Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə85/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   78   79   80   81   82   83   84   85   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Aidiyyəti şəxslərlə əqdlər 
Əhəmiyyətli əqdlərlə yanaşı, korporativ qanunvericilik aidiyyəti şəxslərlə
342
əqdlərin xüsusi tənzimlənməsini nəzərdə tutur. Azərbaycan qanunvericiliyində 
aidiyyəti şəxslərlə əqd anlayışı 2008-ci ildə Mülki Məcəlləyə edilən əlavələrdən
343
və QKDK tərəfindən İnvestisiya qiymətli kağızların emitentləri tərəfindən 
aidiyyəti şəxslərlə əqdlərin bağlanması və məlumatın açıqlanması Qaydaları 
(sonradan mətndə - "QKDK aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydaları") 
qəbul edildikdən 
344
sonra yaranmışdır. Aidiyyəti şəxslərlə əqdlərə aid normalara 
başqa qanunverici aktlarda, eləcə də "Banklar haqqında" Qanunda, "Sığorta 
fəaliyyəti haqqında" Qanunda da rast gəlinir.
Aidiyyəti şəxslərlə əqdlərin bağlanmasının xüsusi qaydasının müəyyən edilməsi 
səhmdarların və iştirakçılarının maraqlarının qorunması zərurətindən irəli 
gəlmişdir. İstənilən şirkətdə hər hansı bir əqdin bağlanmasında şəxsi (maddi və 
qeyri-maddi) marağı olan şəxslər ola bilər, yəni şirkətin maraqları ilə yanaşı, belə 
əqdin bağlanmasında şirkətin müəyyən üzvləri (səhmdar, direktorlar şurası və 
icra orqanı üzvü, təkbaşçı rəhbər və s.) şəxsən maraqlı
345
ola bilərlər.
Bununla yanaşı, qanunvericilik nöqteyi-nəzərindən aidiyyəti şəxslər əqdin 
bağlanması üçün şirkətə real təsir etmək imkanına malik olan şəxslər hesab 
olunurlar. Nəticədə həmin şəxsin və şirkətin maraqları arasında toqquşma 
yarana bilər. Məhz bu kimi halların qarşısının alınması üçün aidiyyəti şəxslərlə 
342
ABŞ və Avropa ölkələrin korporativ hüququnda bu termin "related party transactions", "interested party transactions", 
Rusiya, Qazaxıstan, Ukrayna hüquqlarında "сделки с заинтересованностью" adlandırılır. 
343
30 may 2008-ci il tarixli 610-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 99.4-cü maddə əlavə edilmişdir. 
344
30 may 2008-ci il, 072 №-li Əmr ilə təsdiq edilmişdir. 
345
Şəxsən maraqlı olduqlarını dedikdə, müəyyən şəxslərin hər hansı bir əqdin bağlanmasında şəxsi maddi marağının və 
bağlanmış əqd nəticəsində həmin şəxs üçün müəyyən faydaların əmələ gəlməsini nəzərdə tuturuq. 


228 
bağlanan əqdlərin icrasını tənzimləyən xüsusi hüquqi tənzimləmə müəyyən 
edilib.
Mülki Məcəlləyə əsasən müəyyən şəxslərin marağı olan (aidiyyəti olan şəxs) 
əqdlər (məs., kredit, girov, zəmanət) şirkət tərəfdən xüsusi qaydada bağlanır.
346
Aidiyyəti şəxslərlə əqdlərin bağlanması kateqoriyasına müəyyən şəxslərin 
marağı olan istənilən mülki-hüquqi əqdləri də aid etmək olar. Mülki Məcəllə özü 
aidiyyəti şəxslərin siyahısını müəyyən etmir. Qanunvericiliyə əsasən əqdlərin 
bağlanmasında xüsusi qaydanı tətbiq etmək üçün aidiyyəti (maraqlı) şəxslərin 
siyahısını QKDK müəyyən edir. Beləliklə, QKDK aidiyyəti şəxslərlə əqdlərin 
bağlanması qaydalarına əsasən aşağıdakı şəxslər aidiyyəti şəxslər (əqdin 
bağlanmasında marağı olan) hesab olunurlar: 
- direktorlar şurasının və icra orqanının üzvləri; 
- yuxarıda göstərilən şəxslərin ailə üzvləri və qohumları; 
- şirkətin şöbələrinin (hissələrinin, departamentlərinin, filiallarının və s.) 
rəhbərləri, onların ailə üzvləri və qohumları; 
- təkbaşına və ya aidiyyəti şəxslərlə birgə şirkətin səhmlərinin 10 və daha 
artıq faiz səsverən səhmlərinə malik olan səhmdarı; 
- nizamnaməsinin 20 faizin sahibi olan hüquqi şəxs; 
- minimum 10 faiz səhmlərə (paya) malik olan səhmdarlar (iştirakçılar),
- yuxarıda qeyd edilən hüquqi şəxsin direktorlar şurası və icra 
orqanlarının üzvləri. 
Əqdin icrasında (bağlanmasında) müəyyən şəxsi (maddi və qeyri-maddi) 
maraqlılıq 
olduqda 
sadalanan 
şəxslərin 
aidiyyətliyi 
əmələ 
gəlir. 
Qanunvericilikdə göstərilən siyahı ilə yanaşı, şirkətin nizamnaməsində əqdlərin 
aidiyyəti şəxslərlə əqdlərə aid edən əlavə hallar müəyyən oluna bilər.
346
MM-nin 99.4-cü maddəsi


229 
Yuxarıda qeyd olunan şəxslərin aşağıdakı hallarda, SC tərəfindən bağlanan 
əqdlərdə maraqlarının olduqları hesab edilir: 
- əqdin tərəfi, faydalanan şəxsi, vasitəçisi və ya əqddə nümayəndə olduğu halda; 
- əqdin tərəfi, faydalanan şəxsi, vasitəçisi və ya əqddə nümayəndə olan hüquqi 
şəxs 10 və daha artıq faiz səhmə (paya) malik olduqda (ayrı-ayrılıqda və ya 
birgə); 
- əqdin tərəfi, faydalanan şəxsi, vasitəçisi və ya əqddə nümayəndə olan hüquqi 
şəxsin idarəetmə orqanlarında vəzifə tutan şəxs olduğu halda və; 
- şirkətin nizamnaməsi və QKDK aidiyyəti şəxslərlə əqdlərin bağlanması 
qaydaları ilə müəyyən edilmiş digər hallarda. 
Nəzərə almaq lazımdır ki, əqdin bağlanmasında şəxsi marağı olan aidiyyətilik 
(maraqlılıq) meyarı daimi deyil, çünki şəxsin müəyyən vəzifə tutması və ya digər 
şirkət səhmlərinə (paya) malik olması müvəqqəti xarakter daşıya bilər. Məsələn, 
direktorlar şurasının üzvləri müəyyən dövr üçün seçilir və təkrar seçilmək 
imkanının olmasına baxmayaraq, direktorlar şurasının tərkibində dəyişikliklər 
mümkündür. Həmçinin icra orqanı funksiyasını yerinə yetirən şəxsin səlahiyyəti 
istənilən an dayandırıla bilər. Bütün bunlar əqdin bağlanma tarixi və müəyyən 
şəxsin maraqlılıq (aidiyyətlik) faktının dəqiq əlaqələndirilməsini tələb edir, yəni 
əqdin bağlanması (icrası) anında şəxsin müəyyən vəzifəni tutub-tutmamasını 
nəzərə almaq lazımdır.
Şəxsin əqdə aidiyyətiliyi (yəni müəyyən vəzifəyə təyin olunması) əqdin 
bağlanmasından sonra mövcud olduqda, bu əqd aidiyyəti şəxslə olan əqd hesab 
edilməməlidir.
QKDK aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydalarında aidiyyəti şəxslərlə 
əqdlərə aid normaların tətbiqini istisna edən hallar göstərilib. Həmin əqdlərin 
bağlanması üçün nəzarət orqanının təsdiqi tələb olunmur, lakin bununla həmin 


230 
əqdlər aidiyyəti şəxslərlə əqdlər olaraq qalır. Aşağıdakı hallarda QKDK aidiyyəti 
şəxslərlə əqdlərin bağlanması qaydaları tətbiq olunmur: 
- bank və sığorta şirkətlərinə; 
- şirkətin 100 faiz payına (səhmlərinə) malik olan şəxslərə; 
- həmçinin bir il ərzində əqdlərin ümumi məbləği 6000 manatdan çox olmayan 
aidiyyəti şəxslərlə əqdlərin təsdiq olunması tələb olunmur.
QKDK Aidiyyatı şəxslərlə əqdlərin bağlanması qaydalarında müəyyən edilmiş 
6000 manat həddi aidiyyəti şəxslərlə (maraqlılıq olan) əqdlər kateqoriyasından 
şirkət üçün az məbləğli əqdləri istisna etmək üçün nəzərdə tutulub. Lakin 
şirkətlərin istehsalat gücləri və dövriyyəsini nəzərə almaq lazımdır, çünki bir 
şirkət üçün 6000 manat çox yüksək, digəri üçün isə çox aşağı hədd ola bilər. 
Hesab edirik ki, şirkətin direktorlar şurasının təsdiqini tələb etməyən əqdlərin 
məbləğinin aşağı həddini
347
şirkətin nizamnaməsi ilə də müəyyən etmək olar. 
Lakin hazırkı qanunvericilik səhmdarların maraqlarını zəif qoruduğundan bu 
addım majoritar səhmdarlar tərəfindən müxtəlif sui-istifadələrə yol aça bilər. Bu 
səbəbdən hesab edirik ki, bu kimi məsələlər bütün səhmdarların (xüsusi ilə 
minoritar səhmdarların) razılığı ilə nizamnaməyə daxil edilməlidir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin