Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə15/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   11   12   13   14   15   16   17   18   ...   321
Firuzə Məmmədli 
106 
***
Yoxmudur sahili iztirabların? – 
Çıxım o sahilə, axtarım səni. 
Ya bir duyğuya dön, sinəmi yarım, 
Köksümün içində aparım səni. 
1968 


Seçilmiş əsərləri X 
107 
 
 
ÜZDƏ 
 
Fikirlər beynimi didir, dağıdır, 
Deyən Yer də, Göy də mənə yağıdır. 
Ömrüm-ömür deyil, dərd ayağıdır, 
Gözünü qan tutan meydanlar – üzdə. 
Fitnələr, fellər cin atındadır, 
Köhnə ədavətlər kin atındadır. 
Qanunlar ədalət ovqatındadır, 
Mələklər görünmür, şeytanlar üzdə. 
Çatılıb qol-qola, yollar – ayaqda, 
Yumruqlar oyaqdı, andlar oyaqdı. 
Görünən nə varsa, oyunsayaqdı, 
Bəxşişlər gizlində, edamlar – üzdə. 
2019 


Firuzə Məmmədli 
108 
 
 
SƏNGĠSĠN 
 
Bu hiddətin, bu qəzəbin adı yox, 
Qırır çatır, doğması yox, yadı yox. 
Öz-özünə söndürülən odu yox, 
Hara yazaq, kimə yazaq? Səngisin. 
Öz əlidir bağlayan da, açan da, 
Keyfi durdu, adam yeyir acanda. 
Yüz görsək də, bir sayırıq haçandı, 
Şəri bizdən olsun uzaq, səngisin. 
Atamızın, anamızın borcuyuq, 
Ümidlərin qapısında qorçuyuq. 
Öz yurdundan qaçaq düşən yolçuyuq
Kimdə qalaq, kimə azaq, səngisin?! 
Səngiyərmi iddialar, xətalar, 
Xan, bəy olub o dünənki gədalar. 
Sual üstdən sual olur nidalar... 
Özümüzə qəbir qazaq, səngisin?!. 
2019 


Seçilmiş əsərləri X 
109 
***
Oturanda dura bilmir, 
Duranda otura bilmir. 
Bir sözü ötürə bilmir
Sözdən söz çəkən adamlar. 
2019



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin