Agshin Dadashzada
Genre specificity in Azerbaijan dramaturgy
Summary
In the article theoretical aspects of genre specificity in Azerbaijan dramatic
works are analyzed. Furthermore, author evaluates display of comicalness and
tragedy, and values identity of national drama. Author applies such terms as hetero-
geneity and multi planning while describing concrete images of classic dramaturgy
and plays of Azerbaijan authors. At the same time, the issue of diffuseness of the
genre borders in the frames of one work is analyzed and the level of the variation in
this issue is evaluated. Furthermore, author analyzes different dramatic images crea-
ted by Azerbaijan writers and their ideological and artistic-aesthetic qualities.
Filologiya məsələləri – №7, 2013
342
Агшин Дадашзаде
Некоторые проблемы исследования жанровой
специфики азербайджанской драматургии
Резюме
В статье анализируются теоретические аспекты жанровой специфики
азербайджанской драматургии, дается оценка проявлениям трагичности и
комичности, высказывается мнение о самобытности национальной драмы. Ав-
тор, обращаясь к конкретным художественным образцам классической драма-
тургии и пьесам отечественных авторов, применяет такие понятия, как неод-
нородность и многоплановость жанровых особенностей. Здесь же затрагивает-
ся проблема размытости межжанровых границ в рамках единого произведе-
ния, дается оценка степени вариативности в данном вопросе. Далее разби-
раются отдельные драматические образцы, принадлежащие перу азербайд-
жанских писателей, высказывается мнение об их идейных и художественно-
эстетических достоинствах.
Rəyçi: Məhəmmədəli Mustafayev
filologiya elmləri doktoru
Filologiya məsələləri – №7, 2013
343
AYŞƏN KAZIMLI
Qafqaz Universiteti
filoloq@mail.ru
CƏLİL MƏMMƏDQULUZADƏNİN HEKAYƏLƏRİNDƏ
“KİÇİK ADAM” OBRAZLARI
Açar sözlər: qəhrəman, kiçik adam, nəsr, dialoq, tənqidi realizm
Ключевые слова: герой, маленкий человек,проза, диалог, критический
реализм.
Key words hero,small people, prose, dialogue, critical realism
Ədəbiyyatda “kiçik adam” probleminin qabardılmasına daha çox rus ədəbiy-
yatında rast gəlirik. Bu tipli qəhrəmanlar ilk dəfə rus ədəbiyyatında XIX əsrin 20-
30-cu illərində realizmin yaranması ilə əlaqədar olaraq işlənməyə başladı.
A.S.Puşkin “Dayanacaq baxıcısı”, N.V.Qoqol “Şinel” povestlərində kiçik adam ob-
razı yaratmaqla bu ənənənin başlanğıcını qoydular. Daha sonrakı dövrlərdə
A.Çexov, M.Qorki öz hekayələrində, M.Bulqakov, M.Zoşşenka məişət satiralarında
bu ənənəni davam etdirdilər [3]. Bu problem nə dünya ədəbiyyatından, nə də Azər-
baycan ədəbiyyatından yan keçmədi. Dünya ədəbiyyatında Frans Kafka, Alber Ka-
mü kiçik adam obrazını daha qlobal miqyasda işlədilər. Azərbaycan ədəbiyyatında
isə Cəlil Məmmədquluzadənin başladığı bu yolu sonralar uğurla yazıçı Anar davam
etdirdi. “Dantenin yubileyi” povestinin qəhrəmanı Kəbirlinski Azərbaycan ədəbiy-
yatında işlənmiş “kiçik adam” obrazlarından ən yadda qalanlarındandır.
Cəlil Məmmədquluzadənin qəhrəmanlarının çoxu sadə insanlar – kəndlilər,
kiçik məmurlar, xalqın savadsız, cahil nümayəndələridir. Ədib onları hekayələrinin
baş qəhrəmanına çevirməklə “kiçik adam”ların problemlərini qabardır, cəmiyyətin
inkişafdan qalmasında bu tiplərin rolunu göstərir.
Akademik və ədəbiyyatşümas-alim İsa Həbibbəyli də Cəlil Məmmədquluza-
dənin yaradıcılığında “kiçik adam”ların üstünlük təşkil etdiyini qeyd edir: “Məhz
onun yaradıcılığı sayəsində kiçik adam böyük ədəbiyyatın əsas qəhrəmanına çevril-
mişdir” [1, 7].
Cəlil Məmmədquluzadə “Poçt qutusu” hekayəsi ilə Azərbaycan nəsrinin inki-
şafında iri bir addım atdı. Bu hekayə ədəbiyyatşünas alim Əli Nazimin sözləri ilə
desək, “O zaman qədər yüksək, mümtaz siniflərin zövqünə xidmət edən ədəbiyyat
kəbəsinə cəmiyyətin aşağı qatlarını, zümrələrini, insanlarını gətirir”. Novruzəlinin
simasında kiçik adamın qeyri-adi əhvalatı oxucuya elə dəqiqlik və incəliklə
çatdırılır ki, oxucuda hadisənin baş verdiyinə dair şübhə yeri qalmır. Avam kəndli
olan Novruzəlinin davranışı, Vəli xanla dialoqları müəllif ideyasının açılmasına xid-
mət edir. Elə ilk dəfə hekayədə görünməsi və xanla ilk dialoqu ilə Novruzəli öz xa-
rakterini açıq sərgiləyir:
“- A kişi, Novruzəli! Bu nə zəhmətdi, çəkmisən?
-
Bu nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam” [2, 123].
Özünü xanın yanında kiçik tutması və qul sayması qətiyyən Novruzəlinin
şəxsiyyətinə təsir göstərmir. Ümumiyyətlə “kiçik adam”lar daim cəmiyyətin gözün-
də aşağı, nə qədər namuslu, vicdanlı olsa da, bir qədər axmaq obrazında verilir. Bu
Filologiya məsələləri – №7, 2013
344
da təkcə cəmiyyətin yox, elə həmin “kiçik adam”ın problemidir. Çünki həmin
“kiçik adam” bu obrazı məhz özü formalaşdırıb, şüuraltı olaraq cəmiyyətə aşağıla-
ma, təhqir etmə səlahiyyəti verir:
Novruzəlinin sözlərindən və davranışından da göründüyü kimi, günahı olma-
ya-olmaya xandan dönə-dönə üzr istəməsi, qarşısında əyilməsi məhz özünün xarak-
terindən irəli gəlir. Ətrafdakı insanlar da məhz bu sadəliyi və avamlığından istifadə
edərək ona ikinci dərəcəli bir insan kimi baxır, fikirləri ilə hesablaşmır, yalnız işləri
düşəndə yalandan mehriban münasibət göstərirlər. Avam Novruzəlini digər xalqın
nümayəndələri – ruslar, ermənilərlə müqayisə edən müəllif bu məqamda tənqidi
realizmin qayda-qanununa riayət edir. Novruzəlinin cahilliyini onlarin mədəni sə-
viyyəsinə qarşı qoyan yazıçı əslində öz xalqının nümayəndələrinin də tezliklə ye-
niliklərdən xəbərdar olmasını, mədəni səviyyəsinin artmasını arzulayır. Başına gə-
lən əhvalatı danışdırmaqda xanın məqsədi heç də məsələnin dərinliyinə varmaq və
hadisənin səbəblərini araşdırmaq deyil. Xan bu hadisəyə əyləncə kimi yanaşır və
Novruzəlini sanki təlxək simasında öz hüzurunda rol oynamağa məcbur edir. Aşağı-
dakı sözlər də fikrimizi təsdiq edir: “Di indi əhvalatı nağıl elə, Novruzəli! Sənin bu
hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı. Nağıl elə təfsilən: yəni hamısını
birbəbir. Başla burada kağızı götürüb aparmağından, ta dama düşməyinə kimi...”
[2, 126].
Finalda Vəli xanın Noruzəlinin başına gələn əhvalata reaksiyası – “Xan bir
qədər fikir etdi” ifadəsini Novruzəlinin “kiçik adam” olmasını qanuniləşdirən hökm
kimi qəbul etmək olar. Müəllif tərəfindən hekayə boyunca Novruzəli obrazının
təsviri məhz bu ifadə tamamlanır və “kiçik adam”ların cəmiyyətdə tutduğu yerə
açıq münasibət formalaşdırır.
Cəlil Məmmədquluzadənin kiçik həcmli hekayələrinin əsas qəhrəmanlarının
əksəriyyəti “kiçik adam” qəhrəman modelinə uyğun gəlir. Çünki yazıçı öz qəhrə-
manlarının çoxunu məhz həyatın dibindən tapır, onları ən əzab-əziyyətli situasiyala-
ra salır. Amma bu əzab-əziyyətə müəllif uğurla yumor qataraq hekayələrini oxunaq-
lı edir. Gülüşün ardında dayanan ağrı-acı “kiçik adam”ın real cizgilərini müəyyən-
ləşdirməkdə oxucuya kömək edir. Azərbaycan yazıçısı Süleyman Rəhimovun Cəlil
Məmmədquluzadə haqqında bir ifadəsini xatırlamaq yerinə düşərdi: “
Kim deyir ki,
Mirzə Cəlil gülüb, yanılır, Azərbaycan torpağında hələ belə ağlayan olmayıb”. Mi-
rzə Cəlil daim öz xalqının nümayəndələrinin –, avam gənclərinin, hüququnu bilmə-
yən qadınlarının, fırıldaq qurbanı olan kəndlilərinin halına ağlayıb. Amma bu ağlaş-
ma üzə gülüş, tənqidi satira şəklində çıxıb. Yazıçı zəlil vəziyyətə düşməkdə xalqın
özünü günahlandırır və bütün qüsurları xalqın üzünə çırpmaqla,
millətin eyiblərini
bütün çılpaqlığı ilə göstərməklə milli oyanışa, özünüdərketməyə nail olmaq istəyib.
Mirzə Cəlil başqa cür yaza bilməzdi, ən azı o tənqidi realizm cərəyanının nümayən-
dəsi idi və millətin yüksəlişinə onu tənqid edərək çatmağın mümkünlüyünə inanırdı.
“İranda hürriyyət” hekayəsi daha bir “kiçik adam”ın – Kərbəlayi Məmmədəli-
nin həyatından kiçik bir fraqmentə həsr olunub. Öz vətəni İrandan bir parça çörək
üçün didərgin düşən Kərbəlayi Məmmədəli ailəsinə verdiyi sözə əməl etmir və bir
arvadı özünə siğə etdirir. Vətənə İrana hürriyyət verildiyini xəbər tutan qəhrəman
təzə arvadının tələbi ilə öz payını almağa cəhd göstərir. Hürriyyətin maddi bir şey
olduğunu, alınıb-satıldığını xəyal edən Kərbəlayi Məmmədəli işin həqiqi məğzindən
xəbərsizdir. İki ailənin arasında qalan qəhrəman məktub yerdəyişməsi nəticəsində bəla-
Filologiya məsələləri – №7, 2013
345
ya düşür, ailəsi təzə arvad aldığından xəbər tutub onun üstünə gəlirlər. Müəllif final
vasitəsilə göstərmək istəyir ki, “kiçik adam” böyük planlar quranda iflasa uğrayır,
qazandığı bir tikə də haram olur. “Kiçik adam” verdiyi sözə xilaf çıxıb təzə arvad
alanda hələ o qədər də günahkar deyil, amma hürriyyət payını istəməsi artıq günahdır
və bu günah cəzasız qala bilməzdi. Əgər Kərbalayi Məmmədəli hürriyyətin nə olduğu-
nu anlasaydı, “kiçik adam” obrazı çərçivəsinə sığmazdı. Amma qəhrəman bütün heka-
yə boyu cahil və acgöz xarakterə malik bir obraz kimi təsvir edilir, azadlıq kimi ali ide-
yaların mövcudluğundan xəbəri belə olmur. Cəmiyyətdə lazımsız, artıq adam sayılması
– hər iki arvad tərəfindən rədd olunması “kiçik adam”ın taleyidir və Kərbəlayi Məm-
mədəli bu taleni qəbul etməyə borcludur. Müəllif qəsdən hekayəni yekunlaşdırmır.
“Dəxi bilmirəm mərəkənin axırı hara çatdı” cümləsi ilə qəti hökm verməkdən boyun
qaçırdır, finalı müəyyənləşdirməyi oxucunun ixtiyarına buraxır. Ancaq “kiçik adam”ın
aqibəti oxuculara tanışdır. Onlar əbədi laqeydlik, ətrafdakılar tərəfindən aşağılanma
damğası ilə “mükafatlandırılıblar”.
Tipik “kiçik adam” surəti Cəlil Məmmədquluzadənin “Konsulun arvadı” heka-
yəsində də yaradılmışdır. Rzaqulu eşitdiyi xəbərə əsasən konsulun arvadının öldüyü-
nü dostuna – müəllifə xəbər verir. Təhkiyə yenə də birinci şəxsin – hadisəni danışan
müəllifin dilindən nəql edilir. Birinci şəxsin dilindən verilən təhkiyə Cəlil Məm-
mədquluzadənin kiçik həcmli hekayələri üçün xarakterik cəhətlərdəndir. Konsulun
yanına başsağlığagedən iki dost absurd vəziyyətə düşürlər – konsulun arvadı olub,
evdə isə qətiyyən yas abu-havası yoxdur. Başsağlığa gəldiklərini deyən dostlar
konsul tərəfindən anlaşılmazlıqla qarşılanırlar. Konsul əvvəlcə elə anlayır ki, Mosk-
vada təhsil alan oğlundan qara xəbər gəlib. Daha sonra işin məğzindən xəbər tut-
duqda – ölən adamın birinci arvadı olduğunu bildikdə qara-qışqırıq qopararaq dost-
lardan onu niyə narahat etdiklərini soruşur. Hekayədə Rzaqulu yersiz hörmətcilliyi
ilə çıxılmaz vəziyyətə düşür. Əslində müəllif hekayənin əvvəlində öz sözləri ilə ona
“kiçik adam” olduğunu, yersiz hərəkət etdiyini deyir: “Rzaqulu, dünyada bir şey var
ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. Əlbəttə sən ki, deyirsən konsulun
arvadı ölüb, əlbəttə allah cəmi ölənlərə rəhmət eləsin. Ölü sahibini yoxlamaq insa-
nın birinci nişanəsidir. Və lakin sən gərək bunu biləsən ki, ölü sahibini o yerdə yox-
lamaq lazımdır ki, sənin yoxlamağına o möhtac olsun. Amma, allaha şükür, İran
konsulu və cəmi yer üzünün konsulları bir böyük əşxasdırlar. Sən səy et, elə bir kəsi
yada sal və elə bir kəsin ölüsünün üstünə get ki, səni orada gözləyə bilsinlər və ora-
ya sənin getməyin yada düşsün... Bir də, qardaş, bax, sözün açığı, sən hara, konsul
hara?” [2, 210].
Ancaq deyilən sözlər Rzaquluya təsir etmir, konsula başsağlığı verməkdə israr
edir. Böyük işlərə baş qoşması və əslində öz lazımsızlığını dərk etməməsi “kiçik
adam”ların fəlakətidir. Konsul öz son sözləri ilə əslində Rzaqulunun nə dərəcə la-
zımsız xəbəri çatdırdığını sübut edir: “Ay cəhənnəmə vəfat edib, gora vəfat edib!
Rəhmətliyin uşaqları (bizə işarə ilə) hələ adlarını müəllim qoyub, amma gör nəyə
məşğuldurlar!” [2, 213]. Ancaq tipik “kiçik adam” obrazından fərqli olaraq Rzaqulu
sonda etdiyi işin mənasızlığını anlayır ki, biz də bunu qəhrəmanın son sözlərindən
və davranışından müşahidə edirik.
“Şeir bülbülləri” hekayəsi anlaşılmaz və yad ərəb dilinə meyl edib öz ana dili-
nə xor baxanların tənqidinə yönəlib. Epiqraf artıq oxucuya ipucu verərək hekayədə
nədən bəhs ediləcəyinə işarə edir:
Filologiya məsələləri – №7, 2013
346
“Əvət, əvət, o qadın iştə bak nasıl bakıyor,
Əvət, əvət, o qadın iştə bak nasıl sakıyor”
Ədəbiyyat zavodlarımızda verilən dərslərdən” [2, 288]
Ana dilinə yad münasibət Cəlil Məmmədquluzadənin istər dram (“Anamın
kitabı”), istər hekayə (“Sirkə”, Şeir bülbülləri”),.. , istərsə də publisistik (“Sizi deyib
gəlmişəm”, “Bizim “obrazovannı”lar”, “Ana dili”) yaradıcılığında mühüm yer tutur.
Bu hekayədə də eyni problem qaldırılmışdır. Hekayənin qəhrəmanı nadir şeir nü-
munələri tapdığını iddia dərək Molla əmiyə onları oxumaq istəyir. Molla isə qəliz
ərəb-fars tərkibləri ilə zəngin qəzəlləri başa düşməsə də, özünün savadsız sayıla
biləcəyindən ehtiyat edərək hər deyilən sözü təsdiqləyir. Ancaq bu məqamda qonşu
otaqdan doğma ana dilində nağıl danışan Zeynəbin səsi hamını susdurur və ana dili-
nin sehrinə salır. Müəllif hekayəyə Zeynəbin dilindən sadə və axıcı bir nağıl daxil
edir. Amma oxucunu intizarda qoyaraq nağılı yarıda kəsərək finalla tanış etmir. He-
kayənin təhkiyəçisi – Molla əmi yalnız sonda, özü də maarifpərvər bir gəncin – ev
sahibinin oğlunun qarşısında öz “savadsızlığını” boynuna alır və həmin şairləri
anlamadığını deyir.
“Saqqallı uşaq” hekayəsi Mirzə Cəlilin kütlə arasında çox yayılmış və sevilən
hekayələrindəndir. Sadə təhkiyə tərzi, incə yumoru ilə yazıçı Cəlil Məmmədquluza-
də həqiqətən də Azərbaycan hekayə janrının incilərindən birini yaratmağa nail ol-
muşdur. Hekayədə təsvir olunan hadisə çox adi bir məişət hadisəsidir. Yazıçı isə bu
adiliyə elə orijinallıq qatıb ki, oxucu məişət əhvalatının ardında böyük bir problem
olduğunu görə bilir. Hekayənin məzmunu əslində çox sadədir: ərzaq məhsulları sa-
tan Kəblə Əzim yazıb-oxumaq bilmədiyindən hər evin borcunu divara şəkillər vasi-
təsilə qeyd edir. Evin sahibi isə divardakı yazıları görüb əsəbləşir və bu işi uşaqları-
nın turduğundan şübhələnir. Uşaqları tənbeh etsə də heç kim bu əməli boynuna al-
mır. Sonunda divara şəkillər çəkənin kimliyi evin sahibinə bəlli olur. Yazıçı öz təh-
kiyə texnikasına bu hekayədə də sadiq qalaraq hadisəni birinci şəxsin dilindən danı-
şır. Bu hekayədə də birinci şəxs həm təhkiyəçi, həm də real müəllifin özüdür. Müəl-
lifin özünü biruzə verməyi bu hekayədə də təxəllüsünü qeyd etməklə bilinir: “Molla
əmi, düzü mənim dərsim-zadım yoxdu, bu bir yaddaşdı, yazdım ki, hesablar dolaş-
masın”.
Hekayəni özünəməxsus sonluqla bitirən müəllif sonda oxucunu da işbirliyə
dəvət edir: “Uşaqlar çox gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına
böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək” [2, 267]. Bu ifadədən
göründüyü kimi, yazıçı oxucunu başqa müəlliflər kimi ikinci planda saxlamır. Mir-
zə Cəlil bir çox hekayələrində, o cümlədən “Saqqallı uşaq” hekayəsində də oxucunu
ön plana çıxarır, oxucunun formalaşmaqda olan rəyini, hekayəni oxuduqdan sonra
oxucuda yaranacaq təəssüratı da hekayəsinə daxil etməyə çalışıb.
“Saqqallı uşaq” hekayəsinin qəhrəmanı Kəblə Əzim “Poçt qutusu” hekayəsi-
nin qəhrəmanı Novruzəli obrazı ilə müəyyən yaxınlığa malikdir. Hər iki obraz döv-
rünün yeniliklərindən, yazıb-oxuma mədəniyyətindən geri qalıblar. Bu tipli “balaca
adamlar” ətrafdakı insanların gülüşünə səbəb olur, ancaq onlar heç də təkmilləşmək,
savadlarını artırmaq fikrində deyillər. “Mənim dərsim-zadım yoxdu” deyən Kəblə
Əzim, “Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?” deyən Novru-
zəli öz avamlıqlarını əllərində bir növ silaha çevirir. Müəllif isə onların qabağına
yalnız gülüşlə çıxır. İstər Novruzəlinin əhvalatına qah-qah çəkib gülən Xan, istərsə
Filologiya məsələləri – №7, 2013
347
də Kəblə Əzimin etdiklərinə uşaqları ilə birgə gülüşən Molla əmi cəhalət içində bo-
ğulan xalqı gülüşlə tərbiyə etməyin mümkünlüyünə inanır.
Misallardan da göründüyü kimi Cəlil Məmmədquluzadə hekayələrində reallı-
ğı, həyat həqiqətlərini çatdırmaqdan ötrü “kiçik adam” obrazlarından mütəmadi şə-
kildə istifadə edir. Bu obrazlar müəllifə xalqla daha yaxın təmasda olmağa imkan
verir, nəticədə isə ədəbiyyatın xəlqiləşməsinə gətirib çıxarır.
Ədəbiyyat
1.
Həbibbəyli İ. Cəlil Məmmədquluzadə – milli istiqlal ədəbiyyatının sərkərdəsi.
Xalq qəzeti, 27.01.2010. s. 7.
2.
Məmmədquluzadə C. Seçilmiş əsərləri. Dörd cilddə. I cild. Bakı, Öndər, 2004.
3.Аникин А. А. Тема маленького человека в русской классике.
http://www.portal-slovo.ru/philology/37140.php
A.Kazimli
The images of ''small people'' in the stories Jalil Mammadguluzadeh
Summary
Jalil Məmədquluzadənin stories in the article "little people" characters
investigated. For this purpose, "Mail Box", "Freedom in Iran", "The consul's wife",
"Poetry bulbulləri," Bearded kids' stories were also investigated. The author of the
stories in the "little man" points to the use of the image revealed
А.Казимли
Образ «маленького человека» в рассказах Джалила Маммедгулузаде
Резюме
Джалил Мамедкулизаде статье истории «маленького человека» исследо-
вал символов. Для этой цели, "Почтовый ящик", "свободы в Иране", "Консул
жены", "Поэзия bulbulləri," истории Бородатый детей также были исследова-
ны. Автором истории в "маленького человека" указывает на использование
изображения показали.
Rəyçi: Professor Akif Hüseynli
Filologiya məsələləri – №7, 2013
348
SEVİNC QASIMOVA
AMEA Folklor İnstitutu
“AZƏRBAYCANDA NOVRUZ ƏNƏNƏLƏRİ VƏ İNANCLARI”
PROBLEMİNİN ƏSASLARI
Açar sözlər: Novruz, çərşənbə, ənənə, inanc, folklor
Ключевые слова: Новруз, среда, традиция, верование, фольклор.
Key words: Novruz, wensday, tradition, belief, folklore.
Problemin qoyuluşu. Azərbaycan milli-mənəvi mədəniyyətinin ən qədim və
zəngin tarixə malik, eyni zamanda ən aktual abidələrindən biri və bəlkə də, birincisi
Novruz bayramıdır. Bu bayramın hər zaman, həm yaşarılıq baxımından birinci he-
sab olunması təsadüfi deyildir. Xalqımızın mədəniyyət tarixində nə qədər böyük
abidələr olsa da, onlar bütün hallarda tarixin müəyyən epoxaları ilə bağlıdır. Lakin
Novruz bayramının həm qədimlik, həm də müasirlik baxımından milli mədəniyyəti-
mizdə xüsusi və əlahiddə yeri vardır:
Birincisi, Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə bağlıdır.
Bu bayramın tarixi o qədər qədimdir ki, hətta onun dəqiq yaşını müəyyənləşdirmək
mümkün deyildir.
İkincisi, Azərbaycan mədəniyyət tarixində Novruz bayramı kimi ikinci elə bir
mədəniyyət fenomeni tapmaq mümkün deyildir ki, o, tarixin ən qədim dövrlərindən
bu günə kimi bir an belə olsun xalqımızın həyatından ayrı düşməsin. Bu – Novruz
bayramıdır.
Novruz bayramı həmişə – tarixin bütün dövrərində, bütün epoxalarında xalqı-
mızla birgə olmuş, milli mədəniyyətimizin, milli mənəviyyat və həyatımızın ayrılmaz
parçasına çevrilmişdir. Novruz bayramına heç vaxt sönməyən, tükənməyən elmi ma-
rağın da əsasında elə bu amil durur. Ona xalqımızın hər zaman böyük ehtiyacı olmuş-
dur. Sovet dövründə alimlərimiz “yaz bayramı”, “təbiətin oyanışı bayramı” və s. adlar
altında bu bayramı yaşatmağa çalışırdılar ki, milli mədəniyyətimizi ölməyə qoyma-
sınlar. Çünki Novruz milli varlığımızın simvolu, milli inkişafımızın ulu və möhtə-
şəm qaynağıdır. O, bu əsas vəzifəsini bu gün də uğurla yerinə yetirir. Müasir Azər-
baycan dövlətinin milli quruculuq siyasətində muğam, xalça və aşıq sənəti ilə ya-
naşı, mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının
mühüm milli simvollarından birinə çevrilmişdir. Bu da öz növbəsində ona olan elmi
marağı daha da gücləndirir. Bu cəhətdən “Azərbaycanda Novruz ənənələri və inanc-
ları” mövzusu xüsusi elmi aktuallq kəsb edir. Novruz bayramının milli mədəniy-
yətimizdəki rolunun ildən-ilə daha da güclənməsi onu yaşadan, ölməyə qoymayan
ənənələri və onların əsasında duran müqəddəs dəyərləri – inanc sistemini dərindən
öyrənməyi xüsusi elmi vəzifə kimi qarşıya qoyur.
Tədqiqatın əsas məqsədi. Tədqiqatın aparılmasında başlıca məqsəd “Azər-
baycanda Novruz ənənələri və inancları” mövzusunun öyrənilməsinin əsaslarını
müəyyənləşdiməkdir. Bu məqsədi aşağıdakı vəzifələri yerinə yetirməklə həyata
keçirmək mümkündür:
Novruz bayramı ilə bağlı ilaxır çərşənbə ənənələrinin tədqiqi;
Novruz bayramı ilə bağlı tamaşa ənənələrinin tədqiqi;
Filologiya məsələləri – №7, 2013
349
Novruz bayramı ilə bağlı oyun ənənələrinin tədqiqi;
Novruz bayramı ilə bağlı magik ənənələrin (falların) tədqiqi;
Novruz bayramı ilə bağlı mətbəx-məişət ənənələrinin tədqiqi;
Novruz bayramı ilə bağlı inanc ənənələrinin tədqiqi;
Novruz bayramı ilə bağlı əsas kultların (od/atəş, su, bitki, torpaq və s.) tədqiqi və s.
“Azərbaycanda Novruz ənənələri və inancları” mövzusu ilə bağlı tədqiqatın
obyektində milli mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayra-
mı durur. Novruz bayramı bir kompleks kimi özündə milli mədəniyyətimizin aşağı-
dakı qatlarını bir çox qatlarını özündə qovuşdurur:
Dostları ilə paylaş: |