Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə23/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   19   20   21   22   23   24   25   26   ...   321
Firuzə Məmmədli 
130 
Deyirlər, əsgərlərə maaş, paltar vermirmişlər. Pulu mənimsəyir, 
paltarları da qara bazarda satırlarmış. Cəbiş kişi isə... Mala çto 
sabunu havayı paylayır, hələ bir sevincindən oynaqlayır da. 
Amma patrul da yaxşı yaxalayır onu: «Daha nəyə gülürsən» 
deyir. Görən evdə arvad-uşağa nə cavab verəcəkdi? 
Hə... belə-belə şeylər fikirləşirdim ki, telefonun nərəsi 
məni səksəndirdi. Telefonu açdım. Qız idi, redaksiyadan. Şeir-
lərimi vermişdim qəzetə. İndi soruşurdu ki, şeirinizin birinin adı 
bizi dolaşdırıb: Səhər küçələri, yoxsa Şəhər küçələri? Mən qısa 
və konkret: Səhər küçələri, - dedim. Qız çaşdı: «Aa...» deyə 
qaldı. Bir də təkrarladım: «Səhər küçələri. Başqa heç nə». 
Gördüm «a...» səsi hələ uzanır, izahat verməli oldum: «Yəni 
səhər vaxtının erkən oyanıb əsnəyən küçələri». Daha danışıq 
olmadı. Xudahafizləşdik. 
Fikrim yenidən Cəbiş müəllimə qovuşdu: «Bu necə adam-
mış ilahi?! Fərsiz!..» 
Metronun eskalatoru ilə yuxarı qalxıram. Məndən üç pillə 
yuxarıda bir xanım dayanıb. Ayağında qara rəngli sabo. Daban-
ları, arıq, mil sümüyünün o tərəf-bu tərəfindən içəri batmış to-
puqları lap gözümün qabağındadı. «Hə, qocalıq pis şeydi» dü-
şünürəm. Başımı qaldırıb xanımı süzürəm. Arxası mənə durdu-
ğundan baxışlarım batıq topuqlarından üzü yuxarı dırmaşır: 
«Çox qoca deyilmiş ki». Azacıq qıvrılmış saçları kürəyinə tö-
külüb. Qapqara, şəvə kimi. Bircə ağ dən də yoxdu saçında. 
«Rəng də ola bilər». Yenə topuqlarına baxıram. Eskalator taq-
qıltı sala-sala yuxarı çəkir bizi. Yenə topuqlarına baxıram: 
«Boy-buxunu, qaməti deyir – cavanam. Amma topuqları...» 
Dirsəklərinə baxıram. Dirsəyində ta şübhə ola bilməz. «Yox, bu 
ahıl dirsəyi deyil». Eskalator bizi stansiyanın geniş foeysinə 
çatdırır. Vəssalam. Becid addımlarla çıxıb gedir işinin ardına. 
Gözümün qabağındaca kənddə təzəcə balalamış inəyimizin arxa 
ayaqlarındakı batıq topuqları peyda olur. «Bu nə deməkdir 
hələ?!» Addımlarımı sürətləndirirəm. Məqsədim maşın axını 
gəlib çatmamış yolu keçməkdir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin