MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 95 ____________________________
MÜƏSSİSƏLƏRİN MÜŞTƏRİLƏRLƏ
QARŞILIQLI ƏLAQƏLƏRİ SİSTEMİNİN
QURULUŞU VƏ YARADILMASI
PRİNSİPLƏRİ
SƏRRAST MARKETİNQİN XÜSUSİYYƏTLƏRİ VƏ
MÜASİR “MÜŞTƏRİYÖNÜMLÜ” SİSTEMLƏRİN İŞLƏNİB
HAZI
RLANMASINDA ONDAN İSTİFADƏ EDİLMƏSİ
İMKANLARININ TƏDQİQİ
Marketinq-menecment,
geniş mənada, firmanın bütün
digər struktur bölmələri ilə inteqrasiya olunan mürəkkəb
funksional quruluşa malikdir (şəkil 14).
Şəkil 14-dən
göründüyü kimi, marketinq-menecment
funksiyaları müştərilər və onların ehtiyaçları barədə bilik almaq
zərurəti ilə, müəyyən seqmentlərdə bazar situasiyalarını
izləməklə, istehsalı istehlakçının tələb etdiyi məhsul istehsalına
yönəltməklə, marketinq fəaliyyətinin planlaşdırılması və idarə
edilməsi strategiyasını
korrektə etməklə, buraxılan məhsulun
keyfiyyətinin yaxşılaşdırılması və yeni məhsul istehsalına keçil-
məsi ilə, mal və xidmətlərin bazarda yeridilişi ilə,
reklam və
marketinq kompaniyalarının təşkili ilə, tərəfdaşlarla və
müştərilərlə qarşılıqlı fəaliyyət göstərilməsi ilə bağlıdır.
M.Porterin rəqabət modelinə əsasən (şəkil 15)
biznes
aşağıdakı əsas strategiyalardan istifadə edir:
1.
Kütləvi marketinq;
2.
Diferensial (dərəcələrə ayrılmış) marketinq;
3.
Təmərküzləşdirilmiş sərrast marketinq.