. Kalpuşa tabe olan Xəbas adlı yerin
bir dərəsi cah-cəlal çadırları ilə dolduğu zaman şahın səhhəti
(məzac-o hac) mötədillik yolundan döndü və humayun zata
qızdırma üz verdi. Xəstəlik [müddəti] uzandı və şah bir ayadək
yatası oldu. Məsiha* nəfəsli təbiblər (ətobbaye - Məsihadəm)
müalicəyə başladılar, onu sağaltmaq üçün çox səylər etdilər,
ordunun yaxşı-yaman (vəzi və şərif) bütün adamları kasıblara nəzir
və sədəqələr payladılar. Adamların hər biri xoşladığı hər nəyi varsa
onu hümayun şahdan ötrü təsəddiq edirdi. Nəhayət İlahinin lütfü
981
adamların halına yandı, Quranın kəraməti ilə şəfa nazil oldu
650
Allahın şəfaxanəsindən tez vaxtda kəramətli şəfa yetişdi, şah
sağalmağa başladı. Dövran (zəmane) şadimanlıq bayrağını qaldırdı,
adamların üzünə şadlıq qapılan açıldı. [Əlahəzrət] zəiflik əyyamını
(nəqahət) orada keçirdi və tamamələ sağaldıqdan sonra oradan
çıxaraq Şəqan və Curbod (?) yoluyla Əsfərayinə təşrif apardı, orada
uyurmi gün qaldı, təbiblərin məsləhəti ilə imalə (tənqiye) olundu.
Şahın xəstəliyi günlərində baş verən hadisələrdən biri
Xudaynəzər bəyin gəlişidir. O, Mərvdən ali ordunun dayandığı
Xəbasa gəlib çatdı, amma müqəddəs zatın xəstələnməsi səbəbindən
bir neçə gün onun səcdəsinə yetişməklə şərəflənə bilmədi. Şahın
mübarək məzacının səhhət tapmasından sonra onunla görüş
səadətinə
yetişərək,
qələmin
yuxarıda
yazdığı
kimi,
Mavərənnəhrdəki vəziyyəti ərz etdi.
Əlahəzrət Bəlxdə baş vermiş hadisələri ondan öyrəndi,
Xudaynəzər bəyin və özbəklərin söylədiklərindən məlum oldu ki,
İbadulla Sultanın oğlu kimi qələmə verilən Əbdüləmin xan
İbadullanın zövcəsinin səyi ilə Bəlx səltənətinə yetişmişdi. Həmin
əzəmətli qadının əlində oyuncağa çevirdiyi Əbdüləmin xan Bəlxdə
iqtidar bayrağı qaldırdıqdan sonra özbəklər arasında belə söz-söhbət
yarandı: O qadın məcburən bu hekayəti özündən uydurmuşdur. Hər
əşyanın həqiqət güzgüsü və dünyanı göstərən ayna olan aləmi
bəzəyən hümayun şah belə fikirləşdi: "Bəlx özbəkləri Əbdüləmin
xan haqqında deyilən sözlərə şübhə edirlər. Belə olan halda o
mülkün (Bəlxin - Ş.F.) həqiqi mələkəsi İbadulla Sultanın zövcəsidir.
Onun qardaşı oğlu olan İbrahim Sultanı biz əgər Bəlxə göndərsək,
çətin ki, hamı ona meyl edə bilsin. Bir halda ki, onun işləri Bəlxdə
öz qaydasına düşmüşdür, gərək biz var qüvvəmizlə Mavərənnəhrin
fəth olunmasına çalışaq və mətləb yerinə yetmiş olsun. Yox, əgər
həmin qadın öz qardaşı oğlunun tərəfini tutub, Əbdüləmin xanın
dövlət qəsrinə xələl gəlməsini istəmirsə, mümkündür ki, onunla
ittifaqa girib Mavərənnəhrə ləşkər çəkək və irsi məmləkəti
biganələrin zəbtindən qurtaraq".
Xudaynəzər bəy bu gəzəl fikri bəyəndi. Yaxşı
təsadüflərdəndir ki, bu hadisənin baş verdiyi vaxt Bəlxdən xilafət
aşıyanlı saraya (Şah Abbas sarayına - Ş.F.) həmin əzəmətli qadın və
650
İfadənin ərəbcə: Və tənzilu min-əl-qurani mə huva şəfaun və rahmətun li-l-
aləmiə".
982
Bəlx əmir və ağsaqqalları tərəfində elçilər gələrək məktublar
gətirdilər. Belə məlum oldu ki, Mavərənnəhrin Baqi xan tərəfindən
istila olunduğu bu zamanda onlar öz qorxularından cahanpənah şah
dərgahına yaxınlıq arzusunda olub, Məhəmməd İbrahim Sultanın
gəlişini xahiş edirlər. Bunu bilən şahın aydın beyninə onların
iddiaları yol tapdı və o, Məhəmməd İbrahim Sultanı "fərzənd"
adlandıraraq uca "xan" ləqəbi verməklə onu izzətləndirdi və
Xudaynəzər bəyin ixtiyarına tapşırdı, bəyi xanın atalığı və
divanbəyisi etdi, onun Bəlxə göndərilməsinə qərar verdi, Əbdüləmin
xana nəvazişlə dolu (otufətamiz) məktub yazaraq, zamanın tələbinə
görə, onun da tərəfini tutub "fərzənd" adlandırdı. Şahın yazdığı
inayətnamənin məzmunu belədir: Mavərənnəhr məmləkəti mərhum
padşah Canı bəy xan övladının qədimdən bəri irsi yurdu və
məskənidir. Hazırda onun adlı-sanlı övladından uca nejadlı
Məhəmməd İbrahim [sağ] qalmışdır, və o, bizim hər ikimiz üçün
izzətli fərzənd kimidir. Bizim qüdsnişan xanədanımız vəlayət və
kəramət dudmanından olduğu üçün Məhəmməd İbrahim xan Allahın
təqdirinə görə bu dudmana gəlmişdir. O uca nejadlı [Əbdüləmin
xan] da biz hümayun nəvvaba (Şah Abbasa - Ş.F.) qarşı sədaqət və
dostluq məqamındadır və bu dudmanla birlikdədir. Elə biz də
yaxşılıqdan ötrü sabiq kobudluğu öz yaddaş aynamızdan silib,
onlann ailəsinin (Canı bəy xan ailəsinin - Ş.F.) ehya olunması ilə
məşğuluq, sizə imdad və həmrahlıq etməkdə mümkün qədər
(həsəbül-məqdur) diqqət yetirib, yaxamızı bu məsələdən kənara
çəkməyəcəyik. Bizim yaxşılıq etməkdən başqa mətləbimiz yoxdur.
Qeyrət və mərdanəlik bunu tələb edir ki, bir-birimizlə qardaşlıq
ittifaqına girərək, irsi mülkü geri qaytarmağa çalışaq, məmləkəti
tutan biganələrin saxtakarlıq əllərini ata-babaların yurd və
məskənlərindən uzaqlaşdıraq.
[Həmçinin] Bəlxin əmirlərinə və mötəbər adamlarına da
ehkam və fərmanlar sadir edildi [və belə yazıldı:]: "O silsilənin bir
neçə illik duz-çörəyini unutmayıb, o vəlinemətzadələrin yolunda
canınızdan keçin, biganələrə ixtiyar verməyin ki, yenidən bivəfalıq
etsinlər və yedikləri duz-çörəyi unutsunlar".
Məhəmməd İbrahim xan bütün Mavərənnəhr və
Türküstanın öz adına yazılması barədə şahdan hümayun nişan
(məktub, hökm - Ş.F.) xahiş etdi və onun xahişi qəbul olundu. Bu
sətirlərin müəllifi (İsgəndər bəy Münşi - Ş.F.) ali əmrə əməl edib,
münasib bir dibaçə (giriş - Ş.F.) sözü ilə hümayun nişanı yazdı, onu
983
mehrli bir möhürlə bəzədi və Məhəmməd İbrahim xana təhvil verdi.
Xan Əsfərayində [şahdan] rüxsət aldı, müqəddəs Məşhəd hakimi
Budaq xan öz qoşun və ləşkəri ilə ona yoldaş kimi yola salındı.
Lakin onların gedişindən sonra asimani bir nida şaha xatırlatdı ki,
əgər Bəlx əhalisindən soruşub (estemzac) onun barəsində fikirlərini
mükəmməl şəkildə öyrənə bilsələr və təkrar sorğu-sual və gediş-
gəliş nəticəsində dəqiq (kəmahi) məlumat əldə olunsa, özbəklərin
fitnəsindən xatircəm olmaq olar. Belə bir halda, fəqət cah-cəlal
ordusu Bəlxə yaxın olan (əqrəb) Herat darüssəltənəsinə gəlib orada
dayandıqda onu (Məhəmməd İbrahim xanı - Ş.F) göndərsək daha
yaxşı olar.
Ehtiyatkarlıq etmək bunu tələb etdiyinə görə də bu
bəyənilən rəyə əməl olundu və xanı müqəddəs Məşhəddə saxladılar.
[Sonra] söhbət yasovulu Ruhulla bəy Zülqədərə məktub və lazimi
hökmlər verib, Bəlx elçiləri ilə birlikdə o tərəfə yollandılar. [Şah isə]
Əsfərayindən müqəddəs Məşhədə doğru yolu düşdü, həzrət imaməl-
cenn və-n-nasin nurlu məqbərəsini təvaf etmək şərəfi ilə şərəfləndi.
O, qışı həmin mübarək büqədə dua və ziyarətlə başa vurdu, həmin
müqəddəs rövzədə fəqət müqəddəs hümayun zata mənsub olan
xadimbaşıgəri xidmətləri ilə məşğul olmaqda ikən, baharın ənbər
qoxulu nəsimi əsməyə başladı, təbiəti ətirləndirdi.
Dostları ilə paylaş: |