Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Məhsul keyfiyyətinin idarə edilməsinin vacib ünsürlərindən biri  standartlaşdırmadır



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə49/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   45   46   47   48   49   50   51   52   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

5. Məhsul keyfiyyətinin idarə edilməsinin vacib ünsürlərindən biri 
standartlaşdırmadır. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 
Qanununda (8 oktyabr 1996-cı il) göstərilir ki, standartlaşdırma-məhsullar 
(xidmətlər, işlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən 
fəaliyyətdir. O, məhsulların insan sağlamlığı, həyatı, ətraf mühit üçün 
təhlükəsizliyini, texniki, texnoloji və informasiya uyğunluğunu, bütün növ 
resursların qənaətini, ölçmələrin dəqiqliyini və vəhdətini, istehlakçıların məhsul 
nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik 
olmalarını və s.-ni təmin etmək məqsədini daşıyır. Standartlaşdırma məhsul 
keyfiyyətinin idarə olunması məqsədilə normaların işlənib hazırlanması 
(yaradılması) üzrə fəaliyyətdir və onun nəticəsi ən səmərəli normaların tapılması 
və onların normativ sənədlərdə-təlimat, standart vəs.-də təsbit etməkdir. Standart-
kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə 
dair normativ sənəd olmaqla maraqlı tərəflərin razılığı əsasında işlənib hazırlanır 
və səlahiyyətli orqan tərəfindən təsdiq olunur. Əhəmiyyətli, tətbiq miqyası 
(coğrafiyası) və məsuliyyət dərəcəsinə görə standartlar-beynəlxalq, regional, 
dövlətlərarası, milli standartlara bölünür. Bunlardan hər hansı birinin məhsul 
qarşısında qoyduğu tələblər ödənilməzsə, həmin məhsulun standartın qüvvədə 
olduğu məkana (dünya, region və s. bazara) daxil olması qeyri-mümkündür. 
Yarana biləcək çətinliyin qarşısını almaq üçün istehsalı nəzərdə tutulan hər bir 
ölçüdən olan avadanlıq və maşınların konstruksiyasına daxil olan müvafiq 
komponentlərin (hissələrin) eyniləşdirilməsi, vahid standart əsasında istehsalı 
həyata keçirilir.
Bazar iqtisadiyyatına keçən ölkələrdə islahatların aparılması və bu prosesin 
sürətləndirilməsi üçün bir çox beynəlxalq qurumlar özlərinin fəaliyyət profilinə 
uyğun olaraq həmin ölkələri dəstəkləyir və köməkliklər göstərirlər. Bu 
qurumlardan biri də İSO-dur (İnternational Standart Orqanization), yəni 


Beynəlxalq Standartlaşdırma Təşkilatıdır. Bu təşkilatın adından (İSO) sonra gələn 
rəqəmlər əsasən məhsulun keyfiyyəti ilə bağlı olan standartları özündə təsbit edir. 
Sonuncu belə bir seriya 2000-ci ildə təsis edilmişdir - İSO 9001:2000. 
Sahibkarlıqla, ümumiyyətlə iqtisadi fəaliyyətlə məşğul olacaq həm hüquqi və həm 
də fiziki şəxslər həmin standartlardan istifadə edə bilərlər. Bir çox ölkələr (Fransa, 
Böyük Britaniya, Avstriya, İsveçrə və s.) İSO-nun işləyib hazırladığı keyfiyyət 
standartlarını milli standartlar kimi qəbul etmişlər. İSO-nun standartları əsasında 
firmalar arasında kontraktlar, məhsul keyfiyyətinin təminatı şərti kimi qəbul 
edilərək bağlanılır. Bir sözlə, keyfiyyətin idarə edilməsində Beynəlxalq standartlar 
sisteminin əhəmiyyəti danılmazdır.
Qeyd etmək lazımdır ki, məhsulun keyfiyyətinin idarə edilməsi mexanizminin 
tərkib hissələrindən biri də məhsulların sertifikasiyasıdır. Məhsulların 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin