Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə221/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   217   218   219   220   221   222   223   224   ...   516
 

Şakir Musayev  

 

218



Müstəntiqin və mütəxəssisin vəzifəsi yoxlanılması  tələb olunan 

və düzgün müəyyən edilmiş faktiki məlumatları süni surətdə 

qurmadan, sıxışdırmadan, istintaq eksperimental modelləşdirmə yolu 

ilə müqayisə meyarlarının və  məqsədyönlü funksiyaların, ilkin və 

tələb olunan parametrlərin uyğunlaşdırılmasını, modelə daxil edilən 

məhdudiyyətin və dəqiqləşdirilməsi tələb edilən xarakteristikalarının 

uzlaşdırılmasını əldə etməkdən ibarətdir. Bunun üçün modelləşdirilən 

vəziyyətin korreksiyası aparılır. Zərurət yarandıqda onun strukturuna 

əlavə  əlaqələr daxil edilir. Əksinə  bəzi dəyişkənliklər təcrid edilir

təcrübələr təkrarlanır, nəzərə alınan amillər və əlaqələr artırılır və ya 

azaldılır. Bununla da təhlil edilən məlumatın böyük həcmdə 

seçilməsinə doğru istiqamət götürülür və istintaq tərəfindən qarşıya 

qoyulmuş  vəzifələrin həlli nöqteyi-nəzərincə  həmin məlumatın daha 

mahiyyətli tərəfləri seçilir. Bu vaxt təcrübi hərəkətlərin keçirilmə 

taktikası  dəyişilə bilər və  vəziyyətin  əsas, mahiyyətli dəyişkənliyini 

nəzərə alan sadə, modelindən daha çətin modelə  və ya əksinə 

keçməsinə yol verilir.  

Əlamətlərin oxşarlığına, əlaqəsinə və münasibətlərinə əsaslanmış 

elmi eksperimental modelləşdirmə müqayisə edilən obyektlərin 

(vəziyyətlərin) xüsusi xarakteristikalarının tutuşdurulması ilə 

kifayətlənmir.  Əlamətlərin keyfiyyət və  kəmiyyət münasibətlərinin 

müəyyən edilməsi, onlar arasında əlaqələrin istiqamət və davamlılıq 

vacibliyini nəzərdə tutur. Bu münasibətlər, eksperiment nəticələrinin 

sübutedici mənası haqda müntəzəm xarakter daşımalı,  əlamətlər isə 

obyektlərin xarakteristikası üçün mahiyyətli olmalıdır.    

İstintaq eksperimentinin keçirilməsində mütəxəssis iştirakının 

ümumi məqsədi, xüsusən də müstəntiqə kömək etməsi metodoloji 

baxımdan aşağıda göstərilən vəzifələrlə konkretləşdirilə bilər: 

- istintaq eksperimenti keçirilməsi  şərtlərinə düzgün riayət 

edilməsinə nəzarətdə iştirak etmək, dəqiqləşdirmə və yoxlama tələb 

edən hadisələrin müqayisəli meyarların uyğunluğunu təmin etmək 

təmin etmək; 

- öyrənilən  hadisə  və ya faktın  əhəmiyyətli tərəflərini  əks etdirən 

yoxlanılan çoxsaylı xarakterstika və parametrlər arasında seçimdə 

iştirak etmək; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin