Firuzə Məmmədli 134
vaxtı qabaqcıl manqabaşçısı, hektarçı kimi tez-tez rayon mər-
kəzinə çağırılır, yuxarıdan gələn rəsmilər qarşısında hərarətli
çıxışları ilə rayonun üzünü ağardırdı. Bir də ki, bütün bu hadi-
sələr Sadəgülün gözü qarşısında baş vermirdimi?! Televizorda
göstərilən çıxışlar, mitinqlər… Amma nə olsun! Onlara Nəcəf
kişi də baxırdı da… Yox, Sadəgülün mayasında yaxşı danış-
maq qabiliyyəti var. Bax, budur səbəb!
Sadəgül xala Nəcəf kişini bir baxışdan duyurdu və yenə
də başa düşdü ki, kişinin paxıllıq damarı tutub. Fikirləşdi ki, ay
evi tikilmiş, bəsdi səhərdən-axşama bu köhnə qəzetlərin içində
eşələndin. Dur bir dünyaya çıx, mal qabağına get, adam arasın-
da ol, gör kənddə, adamların təfəkküründə nələr baş verir. İndi
danışmaq zamanıdı, danışmaq!
Nəcəf kişi öz nöqsanını bilirdi və ərincəklik onu bu qəba-
hətdən xilas olmağa qoymurdu. Odur ki, arvadının baxışları al-
tında əzilir, baxışlarını qaçırmağa çalışırdı. Birdən gözləri Ay-
tənin gətirib ortalığa qoyduğu gəlinciyə sataşdı. Gəlincik elə
oturmuşdu ki, aralı duran ayaqlarının biri Əlişkaya, biri də Nə-
cəf kişiyə tərəf uzanmışdı. Gəlinciyin ortası hər ikisinin görmə
bucağına çevrilmişdi. Sol qolu dirsəkdən qatlanıb uşağın anası
Tərişə uzanmışdı. (Elə bil ona dirsək göstərirdi. Hər-halda Nə-
cəf kişiyə belə gəldi). Arxası Sadəgülə tərəf idi. O Sadəgülə ki,
xalqın adından danışırdı.
Nəcəf kişi anladı ki, Sadəgül haqlıdı. Kişidə bir paxıllıq
hissi də baş qaldırdı. Fikirləşdi ki, nə yaxşı Sadəgül bu
üstünlüyü ilə ailə hegemonluğu iddiasına düşmür.
Ailə səhər naharından sonrakı müzakirəni başa vurub süf-
rədən qalxdı. Əlişka şəhərə (Avaralanmağa. İş yox idi, neylə-
sin?!), Nəcəf kişi köhnə qəzetlərinin yanına, Sadəgül bostan-
tərəvəz, təsərrüfat qayğılarına, Təriş isə ev-eşik, bişir-düşür
işlərinə tələsdi.
2011