MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 29 ____________________________
MRP, MRPII VƏ ERP - SİSTEMLƏRİ Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, hər bir
növbəti sistem əvvəlki sistemin təkamülünün nəticəsi kimi
meydana şıxır.
MRPII-sistemi o zaman meydana gəldi ki,
istifadəçiləri yalnız materiallara tələbatın planlaşdırılmasını
avtomatlaşdırılmış icra edən
MRP- sistemi qane etmədi. Yəni
MRPII-sistemi, əslində, MRP-sisteminə maliyyə, mühasibat və
insan resurslarının idarə edilməsi modullarının əlavə edilməsi
yolu ilə yaradılmışdır.
Bu halda
MRPII ilə ERP-nin fərqi nədir?
MRPII-sistemi, ilk növbədə, şirkətin daxili informasiya
mənbələrindən daxil olan verilənləri və informasiyanı emal
edir.
ERP-sistemi isə həm daxili, həm də xarici informasiya
mənbələrinin informasiyası ilə işləyir.
ERP-sistemi daha çox
maliyyə məsələlərinin həlli ilə məşğul olur. Bunlar beynəlxalq
standartlara uyğun hesabatlar tərtib etməyə və mühasibat
sənəd dövriyyəsini avtomatlaşdırmağa imkan verir.
ERP-
sisteminin köməyi ilə maliyyə planı tərtib edilir və onun
icrasına nəzarət icra edilir.
ERP-sistemi transmilli şirkətlərin
idarə edilməsi üzrə bütün mexanizmlərə malikdir. Belə ki,
ERP-sistemi bir-neçə valyuta və dillərlə, müxtəlif mühasibat
uçotu sistemləri ilə, müxtəlif hesabat tərtibi qaydaları ilə, real
vaxt rejimində və müxtəlif saat qurşaqlarında, 24x365 -
günboyu və ilboyu fasiləsiz iş rejimində işləyir.
ERP-sistemi
müəssisədə
mövcud
olan
bütün
altsistemlərlə inteqrasiya olunmağın ən ciddi tələblərinin
hamısına cavab verir. Odur ki,
ERP-sistemi iri müəssisənin
bütün informasiya strukturunun məntiqi və fiziki əsasını təşkil
etməklə, “təməl şəbəkəsi” və ya bekbon (
backbone) rolunu
oynayır.