Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

458 

downloaded from KitabYurdu.org



sındakı funksional əlaqələri əks etdirir. Ali sinir fəaliyyətinin dərin 

pozğunluqları  nəticəsində  sinir  proseslərinin  toqquşması  qeydə 

alınmışdır. Bu zaman mədə turşuluğunun artması, mədə atoniyası 

baş verir, qan təchizatı dəyişilmədən öd və pankreas şirəsi artır, qan 

təzyiqi  davamlı  olaraq  yüksəlir,  böyrək  və  başqa  sistemlərin 

fəaliyyəti 

pozulur. 

Eksperimental 

nevrozların 

tədqiqi 


kortikovisseral patologiyanın öyrənilməsinə təkan vermişdir. 

Nevrozlu şəxslərdə ali sinir fəaliyyətinin funksiyasını bərpa 

etmək  üçün  şəraitin  dəyişilməsi,  istirahət,  normal  yuxu  böyük 

əhəmiyyətə malikdir. 

Mərkəzi  sinir  sisteminin  vəziyyətindən  və  nevrozun  xa-

rakterindən asılı olaraq, oyanma və ləngimə proseslərinə seçici təsir 

göstərən  farmakoloji  maddələrdən  (kofein,  brom,  kiçik 

trankvlizator və s.) habelə fizioterapiya (duş, vanna, masaj və s.) 

istifadə edilir. 

20.9.

 

İnsanın ali sinir fəaliyyətinin xüsusiyyətləri 

İnsanın  ali  sinir  fəaliyyətinin  xüsusiyyətləri  (psixika,  şüur, 

nitq  -  I  və  II  siqnal  sistemi).  Yunanca  «psixika»  -  ruh  deməkdir. 

Hətta Dyuba-Raymon, Şerrinqton, Leşli kimi ney- rofıziologiyanı 

yeni  kəşflərlə  zənginləşdirmiş  alimlər  «psixika»,  şüur  bədəndən 

ayrı,  fizioloji  hadisələrdən  olub,  yüksəkdə  duran  müstəqil 

dərkedilməzdir mövqeyində dayanırlar. 

Psixika - yüksək inkişaf etmiş materiyanın - beynin xassəsi, 

funksiyasıdır,  obyektiv  gerçəkliyin  subyektiv  inikası  və  buna 

əsaslanan fəaliyyətidir. 

Psixi  inikas  insanda  özünün  ali  səviyyəsinə,  şüurlu  inikas 

formasına  çatmışdır.  Şüur  əsasən,  yüksək  inkişaf  etmiş  insan 

beyninin məhsuludur. Şüur vasitəsilə insan ətrafdakıları və özünü 

dərk edir. İnsan şüur vasitəsilə öz əməllərinə və bütövlükdə özünə 

qiymət  verir.  İnsanın  məqsədəuyğun  fəaliyyətinin  təmin 

olunmasında şüurun böyük rolu vardır. 

İnsan təkcə şüurla «dolanmır». Onun hərəkətlərində, rəf 



459 

downloaded from KitabYurdu.org



tarında,  nitqində  belə  şüursuzluq  ünsürləri  mövcuddur.  Məsələn, 

insan  öz  fəaliyyətini  bəzən  şüur  nəzarətindən  çıxarır,  məqsədsiz 

fəaliyyətə meyl göstərir və i.a. 

Nitq insan psixikasının ən böyük nailiyyətidir. Şifahi və yazılı 

nitq - insan cəmiyyətində ən yaxşı nadir ünsiyyət vasitəsidir. İnsan 

nitqinin təkamül inkişafı üçün ilkin  bioloji əsaslar hələ heyvanlar 

aləmində formalaşmışdır. İnsanda heyvanlar aləmində rast gəlinən 

müxtəlif «dil» formalarının mahiyyətini təsəvvür etmək kifayətdir. 

Məlum olduğu kimi, heyvanlar bir- birilə ifraz etdikləri xüsusi iyli 

kimyəvi maddələr, oyun, rəqs, duruş, vəziyyət, müvafiq hərəkətlər, 

toxunma, çıxardıqları səslər və başqa vasitələrlə əlaqə saxlaya bilir. 

Məsələn,  qida  əldəetmə  və  yemək  zamanı  çıxarılan  səslər, 

vəziyyət və cinsi davranışla əlaqədar olan səslər vardır və s. 

Bəzi heyvanlar müxtəlif səslər, insanabənzər meymunlar isə 

nisbətən  «məzmunlu»  səs  siqnalları,  mimiki  və  digər  hərəkətlər 

vasitəsilə öz emosional hallarını ifadə edə bilir. 

Fizioloji  nöqteyi-nəzərdən  nitq  insanın  beyin  fəaliyyətinin 

çox mürəkkəb sahəsidir. İ.P.Pavlov onu beyin qabığının funksiyası 

hesab edirdi. Bunu təsdiq edən bəzi klinik müşahidələr hələ keçən 

əsrin  ikinci  yarısından  məlumdur.  Məsələn,  P.Brok  1861-ci  ildə 

beynin sol yarımkürəsinə məxsus alın payında (aşağı alm qırışığının 

arxa  hissəsində)  nitq  tələffüzü  mərkəzi  («nitqin,  Brok  mərkəzi») 

kəşf etmişdi. Bu mərkəz pozulduqda nitq pozulması (afaziya) baş 

verir.  Belə  vəziyyətdə  xəstə  nitqi  başa  düşür,  ancaq  əməli  olaraq 

danışa  bilmir  (nitqin  hərəki  afaziyası),  onun  tələffüzü  pozulur, 

cümlələri  qırıq-  qırıq  olur.  1874-cü  ildə  alman  neyrofizioloqu 

K.Vernike sol yarımkürənin gicgah payında (yuxarı gicgah qırışığı 

sahəsində)  nitqlə  sıx  baqlı  olan  yeni  mərkəz  («sözlərin  sensor 

surətləri» və ya «nitqin Vernike mərkəzi»ni) müəyyənləşdirdi. Belə 

ki,  bu  sahənin  zədələnməsi  zamanı  xəstə  normal  danışa  bilsə  də, 

nitqi başa düşmür (sensor afaziya). 

Müasir təsəvvürlərə görə, nitq fəaliyyəti təxminən, aşağıdakı 

şəkildə təsəvvür edilir. Söz siqnalları qabığın eşitmə mərkəzindən 

Brok mərkəzinə ötürülür. Burada sözün tələffüzü 



460 

downloaded from KitabYurdu.org



üçün  zəruri  olan  hərəki  siqnallar  formalaşır  və  qabığın  müvafiq 

hərəki  sahələrinə  nəql  edilir,  sözün  tələffüzü  baş  verir.  Oxunan 

sözlər  haqqında  informasiyalar  isə  əvvəlcə  görmə  sahəsindən 

qabığın  gicgah  və  ənsə  paylarının  sərhədində  yerləşən  bucaq 

qırışığına  (nitq  görmə  mərkəzi),  oradan  Vernike  mərkəzinə  daxil 

olur  ki,  burada  sözün  müvafiq  forması,  surəti  yaranır  və  digər 

əlaqədar  mərkəzlərin  bilavasitə  iştirakı  ilə  səsli  söz  ifadəsinə 

çevrilir. 

Normal  nitq  üçün  beyin  yarımkürələri  qabığın  görmə  və 

eşitmə  sahələrinin,  nitq  əzələlərinin  qabıq  «nümayəndəliyinin», 

Brok və Vernike mərkəzlərinin və bucaq qırışığı sahəsinin tamlığı 

zəruridir. 



20.10 Birinci və ikinci siqnal sistemi 

Heyvan  və  insan  üçün  orqanizmin  görmə,  eşitmə  və  başqa 

reseptorlarmdan bilavasitə beyin yarımkürələrinə daxil olan konkret 

siqnalların  analiz  və  sintezi  ümumidir.  Lakin  bununla  bərabər 

insanın ali sinir fəaliyyəti vəzifələrində müxtəlif keyfiyyət fərqləri 

vardır. 


İ.P.Pavlov  sinir  fəaliyyətinin  tərkib  hissələri  kimi  siqnal 

sistemi haqqında təlim yaratmışdır. 

İ.P.Pavlova  görə  xarici  və  daxili  mühitin  beyində  əks 

olunması,  inikası,  ilk  növbədə  birinci  siqnal  sisteminin  siqnalları 

sayəsində  təmin  olunur  və  bunun  neyrofizioloji  mexanizmi  və 

qanunauyğunluqları həm insan, həm də heyvanlar üçün demək olar 

ki, eynidir. Lakin insanda birinci siqnal sistemi heyvanlara nisbətən 

daha mürəkkəbdir. 

Heyvanlardan fərqli olaraq, insanda birinci siqnal sistemi ilə 

yanaşı,  ikinci  siqnal  sistemi  də  mövcuddur.  Bu  sistem  siqnalların 

söz ifadəsi (nitq), eşidilən və oxunan sözlərdən (söz siqnallarından 

və ya «ikincili siqnallardan») ibarətdir. 

A.Q.İvanov-Smolenski  göstərmişdir  ki,  uşaqda  zəngə  qarşı 

şərti refleks yaradaraq sonra zəng səsini şifahi və ya yazılı «zəng» 

sözü ilə əvəz etsək, uşaq ilk dəfədən başlayaraq bu sözə qarşı eynilə 

zəng səsinə olduğu kimi reaksiya göstərir. 



461 

downloaded from KitabYurdu.org



Təcrübənin şəraitini dəyişərək «zəng» sözünə şərti refleks yaradıb 

onu zəngin səsilə əvəz etdikdə də müvafiq reaksiya alınır. 

Beləliklə,  sübut  olunmuşdur  ki,  insanda  şərti  refleks  nəinki 

şərtsiz reflekslər əsasında, hətta nitq vasitəsilə də əmələ gələ bilər. 

Nitq əsasında şərti refleksin yaranması insanın ali sinir fəaliyyətinin 

keyfiyyətindən asılıdır. 

Deməli, söz insan üçün siqnallar siqnalı funksiyasını daşıyır. 

Sözün  mənası  insan  tərəfindən  anlaşıldığı  halda  onun  davranışını 

idarə  edir.  Söz  öz  mənasını  itirdikdə,  anlaşılmadı-  qda,  o  yalnız 

birinci siqnal sistemi kimi təsir göstərir. 

İkinci siqnal sistemi, birinci siqnal sisteminə əsaslandığı üçün 

İ.P.Pavlova  görə  insanın  ali  sinir  fəaliyyəti  üç  sistemin  (şərtsiz 

refleks,  şərti-şərtsiz  refleks  -  I  siqnal  sistemi,  şərti-ref-  leks  -  II 

siqnal  sistemi)  qarşılıqlı  təsirindən  və  müştərək  fəaliyyətindən 

əmələ gəlir. 

Aparılan  tədqiqatlar  göstərmişdir  ki,  birinci  siqnal  siste-

mindən ikinci siqnal sisteminə və əksinə, dinamik surətdə keçmək 

olur. Pavlova görə siqnal sistemlərinin üstünlüyündən asılı olaraq 

insanlar arasında iki tip («bədii» və «mütəfəkkir») ayırd edilir. 

Bədii tip, insanda birinci siqnal sistemi üstünlük təşkil edir. 

O,  xarici  aləmi  olduğu  kimi  qavrayır  və  onu  parçalamadan 

mənimsəyir. İ.P.Pavlov bu qrupa yazıçıları, musiqiçiləri, rəssamları 

və s. aid etmişdir. Mütəfəkkir tipdə ikinci siqnal sistemi üstün olur, 

o xarici aləmi parçalayır və cürbəcür formalarda yenidən birləşdirir. 

Alimlər - filosoflar, riyaziyyatçılar, filoloqlar və b. mütəfəkkir tipə 

daxil  edilir.  Həyatda  göstərilən  tiplərin  müxtəlif  qarışıq  və  aralıq 

formalarına daha çox rast gəlinir, aralıq qrup adamlarda bir siqnal 

sisteminin digər siqnal sistemindən üstün olması hiss edilmir. 



20.11.

 

İkinci siqnal sisteminin funksiyalarının tənzimində 

beyin qabığının müxtəlif zonalarının əhəmiyyəti 

İ.P.Pavlov  öz  tədqiqatları  ilə  göstərmişdir  ki,  MSS  fun-

ksiyaları determinizm, analiz, sintez və sistemlik prinsipinə 

462 

downloaded from KitabYurdu.org



əsasən idarə edir. İnsanda Roland şırımından öndə (alın payında, ön 

mərkəz qırışıqda və premator sahədə) hissiyyatla, arxada isə (arxa 

mərkəzi  qırışığa)  hərəkətlə  əlaqədar  olan  mərkəzlər  yerləşmişdir. 

Deməli, beyin qabığında olan birinci şöbə insanın hərəkətini, ikinci 

şöbə  isə  müxtəlif  hissiyyatları  (görmə,  eşitmə,  qoxu,  dad,  dəri, 

əzələ,  lamisə  və  s.)  iştirak  edən  mərkəzlərə  olan  nahiyələrə 

malikdir.  Məsələn,  insanın  beyin  qabığının  hissi  nahiyəsi 

zədələndikdə  dəri  və  əzələ  hissiyyatı  (ağrı,  toxunma,  soyuqluq, 

istilik, təzyiq və s. hissiyyatları) pozulur. 

Deməli,  dəri  və  əzələ  hissiyyatının  qabıq  mərkəzləri  arxa 

mərkəzi qırışıqda, hərəkətlə (əl, ayaq, ətraflar və s.) əlaqədar olan 

mərkəzləri isə ön mərkəzi qırışıqda yerləşir. 



İnsanın görmə mərkəzi beyin yarımkürələrinin ənsə payında 

mahmız şırımında yerləşmişdir. Hər iki yarımkürənin ənsə payının 

kəsilib götürülməsi qabıq korluğuna səbəb olur. Lakin gözqırpma, 

bəbək refleksi və s. işığa qarşı sadə refleks- lər mühafizə olunur. 

Lakin  orta-beyində  dördtəpəli  cismin  ön  təpələrindəki  qabıqaltı 

mərkəzlərin fəaliyyətilə əlaqədar olan işığın təsirinə qarşı heyvan 

başını  müxtəlif  tərəflərə  çevirir,  yəni  mühitdən  baş  çıxarma 

reaksiyası adlanır. 

Görmə sinirləri kəsildikdə tam korluq əmələ  gəlir, xüsusilə 

xarici aləmin cisimlərinə qarşı görmə yaddaşı pozulur. Məsələn, it 

öz yiyəsini tanımır. 

İnsanın eşitmə hissiyyatı mərkəzi ön köndələn gicgah qırı-

şığında yerləşir. Gicgah payı çıxarıldıqda qabıq karlığı əmələ gəlir. 

Bu zaman ancaq səsə qarşı sadə şərti reflekslər mühafizə olunur. 

İnsanda  qoxu  mərkəzi,  qırmaq  və  dənizatı  qırışığının  qır-

mağa yapışan hissəsində yerləşir. Ammon buynuzunu beyin qabığı 

qoxu  hissiyyatı  ilə  əlaqəli  çıxarılmış  cavan  heyvanların  qoxu 

reaksiyası normal qalır. Məsələn, belə pişik qoxusuna görə qidanı 

tapır və yeyir, lakin pis qoxuya qarşı kəskin mənfi reaksiya verir. 

Dad mərkəzinin beyin qabığındakı  yeri  ya dil və çeynəmə 

üzvlərinin hissi və hərəki proyeksiyası ilə bir yerdə, ya da ora 



. 463 

downloaded from KitabYurdu.org



yaxın olur, yəni arxa mərkəzi qırışığın daxilindədir. Nəzərə almaq 

lazımdır ki, bu mərkəz fiziologiyanın az öyrənilmiş sahələrindəndir. 

Dad duyğusunun beyin qabığı ilə deyil, qabıqaltı düyünlərlə 

əlaqədə olması güman edilir. İnsanda beyin qabığının assosiasiya 

qabiliyyəti  ən  yüksək  inkişaf  pilləsinə  çatmış  və  ikinci  siqnal 

sistemilə əlaqədardır. 

Nəzərə  almaq  lazımdır  ki,  beyin  yarımkürələri  qabığında 

birinci  və  ya  ikinci  siqnal  sistemlərinə  aid  sinir  anatomik  fərqi 

yoxdur. 

20.12.

 

Beyin qabığının 

müəyyən nahiyələrilə əlaqədar olan pozğunluqlar 

Beyin  qabığının  müəyyən  nahiyələrilə  əlaqədar  olan 

pozğunluqlar  tanımaq  və  danışmaq  beyin  fəaliyyətinin  ali  tə-

zahürləri  olub,  insana  aid  xüsusi  vəzifələrin  və  zehni  fəaliyyətin 

ifadəsidir.  Onların  beyin  qabığındakı  yeri  hələ  tamamilə  öyrə-

nilməmişdir. 



Tanımaq qabiliyyətinin pozulmasına aqnoziya (yunan sözü 

olub, «qnosis» - bilik) deyilir. Başlıca olaraq üç cür - görmə, eşitmə 

və toxunma aqnoziyaları rast gəlir. 

Beyin  yarımkürələrinin  ənsə  payları  zədələndikdə  görmə 

aqnoziyası  baş  verir.  Belə  adamlarda  gördüyü  əşyanı,  tanımadığı 

əşyanın  səsini  eşitdikdə  və  ya  onu  əl  ilə  yoxladıqda  tanıya  bilir. 

Beyin  yarımkürələrinin  gicgah  payının  zədələnməsi  eşitmə 

aqnoziyasma səbəb olur. 

Eşitmə aqnoziyası olan adam, cisimləri səsinə görə tanımır. 

Məsələn,  tarın  və  ya  çayın  səsini  təyin  edə  bilməyən  adam  tarı 

görərkən  və  ya  əlini  çayın  suyuna  saldıqda  onları  tanıyır. 

Yarımkürələri qabığının da qabıq karlığına yaxındır. 

Yarımkürədəki  təpə  payının,  xüsusən  sol  zədələnməsi  to-

xunma aqnoziyasma səbəb olur. Toxunma aqnoziyası zamanı insan 

toxunduğu cismi tanıya bilmir. 

Apraksiya (yunan sözü olub, «prarsıs» - təsir) məqsədə doğru 

yönəldilmiş fəaliyyətlərin (məsələn, şəxs kitabı şkafdan 

464 

downloaded from KitabYurdu.org



götürmək, səhifəni tapmaq və s.) pozulmasına deyilir. 

Bəzi  tədqiqatçılar  apraksiyanı  alın  payının  zədələnməsilə 

əlaqələndirir. 

Afaziya  danışığın  pozulmasına  deyilir.  Hərəki  və  hissi 

afaziya ayırd edilir. Hərəki afaziyanın əmələ gəlməsinə səbəb sol 

yarımkürənin aşağı alın qırışığının zədələnməsidir, solaxay- larda 

isə  sağ  yarımkürə  pozulur.  Aqrafiya,  yəni  yazmaq  və  eləcə  də 

bərkdən  oxumaq  qabiliyyətinin  də  pozulmasına  deyilir.  Hissi 

afaziyanın əmələ gəlməsinə səbəb sol yarımkürənin birinci gicgah 

qırışığının zədələnməsidir. 

Hissi,  ya  gicgah  afaziyası  və  ya  Vernik  afaziyası  zamanı 

əsasən  danışıq  duyğuları  pozulur.  Xəstə  danışığı  başa  düşmür  və 

sözə  qarşı  karlıq  meydana  çıxır.  Danışıq  qabiliyyəti  isə  nəinki 

saxlanılır, hətta xeyli artır. Xəstə sözlərini başa düşmür və nəticədə, 

bir-birilə əlaqəsi olmayan, məntiqcə bağlanmamış bir çox mənasız 

sözlər işlədir. Bu hala loqoreya («söz ishalı») adı verilmişdir. Çox 

vaxt  hissi  afaziya  ilə  yanaşı,  bərkdən  və  ya  səssiz  oxumaq 

qabiliyyətinin  pozulması  -  aleksiya  və  musiqi  duyğularının 

pozulması - ammusiyaya təsadüf olunur. 

Amneziya və ya təpə afaziyası zamanı şəxs ayrı-ayrı sözləri, 

xüsusilə  cisimləri  yaddan  çıxarır.  Hansı  sözü  demək  istədiyini 

bilirsə də, onu yada sala bilmir. Amneziyanı aşağı təpə qırışığının 

zədələnməsi  verir.  Bu  zədələnmə  zamanı  çox  vaxt  hesablama 

qabiliyyətinin pozulması - akalkuliya da müşahidə edilir. 



20.13.

 

Müvəqqəti əlaqələrin neyrofizioloji əsası 

İ.P.Pavlov  hesab  edirdi  ki,  orqanizmin  xarici  mühitlə  mü-

rəkkəb qarşılıqlı əlaqələrinin mükəmməl tənzimini təmin edən ali 

sinir fəaliyyəti, onun əsas tərkib hissəsi kimi şərti reflekslər beyin 

yarımkürələri  qabığı  ilə  qabıqaltı  şöbələrin  birlikdə  tam 

fəaliyyətinin məhsuludur. 

Belə  ki,  beyin  qabığının  müxtəlif  şöbələrinin  qarşılıqlı 

əlaqələri  mexanizmində  qabıq-qabıqaltı-qabıq  yolları  mühüm  yer 

tutur. Dominant hal və oyanmaların toplanması, mərkəzi 

465 

downloaded from KitabYurdu.org



sinir  sisteminin  bütün  şöbələrinə  aiddir;  qabıqaltı  sahələrdə  və 

onurğa  beynində  oyanmaların  toplanması  tez  keçicidir,  beyin 

yarımkürələri  qabığında  isə  onlar,  bir  qayda  olaraq,  müəyyən  iz 

buraxır və möhkəmlənir ki, bu da şərti refleksin yaranması üçün çox 

zəruridir. 

Müəyyən  olunmuşdur  ki,  beyin  yarımkürələri  qabığında, 

retikulyar  formasiyada  və  talamus  nüvələrində  görmə,  eşitmə, 

duyma, temperatur, kinestezik və digər hissləri konvergensiya edən 

bir  çox  hüceyrələr  vardır.  Məhz  həmin  törəmələrin  hüceyrələri 

müvəqqəti əlaqələrin əmələ gəlməsində yardımçı rol oynayır. 

Şərti  refleks  yaradıldığı  dövrdə  və  onun  icrası  zamanı 

neyronların  əksəriyyətinin  fəallığı  dalğavarı  xüsusiyyət  daşıyır. 

Refleksin  ilk  fazasında  reaksiya  zəif,  möhkəmləndirilmədikdən 

sonra isə nisbətən sabitdir. 



20.14.

 

Sinir sisteminin inteqrativ funksiyası 

İnteqrativ  funksiya  dedikdə  baş-beyin  yarımkürələrinin  və 

çoxlu qabıqaltı strukturların analitik sintetik fəaliyyəti başa düşülür. 

Bu  funksiyalara  -  təlimalma,  yaddaş,  düşüncə,  nitq,  şüur  və 

başqaları  aiddir  -  adətən  bunlar  sinir  sisteminin  ali  funksiyası 

adlanır. 



Təlimalma  və  yaddaş.  Təlimalma  -  davranışı  təcrübə  əsa-

sında  dəyişdirmək  və  bunun  əsasında  fərdi  təcrübə  toplamaq 

qabiliyyətinə deyilir. 

Təlimalma  formaları.  Assosiativ  və  assosiativ  olmayan  tə-

limalma  formaları  ayırd  edilir.  Assosiativ  olmayan  təlimalma 

zamam  orqanizm  ancaq  bir  stimul  haqqında  məlumatı  (alışma  və 

həssaslıq assosiativ) assotsiativ (şərti refleks) təlimalma zamanı isə 

- bir stimulun digəri ilə münasibəti başa düşülür. 

Alışma,  öyrənmə  -  təlimalmanm  neytral  stimulu  dəfələrlə 

təkrar  edilən  ən  sadə  formasıdır.  Bələdləşmə  refleksi  alışmanm 

yayılmış forması hesab edilir («refleks» bu nədir). 

Neytral  stimulun  təkrarın  sayından,  ölçüsündən  asılı  olaraq 

get-gedə daha az elektrik siqnalı refleksə səbəb olur. Nə 



466 

downloaded from KitabYurdu.org



hayət,  subyekt  stimula  tam  alışır  və  ona  əhəmiyyət  vermir  (bə- 

lədləşmə refleksin sönməsi). 

İmprintinq (alışma variantı, iz buraxma) - posnatal inkişafın 

ilk  mərhələlərində  xarici  obyektlərin  və  ya  bir  çox  anadangəlmə 

davranış  hərəkətlərinin  orqanizmə  təsir  edən  fərqli  əlamətlərin 

yaddaşda möhkəmləndirilməsidir. Qorunub gələcək üçün saxlanır 

və fərdi iz buraxmır, amma mühüm həyatı obyektlərin spesifik növ 

səciyyəsidir.  Başqa  sözlə,  heyvan  genetik  möhkəmləndirilmiş 

mürəkkəb  davranış  hərəkətləri  qazanır,  hansı  ki,  uyğun  gələn 

qıcıqların  təsirindən  sonra  sistemə  daxil  edilir.  Sensitizasiya 

alışmanın əksinə olan reaksiya olub, təkrar stimullara cavabı artırır, 

əgər  o  bir  və  bir  neçə  dəfə  xoşagələn  və  gəlməyən  qıcıqlarla 

uyğunlaşdırılırsa,  adamlarda  hamıya  məlum  olan  mühüm  həyatı 

oyandırıcı  stimulların  intensivliyini  artırmır  (səsli  yerdə  dərin 

yuxuya  getmiş  ana,  uşağın  səsini  eşidən  kimi,  bir  anda  yuxudan 

ayılır). 

Təlimlənmə  bütün  heyvan  orqanizminə  xas  olan  ümumi 

bioloji  keyfiyyətdir.  İbtidai  heyvanlarda  bəsit,  ali  heyvanlarda 

təkmilləşmişdir.  Təlimalma  yaddaşla  sıx  bağlıdır  -  onun  ilkin 

mərhələsidir.  Təlimalma  orqanizmin  əhatə  olunduğu  mühit  və 

mühitdə öz davranışı haqqında məlumat toplamaqdan ibarətdir. Bu 

qabiliyyət  olmasa  fərdə  mühitə  uyğunlaşmaq  çətin  olar.  Bu 

qanunauyğunluq  ibtidai  təkhüceyrəli  heyvanlara  aid  olan  tərlik, 

çoxhüceyrəli  soxulcan  və  xordalılar  tipinə  aid  olan  balıqlar 

(durnabalığı)  və  məməlilər  (it,  meymun)  üzərində  aparılan 

təcrübələrdə  özünü  aydın  göstərir.  Məsələn,  su  ilə  dolu  şüşə 

borucuğa  tərliklər  (infuzorlar)  buraxılmışdır.  Borucuğun  ucunu 

qızdırmışlar,  infuzorlar  borucuğun  isti  hissəsinə  doğru  üzmüşlər. 

Onlar hər dəfə buraya toplaşanda işıq yandırılmışdır. İşıq infuzor 

üçün  neytral  abiotik  amildir.  Bir  neçə  təkrardan  sonra  artıq 

temperaturdan  asılı  olmadan  infuzorlar  yenə  də  borucuğun 

işıqlandırılan tərəfinə toplaşmışlar. 

Durnabalığmda kiçik balıqlara qarşı güclü ov refleksi vardır. 

Bunu  ləğv  etmək  çətindir,  lakin  buna  nail  olmaq  mümkündür. 

Təcrübədə  kiçik  balıqları  öz  yırtıcısından  şüşə  arakəsmə  ilə 

ayırmışlar. Durnabalığı hər dəfə öz ovu üzərinə 



467 

downloaded from KitabYurdu.org



hücum etmək istədikdə şüşəyə çırpınmışdır və uğursuzluğa məruz 

qalmışdır.  Onda  şərti  müdafiə  refleksi  işə  başlamışdır.  Arakəsmə 

götürüldüyü halda belə, o ətrafda üzən xırda balıqlara hücum etmək 

meylindən əl çəkmişdir. 

Zəncirlənmiş  itin  qarşısına  ipə  bağlanmış  ət  parçası  elə 

məsafədə  qoyulmuşdur  ki,  onu  əldə  edə  bilməsin.  Ət  parçasına 

bağlanmış  ipi  itin  qabaq  pəncəsi  çatmayan  məsafədə  qoymuşlar, 

lakin buna da əlac tapılmışdır: it arxaya çevrilərək dal ayağı ilə ipi 

dartaraq əti əldə etmişdir. 

Təcrübə göstərmişdir ki, həm bəsit, həm də ali orqanizmlərdə 

biotik və abiotik amillər arasında əlaqə yaratmaq cəhdi, mühitə fəal 

bələdləşmə meyli vardır. 



20.15. Yaddaş 

İnsan,  yaxud  heyvan  beyninə  analizatorlar,  xüsusilə  görmə 

analizatoru vasitəsilə xarici aləmdən ölçüsü qeyri- müəyyən olan ən 

müxtəlif sensor məlumatlar daxil olur. 

Tamamilə aydındır ki, beynimizə daxil olmuş məlumatların 

yalnız çox az bir hissəsi  yaddaşımızda qahr.  İnsanda  yaddaşın  ən 

mühüm xüsusiyyətlərindən biri onun təşəkkülünə sözlə ifadə olunan 

anlayışların,  fikirlərin,  ideyaların  yadda  mücərrəd  şəkildə 

saxlanmasından və istifadə edilməsindən ibarətdir. 

Təkamül  və  fərdi  inkişafın  müxtəlif  səviyyələrində  duran 

orqanizmlər xarici mühitdən asılı olmamağa müxtəlif dərəcədə nail 

olur. 


Bu baxımdan insan yaddaşı heyvanın, hətta ali primatla- rın 

nitq  yaddaşından  köklü  surətdə  fərqlənən  tamamilə  yeni  yaddaş 

forması olmaqla bərabər o həm də, insanın xarici aləm hadisələrini

gördükləri  və  eşitdiklərini,  hiss  etdiklərinin  əsas  məzmun  və 

mənasını yadda saxlamağa çalışır. 

Yaddaşın  təkamülündə  birinci  mərhələ  birhüceyrəli  or-

qanizmlərin  qidaya  doğru  istiqamətini  müəyyən  edən  kimyəvi, 

genetik yaddaş hesab olunur. 

Sinir  sisteminə  qədər  olan  bu  yaddaş  tipi  (ona  kimyəvi, 

genetik hafizə tipi desək, yanılmarıq) birhüceyrəli orqanizmin 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin