Firuzə Məmmədli
102
AYILA BĠLƏRƏM DƏRD ÖLÜMÜNDƏN
Hər səhər yuxudan qalxıram halsız,
Günəşin üzündə pərdə görürəm.
İnkiri-minkiri sorğu-sualsız
Durub gözlədiyi yerdə görürəm.
Aldığı
zərbədən ömür qan qusur,
Rahatlıq bir sıxma duz qəhətində.
Məni bir şərə-şur qovğadan qusur
Fikir qəhəti də, söz qəhəti də.
Gözümü silirəm, gözəllik hanı? –
Məni
gülən görə, rənglər ağlayır.
Odur, bir ahıllıq – dişində canı,
Gedir, yerişində yolu ağrıyır.
Xəyanət darına çəkilib dünya,
Dostlar, tanışlar da... Üzü ağ olsun.
Sən, ey zirvələrdən tökülü dünya,
İşin ucaları alçatmaq olsun.
Sənin puçluğunda, yalanlığında
Beş günlük, on günlük ümid payım var.
Ömrü başa vurdum qaranlığında,
Bağışla, boynumda haqq-sayın var.
Qəlbimə
girmişdin bir yuxu yolla,
Səni gözlərimdən sıxıram daha.
Əlimdən nə gəlir,
mən də bu yolla
Boynumda borcundan çıxıram daha.