Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları



Yüklə 164,32 Kb.
səhifə13/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
multikultur.COVİD-19

13. Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları
Azərbaycan maarifçiliyi – bir-birindən fərqli iki mədəniyyətin toqquşması nəticəsində yaranan ictimai-mədəni dirçəlişdir. Bu maarifçilik bir çox cəhətlərə görə bir-birindən fərqlənən mədəniyyətlərin, ənənələrin, mentallığın qızğın mübarizəsi mühitində inkişaf etmişdir. O, Şərqlə Qərbin dialoq və görüş formalarından biridir. Azərbaycan tarixi boyu bir neçə sivilizasiyaların toqquşması nəticəsində bir çox dirçəliş mərhələləri yaşamışdır. Maarifçilik həmişə və hər yerdə milli intibahın, milli özünüdərkin, istisnasız bütün sahələrdə və çağdaş mənada etnik mentalitetin, ədəbi dilin və realist milli ədəbiyyatın ən qəti təşəkkülü dövrünün ideoloji hadisəsi kimi yaranır, bütünlükdə xalqın tarixi, taleyi ilə bağlı məsələlər qaldırır və onları xalq, millət miqyasında da həll edir.
M.F.Axundov xalqın iqtisadi-mədəni həyatda mövcud problemləri duyan, onların tərəqqisinə təkan verən körkəmli Azərbaycan maarifçilərindən biri də M,F.Axundzadə olmuşdur. O, maarifçi-realist metodunun ədəbiyyat tariximizdə böyük nümayəndəsidir.
Fikir azadlığını tərəqqinin əsası hesab edən M.Fətəli yazır: "Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar".(s. 207Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 376səh.
O, bərabərliyi insan tərəqqisinin özülü sayırdı, hesab edirdi ki, o Anayasanın əsasında durmalıdır. Mənəvi, milli və ictimai bərabərlik tələblərini Axundzadə dialektik vəhdətdə və qarşılıqlı əlaqədə ələ alır, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm fərd, şəxsiyyət, həm də cəmiyyət və xalq miqyasında irəli sürürdü.
Böyük mütəfəkkir qeyd edirdi ki,"...Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi - mütləq olsun”.
Şərqin dinçi və heç bir düşüncə və din pluralizminə haq tanımayan qaranlıq kültüründə Axundov ilk dəfə olaraq sekularizm sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olması zərurətini savunmuşdur. O, öz nəzərlərini konstitusiya quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirirdi. Beləliklə, Axundov Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını dəstəkləyən mütəfəkkir idi.
Mən elə bir dinə üstünlük verə bilərdim ki, onun vasitəsilə insan bu dünyada azad və xoşbəxt yaşaya biləydi
Heydər Hüseynovun fikrincə, M.F.Axundov öz xalqını savadlı görməyi çox istəyirdi. Buna görə də ilk növbədə Azərbaycan xalqı tərəfindən yeni əlifbanın (latın əlifbası) qəbul edilməsini zəruri sayırdı. O, bildirirdi ki, ərəb əlifbası elmin və mədəniyyətin inkişafına, geniş xalq kütlələri arasında maarifin yayılmasına böyük maneə yaradır. M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış və praktiki olaraq yeni əlifbanın qəbul edilməsi-Şərqdəki mədəni inqilab uğrunda mübarizə aparırdı. Bu iş uğrunda yorulmadan, cəsarətlə mübarizə aparan Axundov yazırdı: “Mənim əlifbam yüz ildən sonra şərq ədəbiyyatında öz layiqli yerini tutacaq... Bu əlifba ilə yeni əsərlər yazılacaq, həmçinin onun hərfləri ilə köhnə kitablardakılar oxuculara çatdırılacaq... O zaman mənim məqsədimə nail olunacaq və mən qabaqcadan arxayın ola bilərəm, baxmayaraq ki, o xoşbəxt günü görməyəcəyəm” (293 H.Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioğlu nəşriyyatı-2006, 544 səh).
M. F. Axundzadə “Kəmalüddövlə məktubları”nı fars və rus dillərinə çevirmişdir.
Dünyagörüşü Şərq fəlsəfəsi ilə yanaşı XVII – XVIII əsrlər Avropa, daha çox Fransa materialistlərinin baxışları əsasında formalaşan Mirzə Fətəli “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” əsərlərində Qərb idealizminin, təsəvvüfün, Şərq arestotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı qəti olaraq çıxırdı. Məktublarının birində qayəsini izah edən alim və maarifçi yazırdı: “Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir”
M.Fətəlinin A.S.Puşkini yaxından tanıyıb, duyması, dərin məhəbbətlə sevməsi ən çox Belinskinin əsərləri ilə tanışlıqdan irəli gəlirdi. M.Fətəli Rusiyada dünyəvi elmlərin banisi Lomonosovun, şair Derjavinin, Karamzinin, A.S.Puşkinin əsərlərini oxuyub, onların ədəbi fəaliyyəti ilə yaxından tanış olurdu. Belə bir vaxtda A.S.Puşkinin öldürülməsi (1837-ci il yanvarın sonu) kimi bədbəxt və gözlənilməz bir hadisə üz verdi. Bu hadisə bütün Rusiyanı sarsıtdı. Ölkənin hər yerində bu xəbər milli matəm kimi qeyd edilirdi. M.Fətəli 1837-ci ildə xəyanətin qurbanı olan bu böyük şairin faciəsinə çox təsirlənmişdi. Bu münasibətlə o, özünün ən yaxşı şeiri olan “A.S.Puşkinin ölümünə Şərq poeması”nı yazmışdır


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin