Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə29/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   25   26   27   28   29   30   31   32   ...   321
 


Firuzə Məmmədli 
138 
 
ÖLÜM 
 
Baxışları ikicə metr aralıda düz-dünyanı ondan ayıran 
divarın təzə çəkilmiş divar kağızının bir nöqtəsinə zillənib 
qalmışdı. Kim baxsaydı, orada kağızdan və onun ağappaq sət-
hindən qeyri heç nə görə bilməzdi. Amma onun nəzərləri divar 
kağızını deşib divara, ordan da düz-dünyaya çıxa bilmişdi, de-
yəsən. Hər halda, üzündəki hər an dəyişən ifadə belə bir fikir 
təlqin edirdi ətrafdakılara. 
Ahəstə pıçıltı gəzirdi xəfifcə bir-birinə doğru meyillənən-
lərin dodağında. «Deyəsən, elədir, «çox çəkməz», «qurtarar yə-
qin bu gün». 
Xəstənin üzündə heyrətamiz bir işıq, nur gəzirdi, alnından 
çənəsinə, sonra əksinə. Nə idi bu? Ölüm kölgəsimi? Kölgə işıq 
deyil axı. Ölümün özümü? Ölüm gözəllikdi. Bu gözəllik qoca-
larda daha aydın gözə çarpır. Xəstə qoca idi və açıq-aydın gö-
zəlləşirdi. Deməli, ölürdü. «Nənə» çağırdı yastığına yaxın otur-
muş sevimli nəvəsi. Kimsə «şşş» edib barmağını dodaqlarının 
üstünə qoydu. Sonra «Mane olma. Canbesər olar», - əlavə etdi.
İki əlilə üzündəki işığı sıyırıb ovcuna yığdı, çıraq kimi 
irəli tutub yerindən dikəldi. Dikəldi deyəndə ki, qalxdı. Həmin 
o işığın parıltısı altında havada addımlaya-addımlaya gözlərini 
zillədiyi divara tərəf getdi. Heç kəslə vidalaşmadan, qayıdıb-
qayıtmayacağına tam laqeyd bir tərzdə divara hopdu və yoxa 
çıxdı. 
Evdə hönkürtü, ağlaşma, şivən qopdu. 
Ölən sakit, əmin-arxayın uzanmışdı. Sifətində əlli il əv-
vəlki gözəllik, dodağında təbəssüm. Heç kəsə fikir vermədən.
Həyətdəki mağar yavaş-yavaş adamla dolurdu. 
«Çənəsini bağlayın», kimsə pıçıldadı. Böyük qızı sağ əli-
nin dörd barmağı ilə ahəstə bir sığal çəkib, ölünün ulduzlarla 
çəkişən gözlərini sığadı. 
Qapandı bu dünyası da gedişinin ardınca. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin