Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ



Yüklə 164,32 Kb.
səhifə12/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
multikultur.COVİD-19

İngiltərədə bəzi siyasətçilər multikulturalizm terminindən istifadə etməkdən son vaxtlarda çəkinirlər. Daha çox plüralizm, müxtəliflik, mədəniyyətlərarası diyaloq və ya ictimai inteqrasiya kimi ifadələrdən istifadə edirlər. Derek McGhee`nin ifadəsi ilə `` İngiltərədə multikulturalizm prinsiplərindən uzaqlaşmaq yerinə daha çox multikulturalizm terminindən uzaq durma tendensiyasının yarandığı gösrənir.
İngiltərədə 3 milyona yaxın müsəlman yaşayır. İngiltərədə anqlosakson mentalitetinə və hüquq sisteminə müvafiq şəkildə Almanya və Fransadan fərqli olaraq multikulturalizm burada assimlyasiya funksiyasını yerinə yetirmir. Çünki multikulturalizm siyasəti imperatorluq olan İngiltərə üçün əsas şərtlərdən biridir. Məhz hər hansı bir dinə və etnik qrupa mənsub insan burada asanlıqla dövlət məmuru ola bilir.

İngiltərədə vətandaşların civil cəmiyyət ilə inteqrasiyasına dair sosial demokrat ifadə tərzi sağ muhafizəkarların ifadə tərzlərindən daha əhatə edici olması ilə fərqlənməkdə və multikulturalizm ritorikasından daha uzaq durularaq multikulturalizm sonrası terminindən istifadə olunur. Məhz Marqret Tetçer vaxtinda multikulturalizm, muhafizəkar olduğuna görə ``ölü bir qanun`` halına gəlmişdi.


İngiltərədə tətbiq olunan immiqrantlar ilə bağlı hüquqlar qanununa görə bərabərsizlik sadəcə şəxsin öz nəzarəti və ixtiyari xaricində müxtəlif vəziyyətlərin nəticəsi deyil, bu eyni zamanda sosial şərt və tarixi şərtlər baxımından fərdləri köçməyə vadar edən səbəblərin nəticəsidir də.
Almanyada multikulturalizm 1989-cu ildə Berlin divarının yıxılması ilə daha da inkişaf mərhələsinə qədəm qoydu. İmmiqrantlar Almanyada əhalinin 19 faizini təşkil edir. Almanyada alman olma anlayışı hələ də güclü olduğu üçün immiqrantların alman mədəniyyətinə adaptasiya oolması üçün assimliyasiya siyasətini daha çox tətbiq edirlər. Almanya da alman olmayanlar ``xaricilər`` adlandırılır. Bu ifadə xususi mahiyyət daşıyır. Bu mənada irqçilik Almanyada hələ də mövcuddur. Almanyada ciddi mənada multikulturalizm müzakirələri və mübahisələri aparılır. Hələ 1999-cu ildə Almanyada vətandaş olmaq üçün ana və atadan birinin alman olma qanunu ləğv edildi. Parlament də 2010-cu ildə ikili vətandaşlığı ləğv etdi.
Fransada milli kimlik məsələsi assimlyasia edici mahiyyət kəsb edir. Fransada Sarkozi dövründə müsəlman qadınlar üçün niqabın qadağan olunması, ümumiyyətlə müsəlman qadınların örtünməsi istiqamətindəki problemlər multikulturalizm mövzusunda təyin edici rola malikdir. Bütün multikulturalizm mübahisələr Fransada qadının örtünməsi ətrafında davam edir. Fransa multikulturalizm məsələsində ciddi çətinliklər ilə qarşı-qarşıyadır. Fransada hal-hazırda Fransız tipli bir multikulturalizm modelinə ehtiyac olunduğu vurğulanır. Məhz 2005-ci ildə iki afrikalı gəncin polisdən qaçarkən ölümləri ve meydana gələn üsyanlar ciddi şəkildə multikulturalizmə Faransada zərbə vurmuşdur.

Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin