Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə51/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   47   48   49   50   51   52   53   54   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

məhsula ehtiyacı və marağı-istehlakçıların firmanın məhsula qarşı həssaslıq və ya 
etinasızlıq məsələlərini aydınlaşdırmaqdır. 
Marketinqin idarə edilmısi prosesi-bazar imkanlarının təhlilindən, məqsədli 
bazarın seçilməsindən, marketinq kompleksinin işlənib hazırlanmasından və 
marketinq tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Məhsul müəssisədən 
istehlakçıya qədər uzun bir yol keçir: qablaşdırılır, nəql edilir, anbarlara yığılır, 
istehlak məntəqələrinə çatdırılır, satış yerlərində yerləşdirilir və nəhayət, alıcılara 
satılır. İstehsalçıdan istehlakçıya qədər əmtəənin hərəkəti ilə əlaqədar proseslərin 
həyata keçirilməsi müəyyən xərc tələb edir ki, buna da tədavül xərcləri deyilir. 
Qeyri-mərkəzləşdirilmiş 
idarəetmə strukturuna malik olan iri sənaye 
müəssisələrində, adətən, ticarət-satış fəaliyyətini həyata keçirmək məqsədilə xüsusi 
şöbə-marketinq şöbəsi, kiçik müəssisələrdə isə marketinq qrupları fəaliyyət 
göstərirlər. Bu şöbə və qrupların əsas vəzifəsi müəssisənin bütün istehsal bölmələri 
üzrə istehsal-təsərrüfat və satış fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu 
şöbənin tərkibində aşağıdakı məsələlərin öyrənilməsi üzrə müxtəlif bölmələr ola 
bilər: bazar konyukturasının kompleks öyrənilməsi, marketinq proqramının işlənib 
hazırlanması, satışın təşkili, reklamlaşdırma, texniki xidmət və s. Bu bölmələrin 
fəaliyyəti, əsasən, bazarda əlverişli şərait yaratmaqdan və müəssisə tərəfindən daha 
çox mənfəət əldə olunmasını təmin etməkdən ibarətdir.
Bazar münasibətləri şəraitində marketinq fəaliyyətinin strategiyasının 
hazırlanması və tətbiqi-müəssisə və ya firma menecmentinin əsas funksiyalarından 
biridir. Müəssisənin strateji planında onun hansı məhsulların istehsalı ilə məşğul 


olması və perspektiv üçün qarşıya qoyulan vəzifələr öz əksini tapır. Marketinq 
proqramı müəssisənin marketinq konsepsiyası əsasında hazırlanır. Onun tərtib 
olunmasında mərkəzi yeri, istehlakçı amillərini nəzərə almaqla bazaar 
prioritetlərinin müəyyən olunması və bu prioritetlərə uyğun konkret məhsul 
istehsalını təşkil etməkdir ki, istehsal olunan məhsul istehlakçı tərəfindən alınsın və 
satışda heç bir problem yaranmasın. Marketinq proqramının hazırlanması 
aşağıdakı elementlərdən ibarətdir: 
- marketinq məqsədlərinin müəyyən olunması; 
- satış bazarının müəyyən edilməsi; 
- nəticələrin qeydə alınması; 
- daxili və xarici mühit amillərinin təsirinin uçota alınması ilə planların 
dəqiqləşdirilməsi. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin