Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Qərb ölkələrində multikulturalizmin meydana gəlməsinin tarixi səbəbləri



Yüklə 164,32 Kb.
səhifə10/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
multikultur.COVİD-19

9.Qərb ölkələrində multikulturalizmin meydana gəlməsinin tarixi səbəbləri
10. Qərb ölkələrində multikulturalizm siyasətinin nəzəri-ideoloji bazası
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsi əsasən orta əsrə təsadüf edir. Ümumi mənada qərb ölkələri həm öz aralarında, həm də islam, çin və digər sivilizasiyalar ilə bu dövrdə ciddi şəkildə münasibət qururdular. Bu da öz növbəsində multikultural əlaqələrin yaranması demək idi.
Qərb ölkələrində multikulturalizmin əsaslarını XVI əsrdən başlayaraq C. Lokk, S. Mill, T. Hobs, Ş. Monteskye, C. Viko kimi mütəfəkkirlərin ideyaları təşkil edir. Bu ideyalardan multikulturalizmi nəzəri cəhətdən əsaslandıran müasir dövr mütəfəkkirləri Con Roulz, Con Raz, Vill Kimlika və s. geniş istifadə etmişdir. Adı çəkilən mütəfəkkirlərin müştərək cəhəti multikulturalizm anlayışına insan hüquqları mərkəzli, liberal-fərdiyyətçi dəyərləri əsas alaraq yanaşmalarıdır. Digər yanaşma tərzini isə hal-hazırda Çarlz Taylor, Maykl Valzer və Alasdair Makintayr kimi nəzəriyyəçilər tərəfindən dilə gətirilən “Kommuniteryanist” baxış təzi təşkil edir.
Con Lok ve Stuart Mill kimi klassik liberallar dövründə artıq dövlət, tarixi reallıq idi. Bu baxımdan liberallıq intellektual və siyasi əhəmiyyət qazandıqca dövlətin xüsusiyyətləri də müəyyən olunurdu. Qanunun üstünlüyü, vətandaşların bərabərhüquqluluğu, fərdlərin hüquq və öhdəliklərin daşıyıcısı olması nəticəsində dövlət, vətəndaş ilə dövlət arasında birbaşa münasibətlər qurulmasını təmin etdi.
Klassik liberalizm Yunan rasionallığından və Xristian universalizmindən təsirlənmişdir. Klassik liberallar yunar rasionalistləri kimi tənqidi rasionalizm, seçim və fərdi azadlıq kimi dəyərlərə istinad edən həyat görüşünü müdafiə edirdilər. Ancaq yunanlı rasionalistlərin əksinə onlar ağlı daha təvazökar və praktiki terminlər ilə ifadə edərək universallığı vurğulayırdılar. Məhz Loka görə Tanrı insanları var edib həm hüquqlar, həm də vəzifələr vermişdir. Lok təbii qanun nəzəriyyəçisi idi. Mill isə praqmatikdir.(Bhikhu Parekh, Rethinking Multiculturalism Cultural Diversity and Political Theory, s. 43-64).
18-ci əsrdən etibarən Viko, Monteskyu, Herder və Monten kimi müəlliflər multi mədəniyyətin labüd olduğunu və vacib olduğunu vurğuladılar. Məhz Vikoya görə hər bir mədəniyyət özünəməxsusu xüsusiyyətlərə malik olaraq müxtəlifliyi təşkil edir. Monteskyu ``Qanunların ruhu`` adlı əsərində mədəni müxtəlifliyi psixolojik deyil, sosioloji və siyasi baxımdan tədqiq etmişdir. Monteskyunun ``Fars Məktubları`` əsəri də multikulturalizmin klassik mənbələrindən hesab olunur. Herder isə klassik multikulturalizmdə dili önə çıxarır və belə ifadə edirdi: “hər millət düşündüyü kimi danışır, danışdığı kimi düşünür”. Ona görə məhz insan bir cəmiyyət daxilində formalaşır və dəyərlər əldə edir 
Modern dövlət konsepsiyasında tək tip insan və tək tip mədəniyyət anlayışı qəbul edilməzdir. Bu movzuda məşhur mütəfəkkir Volter hələ 18-ci əsrdə belə deyirdi: “ Fikirləriniz ilə razı deyiləm. Ancaq onları ifadə etmə haqqınızı axıra qədər müdafiə edəcəm“. Bu anlayış birbaşa multikulturalizmin bütün sahələrdə əsasını təşkil edir.
Belə ki, tarixdən də məlum olduğu kimi İkinci Dünya müharibəsindən əvvəl Qərbdə etno-mədəni və dini müxtəliflik bir sıra anti-demokratik hakimiyyətlər tərəfindən təzyiq altında idi. Bu eyni zamanda bəzi irqçi hakimiyyətlər tərəfindən də normal qəbul edilirdi. Ancaq İkinci Dünya müharibəsinin başa çatması nəticəsində qlobal arenada insan hüquqları, irqlərin və xalqların bərabərhüquqlu olması və s. məsələlər istiqmətində siyasət və hüquqi anlayışlarda reformların həyata keçirilməsinə gətirib çıxardı. Qısacası multikulturalizm Avropada köhnə etnik və iyerarxiya modellərinin yerinə yeni demokratik vətandaşlıq münasibətlərini bərpa etmə vasitəsi olaraq ortaya çıxdı və bu istiqamətdə uğurlar əldə edilir.
Qərb ölkələrində multikulturalizm siyasəti bir çox aspektdən aktuallıq kəsb edir. Belə ki, liberallar ilə kommunitaryan və ya kollektivistlər bu istiqamətdə fərqli nəzəri-ideoloji əsaslara malikdirlər. Klassik liberalizmdən fərqli olaraq müasir liberallar həm müştərək insan təbiətini, həm də insanların mədəniyyət ilə iç-içə olduğunu qəbul edilrər. Con Rouls təməl əxlaqi müxtəliflik və fərqli yaxşı məfhumlarının meydana gətidiyi problemlər ilə, Kimilika müxtəliflik və fərqli həyat tərzlərinin meydana gətirdikləri ilə, Raz da ikisi ilə bilikdə maraqlanır. Rolusun “Bir Ədalət Nəzəriyyəsi” adlı kitabı etik plüralizm mövzusunda sistemli bir kitabdır. Raz “Azadlığın əxlaqı” əsərində xoşbəxtliyi axtarmağın həyatın məqsədi, qayəsi olduğu və bunun həyat boyunca uğur və faydalı məqsədləri də əhatə etdiyi şəklində Aristotelçi görüşü əsas alır. Vil Kimlika “Multikultural Vətandaşlıq” adlı əsərində insanların xoşbəxt həyat əldə etmələri üçün iki prinsipə sadiq qalmalarını vurğulayır. İlki, insanların həyatlarını içdən, yəni nəyin yaşamağa dəyər qazandırdığına dair dəyərlərə görə yaşamalıdırlar. İkincisi, səhv etdikdə və hər an malik olduqları dəyərləri analiz etməkdə azad olmalıdırlar.
Çarlz Taylor Russoya istinad edərək digər insanlar ilə olan münasibətlərimizin dialoqa əsaslandığını vurğulayaraq demokratik çərçivdə də hər hansı bir cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir. Bu nəzəriyyə “Tanınma” adlanır. Kommunitarian mənada iki prinsip vardır burada. Fərdlər olaraq insan hüquqlarının qorunması, ikincisi isə fərdlərin mədəni ictimai sferalara aid olması. Bu mənada Volf, Mişel Valzer liberal demokratiya mövzusunda Taylorun görüşünü təhlil edirlər. Digər tərəfdən Alasdair Macintyre ``Əxlaqın ardınca``(after virtue) əsərində etik qayda və qanunların fərddən daha çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır. Kommunitarian görüşə malik olaraq Makintayra görə qrup və cəmiyyətdən müstəqil fərd öz başına inkişaf edə bilməz. (Amy Gutmann, Multiculturalism-Examining the Politics of Recognition, s. 11-106)
İlk olaraq fərdiyyətçiliyi əsas alan multikulturalizm konsepsiyası fərdlərin qrup xüsusiyyətinə baxmadan hər bir fərdin bərabər olduğu və qanun qarşısında bərbaər hüquqlara malik olduğu düşüncəsinə istinad edir. Məhz liberalizmin əsasını təşkil edən bu fərdiyyət anlayışı azadlıq, ifadə etmə və istediyi kimi inanma hüquqlarını təməl hüquqlar olaraq qəbul edir. Con Rolz bunu özünün məşhur ədalət nəzəriyyəsi ilə əsaslandırır: “Ədalət anlayışı bir neçə şəxsin öz həyatını əksəriyyətin xoşbəxtliyi naminə fəda edilməsinə icazə verə bilməz. Beləliklə ədalətli bir cəmiyyətdə bərabərhüquqlu azadlıqlar əsas alınır və bunlar ictimai maraqların və siyasi tələblərin mövzusu halına gətirilə bilməz``. Burada Rolzun məqsədi liberal demokratik cəmiyyətlər üçün sosial əməkdaşlıq modelinin yaradılmasıdır. Nəticədə Rolzun nəzəriyyəsi eyni zamanda ictimai mahiyyət daşıyır və cəmiyyət fərdlərinin inteqrativ münasibətlərinə istinad edir.
Kollektiv hüquqularda isə fərdiyətçiliyə yer verilməklə birlikdə bu fərdlərə daha çox kollektiv vəya qrup kimliyinin və məqsədinin daşıyıcıları olaraq baxılır. Qısaca olaraq fərd və qrup mübahisəsində fərdiyyətçilər fərdin qrup və ya kollektivdən daha əvvəl gəldiyini iddi edirlər. Qrup və ya kollektiv hüquqların ilkinliyinə inanlar isə hər bir fərdin bir qrup və ya kollektiv içində dünyaya gəldiyini və mənliyini orada formalaşdırdığı üçün qrupu, fərdin var olma şərti olarq irəli sürürlər. Bu eyni zamanda liberallar və kommuniteryanlar termini ilə də ifadə olunur. Məhz kommunitaryan baxış tərzinin müdafiəçisi Vill Kimilkaya görə fərdlər cəmiyyət tərəfindən qəbul olunan sərhədləri aşdığında ictimai həyatda xaoslar yarana bilir. Digər tərfdən isə insanlardan sadəcə fərdi azadlıqları ilə kifayətlənmələrini istəmək ehtiyaclara tam cavab verməz. Məhz liberal demokratik baxış tərzi müxtəlifliyə universal insan hüquqları və azadlıqları çərçivəzində baxır.
Bu mövzuda Yurqen Habermas etno-mədəni siyasəti pioritet qəbul edən siyasi baxışlar ilə, fərdi hüquqların universallığına dair siyasi baxış tərzinin mənimsənilməsinin ayrıseçkiliyə səbəb olabiləcəyini qəbul edir. Ancaq burada Habermas, konstitusional vətandaşlığı və demokratiyanı müxtəliflikləri də əhatə edəcək şəkildə əsaslandırır: “Konstitusional prinsiplərin içində yer aldığı siyasi hakimiyyət daxilində bütün vətandaşlar eynidir. Məhz multikultural cəmiyyətdə siyasi strategiya, müxtəlif həyat anlayışlarının plüralizmini və inteqrasiyasını şüurlu şəkildə təşviq edən konstitusional vətandaşlığa istinad etməlidir”.
Multikulturalizm, siyasi və iqtisadi bərabərsizlik məsələlərini yox sayacaq şəkildə mətbəxdəki, qiyafətlərdəki, və musiqidəki müxtəliflikləri göstərmək ve istehlakçısı olmaq ilə əlaqədər olduğu zaman paradoksal mahiyyət alır.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin