18.6.
Avia və kosmik uçuşlar
Böyük yüksəklikdə uçuşlar zamanı insan yuxarıda təsvir
olunan kəskin oksigen çatışmazlığı problem ilə qarşılaşır. Bundan
əlavə, kabinədə təqribən eyni olan təzyiq, 2300 m yüksəklikdə uçuş
və eniş zamanı qısamüddətli dəyişikliyə məruz qalır; təzyiqin belə
qalxıb-düşməsi əsas etibarilə hava ilə dolu olan kəllə boşluğuna
təsir göstərir.
Yüksəkliyin artması ilə həm də ətraf mühitin yüksək radiasiya
və aşağı temperaturunun təsirinə qarşı tədbirlər görmək lazımdır.
Bir zamandan digər zaman zonasına "sıçrayışlar Bir neçə
saat qurşağının keçilməsi ilə həyata keçirilən uçuş endogen ritm və
xarici zaman amilləri, həmçinin gəlmə və yerli sakinlərin işgörmə
qabiliyyətinin sutkalıq ritminin fazaları arasında
419
downloaded from KitabYurdu.org
ziddiyyətlərin yaranmasına səbəb olur. Məsələn,
6
saatlıq zaman
qurşağından şərqə doğru "sıçrayış" və yerli vaxtla saat 9- da
təyyarədən enmə zamanı səyahətçi öz işgörmə qabiliyyətinin
minimum səviyyəsində olur (onun "daxili saatı" ilə saat 3- də).
Həmin uçuşun əks istiqamətində səyahətçi saat 9-da təyyarədən
enərkən işgörmə qabiliyyətinin nahardan sonrakı zirvə (pik)
səviyyəsində olur (onun "daxili saatı"na görə 15 saat). Məhz bu
səbəbdən şərq istiqamətində uçuşlar qərb istiqamətində uçuşlara
nisbətən uyğunlaşma zamanı daha böyük çətinliklərə səbəb olur. Bu
nəticə statistik məlumatlara əsaslanır, lakin ayrı-ayrı insanlar
arasında böyük fərqlər mövcuddur.
Bioloji ritmlər yerli şəraitdə müxtəlif sürətlə uyğunlaşır.
Daha tez sürətlə uyğunlaşan ritmlər yuxu-ayıqlıq və işgörmə
qabiliyyətidir; onların sinxronzasiyasmm* bərpa edilməsi üçün hər
2
saat dəyişkənlik üçün
«1
sutka tələb olunur.
Kosmik uçuşlar üçün təzyiq altında olan kabinə və ya
kostyumlar vacibdir; onlar olmazsa 19 km-ə bərabər və ya artıq
yüksəklikdə 37°C temperatur şəraitində qan qaynamağa başlayır
(qaynama). Təzyiq altında olan kabinə həmçinin udulan havada
oksigenin adekvat parsial təzyiqini təmin edir və soyuqdan, eləcə də
tam da olmasa açıq kosmosda şüalanmadan mühafizə edir.
Ümumiyyətlə, insanın uyğunlaşma qabiliyyəti və texnika
onun kosmosda həyatını bir neçə həftəlik və ya aylıq təmin edə bilər,
Yerə qayıtdıqdan sonra isə readantasiya ilə bağlı yeni çətinliklər
meydana çıxır.
18.7.
Su altında qalmaq, yüksək təzyiq
Dalğıc insan orqanizmi üçün yad olan mühitdə hərəkət edir;
əgər onun suda olma müddəti nəfəsin tutulub saxlanılması ilə qalma
müddətindən yuxarı olarsa, o, tənəffüs üçün hava almalı və yüksək
təzyiqə uyğunlaşmalıdır. Suya dalma istilik tarazlığının
saxlanılmasında özünü göstərir, belə ki, istilik daha sürətlə itir.
Beləliklə, şərait termo neytral zonadan kə
420
downloaded from KitabYurdu.org
narda olur. Nəhayət, görmə və eşitmə siqnallarına əsasən isti-
qamətin müəyyən edilməsində çətinliklər yaranır.
XÜSUSİ TƏCHİZATLAR (LƏVAZİMATLAR) OLMADAN
SU ALTINDA QALMAQ
Sadə üsulla - heç bir xüsusi təchizat olmadan su altında
qalmaq çox da böyük olmayan dərinliklərdə mümkündür. Qa-
baqcadan hiperventilyasiyanın olması
2
səbəbdən təhlükəlidir;
1
)
respirator alkaloz ucbatından suya baş vurmamışdan qabaq
başgicəllənməsi və ya qıcolmalar əmələ gələr və
2
) suya baş
vurmanın sonunda oksigen ehtiyatının düzgün qiymətləndi-
rilməməsi baş verə bilər, belə ki, ümumi tənəffüs aktivliyi CO
2
parsial təzyiqinin azalması və respirator alkalozla əlaqədar olaraq
aşağı düşür.
Suya baş vuran zaman bu halda meydana çıxan oksigen
çatışmazlığı özlüyündə yalnız zəif stimulyator rolunda çıxış edir ki,
bu səbəbdən də tənəffüsü əvvəlcədən hiperventilyasiya olmadan
suya başvurma şəraitində olduğuna nisbətən daha uzun müddətə
tutub saxlamaq olur. Buna görə də artan oksigen çatışmazlığının
qəfil huşunu itirməyə gətirib çıxarması təhlükəsi əmələ gəlir.
Hiperventilyasiya nəticəsində arterial qanın oksigenlə dolması baş
vermir, ancaq ağciyərlərdə oksigenin fraksiyası bir neçə dəfə
dərindən nəfəsalma nəticəsində təqribən 0,05 dəfə arta bilər.
Maska, yaxud eynək və nəfəs almaq üçün çubuq (truba) ilə
təchiz olunub suya başvurma sualtı dünyanı fasiləsiz olaraq
müşahidə etməyə imkan verir. Adətən belə məşğuliyyətin nə-
ticəsində günəş şüalarının təsirindən kürək və boyun nahiyəsində
yanıqlar və həmçinin həddindən artıq soyuma baş verir. 30-35 sm
uzunluğunda olan standart çubuğun ölçüsünü azaltmaq qadağandır.
Hərəkətsiz sahənin belə uzadılması sox çətin ki, tənəffüsə
əhəmiyyətli dərəcədə təsir göstərsin, lakin suyun daha dərin
qatlarına dalma zamanı qan-damar sisteminə bu əməliyyatın
aparılması xeyli dərəcədə təsir göstərir. Belə ki, alveol havasının
təzyiqi suyun üst qatındakı təzyiqə uyğun gəldiyindən bədənin
qalan hissəsini suyun əlavə təzyiqi aşağı
421
downloaded from KitabYurdu.org
təzyiq sistemində daxili və xarici torakal hissələr arasında qra-
diyent təzyiqinin yaranmasına səbəb olur. Buna görə də, suyun daha
dərin qatlarına döş qəfəsi daha dərindən nəfəsalmalar şəraitində daha
çox qanla dolmağa başlayır, nəticədə ağciyər damarları və ürəyin
potensial olaraq ölümcül zədələnməsi (gərilmə və ya zərbə
nəticəsində) baş verir. Digər təhlükə soyuq axma düşmə ehtimalı ilə
bağlıdır; yemək yedikdən sonra, xüsusilə vaqotonik fazada dəri-
visseral reflekslər arterial təzyiqin kəskin (kritik) aşağı düşməsi ilə
müşayiət olunan vazo- vaqal kollipsa səbəb ola bilər.
Tənəffüsün saxlanılması ilə suyun dərin qatlarına baş- vurma
zamanı aşağıdakı fiziki qaz qanunlarını nəzərə almaq lazımdır: 1)
Boyl-Mariot qanunu: təzyiq və həcmin vurma hasili sabit
kəmiyyətdir; 2) Dalton qanunu: ümumi təzyiq parsial təzyiqlər
cəminə bərabərdir; 3) Henri-Dalton qanunu: həll olan qazm miqdarı
onun parsial təzyiqi və həllolma əmsalına mütənasibdir. Bu
qanunlar, əlbəttə ki, yalnız ideal qazlar üçün düzgün hesab olunur,
lakin təcrübələr göstərmişdir ki, onları tamamilə suyun dərin
qatlarına baş vurma zamanı meydana çıxan problemlərin həllində
tətbiq etmək olar.
Barozədələnmə (təzyiqin təsiri altında yaranan zədələnmə).
Boyl-Mariot qanunu hava ilə dolu bədən boşluqları (yəni ağciyərlər,
kəllədəki boşluq, diş və mədədəki boşluq) üçün doğrudur. Enmə
zamanı ətraf mühitin artan təzyiqi son anda toxumaların
zədələnməsinə gətirib çıxaran pozğunluqlara səbəb ola bilər.
Məsələn, suya dalmanm başlanğıcında döş qəfəsinin, uyğun olaraq
ağciyərlərin tutumu 30-40 m dərinlikdə minimuma çataraq çox
asanlıqla azalır (şəkil 2). Ağciyərləri daha çox basmağa (sıxmaq)
icazə verilmədiyindən suyun daha dərin qatlarında dərinliyin
artmasına daha uyğun olaraq döş qəfəsindən xaricdə (ətraf mühit)
fasiləsiz olaraq artan təzyiqə baxmayaraq, döş qəfəsinin daxilindəki
təzyiq sabit qalır. Təzyiqlər arasında yaranan fərq döş boşluğundakı
orqanlara qan axınının kifayət qədər artmasına səbəb olur; döş qəfəsi
daxilindəki təzyiq ağciyər damarları və ürəyin inkişaf edib
dəyişilməsinə uyğun olaraq getdikcə aşağı düşür ki, bu da nə
422
downloaded from KitabYurdu.org
ticədə onların zədələnməsinə gətirib çıxarır. Hava ilə dolu olan
kəllə boşluğundakı təzyiq burun və boğaz vasitəsilə öz-özünə və ya
xüsusi üsulla (bağlı burunla aparılan Valsalva təcrübəsi) döş
qəfəsinin daxilindəki təzyiqə bərabərləşir. Əgər orta qulaq və
burunun əlavə boşluğunun udlaqla əlaqələndiyi kanallar tutulubsa
(məsələn, soyuqdəymə zamanı selikli qişanın şişməsi nəticəsində)
bu təzyiqi bərabərləşdirmək çətin və ya qeyri- mümkün olur. Bu
halda təzyiqlərin bərabərləşdirilməsi yalnız təbil pərdəsinin xaricə
doğru çəkilməsi (partlayan qədər) və yaxud selikli qişanın onun
ağrılı şişməsi və partlamasına səbəb olan sonradan qanla dolması
hesabına mümkün olur.
Dərinlik
Om
10 m
40
PiT
1 bar
2 bar
5 bar
AT
5,01
2,51
1,01
PaÜ
2
105 mm.c.süt. 210mm.c.süt. 525 mm.c.süt.
Şəkil 2.
Suyun daha dərin qatlarına dalma şəraitində ağciyər tutumu (AT) və
parsial təzyiq 0 m dərinlikdə döş qəfəsi maksimal nəfəsalma, 40 m dərinlikdə maksimal
nəfəsvermə vəziyyətində olur. Alveol havasının
P
Q
üçün oksigenin sərf edilməsi sayılır; döş qəfəsi daxilində lbar=100 kPa
(intratorkal təzyiq).
Su səthinə qalxma zamanı oksigen çatışmazlığı. Əgər nə-
fəsini saxlayaraq suya dalan dalğıc nəfəsvermənin vacibliyinə
müqavimət göstərə bildiyi qədər su altında qala bilirsə, o,
423
downloaded from KitabYurdu.org
mütləq suyun üzünə qalxan zaman huşunu itirə-cəkdir. Enmə
zamanı ətraf mühitin təzyiqinin artması alveol havasında P
Q
2
yüksəlməsinə səbəb olur, lakin bu üstünlük xəyalidir, belə ki, su
uzununa qalxma zamanı əks hadisə baş verir (şəkil
1
). Dalğıc su
səthinə qalxan zaman ağciyərlərdə P
0;
tezliklə 30-35
mm.c.süt (4,0-4,7 kPa) bərabər olan kritik astanaya çatıb və ötüb-
keçərək sürətlə aşağı düşür. Bu azalma xüsusilə su səthinə yaxın
kəskin şəkildə özünü büruzə verir, belə ki, sonuncu
10
m-i qalxan
zaman mühitin təzyiqi yarıbayarı azalır (şəkil
1
).
18.8.
Aparatlarla suyun dərinliklərində qalma
Üç tip tənəffüs aparatı mövcuddur: sıxılmış hava, oksigen və
qaz qarışığı ilə olan aparatlar.
Sıxılmış hava ilə olan aparatlar. Onlara bir yerdən digər yerə
daşma bilən tənəffüs aparatları, havanın su səthindən ötürülmə
sistemləri (şlanq və ya nasosla) və kessonlar aid edilir. Bütün
hallarda udulan havanın təzyiqi ətraf mühitin təzyiqinə bərabərləşir,
verilən hava isə suya xaric edilir (açıq sistem). Tənəffüs şəraitində
həyata keçirilən iş sıxılmış havanın yüksək özlülüyü ilə əlaqədar
olaraq artır.
Dərinlik narkozu. Dərinlik və suya dalma müddəti böyük
olduqca toxumalarda daha artıq miqdarda azot həll olur. Normal
atmosfer təzyiqi şəraitində orqanizmdə həll olan azot inert olur,
lakin 40 m-ə bərabər və ya artıq dərinliklərdə toxumalarda olan
azotun qatılığı vəziyyət və dalğıcın meylliyindən asılı olaraq
tapşırıqların yerinə yetirilməsi zamanı səhvlərin olması və hətta
huşun itirilməsi ilə müşayiət olunan intok- sikasiya (eyforiya,
həmçinin narahatçılıq) əlamətlərinin yaranmasına səbəb olur. Buna
görə də heç bir zaman sıxılmış hava ilə olan aparatdan istifadə
edərək 50 m dərinliyə enmək olmaz.
Dekompressiya. Barozədələnmələrdən uzaq olmaq üçün
suyun səthinə qalxma zamanı mühitin təzyiqi aşağı düşdükcə
sıxılmış hava ilə dolu olan bədən boşluqlarındakı təzyiqin ar-
424
downloaded from KitabYurdu.org
xasmca nəzarət etmək lazımdır. Məsələn, sıxılmış hava ilə olan
təchizatlardan istifadə edən dalğıc 50 m dərinlikdən bağlı səs yarığı
şəraitində su səthinə qalxan zaman ağciyərlər dartılır, sonra isə
cırılır (yırtılır) ki, bu zaman hava damar sisteminə daxil olur (hava
emboliyası)*. Bundan əlavə, toxumalarda toplanan inert qazlar
(məsələn, azot) yavaş-yavaş onlardan ayrılmalı, sonra isə verilən
nəfəslə xaric olunmalıdırlar; əgər de- kompressiya həddindən artıq
sürətlə baş verərsə onlar qanda qazlı su olan butulkanın ağzını açan
zaman olduğu kimi qo- vuqcuqlar əmələ gətirir. Yuxarı qalxma və
su səthinə çıxma sistematik olaraq, yavaş-yavaş və mərhələlərlə
həyata keçirilməlidir. Su səthinə dərhal o vaxt çıxmaq olar ki, su
altına dalma toxumalarda qovuqcuqlarm əmələ gəlməsi üçün vacib
olan qazların kritik toplanmasına müvəffəq olunmayan zaman
hüdudunda həyata keçirilsin (sıfır zamanı); tənəffüsün saxlanması
suya dalmanın bütün formalarında və
10
m-dən artıq olmayan
dərinliyə suya dalma şəraitində vəziyyət demək olar ki, həmişə belə
olur. Dekompressiya zədələri, həmçinin uzunmüddətli su altına
dalmadan sonra yer səthinə sürətlə çıxma zamanı da (məsələn,
təyyarədə) baş verə bilər.
Oksigen aparatı. Müxtar tənəffüs aparatı həm də təmiz
oksigenlə nəfəs almanı təmin edə bilər. Qapalı sistemdə tənəffüs
zamanı verilən oksigenlə zəngin hava ilə onun tərkibində olan
karbon dioksidi canına hopduran materialın köməkliyilə kənar
etdikdən sonra təkrar nəfəs almaq olar. Belə aparat uzun müddətə
su altına təkrar nəfəs almaq olar. Belə aparat uzun müddətə su altına
dalmağa imkan verir, lakin idman üçün yararlı deyil, çünki 7 m-dən
artıq dərinlikdə təmiz oksigen (P
02
=172 kPa və ya 1292 mm.c.süt.)
mərkəzi sinir sisteminə
toksiki təsir göstərir. Kəskin oksigen zəhərlənməsinin əlamətlərinə
qusma, qıcolma və huşun itirilməsi aid edilir. Bu aparatlar çox
təhlükəli olduqlarından, onları yalnız xüsusi məqsədlər üçün
istifadə edirlər (məsələn, sualtı kəşfiyyatçılar tərəfindən). Sıxılmış
hava ilə nəfəsvermə zamanı hipoksiya ilə bağlı olan pozğunluqlar
74 m və daha artıq dərinliklərdə yarana bilər.
Qaz qarışığı ilə olan qapalı tip aparatlar böyük dərinlik
425
downloaded from KitabYurdu.org
lərdə istifadə edilməsi üçün yararlıdır: burada təmiz oksigen ya
sıxılmış hava, ya da helium ilə qarışdırılır. Sıxılmış havanın istifadə
edilməsi ilə su altına dalması 7 m-dən artıq dərinlikdə həyata
keçirmək olar, belə ki, helium ilə olan qarışıq azotu narkozdan
müdafiə edir. Lakin 70 m və daha dərin qatlara dalma zamanı
hipertoksik zədələnmələrdən uzaq olmaq üçün qarışığın tərkibində
normada olduğundan daha az oksigen olmalıdır.
18.9.
Su altında istiqamətin müəyyən edilməsi
Görmə. Dərinlik artdıqca su altında işıqlanmanm intensivliyi
azalır.
100
m dərinlikdə hətta əlverişli şəraitdə belə, əbədi qaranlıq
hökm sürür. Əgər mühafizə gözlükləri taxılmazsa gözün buynuz
qişası hava əvəzinə fərqli sındırma xüsusiyyətlərinə malik olan su
ilə təmasda olur. Bunun nəticəsində yalnız gözə yaxın məsafədə
yerləşən obyektlər fokusda olur. Suya dalmaq üçün olan gözlüklər
bu təsiri aradan qaldırır, lakin iti bucaq altında düşən işıq şüalarının
çoxsaylı sınmalarının hesabına əşyalar daha xırda və uzaq məsafədə
görsənir. Bundan əlavə, görmə oxuna lateral istiqamətdə yerləşən
əşyalar təhrif olunurlar, lakin dalğıclar buna çox tez öyrəşirlər.
Eşitmə. Suda səs havadakma nisbətən daha tez yayılır (330
m/s yerinə 1450). Bu səbəbdən də su altında səs mənbəyi insana
əslində olduğundan daha yaxın gəlir. Bundan əlavə, qısa qulaqarası
ləngiməyə görə səs mənbəyinin müəyyən edilməsi praktiki olaraq
qeyri-mümkün olur.
Müvazinət sistemi. Əgər təbil pərdəsi zədələnərsə su orta
qulağa düşə və üfüqi yarımdairəvi kanalın istilik stimulyasi- yasına
səbəb ola bilər ki, bu zaman məkandə istiqamətin müəyyən
edilməsində pozğunluqlar meydana çıxa bilər. Bu vəziyyətdə dalğıc
təlaşa düşüb özünü itirərsə, öz həyatını təhlükə altına qoymuş olar.
Su altında qalmanın qaydaları. Adi şəraitdə təhlükəsiz olan
bir çox hal və vəziyyətlər su altında təhlükəli ola bilərlər.
426
downloaded from KitabYurdu.org
Su altına dalmanın 10 ən vacib qaydalarından, xüsusilə, 2-ni nəinki
bütün dalğıclar, həm də heç bir yüksək nailiyyət əldə etmək
iddiasında olmayan həvəskarlar belə yadda saxlamalıdırlar:
1.
Heç bir zaman təklikdə su altında qalmayın.
2.
Əgər soyuqdəyməniz varsa, heç bir zaman su altında
qalmayın (barozədələnmə).
18.10.
İqlim və yaşayış yerinin ventilyasiya edilməsi
İqlim. İqlim həkimlər üçün həm müalicəvi təsir nöqteyi-
nəzərindən (günəş şüası, təmiz hava və aşağı atmosfer təzyiqinin
təsiri), (həm də hava kondisionerlərinin yaşayış yerlərində
temperatur və rütubəti tənzim edən cihaz) tətbiq edilməsi ilə
əlaqədar böyük maraq doğurur. Havanın kondisiyalaşdırılma- sı*
tətbiqi fiziologiyanın misalıdır, çünki, yaşayış yerlərində iqlim,
otaqda təmiz havaya olan ehtiyac nəzərə alınmaqla insanda istilik
tənzimi barədə məlum olanların əsasında yaradılır.
Komfort (rahatlıq) şəraiti. Yaşayış yerindən kənarda olan
insanlarda istilik tənziminin əsas təyinedici amilləri rolunda ətraf
mühitin temperaturu, nisbi rütubət, küləyin sürəti və günəş
radiasiyası çıxış edir. Geyimdən, fiziki aktivliyin səviyyəsi və fərdi
meyllilikdən asılı olaraq bu amillərə insanın subyektiv reaksiyası
“komfort” hissindən “diskomfort” vəziyyətinə qədər dəyişə bilər.
Psixoloji olaraq müəyyən edilən komfort zonası neytral temperatur
tərəfindən fizioloji olaraq müəyyən edilən sahəsidir. İnsanın havada
və ya su altına dalmış vəziyyətdə olmasından, həmçinin geyimdən
asılı olaraq komfortun şərtləri arasında kəskin fərq mövcuddur
(cədvəl 4).
Soyuğun təsiri. Çox aşağı temperaturun təsiri iki növ - ya
ayrı-ayrılıqda, ya da bütünlükdə pozğunluqlar əmələ gətirə bilər.
Müəyyən hüduddan kənara çıxmayan soyuğun təsiri nə-
ticəsində zədələnmələr. +4°C-dən aşağı temperatur şəraitində
427
downloaded from KitabYurdu.org
periferik qan damarları kəskin yığılır; kondisiyalaşdırma* -
standartda, normaya uyğunlaşdırma bunun da nəticəsində bədənin
burun, qulaq, əl və ayaqda barmaqlar kimi hissələr adekvat olaraq
qidalandırıcı maddələrlə təmin edilmir. Bu şəraitdə toxumanın
donması (nekroz) ağrı hissələrinə səbəb olmur, çünki belə aşağı
temperaturlarda sinir impulslarmın keçməsi pozulur (soyuğun təsiri
ilə anesteziya). Müalicə üsulu kimi təcili olaraq isindirmədən istifadə
etmək məsləhət görülür; toxumaları zədələmək qorxusu olduğundan
masajdan uzaq olmaq məsləhətdir.
Cədvəl 4
Müxtəlif şəraitlərdən yetkin insan üçün
təqribi
neytral
temperaturlar
______________________________________
Ətraf
mühit
Digər şəraitlər
Geyim
Temperatur
həddi
Hava
Küləksiz, 40-50% rü-tu- bət,
fiziki sakitlik, neytral radiasiya
şəraiti
Küçə üçün normal
20 -22°C
jeyimsiz çimərlik
kostyumu
28 -30°C
Su
Sakitlik (vanna)
Geyimsiz çimərlik
kostyumu
35,5 - 36°C
Üzgünçülük, 0,4 m/s
Geyimsiz çimərlik
kostyumu
28°C
Ümumi hipotermiya. Aşağı temperatur şəraitində periferik
vazokonstraksiyanın istilik tənzimi nəticəsində normal şəkildə qanla
təchiz olunma ürək və MSS kimi mərkəzi orqanlarda saxlanılır,
ətraflar və periferik orqanların qanla təchiz olunması getdikcə daha
çox zəifləyir (azalır). Qan axınının güclənən bu mərkəzləşməsinə
baxmayaraq, sonunda beyin və ürək də həmçinin soyuyur; bədənin
daxili hissələrində temperaturun 30°C-dən aşağı düşməsi şəraitində
insan huşunu itirir. 28°C-dən aşağı temperatur şəraitində isə
mədəciklərin fıltra- siyası meydana çıxır. Hipotermiya vəziyyətində
olan insanla
428
downloaded from KitabYurdu.org
damarların genişlənməsi və ya əzələ nasosu təsirinə, bunun nə-
ticəsində də periferik qan axınının həddindən artıq sürətlə bərpa
olunmasına səbəb ola biləcək heç nə etmək olmaz. Bu halda bədənin
periferik hissəsində olan qan nəinki həddindən artıq soyuq, eləcə də
cərəyanın ləngiməsi nəticəsində güclü şəkildə dəyişmiş olur
(məsələn, onda laktatın qatılığı artır), bu səbəbdən də onun mərkəzi
qan axınına sürətli qaytarılması ürək və beyin fəaliyyətində
pozğunluqlara gətirib çıxarır.
Massaj və aktiv hərəkətlər qadağandır - hipotermiya və-
ziyyətində olan insana qızınmaq üçün qaçmaq olmaz; bu halda hətta
gəzinti belə ölümə gətirib çıxara bilər. Yardımın ən sadə və
təhlükəsiz forması xəstənin istiliyi əks etdirən folqa və ədyala
bükülməsidir ki, bu zaman orqanizmin özü tərəfindən yaranan
istiliyin təsirindən yavaş-yavaş, yüngül şəkildə isinmə baş verir.
İstiliyin təsiri. Həddindən artıq isti sirkulyar kollaja və istilik
və ya gün vurmaya səbəb ola bilər. Xüsusilə sakit vəziyyətdə, əgər
rektal temperatur 38,0-38,3°C-dən artıq qalxmırsa dərinin
damarlarının genişlənməsi istiliyin təsirindən bayğınlığa gətirib
çıxara bilər. Güclü şəkildə istilik törənişinə baxmayaraq onu
müşayiət edən dəri damarlarının sıxılması və qan təzyiqinin
hesabına fiziki aktivlik özündən getməyə olan meylə əks təsir
göstərir. Beləliklə, qızmar şəraitdə iş zamanı istilik vurma təhlükəsi
- beynin 40°C-dən artıq temperatur şəraitində mərkəzi sinirin
tənzimedici sistemində pozğunluqlar mövcud olur. İstiliyin
təsirindən baş verən bayğınlıq zamanı zərərçəkənin ayaqlarını
qaldırmaq, bədən temperaturunu xarici soyutma yolu ilə aşağı
salmaq və sonrakı isinmənin qarşısını almaq lazımdır. Lakin dərinin
kəskin soyudulması az effektli olur, belə ki, dəridə qanın cərəyan
etməsi o qədər zəif olur ki, soyuma orqanizmin daxili hissələrinə
əməlli-başlı təsir göstərə bilmir.
Yerli qızdırılma dəridə yanıqların əmələ gəlməsinə səbəb ola
bilər. Anesteziya vəziyyətində olan və periferik sinirləri zədələnmiş
xəstələrdə xüsusi ehtiyatlılıq tələb olunur ki, bunlarda hətta 37°C
kimi aşağı temperaturda zədələnmələrə gətirib
Dostları ilə paylaş: |