Monoloji nitqin növləri.Çıxış Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri çıxış mühazirə və məruzədir. Çıxış məişət üslubunun ən geniş yayılmış növüdür. Monoloji nitqin bu növü daha çox prezident yanında ilin yekunları və ya istehsalatın hər hansı bir sahəsinə aid toplantıda, nazirlərin hesabatında, yığıncaqlarda və iclaslarda səsləndirilir. Məsul şəxs qarşısında başqalarının monoloji nitqi çıxış adlanır. Ali məktəb rəhbərliyinin səlahiyyətli nümayəndələrinin (rektor, prorektor, tədris hissə müdiri, dekan, dekan müavini, kafedra müdiri və b.), orta və peşə məktəblərinin, lisey və kolleclərin, mənzil-istismar sahələrinin, idarə, müəssisə və təşkilatların başçılarının sinifdə, auditoriyada, iclas zalında, kabinetdə ümumiyə xitabən danışması, toy məclisində masabəyi və qonaqların təbrik üçün söz deməsi, mərasimlərdə, mitinqlərdə, Bir tikilinin, qurğunun açılışında, hər hansı bir görüşdə deyilən qısa, yığcam, bəzi hallarda geniş fikirlər toplusu çıxışdır.Çıxışda söz alıb danışanın nitqi hansı münasibətlə deyilməsindən çox asılıdır. Söz sahibinin mövqeyi, həyatda tutduğu yer, yaxınlıq, dostluq münasibəti, harada kimin və ya kimlərin qarşısında söz deməsi kimi məsələlər çıxışın ahənginə, tonuna ciddi təsir göstərir. Natiq qəmli, kədərli hadisələrdən kəsik-kəsik, fasilələrlə danışır, sözlərində, cümlələrində ləngiyir, amma təntənəli, bayram görüşlərində, ad günləri və yubileylərdə sürətli ritmlə danışır, bəlağətli və fəsahətli çıxışı ilə məclisi şənləndirir, adamlarda yaxşı əhval-ruhiyyə, xoş ovqat yaratmağa çalışır. Üç hissədən – giriş, əsas hissə və sonluqdan ibarət çıxış o vaxt razılıqla qarşılanır ki, natiq özündən əvvəl çıxış edənlərin dediklərini təkrarlamadan, dilin fonetik, leksik vasitələrindən qrammatik normalar daxilində fikrini orijinal şəkildə ifadə edə bilir.
Dostları ilə paylaş: |