Фирузя мяммядли


– Firuzə xanım, Ģeirdə qalmağınızın səbəbi nədir?



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə37/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   33   34   35   36   37   38   39   40   ...   321
– Firuzə xanım, Ģeirdə qalmağınızın səbəbi nədir? 
– 
Sualınızı «Nəsrə keçməməyinizin səbəbi nədir?», «Şeir-
dən getməməyinizin səbəbi nədir?», «Şeir yazmağınızın səbəbi 
nədir?» və s. kimi də başa düşmək olar. Söhbət nəsrə keçmə-
məkdən gedirsə, mən elə şeir yazmağa başladığım dövrdən 
nəsr əsərləri də yazmışam. Hələ orta məktəbdə sərbəst inşaları 
xırda həcmli hekayələr şəklində yazırdım. 1958-ci ildə kəndi-
mizdə baş vermiş bir oğurluq hadisəsini qələmə aldım. Yaxşı 
bir hekayə alındı, amma çap etdirə bilmədim. Səbəb bu oldu ki, 
bizim cəmiyyətdə belə iş ola bilməz. (Amma olmuşdu) Çox tə-
kid elədim. Bir nəfər məsləhət gördü ki, əgər çap etdirmək istə-
yirəmsə, əsərdəki hadisələri keçirim Cənubi Azərbaycana. Gu-
ya bu hadisələr İranda baş verib. Çaşıb qaldım. Bu açıq riya-
karlıq mənim gəncliyimin rastlaşdığı ilk ən böyük yalan idi. 
Hekayə eləcə də qaldı. 1963-cü ildə yaşadığım həyat haqqında 
bilgilərim bir qədər zənginləşəndə heç vaxt unutmadığım bu 
təklif mənə çox təbii, həm də göstərilən iltifat kimi göründü və 
mən onu cənub ab-havasına köklədim. Amma yenə də çap et-
dirmədim. Daha doğrusu, şeir yazmağı daha üstün tutdum; bir 


Seçilmiş əsərləri X 
149 
sözlə, qısqandım şeiri nəsrə. Hekayəni bir də 2004-cü ildə çap 
olunan «Ömrün axarı» adlı kitabımda çap etdirdim. Belə bir 
halla bir də 1982-ci ildə rastlaşdım 
– 
«Seçmək olmayır» şeirimi 
yazanda. Şeir dövrü mətbuatda getmədi. Təbii ki, gedə də bil-
məzdi. Şeiri 1983-cü ildə «Yazıçı» nəşriyyatına təqdim etdiyim 
«Yetkinlik» kitabına daxil elədim. Kitabın materialları düz 
yeddi il ildən-ilə keçirildi. Nəhayət, çapa hazırlananda yenə 
eyni bir təkliflə rastlaşdım. «Şeir yaxşı şeirdir. Amma elə et ki, 
guya bu hadisələr İranda baş verib». Yenə eyni çaşqınlıq. Axı 
aşkarlıq dövrü idi. Çıxış yolu tapıldı. Şeirin adı «Cənubdan 
məktub» qoyuldu. Problem aradan qalxdı. Təkcə şeirdəki «mi-
lis» sözü «polislə» əvəz olundu. 
O ki qaldı sualın digər anlam tərzinə, açığını deyim ki, bu 
sualın mənası mənə çatmır. Necə yəni şairə deyəsən ki, niyə 
şeir yazırsınız və ya ömrü şeir yazmağa həsr olunan bir adama 
deyəsən ki, niyə şairsən? Bu ona bənzəyir ki, deyəsən 
– 
niyə 
yaşayırsan? Çünki ölmürəm. Niyə ölmürsən? Çünki yaşayıram. 
Amma yenə cavab verəcəyəm. Özü də elə cavab yox ki, 
deyəm, yazmasam, yaşaya bilmərəm, məni yaşadan yazmaqdır. 
Xeyr. Yazmadan da yaşamaq olar. Çətin də olsa, mümkündür. 
Belə deyib, yazmadan yaşayanları çox görmüşük. 
Mən isə şeirə getmək üçün gəlməmişdim. Məni şeirə gə-
tirən məni yaradan Tanrıdır. Mənə qədərlədiyi tale şair tale-
yidir. Taledən isə qaçmaq mümkün deyil. Məni şeirə Tanrı 
göndərib, Tanrı da şeirdən apara bilər. Şeirlərimdə bu barədə 
açıq, ya gizli işarələr çoxdur. Həmişə vird elədiyim isə «Allah, 
elə et ki, yazım Dilimin son sözünəcən» diləyidir. 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin